571
Öz içində gicə güldü:
Belə xain dövlət olar?
Özü yağya yolu açar?
Əsgəri də geri çağrar?
Hissələri ləğv eləyir,
Gah kəndi o, pulla satır,
Gah əsgərdən silah yığır,
Döyüşəni daldan vurur,
Birdən hamya otpusk verir,
Gah silahı, tankı satır,
Bu nə döyüş?, alverxana!
Əsgərdən də rüşvət alır.
***
Qəhrəmana torba tikir,
Qanunsuzdur, adı deyir,
Döyüşəni həbs etdirir.
Alimləri çaşıb qalır....
Necə olur vətən üçün ,
Döyüşənlər haqsız olur,
Düz danışan, təklif verən,
Rüşvətləri aşkar deyən,
Xalq varına, sərvətinə,
Şərəfinə qayğı çəkən,
Öz xalqının xeyrin deyən,
Nümayişlər, etirazlar,
Qanunsuzluq, vecsiz olur?
***
Torpaqları erməniyə,
Bağışlayan və satanlar ,
Döyüşlərin idarəsin
Təşkil edə bilməyənlər,
Öz stulunu, cibin güdən,
Xəlqını da köçgün salan,
- Qanun pozan, haqlı olur?
4 İyul 2006
--------------
Azərbaycan , ulu vətən
Azərbaycan , ulu vətən,
Kimə cənnət, kimə kəfən,
Gül –çiçəyin necə dözsün,
Xoşhal insan həsrətinə.
572
İnsanların bölünübdür,
Bir tərəfdə orta, kasıb,
Əhalinin beşdə dördü.
Bir tərəfdə dövlət –biznes-,
Oliqarxlar birliyidir.
Təbiətdən, göy meşədən,
Quş mahnısı, şəlalədən,
Soyuq bulaq, kabab, xiyar,
Keyfini çək, tam ixtiyar,
Ləzzət alar oliqarxlar.
Həsrət qalar gözəlliyə,
Kasıb insan, duymaz bunu,
Evdə yoxsa, çörək, unu;
Baxmağınan qarnı doymaz,
Neynəsin ki iş- peşəsi,
Oliqarxı yedirtməkdir,
Azərbaycan, Azərbaycan,
Şükr elə ki, hələ varsan.
***
Yerin altı , yerin üstü,
Nəyin vardır:- xammal,
Maşın, bina, bazar
Torpaq, meşə, yollar
Oliqarxlar əllərinə,
Keçməkdədir haram, haram,
Xalq məclisni qəsb edərək,
Yazdıqları qanun ilə,
Xalqı atan tədbir ilə.
***
Qanunları xalqdan uzaq:
Yazıb qoşar oliqarx, Çar,
Kimi acdır, kimi toxdur,
Kimi işdə çörək üçün,
Canı, beyni sərfə gedər.
Kimi işsiz, kimi xəstə
Kimi oğru, kim məhbəstə,
Fərqi yoxdur, Azərbaycan,
Belə qurulub, Azərbaycan.
***
Bir xassəsi var çarının,
Özü yazar, özü qoşar,
Özü edər, özü sorşar,
Cavab verməz əməlinə,
Özü deyər, özü eşdər,
Özü tutar , özü kəsər,
573
Həm məhkəmə, həm də vəkil ,
Həm idarə, həm də qanun,
Nədən desən, hamsı özü,
Diktatura nümunəsi,
Yeni tarix məsxərəsi.
Lüdoviki ötüb keçir,
Absolyut çar, despot kimi,
Dünya üçün qaravəlli,
Insanların canı dərdli,
Azərbaycan, bəlalı can.
***
Bir xoyu var özünə xas,
Kəşv edibdir, Heydər Əli,
İqtidara o gələli,
İmtahana çəkib demiş,
“Dözümlüdür mənim xalqım,
Yenə dözsün bir azca da”,
Dözməkdə sən, Azəbaycan,
Birincisən bu dünyada,
Azərbaycan, dözümlü can.
***
Gəlib gedən hər dövlətin,
Bəla olub hər insana.
Xoş həyatı, azad, xürrəm,
Işlə, yarat, nə istərsən,
Təbiətdən ilham al sən,
- Bütün bunu çox görübdür,
Onu saxlyan insanlara.
Əlindəkin tutub alıb,
Verməyəndə kəsib alıb,
Kölə edib gücün, səsin,
Qapatlayıb düşüncəsin,
Öyrəşdirir haqsızlığa,
Vətənində hər insanı,
Düz –səhv nədir, yaxşı nədir?
Unudubdur - əxlaq nədir.
Oğru, xain, yaltaq, nadan,
Nə eşidən, nə də qanan,
Qul, tabelik əxlaqını,
Əkib şahı, çarı, xanı,
Katibləri, prezidenti,
Bəy, rəisi, qulluqçusu.
Yuxarıdan aşağıya ,
Örnək gəlir, əməl gəlir,
Dələduzluq təlmi gəlir:
574
“Xidmət edin baş ağaya,
Yığdığnızdan payın verin,
Səssiz, xəlvət, tərifləyin!
Mahnı qoşun, şərəf verin”.
Iküzlülük, külüfürmə,
Zorakılıq , fikir vermə!
Dinməverdir siyasəti.
Ancaq şəxsi mənfəəti,
Bayraq edib bütün şayka,
Özünkilə xalq malını,
Utanmadan qarışdırır ,
Satır, alır; alır, satır,
Şüarıdır :- ”hər şey özümə”,
“Öz qohumuma, öz könlümə,
Nə tikilsə, nə gətirilsə,
Nə açılsa, yalnız özüm,
Qalan hamı özgələrdir,.
Ancaq mənə yalmansınlar,
Məndən iznin qoy alsınlar,
Nə tiksələr, nə yesələr,
Nə düşünüb, nə desələr”.
...Bunun xalqa nə faydası?
Nə olsa da, Azərbaycan,
Yatma ayıl, Azərbaycan
Nədən hər iş başna gəlir?
***
Fəqir insan gözün döyər,
Başa düşməz, bu əməli,
Reallıqla xəyal, aləm ,
Elə qatışıb Mediyada,
Tələb edir elmi aləm.
Qoy xalq bilsin, nə qədər ki,
Anlamasa vəzyətini,
Yem olacaq varlılara,
Özgə düdük çalanlara,
Çara, harın məmurlara.
Dustaq olub, vətənində
Qalacaqdır gic əlində.
***
Fisqu –ficur həddən aşır,
Yanan canlar dözənməyir,
Nurlu başlar işıq saçır,
Dillənir: - xalq aldadılır!
Malı, varı, talan olur,
Gömrük, vergi rəisləri,
Dostları ilə paylaş: |