Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991)
107
etmişdir ki, bu vəziyyət əslində digər region və respublikalardan
gətirilən
malların həcminin artması ilə izah olunur.
Cədvəl 2.4
Bakı yarmarkasından aparılan malların idxal rayonları üzrə
bölgüsü (min manatla)
Ölkələr və iqtisadi ra-
yonlar
1925-ci il ümumu
dövriyyəyə
nisbətən
faizlə
1926-cı
il
ümumu
döv-
riyyəyə
nisbətən
faizlə
1925-ci
ilə
nisbə-
tən
faizlə
İran
3936 24,0 5006 30,8 127,0
Azərbaycan SSR
5028
31,2
5950
36,5
118,0
Ukrayna SSR
612
3,08
1268
7,8
207,0
Şimali
Qafqaz
123
0,8
659
4,0
535,0
RSFSR 3872
24,0
2240
13,7
58,0
Cənubi Qafqaz
1828
11,3
344
2,1
19,0
Türküstan 291
1,8
26
0,2
9,0
Müəyyən edilməmiş
rayonlar
418
3,1
790
4,9
188,0
Cəmi 16108
100
16283
100
101
Mənbə: Статистический справочник по Азербайджану (под ред.
В.В.Смирнова). Баку: ЦСУ Азербайджанской ССР, 1927, s.170.
Yarmarkada satılan 3942 min manatlıq şəkərin hamısı Ukraynadan
gətirilmişdi. RSFSR-in satış həcmi 3147 min manat olmuşdu ki, bunun da
35,4 faizini toxuculuq malları təşkil etmişdi.
Azərbaycan SSR yarmarkada
satdığı sənaye malları satış dövriyyəsinin 21,4 faizi səviyyəsində olmuşdu.
Respublikamız öz tələbatını ödəmək üçün yarmarkadan 4854 min manatlıq
sənaye, 1096 min manatlıq ərzaq və kənd təsərrüfatı malları, RSFSR 1810
min manatlıq sənaye, 430 min manatlıq kənd təsərrüfatı malları almışdı.
Ukrayna yarmarkadan 1925-ci ildə olduğundan iki dəfə çox mal almışdı.
1926-cı ildə yarmarkasında 1925-ci ilə nisbətən mal dövriyyəsi İranda bəzi
qadağaların tətbiqinə baxmayaraq azalmamış, demək olar ki, sabit qalmışdı.
Azərbaycan dövlətçiliyi tarixində gömrük işi
108
Cədvəl 2.5
1926-cı ildə keçirilən 5-ci Bakı yarmarkasında malların dəyərinə
və mənşə ölkəsinə görə bölgüsü
s/s
Respublika və iqtisadi
rayonlar
Malların dəyəri
(min manat)
Xüsusi çəkisi
(faizlə)
1.
İran
4203
25,6
2. Azərbaycan SSR
3303
20,1
3. Ukrayna
SSR
4269
26,0
4.
Şimali Qafqaz
1127
6,7
5. RSFSR
3335
20,3
6. Dağıstan 21
0,1
7.
Gürcüstan
63
0,4
8. Ermənistan 26
0,2
9. Türküstan
39
0,3
10. Estoniya
26
0,2
1-10
Cəmi
16412
100
Mənbə: ARDA, f. 710, siy. 1, iş 68.
Bakı yarmarkasında mülkiyyət mənsubiyyətinə görə dövlət ticarəti,
kooperativlər və xüsusi ticarət geniş miqyasda təmsil olunurdu. Aşağıdakı
cədvəldən
görünür ki, 1-ci yarmarkada 28 dövlət təşkilatı, 2 kooperativ və
65 tacir və ya xüsusi mülkiyyəti təmsil edən şirkət iştirak etmişdisə, 1925-ci
ildə iştirakçıların sayı artaraq 95-dən 198-ə, o cümlədən dövlət təşkilat-
larının sayı 70-ə, kooperativlərin sayı 7-yə, tacirlərin
və xüsusi şirkətlərin
sayı 121-ə çatmışdı. Daha doğrusu, həmin dövrdə yarmarka iştirakçıları
arasında dövlət təşkilatlarının sayı 2,5 dəfə, kooperativlərin sayı 3,5 dəfə,
xüsusi kapitalı təmsil edən tacir və şirkətlərin sayı 1,9 dəfə artmışdı.
SSRİ Dövlət Plan komissiyasının 1926-cı il martın 15-də keçirilən
yığıncağında 1925-ci ildə keçirilən Bakı və Nijni Novqorod yarmarkaları
haqqında xarici ticarət komissarlığının hesabatı dinlənilmişdi. Komissiya
yarmarkaların işini gücləndirmək üçün aşağıdakı tədbirlərin görülməsi
qərara almışdı: 1) yarmarkaların ixrac mallarının həcminin artırılması; b)
yarmarkaların ticarət dövriyyəsində passiv balansın azaldılması; c) satış
sərgilərinin təşkili və ticarət mallarının nümunələri
üzrə sövdələşmələrin
genişləndirilməsi; ç) bazara kifayət qədər çıxarılmayan malların alqı-satqı
müqavilələrinin bağlanılması təcrübəsinin yayılması və s [55, 13].
Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991)
109
Cədvəl 2.6
Bakı yarmarkasında xarici iqtisadi fəaliyyət iştirakçılarının
tərkibi (1922-1926-cı illər)
İllər Dövlət
orqanları
Kooperativlər Xüsusi
kapital
Cəmi
1922
28 2 65
95
1923
32 4 37
73
1924
53 5 388
97
1925
70 7 121
198
1926
36 4 76
116
Mənbə: ARDA, f. 710, siy. 1, iş. 68.
Bəzi Qərbi Avropa ölkələrinin ticarət-kommersiya şirkətləri şirkətləri
yarmarkaya ciddi maraq göstərməyə başlamışdılar. Parisdə fəaliyyət
göstərən Beynəlxalq ticarət palatası 1927-ci ilin oktyabrında Zaqafqaziya
xarici ticarət idarəsindən Bakı yarmarkası haqqında ətraflı məlumat gön-
dərilməsini xahiş etmişdi [181, 37].
Həmin dövrün iqtisadi fikrinə əsaslanaraq Bakı yarmarkalarının
ümumi iqtisadi nəticələrini qısaca olaraq belə şərh etmək olar: SSRİ-nin
daxili bazarında bəzi şərq malların, o cümlədən düyünün şişirdilmiş qiy-
mətləri aşağı salındı. Satışın netto-balans metodu
ilk dəfə tətbiq edilsə də,
nəticəsi qənaətbəxş oldu. Sovet ixracının əsasını təşkil edən mallar, o cüm-
lədən şəkər, manufaktura və silikat qiymətlərinin münasib olmasına, çeşid-
lərinə və satış şərtlərinə görə İran bazarında müvəffəqiyyət qazana bildi.
Lakin bəzi sovet mallarının satışı (kibrit, mətbəə kağızı və qənnadı
məmulatları) xarici ölkə mallarına müqayisədə aşağı keyfiyyətdə olmasına
görə gözlənilən həcmdə baş tutmadı [186, 3].
Bir çox hallarda sovet ticarət təşkilatları ilə İran tacirlərinin kom-
mersiya maraqları üst-üstə düşməsə də, qonşu ölkə tacirlərinin əksəriyyəti
ticarət əməliyyatlarının təşkilindən razı qalmışdı. Yarmarkanın iştirakçıları
arasında bir tərəfdən SSRİ-nin mərkəzi rayonlarının mövqeyi davamlı
olaraq yüksəlmiş,
digər tərəfdən isə, Cənubi Qafqaz rayonunun, daha
doğrusu Gürcüstan və Ermənistanın iştirak səviyyəsi zəifləmişdi. 1929-cu il
dünya iqtisadi böhranı beynəlxalq ticarət dövriyyəsinin kəskin azalması
SSRİ-nin ixrac potensialına da mənfi təsir etdi.
Aşağıdakı cədvəl Bakı yarmarkasında mal dövriyyəsinin artımını daha
dolğun əks etdirir: