Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991)
47
7) Zaqafqaziya Xarici Ticarət İdarəsi inhisar mallarına icazələr
verilməsi ilə məşğuldur və gömrükxananın başının üstündən Su nəqliyyatına
sərəncamlar verir. Bütün bunlar dolaşıqlıqlar yaradır və lazımdır ki,
biz bu
orta əsr adətlərindən xilas olaq. Bütün əməliyyatların bir təşkilatda
birləşdirilməsi iqtisadi məsələlərlə məşğul olan bütün komissarlıqların
fəaliyyətini əlaqələndirə bilərdi;
8) respublika bütün valyuta tutumlu ixrac mallarına gömrük vergisi,
şərab, spirt və neft məhsullarına aksiz təyin etməklə öz maraqlarını qoru-
malıdır;
9) bütün bu məsələlər ittifaq respublikaları ilə aparılan ticarət
münasibətlərinə də şamil edilməlidir;
10) Azərbaycan üçün İranla və Gürcüstanla düzgün ticarət əlaqələrinin
qurulmasının böyük əhəmiyyəti vardır. İranla
gömrük münasibətlərində heç
də hər bir şey qaydasında deyil. Azərbaycan hakimiyyəti həm xüsusi
şəxslərə, həm də dövlət ticarət müəssisələrinə bu sahədə sərbəstlik
vermişdir. Təbii olaraq, mal-qaranın, taxıl məhsullarının, elektrik malları-
nın, avtomobil və mətbəə şriftlərinin İrana ixracının qadağan edilir,
düyü və
taxıl məhsullarından başqa, İrandan idxal edilən bütün mallara isə gömrük
rüsumu tətbiq edilməklə icazə verilir. Bu işin səmərəli olması isə dəqiq
tarifin təyin edilməsindən asılı idi;
11) ən vacib və narahatlıq doğuran məsələ inhisara alınmış malların
məsələsi idi. Bu iş “Zaqvneştorq”a həvalə edilməli və bu malların ixracına
icazə alınmalıdır. Lakin biz bəzi malların ixracının inhisara alınmasının
səbəbləri haqqında rəsmi mövqe bildirilməli, həmçinin bu şəraitdə hansısa
bir malın inhisara alınmasının hüquqi izahı verilməlidir;
12) bir şey aydındır ki, “Zaqvneştorq” şəkərin, kerosinin, təbəqə
dəmirin, bidonların və manufakturanın ixracına xüsusi icazələr verir.
İxracına icazə verilən mallar gömrük yığımına cəlb olunur. Əgər icazə
varsa, deməli qadağan da vardır. İcazə və qadağanların da hər hansı bir
iqtisadi əhəmiyyəti olmalıdır. Bu hal XVI-XVII əsrlərdə də baş veribsə,
iqtisadi tarixçi öyrənən müasir iqtisadi şəraitdə bu və ya başqa bir inhisarın
səbəblərinə izah tapa bilər. Lakin bu halda
tam və məqsədli inhisara
alınmanın səbəbləri yoxdur. Elə malların ixracına icazə verilib və ya ixracı
qadağan edilib ki, onların bu ölkənin iqtisadiyyatına heç bir aidiyyatı
yoxdur. Tara kimi qəbul edilən bidonları da istənilən emalatxanada
hazırlamaq olar;
13) ölkə idxal edilən təbəqə dəmirə və meşə materialına ehtiyac hiss
edirsə, bu haqda ilk növbədə və qəti olaraq yerli təsərrüfat orqanları
düşünməlidir. Bu düşüncələrdən onları “Zaqvneştorq” kənarlaşdırmışdır. Bu
çox ciddi məsələdir və yerli orqanlar təbəqə dəmirin onsuz da az qalan
qalıqlarının ixracını planauyğun surətdə azaltmaq haqqında fikirləşməlidir.
Onu şimaldan daşıyıb gətirməyi xəyal etmək –
ümidsiz bir işdir; bu gün də
Azərbaycan dövlətçiliyi tarixində gömrük işi
48
olmasa, sabah bunlar üçün qızıl ödənməlidir. Beləliklə, Azərbaycanın xalq
təsərrüfatı baxımından yanaşdıqda bu malların “Zaqvneştorq” tərəfindən
tənzimlənməsinin heç bir əsası yoxdur, ziyanı isə göz qabağındadır.
“Zaqvneştorq” bu malların buraxılmasına yalnız ticarət maraqları mövqe-
yindən baxır, başqa cür də ola bilməz. Əlbəttə ki, tacir marağı ilə işləyən
inhisarçı Azərbaycanda çardaqları nə ilə örtəcəklər haqqında düşünə bilməz.
Onun üçün İranda dəmirin qiymətinin qalxması maraqlıdır ki,
sağlam
rəqabətdən qaçılsın və gəlirlər yüksəlsin;
13) manufaktura və qəndin də inhisara alınmış ixrac malları siyahısına
daxil edilməsi də başa düşülmür və “Zaqvneştorq” bundan da fayda götürür.
Halbuki bu mallar cənubi Qafqazda istehsal olunmur və tranzit mallara
aiddir. Hər iki adda mal buraya Qərbdən gətirilir və bunlardan nə qədər
istəsən gətirmək olar. Bakı gömrükxanası bu mallardan nə qədər çox
buraxsa, yerli büdcəyə və ticarətin genişlənməsinə bir o qədər çox faydası
olar. Təsərrüfat nöqteyi-nəzərindən bir sıra malların inhisara alınması
ticarətin inkişafını buxovlayır. Səmərəli və sağlam maliyyə-iqtisadi siya-
sətin həyata keçirilməsinə çox böyük maneçilik yaradan bu eybəcər hal-
lardan tezliklə qurtarmaq lazımdır;
14) Azərbaycan qonşu sovet respublikalarının İrana birbaşa çıxışı üçün
mühüm əhəmiyyət daşıyır.
Tranzit yüklər maneəsiz olaraq, yalnız gömrük
rüsumu tutulmaqla buraxılmalıdır;
15) dövlətə aid tranzit yüklərdən gömrük rüsumunun alınmaması və
mərkəzi kooperativ təşkilatların tranzit mallarının 50 faizlik rüsuma cəlb
edilməsi mənfi hallardır. Kooperativlər dövlətdən böyük dəstək alırlar,
onların “orta bazar qiymətləri” siyasəti isə sadə istehlakçının cibinə bir o
qədər təsir etmir, dövlət isə çox ağır vəziyyətdədir
və hər bir qəpiyin qədrini
bilməlidir;
16) gömrük ödənişləri Azərbaycan manatı ilə tutulmalıdır.
Azərbaycan SSR-in gömrük siyasətinin ümumi məsələləri haqqında
məqalə müəllifi yazırdı:
“Əsas məsələ idxal-ixrac mallarına tətbiq edilən
gömrük rüsumlarının həcmi və gömrük rüsumuna cəlb edilmə üsullarıdır.
Bütün mallardan 10 faizlik gömrük rüsumu alınması qaydası keçmişin qalığı
kimi saxlanılır. Xaricdə qızıl pula satılan valyutatutumlu mallardan ölkəyə
gətirilən ümumi tələbat mallarına bərabər həcmdə rüsum tutulması
ədalətsizlikdir və dövlət büdcəsinə ziyan vurur. Buna görə də qısa bir
müddətdə hər bir mala ayrıca olaraq tarif müəyyən edilməlidir. Ən vacib
məsələ rüsuma cəlb etməyin üsullarının müəyyən edilməsidir. Mallardan
natura ilə ayırmalar hesabına rüsum tutulması təcrübəsi fiaskoya
uğramışdır. Natura yolu ilə rüsum tutulması iri həcmli anbarların saxlanıl-
masını tələb edir ki, bu da son nəticədə mallara çəkilən xərcləri artırır.
Tezliklə valyutatutumlu mallardan gömrük vergi və rüsumları pulla
ödənilməsi üçün islahat aparılmalıdır. Dövlət gömrük aparatının sadələş-