539
Yalan danışana, qulaq vermə sən,
Tez seç ətrafını, bədxahları sən,
Tanı dost, yoldaşı, mehriban yaşa.
***
Söz demək istəsən söz sahibinə,
Barı, xəlvətcə de, aidiyyətinə,
Xalqda desən salar, vəhşiliyinə,
Sözünün yerini, düz tap, de, yaşa.
***
Elm var ikən indi, dinə uyma sən,
Ondan düzgün bilik ala bilməzsən,
Axunda, mollaya qulaq vermə sən,
Müəllimin, alimin sözilə yaşa.
***
Yaşadığın cəmiyyət tarixdən bəri,
Yaradır özünə həyat əxlaqı,
Humanist prinsipi, mənəviyyatı,
Hamısını gözlə, təkmil et, yaşa.
***
Keşiş, imam sui - istifadə edir,
Dildə tanrı deyir, əxlaqdan deyir,
Lakin öz cibini, müştəri güdür,
Öz sözündən özü dolayı gedir,
Məqsədin düz anla, ağlınla yaşa .
***
Öz ağlın çatmasa qərar verməyə,
Fikir ver cəmyətə, nə edir yenə,
Müdriklər vardır ki, onlar içində,
Etdikləri olarlar sənə nümunə,
Öyrən, təkrar yenə, ağlınla yaşa.
Çalış sən, nümunə, özün ol, yaşa
***
Yaşadığın yerdə, nələr baş verir,
Öyrən hansı trendlər, irəli gedir,
Qatış camahata, qalma sən geri,
Ritmləri, ahəngi, rəhbər tut yaşa.
***
Olma qulu adət, ənənələrin,
Keçmişdən yaranan mülahizlərin,
Eşitdiyin fikri, araşdır dərin,
Müstəqil fikirləş, inamla yaşa.
***
Rasional həyat, tərzini gəl seç,
Hədləri gözləyib, orta yolu seç,
Gülümsə həyatda, daim şən ol keç,
540
Təlqin et özünə, xoş hal, gül, yaşa.
***
Bir işi görərkən, tələsmə heç vaxt,
Hər işin özü üçün, vardır yaxşı vaxt,
Yetişməsə əsaslar, düzəlməz heç vaxt,
Qaçma çox qabağa, səbrli ol, yaşa.
***
Tofhidəm hər şeyi deyə bilmərəm,
Bütün dünya işni bilə bilmərəm,
Sizə hər resepti yaza bilmərəm,
Eşit məni hökmən, dünyayla yaşa.
8 Fevral 2007- 29 Mart 2008
-----------------------
Tamın yaşama qanunu
Görünən hər bir cisim, canlı cansız var,
Hərəsi hissə kimi tamın üzvüdür,
Hissələrdən düzəlib çoxluq olublar,
Onları bağlayan bir lüzum üzüdür.
***
Yalnız xeyrin güdərək, o unutmadan,
Hamı çalışır təki, yaşaya bilsin,
Dəyişərək formasın, rolun durmadan,
Ərzdən bir xeyir, imkan qoparda bilsin.
***
Nə qədər növlər, həyat üsulu vardır...
Çoxluq hər təkə, canlıya damdır.
Şeylər arası əlaqə sonsuz yarışdır,
Daim xeyrini güdüb yaşaya bilsin.
***
Bütün varlıq çalışır güdüb xeyrini,
İstəmədən yaşadır , o, özgəsini,
Hər kəsə lazım olur digər olanlar,
Həm özü, həm məhsulu, həm atılanlar.
Belə qurulub qayda yer düzələndən.
Hamı biriçün, biri hamı üçündür,
Biri - birinə qida, dayaq üçündür.
***
Əlaqədə olmaqla hər kəs rahatdır,
Daha yaxşı olmağa hamı çalışır,
Məhz bu zaman yaranır güclü, zəyiflər,
Insan cəmiyyətində - Ağa, nökərlər.
Ağa, güclü, bilirik, başa çıxarlar,
Onların iştahası daha çox olar.
Cəmiyyət dəstələrə bölünən andan
541
Bərabərsizlik,üsyan artır durmadan
***
Bu gedişlə pozular insaf qaydası.
Zorakı rəftar gəzər insan arası.
Ağaya qulluq edər zəyiflər nökər, ,
Hamı yeni imkanın doğuşun güdər,
Tez istifadə etsin, hamıdan zirək,
Hər kəsin öz həyatı özgəyə dirək.
Burada hər yaşayan seçir özünə,
Forma, həyat yolunu, baxıb gücünə,
Ona verilən bütün imkan içindən,
***
Burada hər şey, hamı özün düşünür,
Başqasına vasitə olmaq istəmir,
Xeyiri, ancaq müftə almaq istəyir,
Çalışır özünə yem etsin başqasın.
Bu yerimir, toqquşma, döyüş törənir,
Hamı haqqı anlayıb güzəştə gedir.
Cansız təbiət tez qanıb, razılaşırsa,
İnsan gec qanıb bunu, sonra razlaşır,
Yaşamaq üçün buna görə də hamı,
Çəkişir, hey dalaşır, uzun zamanı,
***
Yaşamağın uğrunda döyüşlərdə bil,
Yaranır fəndgir ilə fəndlər ilbəil.
Hər kəs sərfəli imkan, vasitə gəzir,
Bir fənd ilə özünə xam qurban seçir.
Biri xoş, biri zorla xidmətın edir.
Dəyişir hökmən canı, həyat qaydası,
Belə yaşayır canlı, cansız dünyası,
Bütün ömrü boyunda, təkamül edir
İnsanlar bu qanunu anlasın deyir,
Öz ağlı ilə həyat yolu seçərək.
***
Ağıllı insan üçün tək bir yol vardır,
Razılıq, idrak ilə qursun həyatın.
- belə məsləhət verir burada qanun.
Hamı özü çalışıb xeyrini güdür,
Özgəyə nə səbəbə təccübün edir?
***
Hər kəs özgədə arır, özündə deyil ,
Düz əməl,düz idarə, düz söz, düz fikir,
Lakin görmür, çün özü onlardan deyil,
Görsənmir insaniyyət, əxlaq mərifət ,
Sədaqət, vəfa, düzlük, ədəb, dəyanət.
542
Bu dəyərlər həmişə arzular olub ,
Gələcəyə aparır, insanı çəkib,
Dostluq qurtarır, bağda ərik qurtarsa.
İnsana fayda verib, yaman olursan.
Kasıb qalır əxlaqla yaşayan insan,
Mühit vermir, varlanır əxlaqı pozan.
***
Tamın içində bir qrup zorakı olub,
Yazarsa özünə xoş idarə, qanun,
Özgə əbəs orada düzlük axtarar.
Lakin heç tapmaz onu, çox da axtarsa,
Əbədi bu icmada qar-qovğa olar.
17 avqust 2007
P.S.
Zəyiflər güclülərin daim yemidir,
Əxlaqı tutanlara varvar qənimdir,
Vəhşilər nə anlayar insan qəlbini?
Zirəklərin həmişə qabaq yeridir.
Güclü ağa olur, zəyifdən tutub,
Zəyifidən güc alıb, artır çoxalır ,
Düzlər də dələduza daim qurbandır,
Armudun yaxşısını ayılar yeyər,
Bərabərlik arzusu həmişə qalır,
Hər şey qaydanı sevər, qayda axtarar,
Insanlıq da özünə qaydalar yazar,
Bu qaydalar əxlaqın əsası olar.
Əxlaqı və əməli necə yazsalar,
Həyat ya qırğında, ya qaydada olar,
Kasıblar ədaləti daim axtarar .
--------------
Xəyali həyat
Yönəldir taleyim, yönəldir yenə,
Kağızla qələmi alım əlimə,
İşsiz oturmuşam özüm - özümə.
Hey ölçür, düşünür, düşünürəm mən,
Nə edə bilər ki, balaca insan?
Gözünü açandan eşidir insan:
Görülür tədbirlər, işlər tutulur,
Uğurlu inkişaf gedir, qurulur.
Danışıqlar gedir, görüş qurulur.
Qabaqdayıq, iyirmi yeddi faiz
Dünyaya səs salmışıq, budur caiz.
Avropa şurası, ATƏT nədir ki,
Be -eM -Te dən gəlir indi səsimiz.
Dostları ilə paylaş: |