Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991)
55
Sovet gömrük qaydalarının tətbiqinə V.İ.Leninin 1917-ci il dekabrın
29-da imzaladığı
“Malların idxal və ixracına icazələr haqqında” dekreti ilə
başlanıldı.
Sənədə əsasən, xarici ticarətdə icazə-qadağan sistemi tətbiq
edilməsi ilə gömrük orqanlarının fəaliyyətində əsas yeri malların keçiril-
məsinə nəzarət funksiyasını yerinə yetirirdi. İcazəsiz keçirilən mallar
qaçaqmal hesab edilir və gömrük əməkdaşları sərhəddən icazəsiz buraxılan
mallara görə cinayət məsuliyyəti daşıyırdılar. Sənaye və ticarətin milliləş-
dirilməsi gömrük siyasətinin də ciddi surətdə mərkəzləşdirilməsini tələb
edirdi. Sovet hökumətinin xarici ticarətin milliləşdirilməsi haqqında 1918-ci
il 22 aprel tarixli dekreti ilə əslində dövlət xarici bazarda yeganə alıcı və
yeganə satıcı kimi çıxış etməyə başladı. Sovet dövlət aparatında gömrüyün
yeri V.İ.Leninin imzaladığı 1918-ci il 29 may tarixli “
Vergilərin yığılma-
sında mərkəzi və yerli Sovet hakimiyyət orqanlarının səlahiyyətlərinin
bölüşdürülməsi və yerli gömrük müəssisələrinin fəaliyyətinin tənzimlənməsi
haqqında” adlı dekreti ilə aydınlıq gətirildi. Sovetlərə gömrüyün texniki-
inzibati işlərinə müdaxilə etmədən ümumi fəaliyyətinə nəzarət etmək
hüququ verilirdi. Gömrük müəssisələri mərkəzi icra hakimiyyəti olmaqla
Maliyyə Komissarlığının gömrük Departamenti tərəfindən idarə edilirdi.
Heç bir mülki və hərbi hakimiyyət orqanının, eyni zamanda həmkarlar
təşkilatının gömrüyün fəaliyyətinə müdaxilə etməyə və gömrük
işindən irəli
gələn vəzifələrin icrasına mane olmasına icazə verilmirdi. Bu dekreti,
əslində sovet gömrük müəssisələrinin yaradılması haqqında akt hesab etmək
olardı. 1918-ci il iyunun 29-da RSFSR XKS-nin dekreti ilə Gömrük
rüsumları departamenti ticarət və sənaye komissarlığının tabeçiliyində
olmaqla Baş Gömrük Nəzarəti İdarəsi adlandırıldı [192, 575-576, 601-602].
İngiltərə, ABŞ, Almaniya, İsveç və b. ölkələrlə ticarət əlaqələrinin
fəallaşması ilə əlaqədar olaraq, sərhəddən daşınan
xarici ticarət yüklərinin
gömrükdə qeydiyyatdan keçirilməsinin reqlamentə salınması bütün ciddiliyi
ilə qarşıda dururdu. İdxal-ixrac mallarının gömrükxanalarda qəbul edilməsi,
mühafizəsi və buraxılmasının hüquqi cəhətdən nizamlanmasını tənzimləyən
yeni qaydalar hazırlanmalı idi. RSFSR hökumətinin 1920-ci il 12 noyabr
tarixli “İdxal və ixrac mallarının qəbulu, mühafizəsi və buraxılması
qaydaları haqqında” dekreti ilə xarici ticarət yüklərinin sərhəddən daşınma-
sının reqlamenti müəyyən edildi. Sovetlər İttifaqının ilk gömrük məcəlləsi
bu sənədin əsasında formalaşdı [215, 1920, № 94, статья 513].
Azərbaycanın xarici ölkələrdə iqtisadi əlaqələrinin təşkil edilməsi üçün
görülən tədbirlərdən biri də 1920-ci il iyunun 1-də Azərbaycan İnqilab
Komitəsinin sədri N.Nərimanovun imzaladığı “Xarici ticarətin inhisarı” adlı
dekret oldu. Bu dekretə əsasən xarici ticarət dövlət inhisarına alındı, ölkə
ərazisindən malların idxal və ixracı yalnız Azərbaycan
Hökumətinin icazəsi
ilə həyata keçirilməli idi. Lakin bu tədbir sovet Rusiyasına malların idxal və
Azərbaycan dövlətçiliyi tarixində gömrük işi
56
ixracına aid edilmirdi, bu ölkə ilə əmtəə mübadiləsinə gömrük nəzarəti
tətbiq edilmir və heç bir gömrük rüsumu ödənilmirdi.
Bu dövrdə Azərbaycan Respublikasının xarici ölkələrlə ticarət
əlaqələri nisbətən sərbəst idi. 1920-ci il iyul ayında Azərbaycan
SSR Xarici
Ticarət Komissarlığı (AXTK) təşkil olundu. Komissarlığın əsas vəzifəsi bir
sıra ölkələrlə ticarət əlaqələrinin bərpa olunması və xarici ticarətin dövlət
inhisarına alınmasına nail olmaq idi. Qısa müddət ərzində bir sıra Avropa
ölkələri ilə, o cümlədən İtaliya, Almaniya, Fransa və İsveçrənin ticarət
firmaları ilə əlaqə yaradıldı. Batum limanı vasitəsilə ölkəyə zəruri
texniki
avadanlıq, metal məmulatları, elektrik avadanlıqları, kənd təsərrüfatı alətləri
və kütləvi istehlak malları (dərman preparatları, paltar, ayaqqabı, qənd, çay
və s.) idxal edilirdi. Azərbaycandan isə bu ölkələrə xalça və ipək məmulatı,
qaragül dəri, qara kürü, yun və s. mallar göndərilirdi [221,1921, № 6, 20].
Paralel olaraq, eyni müddətdə RSFSR və Azərbaycan SSR arasında
beş sahəni əhatə edən razılaşma, o cümlədən xarici ticarət məsələlərini əhatə
edən saziş imzalandı. Bu sənəddə Qafqaz respublikaları, İran və Türkiyə ilə
ticarət əməliyyatlarının idarə edilməsi səlahiyyətləri Azərbaycan SSR Xarici
Ticarət Komissarlığına (Vneştorq) verilirdi. Məhz bu sənədlərlə sovet
Rusiyasının Azərbaycanda milli maraqlarının hüquqi təminatının əsası
qoyuldu. Azərbaycan Rusiyaya xammal ixracatçısı (əsasən neft)
rus malla-
rının satış bazası və mühüm nəqliyyat qovşağı kimi lazım idi. Türküstanda
və Azərbaycan SSR-də pambıqçılıq mədəniyyətinin bərpa edilməsi
haqqında RSFSR XKS-nin 1920-ci il 2 noyabr tarixli qərarı bu məqsədə
xidmət edirdi [33, 1-2].
1920-ci ilin sentyabrın 30-da Moskvada Azərbaycan Respublikası ilə
RSFSR arasında hərbi-iqtisadi ittifaq haqqında müqavilə imzalandı.
Müqavilənin şərtlərinə görə, hər iki hökumət qısa müddət ərzində hərbi
təşkilatları və hərbi komandanlıqları, xalq təsərrüfatı və xarici ticarəti,
təchizat, dəmiryolu və su nəqliyyatını, poçt-teleqraf və maliyyə orqanlarını
(gömrük xidməti də daxil olmaqla) birləşdirməli idi [194, 222-223].
1920-ci il aprelin 29-da şüşə-farfor istehsalı işçilərinin qurultayında
sovet Rusiyasının daxili və beynəlxalq vəziyyətini şərh edən V.İ.Lenin Bakı
neftini nəzərdə tutaraq deyirdi ki,
“biz elə bir iqtisadi baza əldə etmişik ki,
bizim bütün sənayemizi canlandıra bilər. Bakıda milyon pudlarla neft vardır
ki, son vaxtlar satışı mümkün olmamışdır. Beləliklə bizim nəqliyyatımız və
sənayemiz Bakı neft mədənlərindən çox mühüm kömək ala bilər”. Xəzər
ticarət donanmasının gəmiləri Bakı neftini Həştərxana daşımağa başladı.
Təkcə 1920-ci il aprelin 30-dan mayın 2-dək Həştərxana 12 gəmi ilə 1,3
mln. pud neft aparılmışdı. Neftin daşınmasının sürəti RSFSR XKS-ni qane
etmədiyindən bu sahədə işlərin gücləndirilməsi 1920-ci ili iyunun 1-də
yaradılmış Neft donanması idarəsinin (“Nefteflot”) rəhbərliyindən tələb
olunurdu. Moskvadan göndərilən V.Dyakonov idarənin rəisi, D.Astafyev,