Microsoft Word Kitab n?sr variant? 22okt 2008. doc



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə42/282
tarix20.10.2017
ölçüsü5,5 Mb.
#5870
1   ...   38   39   40   41   42   43   44   45   ...   282

 

85

3. İnsanın özünə baxsaq (mühiti kənara qoysaq) o, davranışını özünün fikrincə, azad, öz 



iradəsilə edir. Mühitə baxsaq (insanın  şəxsi rolunu görməməzliyə vursaq) insanın 

davranışı mühitlə idarə olunur və bu davranış mühitin təyin etdiyi rolu icra etməkdir. Bu 

iki fikrin hər ikisi düzdür. Mühitə və insana birlikdə baxsaq hər biri iki təsir  altındadır

İnsan eyni zamanda  həm özünün ehtiyaclarını ödəyən, həm mühitin – tələbini, 

şərtlərini icra edən   davranışdadır. Ətraf mühit isə ierarxik strukturlu, pilləli mühitdür 

(mühitlər kompleksidir). İnsanın daxil olduğu mühitlər də eyni zamanda daha üst mühitin 

və  alt mühitin təsiri altındadır. Bu o deməkdir ki, həır şey iki şeyin, iki vəziyyətin ondan 

əvvəlki və sonrakı  vəziyyətin ortasında olaraq ən azı iki qüvvənin təsiri altındadır. 

Baxılan  şey, bu iki şeyi bağlayan bir orta obyektdir. “Hər  şeyin davranışı(forma və 

həyatı)  ən azı iki qüvvənin təsiri nəticəsidir” - fikri insan üçün də doğrudur. Maddi 

dünyanı dərk etməklə  insanda şüur formalaşır. 

 

Dünya formulunun ( Σ  N =   0 ) insan həyatında  təsviri   

1. Hadisələrin dəyişilmə sxemlərinə uyğun olaraq, hadisənin qalxma, düşmə anları – 

dalğavari dəyişmələr formasında baş verir. Məsələn, insan  üçün baxsaq, demək, insanın 

xarakteri , gücü , emosiyaları, hərəkətinin mənası (yaxşı-ya pis) dalğavarı dəyişir.(Fiq 6,  

7 və 8) vəziyyətin , emosiyanınn, uğurun və s. qalxmasından -Yaxşıdan sonra düşməsi - 

Pis  gəlir, sonra yenə Yaxşı  gəlir və bu proses davam edir. 

Belə ki, yaxşı da, pis də  gələcəyə doğru zəruri addımdır; pis - geriləmə deyil, o da 

inkişafın zəruri  tərkib hissəsidir. Demək olar ki, nə qədər sən özünü yaxşı hiss edirsənsə, 

sonra o qədər də pis hiss edəcəksən. Xarakterdə    də balans əmələ  gəlir, burada əks 

keyfiyyətlər bir - birini tarazlayır; məsələn, sən nə  qədər yaxşısansa o qədər də pissən, 

kasıbların potensialını toplasaq varlıların potensialına bərabər olar. 

     Hər  şey daxilində cüt –cüt əksliklər yaranır.  Əgər insanda bir keyfiyyətin dərəcəsi 

məlumdursa, onu tarazlayan əks keyfiyyət var və bunu tapmaq olar. Belə nəticə çıxır ki, 

insanlar içərisində ən kənar hədlərdə mövqe tutanlar və yaxud ən son şöhrətə, vara nail 

olanlar  ən  mənfi xarakterə malikdirlər. Eynilə, ən aşağı kasıb vəziyyətə malik olmaq ən 

qeyri - insanı xarakter və davranış yaradır.  Ona görə ən kənar vəziyyətlərə sahib olmaq   

böyük səhv hərəkətdir, hər bir halda, mühitin imkanları  nəticəsidir, insanlara burada 

günah tapmaq mümkün deyil.   

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



G

əl

əc



ək

Yaxşı 


Pis 

Fig.7. İnsanın həyatı yaxşı və pis hadisələr və emosiyalar bir birini əvəz edir 




 

86 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Bu məntiq dünyada Xeyir və Şərin, Pisin və Yaxşının (зло-добро), insanların pis və yaxşı 



olmasının köklərini və onların nisbi olduğunu görməyə imkan verir. Bu sübut edir ki

dinlərin dediyi kimi heç də dünyada göylərdə yaşayan pis ruhların təsirilə  və ya  insan 

doğulandan günahkar doğulduğuna görə  cəmiyyətdə pislik, paxıllıq , oğurluq, kasıblıq, 

dilənçilik, müharibə olmur. Bu hadisələrin  əsas səbəbi məhz bu (1) dünya balans 

formulunun təsiri və qüvvəsi və bunun nəticəsində (2) hər bir şeyin öz varlığını saxlaması 

uğrunda mühitin şərtləri daxilində      fəaliyyətidir, çünki insan yaşamaq üçün o mühitdə 

tələb olunan (onunçün spesifik) addımı atmağa məcburdur.  Bu addımı  isə o, sizin 

ağlınızla deyil, məhz öz ağlı ilə  müəyyən edir. Buradan belə nəticə çıxır ki, dünyada səhv 

etməyən, daim bir keyfiyyətli, bir parametrli insan yoxdur. Belə insan başqaları içərisində 

yaşaya bilməzdi. Ən yüksək mövqe tutan, ən alçaq hərəkət etməyə qabildir. 

2. Cəmiyyətə Dünya formulunu tətbiq etsək, görərik ki, hansı  cəmiyyətdə  ən son varlı- 

dövlətlilər varsa, orada ən son kasıblıq var. Harada böyük demokratiya varsa, orada 

böyük diktatura var. Buna görə də ən optimal cəmiyyət Rasional Cəmiyyət sistemidir ki, 

burada kənar – son hədlərə yol verilmir. Kəskin hədlər, ictimai idarəetmə ilə  və  şəxsi 

şüurla  yox edilir və buna zəruri mühit - imkanlar yaradılır. İnsanlar könüllü və öz ağılları 

ilə  dərk edərək normadan artıq varlılıqdan, ifrat istehlakçılıqdan imtina edirlər. Bu 

cəmiyyət orta vəziyyət cəmiyyətidir ki, bundan yaxşısı ola bilməz. Burada bir 

fəaliyyətdən gələn gəlirlər maksimum və minimum, layiqli insan həyatını təmin edəcək 

hədlərdə məhdudlaşdırılır. Hər kəs könüllü idrak, ağıl mexanizmləri vasitəslə anlayır ki, o 

tələbatından çox artıq nemətlərə malik olsa, bu nə  qədər pis nəticələr verəcəkdir. Bu 

cəmiyyətdə inkişafın əsasını istismarsız əmək –istehsal təşkil edir. 

3.  Hər bir şey, hərəkət, davranış bütöv – tam olduğu - ən azı iki qüvvənin təsiri altında 

olduğu; həm yaxşı, həm pis keyfiyyətə malik olduğu üçün insanın atdığı hər bir addım, 

yaratdığı hər bir qurğu,  maddi obyekt, dediyi hər bir fikir də xeyirli və zərərli cəhətlərə  

Pis


Yax

şı



Fiq. 8.Hər bir əyri bir hadisəni- trendi göstərir baxılan hər anda bəzilərinin 

parametrləri artır – yaxşılaşır bəziləri azalır –pisləşir. Hər əyri habelə  bir insan 

taleyini göstərir, yaxşı və pis bir birini əvəz edir. A – daha böyük ümumi 

hadisədir, B- kiçik hadisələr-trendlərdir 

Azalma


artma


Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə