Azərbaycan Milli Kitabxanası
122
Onu da qeyd edək ki, N.Y.Marr tərəfdarlarının Yafəs
nəzəriyyəsinin linqvistik düşüncə tərəfindən qəbul edilməsi
üçün göstərdiyi güclü pressinq «təsir əks-təsirə bərabərdir»
formulu üzrə, daha sonralar – «stadial inkişaf
nəzəriyyəsi»nin ifşasından sonra, bütövlükdə dil təkamülü
ideyasına kölgə salmış olsa da,
1
«dillərin tipoloji tədqiqinin
müasir istiqamətləri»ni dəyərləndirmiş V.A.Zvegintsevin
bildirdiyi kimi, «dillərin tipoloji araşdırılmasına dinamik
yanaşma (qəti şəkildə N.Y.Marrın əsərinin təsiri ilə deyil),
son onilliklər ərzində müxtəlif linqvistik cərəyanlarda
fərqli forma alaraq geniş tətbiq qazanmışdır» (məs:
neolinqvistlərdə; Q.Qabelentsin «spiralik»
2
inkişaf
nəzəriyyəsində).
3
3.2. «Qarışıq tip» nəzəriyyəsi – tipoloji
determinanta və sapma faktları ilə bağlı problemdən
«çıxış yolu» kimi. Aqlütinativ və flektiv tiplərarası
həmhüdud zonada baş verən bəzi proseslərin dil
strukturunun təkamülü ideyası ilə bağlı nəzəriyyə
müstəvisindəki dəyərləndirməsi haqqında
3.2.1. Dil strukturunun mərhələli təkamülü ideyasının
linqvistik tipologiyada doğurduğu əks-səda ilə bağlı
1
Обйективлик наминя ону да гейд етмялийик ки, сон дюврлярдя Н.Й.Мар-
рын дилчилик эюрцшляринин йенидян дяйярляндирилмяси, даща дягиг десяк, он-
ларын, мцяййян мянада, реабилитасийасы йюнцндя бязи аддымлар атылмаг-
дадыр. (бах: Алпатов В.Что может дать наследие Марра? /
Colloque
international Un paradigme perdu : la linguistique marriste en URSS (années
1920-1950) Centre de conférences de Crêt-Bérard (au-dessus de Vevey),1-3
juillet 2004
http://www2.unil.ch/slav/ling/colloques/04Marr/prog.html#VA
)
2
Тядгигатын ЫВ фяслиндя спиралик инкишаф нязяриййясиня мцнасибят билдириляжяк.
3
Звегинцев В.А. Современные направления в типологическом изучении
языков / Новое в лингвистике. Выпуск III. М., 1963, стр. 11.
Azərbaycan Milli Kitabxanası
123
məqamlara xüsusi diqqət ayırmağımız səbəbsiz deyil. Belə
ki, tipoloji sapma problemi əslində həmin inkişaf sxemi
məsələsinin tərkib hissəsindən başqa bir şey deyil. Belə ki,
bir çox hallarda tipoloji təsnifatın ən önəmli qüsurları
sırasında, onun heç də bütün dünya dillərini əks
etdirməməsi iradı ilə yanaşı, bu klassifikasiyanın özünün
müəyyənləşdirdiyi tipoloji «etalon»lara bir qədər
«etinasızlıq» nümayiş etdirərək anomaliya faktlarını
«gözardı» etməsi məsələsinə diqqət çəkilməsinə
1
baxmayaraq, hətta, belə «məhdud» dil materialına, yəni
yalnız elmə məlum dünya dillərinə əsaslanan klassifikasiya
ilə bağlı bir mülahizənin: «hər hansı bir tipoloji «etalon»a
tam olaraq uyğun gələn «təmiz» dil yoxdur!» - fikrinin (aid
olduğu dilçilik cərəyanından,yəni linqvistik tipologiyanın
digər problemləri ilə bağlı sərgilədiyi mövqedən asılı
olmayaraq) digər şəkildə, demək olar ki, bütün tipoloqlar
tərəfindən səsləndirilməsi problemin heç də təsnifat
mexanizmindən qaynaqlanmadığını düşünməyə əsas verir.
Başqa sözlə, tipoloji sapma faktlarının əksər hallarda dil
tipi etalonlarının özəllikləri arasında sərhəddin düzgün
müəyyənləşdirilməməsindən dolayı deyil (halbuki,
tədqiqat boyu şahid olacağımız kimi, belə hallar da
istisna olunmur), məhz, dil sistemin özünün təkamülü
şəraitində meydana gəlməsi təsbitlənir.
Daha öncəki təhlilləri xatırlasaq, sapma faktlarının bu
əsasda təsbiti ideyasının yekdil razılıqla qarşılanmadığı
ortaya çıxmış olar. Belə ki, anomaliya hallarının obyektiv
mövcudluğunun etirafının təsnifatlandırma
konsepsiyasında, təxmini olaraq, iki yanaşmanın forma-
laşması ilə nəticələndiyini söyləmək olar.
Birinci halda, bu – sapma faktlarının (geniş anlamda)
1
мяс: Чикобава А.С. Введение в языкознание. Часть I, М., 1952,стр.189.
Azərbaycan Milli Kitabxanası
124
yaranma səbəbləri ilə dərindən «maraqlanmadan», sözüge-
dən elementlərin müxtəlif tipoloji tendensiyaların
«birgəmövcudluğu»nun təzahürü olmasını önə sürməklə
kifayətlənən tipoloji xarakterologiyadır. İkinci halda isə
söhbət təkamül ideyası ilə əlaqədar yaranan yanaşmadan
gedir. Bu isə, öz növbəsində, ekstralinqvistik faktorlardan
qaynaqlanmadığı təqdirdə istənilən dildəki tipoloji sapma
hallarının böyük əksəriyyətinin təbiətinin çözümünün,
məhz, dil təkamülü ideyasında aranması anlamına gəlir.
Başqa sözlə, dilin (geniş anlamda) statiklikdən məhrum
olması onun sisteminin, tam olaraq, eyni tipoloji təkamül
mərhələsində qərar tutmasını mümkünsüzləşdirir. Və bu
zaman dilin dinamik inkişafından dolayı, «sistemlər
sistemi»nin ayrı-ayrı yaruslarının inkişaf səviyyəsindən
asılı olaraq, onların hal-hazırkı; daha öncəki və ya
perspektivdəki tipoloji təkamül «pillə»sinə uyğunlaşması
məsələsi həll olunur. Daha dəqiq desək, dominant
göstəricilər tipoloji xarakteristikanı bəlirləşdirdiyi halda,
digər elementlər – anomaliya halları inkişaf «zəncir»indəki
əvvəlki və sonrakı «halqa»lara aidliyinə görə təsniflənir.
Bu yanaşmanın doğruluğunu isbatlamaq üçün, oxşar
differensiasiyanın cəmiyyətdəki sosial-iqtisadi münasibət-
lərin inkişafı zəminində də izlənildiyini söyləmək olar.
Belə ki, «təmiz tip» prinsipinin əsas götürülməsinin insan
cəmiyyətinin bu və ya digər ictimai-iqtisadi formasiyaya
aidliyinin inkar edilməsi anlamına gəldiyini» bildirən
V.Z.Panfilov (dilçi apardığı paralelliyin sonuncunun,
yəni,insan cəmiyyətinin heç bir ictimai-iqtisadi formasiyanı
«təmiz» halda realizasiya etməməsindən qaynaqlandığını
önə sürmüşdür) «kapitalizm ictimai-iqtisadi formasiyasının
bu və ya digər cəmiyyətdə mövcud olarkən, bir çox halda
(öz inkişafının ilkin dönəmlərində isə - həmişə) ondan
öncəki feodalizm ictimai-iqtisadi formasiyasının
Dostları ilə paylaş: |