Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991)
115
vəsaitin, 7538 manatı isə xarici pasportlara görə alınan rüsumlardan, 436734
manatı ixrac-idxal əməliyyatlarının rəsmiləşdirilməsindən daxil olmuşdu.
İranlı fəhlələr ailələrinə cəmi 1388 manat göndərmişdi. 1929-cu
ilin iyun
ayında isə ticarət dövriyyəsi artdığına görə İran tacirlərinə 522854 manat
xarici valyuta manatını gömrükdən keçirilməsinə icazə verilmişdi. İri ticarət
əməliyyatları aparması ilə fərqlənən iranlı tacir Hüseyn Zeynalabdin
Kaşaninin şirkətinə təkcə 1928-1929-cu illərdə 161 dəfə sertifikat veril-
mişdi. Bakı Əmtəə Birjasında və gömrükxana sənədlərində 1928-ci ilin
iyun-avqust aylarında bu şirkətin on tonlarla düyü, sitrus meyvələri, quru
meyvə, o cümlədən 491,4 ton pambıq satması qeydə alınmışdı. İdxal
mallarına gömrükxanalar tərəfindən verilən sertifikatın aylıq limit
müəyyən
edilmişdi. Valyuta İdarəsinin qərarı ilə 1929-cu ilin fevralından etibarən
İranlı tacirlər malın satış dəyərinin cəmi 10 faizinin xarici banklara köçürə
bilərdi [26, 6-9, 151].
1922-1927-ci illərdə Bakı limanından İran limanlarına 129807 ton neft
məhsulları daşınmışdı ki, bu orta hesabla bir il ərzində 26000 min ton
demək idi. 1926/27-ci təsərrüfat ilində Bakı gömrükxanasından keçməklə
İrana 1866 ton sement, 1538
ton manufaktura, 32632 ton şəkər, 8518 ton
metal məmulatları, 2441 ton taxıl, 1002 ton meşə materialları, 1500 ton duz
göndərilmişdi. 1926/27-ci təsərrüfat ilində Xəzər dənizinin SSRİ-yə məxsus
dörd limanından İrana daşınan 62691 ton yükün 96 faizi Bakı limanının
payına düşürdü. İrandan Bakıya həmin təsərrüfat ilində 60055 ton düyü,
5339 ton pambıq, 713 ton yun, 349 ton günəbaxan çəyirdəyi, 3028 ton quru
meyvə, 911
ton təzə meyvə və giləmeyvə, 423 ton xam dəri, 545 ton
barama, 1453 ton kənaf və digər mallar gətirilmişdi [19, 29-35].
Cədvəl 2.10
1925-1926-cı illərdə Bakı gömrükxanasına dəmir yolu ilə daxil
olan əsas tranzit yüklər (tonla)
O cümlədən
Tranzit malların
qrupları
Cəmi
daxil
olan
yüklər
Dərbənd-
Bakı
Poylu-
Dərbənd
Bakı-
Dərbənd
Bakı-
Poylu
Buğda
24144 15703 4599 759 3083
Buğda unu
12951
12951
-
-
-
Arpa 16
16
-
-
-
Digər taxıl məhsulları 6 6
-
- -
Balıq məhsulları 1222
- - -
1222
Üzüm şərabı və spirt
3599
148
3451
-
-
Azərbaycan dövlətçiliyi tarixində gömrük işi
116
Pambıq 232
-
-
232
-
Yun 155
-
-
155
-
İpək 76
-
-
-
76
Barama 324
-
-
-
324
Manufaktura 748
252
9
-
487
Qənd və şəkər tozu
656
-
656
-
-
Sement 935
935
-
-
-
Dəmir,
polad və çuqun
1115
-
333
-
782
Digər qruplar üzrə 716
2 150
372
192
Hesablanıb: Статистический справочник по Азербайджану (под
ред. В.В.Смирнова). Баку: ЦСУ Азербайджанской ССР, 1927, с.155.
1927-1928-ci təsərrüfat ilində Bakı gömrükxanasından İrana 84600
ton və ya 47777386 manat idxal malları, 104000 ton və ya 49410670 manat
həcmində ixrac malları buraxılmışdı. İrandan Avropaya 2592 ton, Avropa-
dan İrana 2488 ton tranzit yüklər keçirilmişdi. Bütövlükdə İran limanla-
rından daxil olan və İrana yola salınan 541 xarici ticarət gəmisinə və 10001
sərnişin gömrük baxışından keçirilmişdi. Gömrükxana üzrə 102519270
manat həcmində 220997 ton yük gömrük qeydiyyatına alınmış, dövlət büd-
cəsinə gömrük rüsum və ödənişləri hesabına 10934051 manat vəsait
köçürülmüşdü. Gömrük əməkdaşları tərəfindən 601 fakt üzrə 110791
manatlıq qaçaq mallar saxlanılaraq 235897 manat cərimə təyin edilmişdi.
Bununla bərabər, 1928-ci ilin noyabr ayında Baş Gömrük idarəsinin
Cənubi Qafqaz şöbəsi tərəfindən aparılan təftiş gömrükxananın
fəaliy-
yətində nöqsanlar aşkar etmişdi. Xarici ticarət iştirakçılarına valyuta
sertifikatlarının verilməsi gömrük nəzarətçilərindən daha məsuliyyətli
olmağı tələb edirdi. Siyasi İdarə orqanları tərəfindən cəmi 4 ay ərzində İran
tacirlərinə qeyri-qanuni “xidmət” göstərən 14 gömrük əməkdaşı cinayət
məsuliyyətinə cəlb edilmişdi. Aparılan təftişin və digər materialların əsa-
sında Azərbaycan KP (b) MK-nın Xüsusi Komissiyasının qərarı ilə bir neçə
gömrük əməkdaşı vəzifədən azad edilmişdi. Gömrük baxışından keçən
sərnişinlərin şikayəti bir çox hallarda Xarici İşlər Komissarlığı ilə İranın
diplomatik nümayəndəliyi arasında yazışmaların mövzusu olurdu. Təftiş
Komissiyasının rəyində gömrükçülərin peşə və xidməti hazırlıq səviyyəsinin
və xidməti intizamının yüksəldilməsi, gömrükxana
rəhbərliyinə nüfuzlu yer-
li əməkdaşın gətirilməsi tövsiyə olunmuşdu. Komissiyanın rəyinə əsasən,
Baş Gömrük İdarəsi əməliyyat şəraitini nəzərə alaraq Bakı gömrükxanası
rəisinin əməliyyat üzrə müavini vəzifəsi təsis edilmişdi [80, 12-13; 94, 22-
23].
Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991)
117
1928-ci il dekabrın 19-da ÜMİK və SSRİ XKS SSRİ-nin Gömrük
Məcəlləsini təsdiq etdi. Sənəddə göstərilirdi ki,
“gömrük müəssisələri xarici
ticarətin inhisarı sahəsində dövlət qərarlarının yerinə yetirilməsi üzərində
faktiki nəzarət edir, gömrük rüsumları toplayır, bütün digər gömrük
əməliyyatlarını həyata keçirirlər”.
Beləliklə, Sovet İttifaqında xarici ticarət üzərində dövlət inhisarı
sahəsində qərarların yerinə yetirilməsinə nəzarət gömrük orqanlarının əsas
funksiyası kimi təsbit olundu. Məcəllədə Baş Gömrük idarəsinin vəzifə və
funksiyaları, hüquqları, gömrük siyasətinin işlənilib-hazırlanması qaydaları,
həmçinin gömrük nəzarətinin forma və metodları dəqiq göstərilirdi. Yeni
Gömrük Məcəlləsi “Gömrük idarəçiliyinin təşkili”, “Gömrük əməliyyat-
ları”, “Qaçaqmalçılıq, qaçaqmalçılıq hərəkətlərinə görə cərimələr və təh-
qiqat işlərinin aparılması” və “Gömrük rüsumu və ödənişlərinin tutulması
qaydaları və gömrük qaydalarının pozulmasına görə cərimələr” adlı dörd
bölmədən ibarət idi. Məcəllədə gömrük vergi və rüsumlarının yığılması və
yüklərin gömrük ərazisində mühafizə qaydaları, gömrükdən buraxılması,
sərhəddən geri qaytarılması və satışı qaydaları göstərilirdi. Yüklərin
sərhəddən yalnız gömrük orqanlarının nəzarəti altında buraxılmasına yol
verilirdi. Ölkəyə gətirilən və ölkədən daşınan yüklərə görə rüsumların
dərəcəsi SSRİ XKS-nin təsdiq etdiyi tariflərlə müəyyən olunurdu. Gömrük
idarəçiliyi Xarici Ticarət üzrə Xalq Komissarlığının səlahiyyətində qalırdı.
Əvvəlki sənədlərdə olduğu kimi, bu qanunun əsas
məqsədi xarici ticarət
üzərində dövlət inhisarını daha da sərtləşdirmək idi. Gömrük orqanlarının
üzərinə gömrük rüsumlarının yığılması kimi ənənəvi vəzifə qoyulurdu.
Gömrük Məcəlləsində gömrük idarəçiliyində islahatlar aparılması meylləri
öz əksini tapdı. Belə ki, əvvəllər mövcud olan yeni Məcəllədə Gömrük
müfəttişliyi nəzərdə tutulmamışdı.
SSRİ-nin İranla bağlanan ticarət müqaviləsi əsasında hər il min
tonlarla idxal olunan çəltik “A.Abasquliyev”, “Ağasiyev qardaşları”, “İran”,
“Slon”, “Azəri” adlı xüsusi mülkiyyətə məxsus, həmçinin Bakı şəhərindəki
2 və 4 saylı dövlət dəyirmanlarında bilavasitə gömrük nəzarəti altında emal
olunurdu. Dəyirmanlarda gömrük baxışının həyata keçirilməsi üçün ayrıca
nəzarətçilər təyin edilmişdi. Gömrük sənədlərində təkcə 1927-ci ilin oktya-
brından 1-dən 1928-ci ilin iyunun 1-nə qədər dəyirmanlardan 48232 ton
təmizlənmiş düyü buraxılması qeydə alınmışdı. İranla ticarət əməliy-
yatlarında iştirak edən təşkilatların 1928-ci il avqustun 18-də keçirilən bağlı
müşavirəsində dəyirmanlarda çəltik emalının 3
faizlik natura ilə deyil, nağd
pulla ödənilməsi təklif olunmuşdu. Məqsəd düyü məhsulunun daxili bazarda
xüsusi ticarətin əlinə keçməsinin qarşısını almaq idi. Çəltiyin emalı görə on
illər boyu ənənə şəklini alan natura şəklində ödənişin ləğv edilməsi dövlət
nəzarətini gücləndirilməsi kimi qələmə verilsə də, əslində azərbaycanlı
sahibkarlara iqtisadi təsir metodu kimi başa düşülməlidir. Müşavirəyə dəvət