Azərbaycan Milli Kitabxanası
128
Göründyü kimi, O.P.Sunikin fikirləri müəyyən təzaddan
xali deyil. Daha öncə müraciət edilən (və irəlidə izləyə-
cəyimiz) iqtibaslardan məlum olduğu kimi, alimin
morfoloji klassifikasiyaya münasibəti ardıcıllığı ilə
seçilmir: digər araşdırmalarında bütün (alimə görə)
qüsurlarına baxmayaraq, sözügedən təsnifatın metodoloji
gərəkliliyini vurğulayan O.P.Sunik
1
yuxarıdakı təqdim
olunan mülahizəsində məsələyə daha kəskin münasibət
sərgiləməklə bərabər problemin həlli yollarını təklif etmir
və O.P.Sunik bu yanaşmasında heç də tək deyil. Belə ki,
onun (O.P.Sunik) kimi, müxtəlif dillərdə fərqli tipoloji
quruluşa xas olan ünsürlərin mövcudluğunu təsbit edən,
lakin ənənəvi klassifikasiya çərçivəsində sapma probleminə
həll qazandıra bilməyərək sözügedən təsnifatın yararlılığına
və ya dil təkamülü ideyasına skeptik münasibət bəsləyən
dilçilər heç də az deyil.
Öz araşdırmalarında iltisaqi dillərdə flektiv dil ünsür-
lərinin yer alması faktını (konkret olaraq, gürcü dilində
ablaut hallarının; svan dilində əsasın fleksiyasının
mövcudluğunu) dəfələrlə etiraf edən T.S.Şaradzenidze
tipoloji xarakteristikadakı dəyişikliklərin dil təkamülündən
qaynaqlanmadığını, «dillərarası tipoloji fərqliliklərin nə
sinxronik, nə də diaxronik planda universal olan vahid
sxemə salınaraq» «bütün hallarda bir tipin digərindən
törədiyini iddia etməyin əsassız olduğunu» bildirmiş və
konkret olaraq, aqlütinativ-flektiv quruluş münasibətlərinə
gəlincə, mövcud sapma elementlərinin, prinsip etibarilə,
iltisaqiliyin flektivlikdən öncəki mərhələni təcəssüm
etdirməsi fikrinin əsaslandırılması üçün tutarlı arqument
1
Суник О.П. Проблема агглютинации в алтайских языках / XXV Меж-
дународный конгресс востоковедов. Доклады делегации СССР. М.,
1960, стр.10.
Azərbaycan Milli Kitabxanası
129
olmadığını önə sürmüşdür
1
. Bu isə dolayısı ilə, iltisaqi
quruluşlu dillərin flektiv struktur üçün meta-dil təşkil
etməsinə fikrinə etiraz kimi səciyyələndirilə bilər.
Bu mənada, gürcü alimi B.A.Uspenskinin meta-dil
təliminə qarşı çıxaraq tipoloji təkamül ideyalarına aşkar
speksis nümayiş etdirən O.P.Suniklə
2
həmrəyliyni ortaya
qoyur. Bu isə həmin mövqeyi paylaşan dilçilərin bu və ya
digər dərəcədə linqvistik xarakterologiya yanaşmasını
sərgilədiyini düşünməyə əsas verir. Belə ki, dillərin tipoloji
səciyyələndirməsi məsələlərində «artıq tükənmiş ənənəvi
klassifikasiya» ideyalarından deyil, xarakterologik təhlillər
prizmasından çıxış edilməsini təklif edən V.Skaliçka da
O.P.Sunikin «qarışıq tip» ideyası ilə bağlı səsləndirdiyi
mülahizələrə etirazını bildirməsinə baxmayaraq, bu tipoloji
sapma faktlarının təkamül ideyaları ilə əlaqələndirilməsi
məsələsində tam analoji mövqe ortaya qoymuşdur.
3
Tipologiyanın xarakteroloji aspektdən anlaşılması
yolunun Fink tərəfindən təklif edilməsinə baxmayaraq
(F.Fink özünün təzadlı kriterilərə əsaslanan təsnifatında,
gürcü dilinin qrup-flektiv; yunan dilinin əsas-flektiv; ərəb
dilinin kök-flektiv olması ilə bağlı və s. kimi
səciyyələndirmələr aparmışdır – A.H.),
4
V.P.Danilenkonun
bildirdiyinə görə, F.Fink, eləcə də H.Şteyntal, F.Misteli
1
Шарадзенидзе Т.С. морфологическая классификация языков и основ-
ные вопросы исторической типологии / Лингвистическая типология.
М., 1985,стр.36-37.; Шарадзенидзе Т.С. Грамматические категории и
морфологические типы языков / Типология грамматических категорий.
Мещаниновские чтения. М., 1975,стр. 44-46.
2
Суник О.П. Вопросы типологии агглютинативных языков (К проблеме
соотношения агглютинации и флексии) / Морфологическая типология и
проблема классификации языков. М.-Л., 1965, стр.30.
3
Скаличка В. К вопросу о типологии // Вопросы языкознания, М., 1966,
№4, стр.27-28.
4
Березин Ф.М. , Головин Б.Н. Общее языкознание.М., 1979,стр.347.
Azərbaycan Milli Kitabxanası
130
ideyalarının mənbəyini V.Humboldt təlimindəki dilin
xarakteri haqqında fikirlər təşkil etmiş; terminoloji
dövriyəyə daha sonralar daxil olmuş «linqvistik
xarakterologiya» istilahı isə həmin mövqeyin ardıcıl-
larından sayılan V.Matezius tərəfindən təklif edilmişdir.
1
Maraqlıdır ki, xarakteroloji yanaşma tərəfdarları bir
çox hallarda, qüsurlarına görə tənqid etdikləri morfoloji
klassifikasiyanın aydınlıq gətirə bilmədiyi tipoloji sapma
probleminin çözümü dil tiplərin sayının artırılmasında
görürdülər. Belə ki, yuxarıdakı fikirlərindən iqtibas gətir-
diyimiz F.Finkin bölgüsü səkkiz, Fr.Mistelinin təsnifatı on
bir
2
;V.Skaliçka və T.Milevski klassifikasiyaları isə beş dil
tipini
3
əhatə edir.
3.2.3. Son klassifikasiyalarla bağlı (bir qədər haşiyəyə
çıxmaqla) dəqiqləşdirmə apararaq möqeyimizi açıqmalaq
istərdik. Belə ki, bu təsnifatlar arasında bərabərlik işarəsi
qoymaq çətin olsa da (T.Milevski polisintetik dilləri iltisaqi
dillərlə, demək olar ki, eyniləşdirsə də, onların aqlütinativ
tipin alttipini təcəssüm etdirdiyini önə sürmüşdür), hər iki
klassifikasiyada flektiv dillər bəzi özəlliklərinə görə
müxtəlif tiplərə bölünmüş; V.Skaliçka təsnifatında
«introflektiv»
4
, T.Milevski klassifikasiyasında
«alternasiyalı»
5
adlandırılan dil tipi sami dillərinə; əsl
1
Даниленко В.М. Лингвистическая характерология в концепции В.Ма-
тезиуса // Вопросы языкознания, 1986, № 4, стр.120.
2
Шарадзенидзе Т.С. Грамматические категории и морфологические
типы языков / Типология грамматических категорий. Мещаниновские
чтения. М., 1975, стр.44.
3
Скаличка В. К вопросу о типологии // Вопросы языкознания. 1966,
№4., стр.29-30., Милевский Т. Предпосылки типологического языко-
знания / Исследования по структурной типологии, М., 1963, стр.25-27.
4
Скаличка В. К вопросу о типологии // Вопросы языкознания. 1966,
№4.,стр. 28.
5
Милевский Т. Предпосылки типологического языкознания / Исследо-
Dostları ilə paylaş: |