531
Elmliləri qıraq qoyar,
Nacinsi də məmur edər,
Zəkaları işsiz qalar,
Nizamı pozğun ölkədə.
***
İş biləni gözü görməz,
Yaltaqları tez arayar,
Vəzifəyə gələr - gəlməz,
Dövlətin çarı, müdiri,
Nizamı pozğun ölkədə.
***
Müdrikləri söz deyəndə,
Xalq zülümdən ah çəkəndə,
Yad millətlər ona güləndə,
Bərk yumar qulaq, gözün,
Bu dövlətin çar, rəisi,
Çox qaydasız bu ölkədə.
***
Cəmiyyəti mədəniyyət,
Savad, kitab, təhsil istər,
Düzgün qanun, mənəviyyət,
Tikmək, qurmaq və yaratmaq,
Zavod, fabrik, icra istər.
Alver açar əvəzində,
Rəisləri öz xeyrinə,
Nizam olmaz o ölkədə.
***
Qanunları elə yazar,
Yaşlıları işsiz qoyar.
Rəisləri rüşvət alar,
Vəzni pozqun bu ölkədə.
4 İyul 2006
--------------
Nəsillər gəlir, nəsillər gedir
Nəsillər gəlir, nəsillər gedir,
Hiss edilmədən yavaş, xəbərsiz,
Bir banda o birin yıxıb gəlir,
Sadə camahatsa aldadılır,
Seçki oyununda alət olur ,
Müharibə, hiylə qurtarmayır.
Gah burda yanır, gah da orada,
Fasiləsiz atış, qaçış, dartış,
Biri aldadır, biri düz deyir,
Biri satır, biri alır,
532
Ən hiyləgər hakim olur, əmr verir,
Toqquşurlar yazıq xalqlar, torpaq yanır,
Atəş səsi, qətl - qırğın, qurtarmayır.
Hələ canlı qüvvə, həvəs çoxdur,
Bir nəfərin, qrupun keyfi üçün.,
Qudurmuş nəfsinə plan qurulur:
-Neçə şəhid, əsir, itgin olsun,
-Neçə didərgin, mühacir olsun,
-Xalqın malın, mülkün necə satsın,
-Sərvəti öz adına necə salsın,
-Hakimiyyətini, möhkəmlətsin,
-Nə qədər gəlir özünə gəlsin?
“Dörd nəsil keçsə” - deyir İbn Xaldun -
“Taxt - tac xarab olur, bundan qorxun.
Camahatın səbri dolur, aşır,
Çarı yıxır, yenisini qoyur”,
Mən isə deyirəm əslindəsə,
Bir yeni yaramaz taxta çıxır,
Hər tarix yenidən təkrar olur.
Qərinələr ötür, ağa qalır,
Darğa, nökər, yaltaq, avam qalır,
Torpaq qalır ,
Sən ey cahil, anla bunu,
Xilasına ümid etmə.
Nə İsa Məsihə, Məhəmmədə,
Nə Buddaya, Mehdiyə,
Xeyri yoxdur, ümid etmə,
Heç başını da əymə, təzim etmə,
Öz rolunu, aktyor kostyumunu,
Dinməzcə, könüllü gey əyninə,
Atıl, qatıl, oyna öz rolunu,
Rüşvət verib, rüşvət al sən
Qazandığını tək yemə sən,
Qismət deyil bu, əzəldən.
Bəzən allat, bəzən düzünü de.
Yalvar, yaxar, yeri gəlsə,
Şirin dil tök, yeri gəlsə,
Vaxtı gəlsə, yeni –yeni
Rolları seç, yaxşı oyna,
Utanmadan, gir oyuna.
Kim utanır ki, sən utanasan,
Axı sən də gəlmisən ki,
Onlar kimi yaşayasan!
13 Yanvar 2003
---------------
533
Mühit dəyişdikdə şeyin dəyişməsi
Rasional fəlsəfənin əsas mənası,
Mühitin necəliyi, onun dərkidir.
Hər görünən çoxluq da fərqli mühitdir,
Kainat, Yer özü də bütöv mühitdir,
Həmişə dəyişilir, doğub törəyir,
Hər yeni doğulan şey, olan hadisə,
Qatışır keçmiş ilə, bir mühit olur.
Yeniləri yaradır, hər yeni mühit,
Yeni növlər, bacarıq, qayda yaranır.
Mühit dəyişdikcə hey, şey də dəyişir,
Hamı yaşamaq üçün çalışır hər an,
Mühitin qaydasına uyğun olaraq.
Yaranan hər bir varlıq mühitdən gəlir,
Mühitlə bir yaşayır, ona çevrilir.
5 İyun 2007
---------------------------
Mən yanılmışam
Çox axtarmışam mən düzlük, ədalət,
Hər kəsi düz sayıb düzlük ummuşam,
Böyüyün sözünə mən inanmışam ,
Öz fikrimdə yaman mən yanılmışam.
Əxlaqın adıyla mən yaşamışam,
Onunla əzaba düçar olmuşam,
Dövlətə, rəhbərə mən inanmışam,
Axırda boş çıxıb, mən aldanmışam.
Haqlarım tapdanıb, yaman sınmışam
Haqqımı qoruyum? gücüm qalmayıb,
Dövlətə də məndə inam qalmayıb,
Sonu çox gözləyib mən qocalmışam,
İllərlə kənarda, işsiz qalmışam,
Daha neynirəm xoş gələcəyi mən,
Həyatın sonuna gəlib çatmışam.
Sonra uşaq necə olacaq.. görən,
Mən hələ həyatdan kam almamışam,
Şahın saldığı bu quyuda qalıb,
Xeyir - şərdən də mən kənar qalmışam,
Mən tamam məyus olub sarsılmışam...
Nadanlıq ölkəsində canım çox yanıb,
Bunu dərk edib qəti inanmışam: -
Cəmiyyət özülü nadan qurulub,
Düzə yer yox, başda dəllal oturub ,
Bu sistem nadana uyğun qurulub,
534
Həmişə nadanlar başda duracaq,
Düzlük, inam, əxlaq çöldə qalacaq
Düz olan ya işsiz qalacaq , ya da,
Məmura, işbaza nökər olacaq.
İndi buyurun siz, seçim ediniz,
Ya sırtıq, alçaq olub ağa olun siz,
Ya da əxlaqı seçib əzab çəkin siz.
Noyabr 2007
-------------------------
Səbəb - nəticə qanunu
Dünyanın öz mənası, səbəbi vardır,
Mənanı açmalısan yaşamaq üçün.
Hər şeyin var olması, dəyişməsiçün,
Onun tabe olduğu yüksək qurumlar,
Əbədi qanun yazıb, qayda qoyublar.
Heç nə özü başına yaşaya bilməz,
Lazımı qurumlar razı qalmasa.
***
Bir şeyin olmasına fərman verərlər,
Onunla əlaqəli ətraf qurumlar.
Onların içində bir güclüsü vardır,
Bütün böyüklük , qərar ona məxsusdur,
Hər şeyin üzərində bir böyük vardır,
Hər böyük üstündə də bir böyük vardır.
Heç nə tək deyil, öz, ailəsi vardır,
Burada hər növlərdən varlıqlar vardır.
Hamısı bağlıdır bir - birinə bütöv,
Yalnız birlikdə onlar, qala bilərlər,
Dostluq, əməkdaşlıqda, tam razılıqda.
Onların daxilində, azsa razılıq
Ayrılıq da yetişər, məhv olar varlıq.
***
Yaranış, ölümün tam, səbəbi vardır,
Hər yaranış nəticə, hər nəticə səbəb.
Hər səbəbin də öz səbəbi vardır.
Səbəb - nəticə - səbəb bizim həyatdır,
Yaxşı- xoş nəticəni almaq üçün biz,
Gərək ona yaradaq yaxşı səbəb biz!
5 İyun 2007
Tamlıq qanunu
Dünya bütöv qurum, bütöv varlıqdır,
Bütöv qala bilən canlı tamlıqdır.
Dostları ilə paylaş: |