Azərbaycan dövlətçiliyi tarixində gömrük işi
104
təfəkkürə malik gürcü rəhbərləri ümumittifaq yarmarkasının öz ərazilərinə,
daha doğrusu Tiflisə köçürülməsi haqqında təkid etməzdilər, Burada
yarmarkanın əmtəə dövriyyəsinin genişlənməsinə təsir edən iqtisadi və
siyasi amillərdən söhbət gedə bilər [171, 90].
Ali İqtisadi Şuranın Azərbaycan SSR XKS-yə təqdim etdiyi
hesabatda
1924-cü ildə respublikaya mal ixracının 32 mln., idxal səviyyəsinin isə 25
mln. manata çatması göstərilirdi. İxrac mallarının əsas hissəsini pambıq,
ipəkçilik, şərabçılıq və balıqçılıq məhsulları, idxal mallarını isə taxıl, qənd,
çay, mətbəə kağız və kitablar, kənd təsərrüfatı alətləri təşkil edirdi. Bakı
yarmarkasında ticarət dövriyyəsinin artım tempini aşağıdakı cədvəldən
aydın müşahidə etmək olur:
Cədvəl 2.1
Bakı yarmarkasında satış həcminin dinamikası
İllər Daxil
olan
mallar
(pudla)
Yarmarkada satılan
mallar (pudla)
Satılan malların
dəyəri (manat)
1922
422155 240863 1864912
1923
1011356 515802
4776477
1924
1354776 1137210 8469844
Cədvəldən göründüyü kimi, əgər 1922-ci ildə yarmarkaya daxil edilən
malların cəmi 57 faizi, 1924-cü ildə 81 faizi satılmışdı. Üçüncü yarmarkada
satılan malların dəyəri 4,5 dəfə çox olmuşdu. Təkcə İran tacirlərinin bu
yarmarkada mal dövriyyəsi 4,8 mln. manatdan çox olmuşdu [49, 22-23].
Azərbaycan SSR XKŞ-nin IV Sovetlər qurultayında xalq təsərrüfatının
bütün sahələri ilə yanaşı daxili və xarici ticarətin vəziyyəti müzakirə edildi.
Qurultaya Q.Musabəyovun hesabat məruzəsindən aydın olur ki, 1924-cü
ildə respublika üzrə 138 dövlət, 317
kooperativ, 12036 xüsusi olmaqla cəmi
12491 ticarət müəssisəsi fəaliyyət göstərmişdir. 1924-cü ildəki 80,2 mln.
manat həcmində olan (1922-ci ilə nisbətən 3 dəfə çox) ticarət dövriyyəsinin
45 faizi dövlət, 6 faizi kooperativ, 49 faizi isə xüsusi ticarətin payına
düşürdü. İkinci yarmarkadan başlayaraq xarici
tacirlərə gömrük vergisi və
nəqliyyat tariflərində güzəştlər tətbiq olunurdu. Yarmarkada satışa çıxarılan
malın dəyərinin 1 faizi həcmində yarmarka rüsumu, 8 faizi keçməmək şərti
ilə gömrük tarifi müəyyən edilmişdi. Azərbaycan SSR XKŞ-nin 1925-ci il
15 iyul və 14 oktyabr tarixli qərarları ilə Bakı yarmarkası üçün yeni bina
tikilmişdi. Artıq 1926-cı ildə keçirilən növbəti yarmarka yeni binada baş
tutmuşdu [50, 29]. Bakı yarmarkası Şərq ölkələri
ilə ticarət əlaqələrinin
inkişafında mühüm əhəmiyyət daşıyırdı. Bunu yarmarkanın yüklərin
Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991)
105
miqdarı, həmçinin satışa çıxarılan malların çeşidi və dəyərinin artması sübut
edirdi:
Cədvəl 2.2
Bakı yarmarkasında yük dövriyyəsinin dinamikası
Malların çəkisi
Malların dəyəri
İllər
Tonla 1-ci
yarmarkaya
nisbətən faizlə
manatla 1-ci
yarmarkaya
nisbətən faizlə
1922
6920,6 100
4670066 100
1923
16579,6 239,6
16335457 349,8
1924
22209,4 320,9
9881765 211,4
1925
59142,1 854,7
20586587 440,8
1926
21673,4 313,0
10947818 234,0
Mənbə: Статистический справочник по Азербайджану (под ред.
В.В.Смирнова). Баку: ЦСУ Азербайджанской ССР, 1927, s.168.
Cədvəldən göründüyü kimi, 2-ci, 3-cü, 4-cü və 5-ci Bakı yarmarkasına
gətirilən malların
həm çəkisində, həm də dəyərində ilbəil artım olmuşdur.
Belə ki, 1925-ci ildə yarmarkaya gətirilən malların çəkisi 1922-ci ilə
nisbətən 8,5 dəfə, dəyərinin isə 4,4 dəfə çoxaldığını görürük. Bakı
yarmarkasında 1922-ci ildə 1865 min, 1923-cü ildə 4776 min, 1924-cü ildə
8470 min, 1925-ci ildə 16109 min, 1926-cı ildə isə 16283 min manatlıq mal
alınıb-satılmışdı.
Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin məlumatına görə, 1925-
ci ildə İrandan Bakı yarmarkasına 4320 min manat dəyərində müxtəlif
mallar, o cümlədən 535 min manat dəyərində pambıq (12,4 faiz), 665 min
manatlıq düyü (38,5 faiz) və 756 min manat dəyərində quru meyvə (40,6
faiz) gətirilmişdi. İran tacirləri Bakı yarmarkasından 3936 min manat
dəyərində mal almışdı ki, bunun yarıya qədərini (1958 manat) qənd və şəkər
tozu təşkil etmişdi. 1926-cı ildə keçirilən yarmarkada İrandan idxal olunan
malların ümumi dəyərində 2,7
faiz azalma müşahidə edilsə də, İran tacirləri
əvvəlki ilə nisbətən 27 faiz çox mal almışdı. İran tacirlərinin aldıqları
malların siyahısında manufaktura malları 98 faiz, qənd və şəkər tozunun
həcmi 71 faiz artmış, metal məmulatları isə 51,3 faiz azalmışdı [218, 170].
Yarmarkaya gətirilən mallar mənşəyi və coğrafiyasına görə qonşu İran
və Türkiyədən başqa Rusiya, Ukrayna, Cənubi Qafqaz və Orta Asiyanın bir
çox bölgələrini əhatə edirdi.
Bunu aşağıdakı cədvəldən müşahidə etmək mümkündür:
Azərbaycan dövlətçiliyi tarixində gömrük işi
106
Cədvəl 2.3
Bakı yarmarkasına gətirilən malların ixrac rayonları üzrə bölgüsü
Çəkisi (tonla)
Dəyəri (min manatla)
s/s
İqtisadi rayonlar və
ölkələr
1925-ci il 1926-cı il
1925-ci il
1926-cı il
1.
Azərbaycan SSR
14379
5464
3295
2787
2.
Şimal-qərb 1149
870
826
486
3.
Şimal-şərq 47
-
16
-
4.
Qərb 312
262
116
121
5.
Mərkəzi sənaye 1608
1328
2370
2381
6.
Orta Volqa
131
1025
62
164
7.
Aşağı Volqa
4015
1923
630
145
8.
Ural
2107
127
563
24
9.
Mərkəzi Qaratorpaq
3
28
2
18
10.
Cənub-qərb 9731
3101
4683
1545
11.
Cənub Daş-sənaye 3217 891 893 544
12.
Şimali Qafqaz
400
162
22
11
13.
Cənubu Qafqaz
1183
61
547
81
14.
Türküstan 82
34
51
28
15.
İran 20779
6355
6512
2625
16.
Vyatka
-
2
-
3
1-16
Cəmi
59142
21673
20587
10949
Mənbə: Статистический справочник по Азербайджану (под ред.
В.В.Смирнова). Баку: ЦСУ Азербайджанской ССР, 1927, s.169.
5-ci Bakı yarmarkasında iştirakına əsasən 10 ölkə iştirak etsə də, 4
ölkənin payı (Ukrayna, İran, RSFSR və Azərbaycan) satışa çıxarılan bütün
malların 92 faizini təşkil etmişdi. Qonşu respublikalardan Gürcüstan (0,4
faiz), Ermənistan (0,2 faiz) və Dağıstan (0,1 faiz) son dərəcə zəif iştirakı ilə
seçilirdi.
Yarmarkada mal dövriyyəsinin həcminə görə Azərbaycan İran,
Rusiya
və Ukraynadan sonra 4-cü yeri tuturdu. Ermənistanın tutduğu sonuncu
mövqe onun xarici iqtisadi əlaqələr qurması üçün zəruri iqtisadi imkanlara
malik olmadığını göstərirdi.
İran 1926-cı il yarmarkasında 625 min manatlıq kənd təsərrüfatı
malları, o cümlədən 519 min manatlıq pambıq mahlıcı, 1870 min manatlıq
düyü, 583 min manatlıq quru meyvə satmışdı. İran tərəfinin payına
yarmarkada satılan dərinin 73,3 faizi düşmüşdü (1024 min manat).
Aşağıdakı cədvəldən göründüyü kimi, yarmarkadan daşınan malların
xüsusi çəkisində Azərbaycan mənşəli malların payı azalmağa doğru meyl