Azərbaycan Milli Kitabxanası
140
dilçinin türk dillərindəki insirafiliyin iş əmsalını az qala
sami dilləri ilə eyniləşdirməklə nümayiş etdirdiyi qeyri-
ardıcıllığın başlıca səbəbi (morfoloji təsnifat kriterilərini
şübhə altına alan əksər tədqiqatlarda olduğu kimi) dil
təkamülü ideyasının prinsipcə inkarıdır. Burada «abstrakt
evolyusionizm»in tənqidi ilə başlayan təhlillər Şleyxer
təsnifatından özünəməxsus şəkildə bəhrələnən N.Y.Marrın
«Yafəs nəzəriyyəsi»nin ifşası ilə davam etdirilir.
1
Bu da
sonuncu məsələ ilə bağlı dəyərləndirmələrdə, təkcə dilin
«vulqar solsiallaşdırılması»ndan haqlı imtina ilə deyil,
təkamül ideyasının şübhə altına alınması ilə nəticələnir.
Bu məqamda bir qədər haşiyəyə çıxıb «qarışıq tip»
anlayışının meydana gəlməsinə rəvac verən və tipoloji
definisiya baxımından yetərincə çətinliklərə yol açan bəzi
dillərin struktur özəlliklərinin təhlilinə diqqət ayırmaq
istərdik.
3.2.3. «Qarışıq tip» problemi kontekstində aparılan
dəyərləndirmələr fonunda, sapma faktları probleminin bəzi
hallarda təsnifatlandırılan obyektin – dünya dillərinin
«verişmiş reallığı»nın tərkib hissəsi olaraq ortaya
çıxmayıb, bir növ, süni zəmində yaradıldığını da etiraf
etmək lazımdır. Söhbət tipoloji delimitasiya problemi ilə
üzvi bağlılıq nümayiş etdirən anomaliya hallarından gedir.
Dil tiplərinin əsaslı şəkildə fərqləndirən xarakterik
özəlliklərlə bağlı yorum müxtəlifliyi müşahidə edilmədiyi
halda, müvafiq istiqamətli araşdırmalarda tiplərarası
həmhüdud «zona»da yer alan faktların tipoloji səciyyə-
ləndirilməsi işində ortaq məxrəcin hasil edildiyini söylə-
mək qeyri-mümkündür. Məhz, bu səbəbdən, konkret
dillərin tipoloji xarakteristikasını verən və ya müxtəlif-
sistemli dillərin müqayisəsindən çıxış edən tədqiqatlarda,
1
Йеня орада, с. 123-124.
Azərbaycan Milli Kitabxanası
141
sözügedən həmhüdud «zona»da cərəyan edən proseslərin
bir çox halda araşdırmadan kənarda qaldığının şahidi
oluruq. Daha dəqiq desək, tədqiqatımız boyu müraciət
etdiyimiz bir sıra araşdırmalardan da müəyyənləşdirdiyimiz
kimi, həmin «zona»da yer alan faktlar ya müvafiq tipoloji
xarakteristikasını almadan, bəsit fonetik dəyişikliklər
qismində dəyərləndirir, ya da hazırkı vəziyyətində aparıcı
tipoloji təmayülə tam müxalif mövqe sərgiləməməsinə
rəğmən tipoloji anomaliya qismində səciyyələndirilir.
Məhz, sonuncu qisim təhlillər sayəsində (artıq söy-
lədiyimiz kimi), süni zəmin əsasında formalaşan tipoloji
sapma halları meydana gəlir.Belə ki, bəzi hallarda
araşdırmaçılar hər hansı bir mürəkkəb söz və ya söz -
formanın meydana gəlməsində aqlütinativ mexanizmin
iştirak faktından çıxış edərək və sonrakı proseslərin tam
fuziyon mahiyyət kəsb etməsini gözardı edərək, həmin
elementləri birmənalı şəkildə aqlütinasiya ünsürü kimi
səciyyələndirirlər ki, bu da «verilmiş reallığ»ın təhlilindən
daha çox, diaxronik tipologiya mövqeyindən dəyərlən-
dirməni təcəssüm etdirmiş olur. İstənilən halda, məhz,
tiplərarası həmhüdud «zona»nın, bu mövqedə qərar tutan
faktların tipoloji «inventarizasiyası»nın aparılması
baxımından çox əlverişsiz olmasından dolayı, burada
cərəyan edən proseslərin xüsusi və təfsilatlı təhlillərlə
ehtiyac duyduğunu söyləmək olar. Və əgər (ekstralinqvistik
amillərin güclü təsiri olmadığı şəraitdə) «morfoloji tipin
dəyişməsi; lakin olduqca gec; hətta, qrammatik quruluşdan
daha asta templərlə dəyişməsi»
1
fikrinin bu və ya digər
şəkildə əksər tipoloqlar tərəfindən dəstəklənməsi faktını
nəzərə alsaq, həmin etiraf olunan uzunmüddətli keçid
mərhələlərində cərəyan edən proseslərin düzgün və
1
Чикобава А.С. Введение в языкознание. Часть I, М., 1952, стр.19.
Azərbaycan Milli Kitabxanası
142
hərtərəfli dəyərləndirilməsi baxımından, tiplərarası
həmhüdud «zona»da qərar tutan anomaliya hallarının
adekvat təhlil həllini tapmasının vacibliyi bir daha
yəqinləşər.
Dilin daim (hətta, güclə seziləcək tempdə olsa belə)
inkişafda olması, bir çox halda onun ümumi quruluşundakı
aparıcı tipoloji təmayül elementlərinin mütləq
dominantlığını mümkünsüz edir. Lakin resessiv səciyyə
daşıyan elementlərin özlərinin də (artıq söylənildiyi kimi)
yekcins xarakter kəsb etməməsi dillərin aqlütinativ –
flektiv və ya kök–aqlütinativ olmasından danışmağa imkan
vermir: tədrici inkişaf belə kəskin keçidlərin qarşısını alır.
Məsələn: aqlütinativ türk dillərindəki tipoloji sapma
elementləri həm kök dil quruluşunun relikt formalarının,
həm də insirafi təbiətli ünsürləri əhatə etdiyindən, bu
dillərdəki tipoloji təmayüllərin ümumi qarşılaşdırması
zamanı aparıcı tendensiyanın dilin struktur quruluşunun
formalaşdırılmasındakı
iştirak payı digər təmayül
elementlərinin ayrı-ayrılıqda çəkisindən dəfələrlə artıq
olduğu müəyyənləşir. Lakin dilçilik ədəbiyyatlarında
struktur quruluşu bir deyil, iki tipoloji təmayülün öncüllüyü
şəraitində formalaşmış dillər haqqında məlumatların
mövcudluğu, daha öncə səsləndirilən mülahizələrin
kontekstində həmin halların izahının verilməsini tələb edir.
3.3. «Bantu dili» fenomeni və ya profleksivlik
haqqında
(ekstralinqvistik faktorların təsiri ilə dil sistemində
baş verən modifikasiyaların «tipoloji sapma» və ya
«hibridləşmə» limitinə dair)
3.3.1.Tədqiqatımızın obyektindən dolayı, bizi iltisaqi və
insirafi təmayüllərin birgəmövcudluq şəraiti maraqlan-
Dostları ilə paylaş: |