Azərbaycan Milli Kitabxanası
137
«fleksiya» və s. bu kimi terminlərdən gedir. – A.H.) yarar-
landığı» təsnifatda «
yeriyən linqvistik nəzəriyyə»yə
əsaslandığını və həmin dilçilərin «
yalançı təkamülçülər»
(əkobı - gvolöüionistı) olduğunu önə sürməsi (kursiv
bizimdir – A.H.)
1
ehtimallarımızda yanılmadığımızı düşün-
məyə əsas verir.
Bununla belə, maraqlıdır ki,
Boduen de Kurtene
tərəfindən səpilən şübhə toxumları nəticəsiz qalmamış və
sonrakı nəsil dilçilər arasında analoji mövqe nümayiş
etdirən kifayət qədər çox sayda dilçi ortaya çıxmışdır. Belə
ki, Kurtenenin fonem nəzəriyyəsini davam etdirərək yeni
aspektdə inkişafına təkan vermiş L.V.Şerba
2
dahi sələfinin
tipoloji görüşlərini, demək olar ki,
mənimsəyərək
aqlütinativ və flektiv dil quruluşları arasında önəmli fərqin
olmamasından dolayı, onlar arasında prinsipial
qarşılaşdırma aparılmasının doğru olmadığını; «hal-hazırda
onun (morfoloji klassifikasiyanın – A.H.), araşdırmanın
terminologiya ilə
əvəzlənməsi üsulunu təcəssüm
etdirdiyini» və «indi düşüncəli dilçilərdən, yəqin ki, heç
kəsin bu klassifikasiyanı qlottoqoniya ilə ciddi şəkildə
özləşdirmədiyini» bildirmişdir.
(Maraqlıdır ki, L.V.Şerbanın ehtimallarına rəğmən,
dövrünün «düşüncəli dilçilər»indən hesab edilən Y.A.Ma-
kayev, özünün «Müqayisəli, qarşılaşdırma
və tipoloji
qrammatika» mövzulu tədqiqatında, «tipoloji qrammatika-
nın qohum dillərin müqayisəli qrammatikasının üfüqlərini
əsaslı şəkildə genişləndirə biləcəyini» və bu zaman, tipoloji
araşdırmaların bir sıra həlli vacib problemlərin analizində,
o cümlədən qlottoqoniya məsələlərinin təhlilində mühüm
1
Бодуэн де Куртенэ И.А. Избранные труды по общему языкознанию.
Том II, М., 1963, стр.179-180.
2
Щерба Л.В. Языковая система и речевая деятельность. Л., 1974, стр. 42.
Azərbaycan Milli Kitabxanası
138
əhəmiyyət
kəsb etdiyini bildirmişdir
1
).
Göründüyü kimi, L.V.Şerba dahi müəllimindən dil
təkamülü ideyasına skepsisi əxz etmişdir. XX əsrin
əvvəllərində (1913) digər rus dilçisi – D.N.Kudryevski də
«aqlütinativ və flektiv dillər arasında … mahiyyət etibarilə
prinsipial fərq yoxdur»
2
– qənaətini səsləndirmişdir.
Boduen de Kurtenenin fikirləri daha sonrakı nəsil dilçilərin
də ideya qaynağı olmuşdur. Belə ki, «aqlütinativ və flektiv
dil bölgüsünün çox tərəddüdlü olduğunu» və bu dil
tiplərinin xarakteristikası zamanı «məqsədli seçim və
qərəzlə şərh edilən misallarla kifayətlənməyin mümkünsüz-
lüyünü» vurğulayan O.P.Sunik
özünün tipoloji delimitasiya
probleminə həsr edilmiş silsilə əsərlərində bilavasitə
3
və ya
dolayısı
4
ilə Boduen de Kurtine ilə həmrəyliyini nümayiş
etdirmişdir.
Maraqlıdır ki, istər O.P.Sunik, istərsə də mülahizələrinə
bir qədər sonra müraciət edəcəyimiz A.K.Borovkov iltisaqi
və insirafi dil bölgüsünün olduqca şərti olması fikrində
israr göstərmələrinə və ayrı-ayrı dillərin strukturundakı
tipoloji anomaliya hallarının təbiətinin izahı üçün təkamül
ideyasına (yəni dil strukturunda kök-aqlütinativ-flektiv
mərhələli sxem üzrə inkişafın bir növ «kodlaşdırılması»
1
Макаев Э.А. Сравнительная, сопоставительная и типологическая
грамматика. // Вопросы языкознания, 1964, №1, стр.12.
2
Боровков А.К. Агглютинация и флексия в тюркских языках / Памяти
академика Л.Щербы (1880-1944), Л., 1951, стр.123.
3
Суник О.П. Слово, его основа и корень как различные морфологичес-
кие категории / Морфологическая структура в языках различных типов.
М.-Л., 1963, стр. 34.
4
Суник О.П. Вопросы типологии агглютинативных языков (К проблеме
соотношения агглютинации и флексии) / Морфологическая типология и
проблема классификации языков. М.-Л., 1965, стр. 41.; Суник О.П.
Проблема агглютинации в алтайских языках /
XXV Международный
конгресс востоковедов. Доклады делегации СССР. М., 1960, стр. 10.
Azərbaycan Milli Kitabxanası
139
nəzəriyyəsinə) müraciət etmənin absurdluğunu iddia
etmələrinə baxmayaraq, onların sözügedən sapma
probleminin çözümü ilə bağlı təklif etdikləri həll yolu bir
çox halda az arqumentativliyi ilə seçilmir. Belə ki, «Türk
dillərində aqlütinasiya və fleksiya» adlı məqaləsində
L.V.Şerbanın (yuxarıda qeyd olunan qəbildən)
fikirlərini
epiqrafa çıxarmaqla artıq məsələyə münasibətini öncədən
açıqlamaş A.K.Borovkov sözügedən dillərdə flektivləşmə
tendensiyalarını (məs:
türkmən d. bo:r (
(; qırğız d. sa: ( və s.)
*
təsbit etmiş A.P.Potseluyevski, İ.A.Batmanov və
S.Amanjolovla qiyabi polemikaya girərək bu elementlərin
insirafi quruluş mərhələsinə «keçid» cəhdlərini təcəssüm
etməsi fikirləri ilə razılaşmamış, lakin bununla belə, bu
qəbildən tipoloji sapma hallarının türk dilləri üçün
xarakterik olduğunu etiraf edərək, hətta, müəyyən mənada,
onların F.F.Fortunatov bölgüsündə «flektiv-aqlütinativ»
adlandırılmış sami dilləri ilə də müqayisəsinə yol verərək,
«…bu mənada türk dillərinin də əsl mənada aqlütinativ
olmadığını» iddia etmişdir (kursiv bizimdir –A.H.).
1
Göründüyü kimi, alim dolayısı ilə türk dillərindəki
bütün insirafi elementlərin «əzəli» flektivliyin nəticəsi
olduğunu bildirmişdir. Təqdim olunan nümünələrdən də dil
strukturunun sonrakı inkişaf mərhələsinə aid olması aşkarca
sezilən flektiv təbiətli sapmaları adekvat dəyərləndirməyən
*
Бу тядгигат чярчивясиндя бизи типолоъи модификасийа проблеминин нязяри
мцстявидя чюзцмц марагландырдыьындан вя щямин сяпкили типолоъи сапма
елементляри даща юнжяки арашдырмамызда ятрафлы шякилдя дяйярляндирилди-
йиндян бу мягамда сюзцэдян груп фактларын тящлили цзяриндя дайанма-
йажаьыг. (даща ятрафлы бах:Щажыйева А.Й.Дил системиндя типолоъи сапмалар
(аглцтинатив диллярдя дахили флексийа вя фузийа). нам.дисс. Б.,2006; Щажыйе-
ва А.Й.Аглцтинатив диллярдя дахили флексийа вя фузийа.Б.,2007.)
1
Боровков А.К. Агглютинация и флексия в тюркских языках / Памяти
академика Л.Щербы (1880-1944), Л., 1951, стр. 124-125.