Azərbaycan dövlətçiliyi tarixində gömrük işi
102
edilməsi haqqında yalan xəbərlər yayaraq bununla yarmarkanın işinə mane
olmağa cəhd edirdilər.
RSFSR XXTK-nin Bakı şöbəsi İran qəzetlərinə teleqramlar göndə-
rərək, bu boykot kampaniyasının qarşısını almağa çalışırdı.
1922-ci il oktyabrın 26-da ZSFSR XKS-nin sədri N.Nərimanovun
adından radio ilə Tehran və Ənzəliyə aşağıdakı məzmunda məlumat
verilmişdi:
“Özümüzə borc bilərək qəti surətdə təsdiq edirik ki, Federativ
respublikalar Şərq xalqları, xüsusi ilə də İranla hər iki tərəfin sıx tarixi
bağlılığından irəli gələn ən yaxın iqtisadi əməkdaşlıq platforması üzərində
möhkəm durur. Əminliklə təsdiq edə bilərik ki, Azərbaycan SSR-də İran
tacirlərinin mallarının əllərindən alınması və ya müsadirə edilməsi halları
baş verməmiş və baş verə bilməz, Bakı yarmarkası ilə əlaqədar verilən bü-
tün imtiyaz və güzəştlər qüvvəsini saxlamaqdadır”. Radio ilə verilən bəyan-
namə Bakı yarmarkasının boykot edilməsinin qarşısını almış oldu [65, 39].
1922-ci il martın 12-də Azərbaycan XTK ləğv edildi və xarici ticarət
əməliyyatlarının vahid bir mərkəzdən idarə edilməsi səlahiyyətləri yeni
təşkil olunmuş ZSFSR Xarici Ticarət Komissarlığına (XXTK) verildi. Bu
komissarlığın ayrı-ayrı respublikalarda, o cümlədən Azərbaycanda şöbələri
yaradıldı. Həmin ilin avqust ayından isə komissarlığın yerlərdəki şöbələri
dövlət idxal-ixrac kontorları ilə əvəz olundu [205, 3].
Qeyd etmək lazımdır ki, bu tədbir regionda fəaliyyət göstərən bir sıra
xarici şirkətlərin ciddi müqavimətinə rast gəldi.
Buna baxmayaraq, xarici
ticarətin tamamilə dövlət inhisarına alınması tədbirləri davam etdirildi. Bir
sıra xarici şirkətlərə lisenziya verilməsi dayandırıldı. 1925-ci ildən Baş
konsessiya idarəsi tərəfindən verilmiş icazələr ləğv olundu [178, 1922, 3
ноября].
1923-cü ildə SSRİ Xalq Komissarları Şurası tərəfindən müttəfiq
respublikalardakı bir neçə təşkilat və birliklərə sərbəst xarici bazarlara
çıxmaq “hüquqları” verildi. Bir neçə birliklərlə yanaşı, o zaman dünya neft
istehsalatında aparıcı rollardan birinin sahibi olan “Azneft”
birliyinə istehsal
etdiyi bir neçə neft məhsullarının alqı-satqısına “icazə” verildi. SSRİ neft
sənayesinin əsas hegemonu olan Azneft və Qrozneft birliklərinin istehsal
etdikləri neft məhsulları yalnız mərkəzdə yaradılmış “Neftesindikat” adlı
təşkilat tərəfindən dünya bazarına çıxarılırdı ki, bu da sovet quruluşunun ilk
günlərində yerli təşkilatların xarici ticarət sahəsində çox az səlahiyyətlərə
malik olmasını sübut edirdi. Xarici ticarət əməliyyatları aparan idarə,
təşkilat və birliklərə verilmiş məhdud icazələrin həyata keçirilməsi təc-
rübəsində çox böyük süni problemlər yaradılırdı. Belə ki, mövcud qanuna
əsasən xarici ölkələrlə ticarət etmək üçün icazə almış təşkilat
ilk növbədə
xarici valyutanı Sovet İttifaqının xarici ölkələrdə olan ticarət nümayən-
dəliyinin hesabına köçürməli idi [153, 1998, 25 may, № 9 (61)].
Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991)
103
Həmin siyasətin məğzi ondan ibarət idi ki, SSRİ-də xarici ticarət
yalnız dövlət inhisarında olmaqla ayrı-ayrı mal sövdələşmələri yalnız Xarici
ticarət komissarlığı tərəfindən verilmiş xüsusi lisenziyaların əsasında aparıla
bilərdi. Xarici ticarət əməliyyatlarının gömrük qanunlarına müvafiq aparıl-
masına nəzarət işi dövlət sərhədlərində mövcud olan gömrük xidmətinə
tapşırılırdı.
1923-cü il yarmarkasında ən
fəal iştirak edən müəssisə, təşkilat və
şirkətlər bunlar idi (çaşqınlıq yaratmasın deyə xüsusi adların bir çoxu
sənəddə olduğu kimi verilir): Ümumrusiya toxuculuq sindiqatı, Baş pambıq
komitəsi, Saxarotrest, Ümumrusiya dəri sindiqatı, Komvol tresti, Tikiş
sənayesi sindiqatı, Dövlət əlvan metallurgiya birliyi, Moskva maşınqayırma
tresti, İpək tresti, “Uralmet”, “Ukrtekstiltrest”, “Qosspirt”, “Rezintrest”,
“Kibrit sindiqat”, “Prodasilikat”, “Qosposrednik”, “Nəqliyyat cəmiyyəti”,
“Dobroflot”, Cənubi
Qafqaz dövlət ticarət idarəsi, Gürcüstan və Belorusun
XTŞ-ləri, “Çentrsoyuz”, “Azərittifaq”, “Bakittifaq”, “Kraytorq”, “Nijeqorod
Promtorq”, “Tsaritsın Paytorq”, “Novtresttorq”, “Acartorq”, “Armyantorq”,
“Rusiya-İran”, “İran Assosiyasiyası”, “Rupetorq”, “Azşərab”, Cənubi
Qafqaz dəmir yolları idarəsi, Şüşə-saxsı tresti, “Jirkost”, “Mosmukomol”,
“Lenopravlenie”, “Polestorq”, “Donsnabtorq”, “Yuqspirt”, “Yuqostal”,
Şimali Qafqaz şərab tresti, “Novrosçementtrest”, “Donbassilikat” və
“Donselmaş” [59, 15-19].
ZSFSR XXTK-nin kollegiyasının 1923-cü il aprelin 24-də keçirilən
yığıncağında xarici şirkətlərin Bakı yarmarkasında iştirakı məsələsi müza-
kirə edildi. Yarmarkada xarici şirkətlərin, əsasən Qərbi Avropa şirkətlərinin
iştirakı məqbul sayılmadı. Bunu qəbul edilən qərarın məzmunundan aydın
müşahidə etmək olur:
“1) Sovet respublikaları ilə İranın bazarları arasında
əlaqə yaratmaq Bakı yarmarkasının əsas vəzifəsidir; 2) Cənubi Qafqaz
respublikalarının xarici ticarət siyasəti Avropa idxalının tamamilə
məhdudlaşdırır; 3) Bakı yarmarkasına Qərbi Avropa mallarının daşınma-
sına icazə verilməsi sovet sənayesinin maraqlarına zərbə vurmaqla bərabər,
eyni zamanda Avropanın müstəmləkəçilik siyasətinin diqqətini Şərq
bazarına yönəltmiş olur. Bütün bunları nəzərə alaraq, ZSFSR XXTK
yarmarkada Qərbi Avropa şirkətlərinin Bakı yarmarkasında iştirakına yol
verməməklə heç də Avropa mənşəli mallarla sövdələşmə aparılmasını
qadağan etmir, çünki bu cür mallar onsuz da sovet respublikalarının
ərazisinə ümumi qaydalar əsasında daxil olacaqdır”.
Kollegiyanın qərarı ilə Bakı yarmarkasının keçirildiyi günlərdə qonşu
dövlətin şirkətlərinin iştirakı ilə sovet-İran ticarət
məsələlərinə həsr edilmiş
müşavirənin təşkil edilməsi nəzərdə tutulurdu [42, 49-49
arx
].
Fikrimizcə, tədqiqatçı S.Seyidovanın Bakı yarmarkasının Azərbayca-
nın dövlət büdcəsinə və azad ticarətə ziyan vurması tezisi ilə heç də
razılaşmaq olmaz. Əgər belə olsaydı, “Zaqvneştorq”un müəyyən iqtisadi