Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991)
49
dirilməsinə və gömrük ödənişlərinin artırılmasında uda bilər. Buna nail
olmaq lazımdır ki, “tox” gömrük nəzarətçisi korrupsiyaya meylli olmasın.
Gömrük işinin ən vacib məsələlərindən biri məhz budur”.
Xüsusilə bu məsələ məqalə müəllifinin etirazına səbəb olurdu ki,
RSFSR hökumətinin XXTK-nın ünvanına göndərilən tranzit yüklər rüsum-
dan azad edilib və bu güzəşt Azərbaycan hökumətinin özünün də tranzit
yüklərinə aid edilir. Yazıda qeyd olunurdu ki,
gömrük rüsumları ad valorem
qaydasında hesablandığına və konyuktura tez-tez dəyişdiyindən gömrük-
xana hər dəfə bazar qiymətlərini müəyyənləşdirməyə məcburdur. Bu çox
mürəkkəb iş olmaqla bərabər, bir çox hallarda iradlara səbəb olurdu. Təbii
ki, hökumət gömrük rüsumu alınmasının ad valorem qaydasından tamamilə
imtina edə bilməzdi, bu sistem çox nadir hallarda olsa da, ölkədə
saxlanılması zəruri olan mallara qarşı tətbiq edilirdi. Məsələn, o dövrdə
mövcud şərait nəzərə alınaraq, ərzaq mallarına tətbiq edilirdi. Tövsiyə
edilirdi ki, malların gömrük dəyəri qızıl pulla müəyyən edilməli və valyu-
tatutumlu mallardan, o cümlədən Qərbi Avropa bazarına göndərilən İran
mallarından gömrük ödənişləri qızılla alınmalıdır, bu qayda gömrük
münasibətlərini daha da sadələşdirmiş olar. Əgər tacir İrandan qızıl pulla
ipək alırsa, onda dövlətə də gömrük rüsumunu həmin valyuta ilə ödəməlidir.
Bütün bunlar hökumətə qızıl ehtiyatlarını artırmağa imkan verərdi. Yeri
gəlmişkən, İrana ixrac edilən kerosinə tətbiq edilən aksizi qızıl pulla almaq
olar. Qızılı qeyri-sağlam möhtəkir mübadilədən azad etməklə, hökumət
gələcəkdə maliyyə islahatı aparılması üçün müvafiq baza yarada bilər”.
Beynəlxalq gömrük münasibətlərinə toxunan müəllif Gürcüstanın
yürütdüyü gömrük siyasətinin Azərbaycan iqtisadiyyatı üçün mühüm
əhəmiyyət daşıdığını qeyd edirdi. Beləliklə, məqalədə Azərbaycanın göm-
rük siyasətinin aşağıdakı əsas istiqamətlər üzrə inkişaf etdirilməsi təklif
olunurdu:
1. Gömrük siyasətinin həyata keçirilməsi faktiki olaraq bir orqanın
əlində cəmləşdirilməlidir, indiki şəraitdə bu sənaye və ticarət komissarlığı
olmalıdır. Digər komissarlıqlar iqtisadiyyatın bu və ya digər sahəsi ilə
məşğul olan komissarlıqlar öz işlərini bu komissarlıq və ya onun ayrı-ayrı
orqanları ilə əlaqələndirməlidirlər.
2. Gömrük rüsumlarının natura ilə alınması və malların bazar
qiymətlərinin müəyyən edilməsindən malın dəyərinin və gömrük ödəniş-
lərinin qızıl pulla ifadə olunduğu normal tarifə keçmək lazımdır. Bəzi az
sayda mallar, əsasən də ərzaq mallarına ad valorem rüsumu saxlanıla bilər.
İranla sərhəddə tətbiq olunan idxal-ixrac rüsumları və Batumdan keçən
tranzit mallara görə rüsumlar hər hansı bir ölkənin qızıl valyutası ilə alınır.
Müttəfiq respublikalarla əlaqələrdə isə rüsumlar Azərbaycan valyutası ilə
tutulur. Ümumiyyətlə respublikanın daha çox müstəqil iqtisadi siyasət
yeritməsinə nail olmaq lazımdır. Elə bir saziş əldə olunmalıdır ki,
Azərbaycan dövlətçiliyi tarixində gömrük işi
50
“Zaqvneştorq”un inhisar mallarının buraxılması sahəsində imtiyazları
aradan qalxsın. İnhisar malları üzərində hakimiyyət öz real mənasını
itirmişdir. Rusiya XXTK-nın bu sahədə səlahiyyətlərinin hüquqi əsasları
artıq yoxdur. Mərkəzi kooperativ təşkilatların səlahiyyətlərinə yenidən
baxılmalı və ləğv edilməlidir.
3. Müttəfiq respublikalarla sərbəst əmtəə mübadiləsi bu şərtlə saxla-
nılmalıdır ki, Azərbaycan SSR-dən ərzaq məhsullarının daşınmasına
dəyişkən tariflər əsasında gömrük rüsumları və xüsusi icazələrlə tənzim-
lənsin, texniki materiallar və maşınların ixracına isə qadağanlar və ya icazə
sistemi tətbiq edilsin;
4. Gürcüstanla münasibətdə tranzit malların daşınmasına güzəştlərin
tətbiq olunmasına və tranzit yüklərə görə rüsumun Bakı gömrükxanasında
alınması nail olmaq lazımdır;
5. Xaricdən zinət əşyaları axınını məsələsinə xüsusi olaraq nəzərdən
keçirilməli və Gürcüstanla razılığa gəlməklə bir qismi məhdudlaşdırılmalı,
bir qisminin isə qadağan edilməlidir.
1920-ci ilin noyabrın 14-də Tiflisdə Azərbaycan, Gürcüstan və RSFSR
arasında tranzit ticarət haqqında saziş bağlandı. Sazişdə Bakı neftinin
Gürcüstanda çıxarılan daş kömürlə, meşə-ağac məmulatları və başqa
məhsullarla mübadiləsi nəzərdə tutulurdu. Saziş Azərbaycan,
Gürcüstan və
Ermənistan respublikaları iqtisadi sahədə “əməkdaşlığı gücləndirmək” məq-
sədi daşısa da, əslində isə RSFSR rəhbərliyinin strateji məqsədlərinə uyğun
idi. 1921-ci il aprelin 14-də isə Cənubi Qafqaz dəmiryolu, iyunun 2-də
xarici ticarətdə idarəçiliyin mərkəzləşdirməsi haqqında sazişlər imzalandı.
Hər üç respublikanı təmsil edən nümayəndələrin daxil olduğu kollegiyanın
rəhbərlik etdiyi birləşmiş Xarici ticarət idarəsi yaradıldı.
1920-1921-ci illərdə sovet xarici ticarətinin əsas istiqamətləri ilə
tanışlıq göstərir ki, bu dövrün idxal planında əsas yeri ilk öncə sənaye və
nəqliyyatın tələbatının ödənilməsi üçün avadanlıq, maşın
və mexanizmlərin
alınması əsas yer tuturdusa, 1921-ci ildə başlayan ərzaq çatışmazlığı və
aclıqla əlaqədar idxal siyasətində də dəyişikliklər aparıldı. İngiltərə,
Mancuriya və Bolqarıstandan taxıl alınması, yeni iqtisadi siyasətə keçid
dövrünün tələblərinə uyğun olaraq kəndlə əmtəə mübadiləsini qaydaya
salınması üçün kütləvi istehlak mallarının, kənd təsərrüfatı alət və mexa-
nizmlərinin gətirilməsinə üstünlük verildi. Həmin illərdə sovet xarici
ticarətində ixrac potensialının əsas
hissəsini neft, meşə-ağac materialları,
tütün və ipək təşkil edirdi. İdxal-ixrac planları XKŞ tərəfindən təsdiq
edilirdi.
1921-ci il avqustun 7-dən (ZXXTK ilə RSFSR XXTK arasında
imzalanan müqavilədən sonra) 1922-ci ilin dekabrına qədər olan dövrdə
Rusiya siyasi və iqtisadi sahədə maraqlarını təmin etmək məqsədi ilə
Azərbaycanın xarici ticarət və gömrük işi sahəsinə təzyiqi daha da artırdı.