Azərbaycan Milli Kitabxanası
109
mövqeyindən fərqli olmasından dolayı, tipoloji klassifika-
siya ilə birbaşa əlaqəli olan tədqiqat obyektimiz baxı-
mından, araşdırmamız üçün xüsusi əhəmiyyət kəsb etməsini
qeyd etməklə bərabər, sözügedən yanaşmanın, zənnimizcə,
prinsip etibarilə V.Skaliçkanın mövqeyi ilə müqayisədə,
daha adekvat yanaşma olduğunu etiraf etməli olsaq da,
təqdim edilən faktlar əsasında, burada da müəyyən
uyğunsuzluqların olduğunu gözardı edə bilmərik. Belə ki,
həmin faktlar, morfonologiyanın banisinin «ideyalarının
mahiyyətinə qarşı deyil, N.S.Trubetskoyun bəzi
mülahizələrinin ifrat mütləqliyinə qarşı yönəlmiş»
araşdırmada – E.Benvenistin 1) yalnız bu altı göstəricinin
aparıcı kriteri sayıla bilməsi; 2) bu özəllikləri hind-Avropa
dili (və ya tipi – A.H.) anlayışının təsbiti üçün yetərli
olması ilə bağlı suallara cavab axtardığı «Dillərin
klassifikasiyası» tədqiqatında təqdim olunmuşdur. Müəllif,
həmin faktlara istinadən, sözügedən altı göstəricinin
bütövlüklə Oreqon ştatındakı hindu dilində (takelma
dilində) müşahidə edildiyini sübuta yetirmişdir.
1
Göründüyü kimi, burada isə frenkventalilərin digər
struktural özəlliklərlə vəhdətdə izlənilməməsi, əksinə,
«hind-Avropa tipi»nə uyğun gələn dillərin real siyahısının
süni şəkildə «artırılması» ilə nəticələnə bilər. Başqa sözlə,
dil etalonunun və ya həmin etalona müvafiqliyi təsdiqləyə
biləcək kriterilər məcmusunun müəyyənləşdirilməsi,
prinsip etibarilə, metodoloji cəhətdən çox düzgün atılmış
addım olaraq səciyyələndirilə bilsə də, sözügedən etalonun
spesifikliyini şərtləndirən özəlliklərin seçimi məsələsində
cüzi bir yanlışlıq, yəni sadəcə olaraq, əslində reallıqda
mövcud olan xüsusiyyətlərə onların universallıq və ya
frenkventallıq mahiyyətini önəmsəmədən istinad edilməsi
1
Бенвенист Э. Классификация языков / Введение в языкознание.
Хрестоматия, Минск,1988, стр.307-309.
Azərbaycan Milli Kitabxanası
110
tipoloji «norma» və sapma qarşılaşdırmasında (ahəng
qanunla bağlı məsələdə olduğu kimi) və ya ümumiyyətlə,
tipoloji səciyyələndirmədə (inkorporlaşan quruluşlu
takelma dilinin «hind-Avropa tipli» fleksiyaya
«uyğunluğu» məsələsində olduğu kimi) qeyri-adekvat
nəticələrin əldə edilməsinə səbəb olur.
Bununla belə, «universali definisiyalarının təsbitinin
tipoloqun işinin ən vacib hissəsini təşkil etdiyini» və
«universali definisiyalarının qeyri-mövcudluğunun isə
tipoloqun işini əsassızlaşdırdığını» önə sürən Y.V.Rojdes-
tvenskinin onların sayəsində dillərin eyni cür müqayisə
edilə bilməsi haqqında fikrini
1
də gözardı etmək olmaz.
Belə ki, universalilərin fərqləndirilməsi qeyri-universal
olan göstəricilərin sistematizasiyanı və deməli, tədqiqatın
növbəti mərhələsində tipik olanla anomaliya səciyyəsi
daşıyan özəlliyin qarşılaşdırılması işini asanlaşdırır. Bu
mənada biz, İ.F.Vardulun ardınca «tipoloji relevant
xüsusiyyətlərin qradasiyasının
universalilər→
dominantlar→resessivlər→unikalilər sxemini» təklif
edən və universalilərin dil strukturunun ümumi nəzəriyyəsi
ilə («universal qrammatika» ilə), unikalilərin isə deskriptiv
linqvistika («individual qrammatika») ilə əlaqəsindən
dolayı, onların yalnız tipologiya termininin geniş anlamda
tətbiqi şəraitində məsələyə aidliyinin mümkünlünü bildirən
V.A.Vinoqradovun fikirləri ilə tamamilə razıyıq; dilçi dar
anlamda (yəni dillərin struktur özəlliyinə görə
qruplaşdırılması anlamında – A.H.) tipologiyanın öz
diqqətini yalnız bu sxemdə əksini tapan «keçid özəllikləri»
– dominant və resessivlər üzərində konsentrasiya etdiyini
önə sürmüşdür.
2
1
Рождественский Ю.В. О лингвистических универсалиях // Вопросы
языкознания, 1968, №2, стр.11.
2
Виноградов В.А. Методы типологии / Общее языкознание. Методы
Azərbaycan Milli Kitabxanası
111
Doğrudan da, hər hansı bir dilin (və ya məhdud dil
qrupunun) fərdi özəllikləri – unikalilər (və ya unikalilərdən
daha geniş spektri əhatə edən, yəni bir neçə dildə əksini
tapan özəllikləri ifadə edən frenkventalilər), eləcə də, ən
ümumi xüsusiyyəti ehtiva edən universalilər tipoloji
təsnifatlandırma üçün kriteri mənbəyi təşkil edə bilməzlər.
Tipologiya yalnız və yalnız dominant və resessiv
özəlliklərin münasibətləri çərçivəsində formalaşan
struktural identifikasiyadan çıxış edir ki, bu da dominant
xüsusiyyətlərə əsasən, aparıcı tipoloji təmayülün təsbitinə,
resessiv özəlliklərə istinadən isə tipoloji halların
fərqləndirilməsinə imkan verir.
лингвистических исследований, М., 1973, стр. 237.
Azərbaycan Milli Kitabxanası
112
III FƏSİL
TİPOLOJİ MODİFİKASİYALARA YOL
AÇAN BƏZİ İNTRALİNQVİSTİK VƏ
EKSTRALİNQVİSTİK FAKTORLAR HAQQINDA
(problemin morfoloji klassifikasiya müstəvisindəki
inikasına dair)
3.1.Dil təkamülünün «vulqar – sosial» izahına bir
uğursuz cəhd haqqında və ya bir daha tipoloji
metamorfozların intralinqvistik altyapısı barədə
3.1.1. Tipologiya sahəsindəki araşdırmalardan bəhs
edərkən vaxtilə linqvistik düşüncədə «inqilab» etdiyi önə
sürülən, süqutundan sonra isə yanlış müddəalarına qarşı
mübarizədə (digər doqmaları ilə birgə) dil tiplərinin bir-
birini əvəzetmə ehtimallarının total şəkildə rədd edilməsi
nəticəsində, növbəti nəsil dilçilər arasında struktur təkamül
ideyalarına ifrat ehtiyatlılıq aşılamış olan «dillərin stadial
inkişaf nəzəriyyəsi» haqqında söz açmamaq doğru olmazdı.
Əsası dillərin hər hansı bir ulu dildən şaxələnməsi ide-
yasına qarşı çıxan və ümumiyyətlə, «bu mənada ulu dilin
elmi müddəa deyil, fiksiya (saxtakarlıq) olduğunu» iddia
edən N.Y.Marr tərəfindən
1
qoyulmuş «dil haqında yeni
təlim», funksional – tipoloji kriterilərin dillərin genealoji
təsnifinə uyarlılıq səviyyəsini müəyyənləşdirən
V.A.Vinoqradovun qeyd etdiyinə görə, sonuncunun (genealoji
1
Вопросы языка в освещении яфетической теории (Избранные отрывки
из работ акад. Н.Я.Марра). Л., 1933, стр. 309.
Dostları ilə paylaş: |