563
O şahlıq işini alver sanırdı,
Nefti qazı - nə var - qazıb satırdı,
Xalqın sərvətlərini talan edirdi,
Aldığı pulu boş məsrəf edirdi,
Ədalət, inkişaf, düzlük deyirdi,
Lakin öz sözünün əksin edirdi,
Çox insan olmuşdu kasıb - füqarə,
Həkimsiz, işsizlik, yoxdu bir çarə,
Onundan ikisi olmuşdu kübar,
Edirdi istismar xalqı, yoxdu ar,
...Etiraz edənin səsin kəsmişdi,
Dinənin həbsinə hökmün vermişdi,
Beləcə edərək özünü məhrum,
Xalq görüb eləsin eybini məlum.
Bütün ətrafı da yaltaq qurumdu,
Düz söz deməyə yaman qorxurdu,
Onun əməlinə nəzarət yoxdu,
Özü özündən ki, sormayacaqdı,
Bu halət beləcə qalmayacaqdı,
Ətrafı uydurub tərif deyirdi,
O da öz eybini bilə bilmirdi,
Özünü hamıdan zirək sanırdı,
Tərsliklə xalqına qəbir qazırdı,
Özü də özünə tərif deyirdi,
“Biz məharətliyik” – qürrələnirdi,
Gerçəklik əksinə, geri gedirdi,
Düşmən torpaq tutub, ona gülürdü,
Zavod, fabrikləri o məhv etmişdi,
Çoxunu qohuma peşkəş vermişdi,
Qohum əqrabası ağa olmuşdu,
Qalan əhalisə nökər olmuşdu,
Bölmüşdü milləti iki parçaya,
Biri hakim – varlı, biri füqara,
Qanunu varlıya xidmət edirdi,
Biçarə kasıblar təngə gəlirdi,
****
...Vardı bu şahlıqda bir müdrik alim,
Ölkəni analiz, edirdi daim,
Görürdü quruluş necə nadandı,
Bu gün, gələcəyə təhlükə vardı,
Xam siyasətin bir, səbəbi vardı,
Despot olub padşah xalqdan uzaqdı,
Şahın əqrəbası xalqı saymırdı,
Bütün idarələr rüşvət sorurdu,
564
Insanların sözünü saya salmırdı,
Daha bu işlərə əlac yox idi ,
Nayrazılıq, nifrət ziyada idi ,
Bir gün cana doyub alim dilləndi ,
Bu şaha belə bir, məktub düzəltdi,
Sonra da məktubla e-mail göndərdi.
27 Mart 2008
****
Alimin məktubu
Salam olsun sənə böyük padişah,
Gərək sənin sözün olsun ağılşah.
Sənin əməlinlə xoşbəxt olsunlar,
Ölkədə yaşayan adi insanlar.
- Əsas vəzifəsi dövlətin budur;
Xalqı qorumaq da onun borcudur.
Gözünü baxarkən geniş açginən,
Özün də bu xalqa qulaq asginən.
Əl çək nadinclikdən uşaq kimi sən,
Xalqın ehtiyacını hardan bilirsən,
Lazımı işlərin əksin edirsən.
Bu ölkədə vardır çoxlu müdriklər,
Xeyli savadlılar, ağlıkəsənlər,
Onları eşidən xeyrini görər.
Neyləsən də bil ki, xalqından kənar,
Almazsan ona xoş nəticə aşkar.
Sənin yaxın dostun qohum, əqraban,
Nazirlər, qazılər, məclis heç bir an.
Təmsil edə bilməz xalqın fikrini,
Uydurma! özündən xalqın xeyrini.
Xalqının özündən soruş öyrən sən,
Nadanlığın daşın burax, insansan.
Heç kəs xalq adından danışa bilməz,
Nə xeyir, nə şərdir, nə pis, yaxşıdır,
Ona hansı məqsəd arzu olandır.
Çox eyibin üstünü bu alim açdı,
Şaha nə qədər var, məsləhət yazdı,
565
Çox əyrini, səhvi o araşdırdı,
Sözünün sonunda o belə yazdı:
***
“Bilirəm, özünü sən dəyişməzsən,
İnsan xasiyyətin dəyişə bilməz,
Məsləhətin ona təsiri olmaz,
Su yoxsa quyuda tökməklə olmaz,
Söyüd ağacında alma, nar olmaz
Başqa biri də taxtda olarsa,
O da sənə oxşar kimi olacaq,
Şahlıqdan qudurub nadan olacaq,
O da yaradacaq başqa cür bəla,
Hamını edəcək dərdə mübtəla.
Səbəb odur ki, tək, güclü olammaz,
Tək adamın ağlı ağıllı olmaz,
Öz xeyrini güdüb qərar versən də,
Xalqın xeyrini sən hardan bilərsən,
Ondan soruşmadan bilə bilməzsən,
İnsana adətən xassə deyildir,
Özgə xeyrin güdmək adət deyildir,
Dövlət məqsədini icra etməyə,
“Bircə yolu vardır” - deyir müdriklər:
-Qərarda xalqın da iştirak etsin,
Şah da oturub bu işə nəzarət etsin,
Xalqın hər bir sözü saya sayılsın,
Ümumi fikirləri qərara salsın,
Xalqına heç vaxt zərər verməsin,
Birinin haqqın birnə qurban verməsin.”
12 Aprel 2008
---------------
Azərbaycan və şair
Azərbaycan, bozqır çöllər,
Şoran torpaq, göy meşələr,
Tarixlərdən keçdin gəldin,
Müharbələr gördün gəldin,
Xanlar, bəylər ağan oldu,
İnsanına, həm çölünə,
Nə ki vardır sərvətinə,
Azərbaycan, Azərbaycan
***
Rəiyyədən vətəndaşa,
Insanların sürü gəldi,
Kölə olub, kölə gəldi,
Xanlar çönüb raykom gəldi,
566
Raykom çöndü Başçı gəldi,
Şah da çöndü baş katibə,
Baş katibsə prezidentə,
Hamam köhnə, tası təzə
***
Nə idisə əzəl qanun,
Yenə odur bu gün qanun.
Ən nadanı başçı olar.
Bir əlilə imza atar,
Bir əlilə rüşvət alar,
Əvəzində kefin sürər,
Yaltaqlar da quyruq bular,
Şeyir yazar, mahnı qoşar,
Tərif deyər, çəpik çalar.
Qərarları gülünc olar,
Qanunları nadan olar,
Azərbaycan, Azərbaycan
***
Camahatı kasıb qalır,
Nefti, qazı bol olsa da,
Qiymət qalxır, ağırlaşır,
Dəyişməyir Azərbaycan,
- Kasıb elə kasıb qalır,
Varlıları ələ düşməz,
Tək məmurlar varlanırlar.
Şairləri növbə tutar,
Tərif deyər mavinətə,
Bircə tikə yağa- ətə.
Bir medala, fəxri ada,
Üzü vardır abrı ata
***
Lakin təkcə bir şair var,
Dönməz sözdən bizim şair,
Haqqı danıb nahaq yeməz,
Azad şair adın verməz,
Bircə parça ağ metala.
Xalq nə yeyər, ondan yeyər,
Nəyi tapar, onu geyər,
Haqqı satmaz haqq şairi,
Xalqla çəkər Xeyri, Şəri,
Öz gücünü xalqdan alar,
Yalan deməz, yaltaq olmaz.
***
Aşıqlar da dilə gəlir,
Haqqı deyib sazı çalır,
Dostları ilə paylaş: |