Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə264/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   260   261   262   263   264   265   266   267   ...   282

 

547


Hər dövrün öz hökmü, kitabı vardır, 

Allah peyğambəri, elçisi vardır, 

Unutma, dediyim ehkam deyildir”. 

*** 


Musa dedi: “on qaydaya əməl et, 

Bir allahdan başqa, budur fərmayiş, 

Bütə, insana, şəklə  etmə sitayiş . 

Dediyim Yahvanın öz sözləridir, 

Sinayda aldığım  yeni vəhylərdir. 

Sizindir Fələstin, sağ sahil Qaza, 

Qırın, alın, inanın sizin Yahvaya. 

Yahvanın yolundan çıxmasın heç kəs, 

Dişə - diş, gözə - göz, yaxınını sev! 

Hər yan sizə düşmən, yadla qarışma, 

Düşmənə nifrət et, andını pozma”. 

*** 


Zərdüşt dedi: düz söz, düz fikir, bir də, 

Düz əməl yaşatsın, kamil insanı, 

Pis –yaxşı, xeyir - şər daim döyüşdə

Tanrı Həqiqətdir, sən, özün tap onu, 

O idrak, ağıldır, maddi dünyada, 

Yaradan, təlimdir, adı Ahura – Mazda

Rahat ruhdur, qıvraq, dərin  fikirdir, 

Yaratmaq, ədalət yaxşı fikirdir, 

O çoxluqdur, onun adı iyirmidir. 

Düzgün olan qalib gələr, yalana, 

Düz üstün gələr yalançı olana. 

*** 


Mən Tofhid deyirəm hər şey, necə var, 

Toplumdur, qanunu, öz dövrilə var, 

Hər üzvdə əks xassələr birgə yönləşir, 

Onlar bütöv kimi belə birləşir. 

Bu da yaradır bir olma qanunu, 

Hər pay izləyir həmin qanunu

Şeylər içində də eyni qaydadır, 

Onlar da  qanunu oxşar yaradır. 

Törəyir, birləşir, hər şey əkslərdən 

Dünya pis-yaxşıdan, xeyirdən-şərdən, 

Bəli, həyat əzab, həm də ləzzətdir, 

Varlıyla, kasıba zəruri şərtdir. 

Ləzzəti görmürsən, əzab görürsən, 

Azca etmək üçün, əzabını sən, 

Onda  xeyrini də azaltmalısan, 

Başqa yol yox, belə, yaşamalısan, 

Az edərsən əzabı əgər işləsən, 



 

548 


Bu azla könüllü razılıq etsən, 

Çox əzabdan xilas olarsan sabax. 

Əzabı çox edən səbəblərə bax. 

Ağılla düşün sən, danış icmanla, 

Düzü tapanacan,  düzgün rəftarla. 

Xeyirçün hazır ol əzab çəkməyə

Sənə xoş gəlməyəni, etmə özgəyə. 

*** 


Özün düşün,de, yaz; özün cavab ver, 

Cəmiyyətlə birgə, özün qərar ver. 

Fikirlər daima fərqli  olacaq, 

Belə ki  müxtəlif hər şey qalacaq. 

Müxtəlif insanda bir inam olmaz, 

Bunu eyni etməyə bir lüzum olmaz. 

Hər kəsin haqqıdır sərbəst düşünsün, 

Buna yasaq  qoyan rəğbətdən düşsün, 

Dünyada heç kəs kafir deyildir, 

Buna heç bir meyar kafi deyildir. 

Heç kəs də, heç kimə düşmən deyildir, 

Hamı eyni bədənli canlı varlıqdır, 

Hamının həyata hüququ vardır. 

Özünü  güdməsi tamam düzgündür, 

Hamını elə edən  ətraf mühitdir, 

Dəyişsə, insan da dəyişəcəkdir. 

Əvvəl mühitizi dəyişdirin siz, 

Kamil insanlar olmaq üçün siz. 

*** 

Sənə insan, sözüm, nəhayət, budur, 



Tarix  yaxşı, müdrik  öyüdlə boldur. 

Bu gün  üçün  müdrik rasional sözü

Düz, etik əməli, yaşamaq   tərzi, 

Təlim  eylə, elmi xəzinədən al, 

Öz həyat yolunu özün seç, güc al ! 

Şənbə, 10 İyun 2006 

------------- 

Üzlər gülümsəyir 

 

Üzlər gülümsəyir, dodaqlar qaçır, 



Insan insanın üzünə baxır, 

Qəlbində arayır - bir xeyir alsın, 

Necə bu şikarı toruna salsın. 

“Ay xoş gördük, salam necəsən” 

“Çox sağ ol yaxşıyam, bəs  sən necəsən” 

Necə xoş səslənir bu şirin sözlər, 

Xəlvətdə hörülür incə  kəndirlər. 



 

549


Vay, insan olub üzyola  olasan, 

O gözəl sözlərə tez inanasan, 

Kələkdən özünü qorumayasan, 

Bundan başlayacaq sənin hekayən

Hər şeyin gedəcək bir cür kələynən, 

Sağacaqlar səni sağmal inək tək, 

Yolacaqlar tüknü yağlı ördək tək. 

3 Yanvar 2007 

--------------------------------- 

Yanarsan 

 

Əgər  ağlı  zəyifin sözünə baxsan, 



Sonra, səhvini qanıb peşman olarsan, 

Pozular işin, kimsə sənə hay deməz, 

Dərd yandırar, sən durub elə baxarsan. 

**** 


Dövlət tərif edəndə seçki postların, 

Xoşlanıb danarsan , çətin anların, 

Huya- huy deyər, görməzsən, o yalanların, 

Sonra da haqsız, işsiz qalıb, yanarsan. 

**** 

Gənclikdə tədbir töküb, ağlın yoluyla, 



Peşə alıb, çalışmaq, bilik yoluyla; 

Mirası artırmasan şəxsi payınla, 

Qocalıqda dərd verər sənə, yanarsan. 

**** 


Mühit səni sıxar, uyğun olmasan ona

Sadiq olsan , ədalət, əxlaq yoluna, 

Nadan dövlət  də sıxar, baxmaz halına, 

Sən probka kimi uçub, xaricə qaçarsan. 

**** 

Seçməsən ağılınla peşə, biliyi, 



Özünə uyğun, ola işdə tələbi, 

Sevilən,  hörmətlisi, ola qiyməti, 

Sonra əlində qalıb, baxıb yanarsan. 

**** 


Özünə diqqət edib, qiymət verməsən, 

Hər səhvini tez tapıb, tez düzəltməsən, 

Gələcəyi düşünüb, tədbir qılmasan, 

Zəyif olub özgəyə yem, nökər qalarsan. 

**** 

Dövlətə ümid olub, sayıq olmasan, 



Güc toplayıb özünə çarə tapmasan, 

Qorxunu atıb şəstlə zəhmət çəkməsən, 

Aza qıymasan, çoxdan  məhrum olarsan, 



 

550 


Sabax bədbəxt gününə səbəb olarsan. 

**** 


Gələcəyi düşünüb, düz anlamasan

O günün tədbirini bu gün görməsən, 

Vaxtında alıb, əkib, biçib, tikməsən, 

Dərin quyuya düşüb, çabalayarsan. 

**** 

Sadiq dostları tapıb, dostluq etməsən, 



Dar günə az pul yığıb, tədbir görməsən, 

Uşağa yaxşı mərifət, bilik verməsən, 

Hər şeydən əlin çıxsa, naçar qalarsan. 

15 Oktyabr 2007 

P.S. 


Şirin dilinə uyub, bədəsil  alsan, 

Öz hörmətini yaxşı olub, saxlasan, 

Onun hər çaldığına  durub, oynasan, 

Axırda səni saymaz, qulu olarsan. 

**** 

Ona heç söz  təsir etməz, cəza versən də, 



Səni  yumşaq tanıyıb, həddi keçəndə, 

Uşağı da öyrədib, əksə gedəndə, 

Səni gic yernə qoyar, yanıb ağlarsan. 

Fevral 2008 

-------------- 

Baxıb hər xoş gördüyün rəftara uyma, 

Hər deyilən xoş sözü  sən saya alma, 

Qalmaz xoş - üz, söz daim, sən ümid olma, 

Pisi  hökmən gələcək, hazır ol ona, 

Pis söz, pis üzlə çıxsa qarşına onda, 

Sən dərdindən neylərsən? - çırtla yanarsan! 

**** 

Müdrik alimin sözü, deyər düzlüyü, 



Söz əks eləmir bəzən də gerçəkliyi, 

Söz alətdir nadana, örtsün bicliyi, 

Düz anlamasan sözü, çaşıb yanarsan. 

23 Mart 2008 

------------------- 



Vida duası 

Bu gün vidalaşır sənlə ey  qocam (adı de

Səni yola salıb,  yaşayan insan, 

Sənin oğul – uşağın, həyat yoldaşın, 

Səni sevən atan; bacın, qardaşın, 

Yaxşılıq etdiyin yaxın dostların. 

Ruhun ayrılmışdır, bizimlə durmuş, 

Özünə o baxır, kənarda çaşmış, 




Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   260   261   262   263   264   265   266   267   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə