Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə38/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   ...   34   35   36   37   38   39   40   41   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
113
təsnifin) tipoloji klassifikasiya qismində  dəyərləndiril-
məsindən törəmiş olsa da, demək olar ki, məlum təkamül 
modelini (kök – iltisaqi – flektiv quruluş) təkrar edirdi.
1
  
Dillərin genealoji və tipoloji təsnifatlarının qarşılıqlı 
əlaqəsi probleminin təhlilinə silsilə  tədqiqatlar həsr etmiş 
T.S.Şaradzenidze də Marrın araşdırmalarında «genealoji 
təsnifatın stadial klassifikasiya ilə  əvəzləndiyinə», bu za-
man «dil ailəsi» istilahının «sistem» termini ilə yenilən-
diyinə
2
, morfoloji təsnifatın isə, öz növbəsində, həmin 
stadial klassifikasiyanın tərkib hissəsi qismində  təqdim 
olunduğuna
3
 diqqət çəkmişdir. Başqa sözlə, dillərin qohum-
luq  əlaqəsi və struktur oxşarlıq cəhətlərinə  əsaslanan iki 
fərqli klassifikasiya sosial interpretasiya qazanan stadial 
inkişaf modeli çərçivəsində orijinal tərzdə sintez edilmiş və 
bunun nəticəsində artıq bu təsnifatların heç birinin fərdi 
qaydada dəyərləndirilməsinə imkan tapılmamışdır.  
Əsərində Marrizm ideyalarına qatı müxalif mövqe 
nümayiş etdirməklə, sonrakı  nəsil dilçilər arasındakı «dil 
haqqında yeni təlim»in «müdafiəçi»ləri ilə qatı polemikaya 
girmiş B.A.Serebrennikov da «stadial inkişaf 
nəzəriyyə»sindəki bu klassifikasiya qarışıqlığının təhlilinə 
xüsusi önəm vermiş  və Marrın müqayisəli-tarixi dilçiliyin 
nəticələrini «rədd etmək»lə  bərabər, həmin «sistem»lərin 
sintetik (yəni, kök) iltisaqi və flektiv stadiyalara 
uyğunlaşdırmasının (dilçi, özünün digər həmkarları kimi, 
                                                 
1
  Виноградов  В.А.  Функционально-типологические  критерии  и  генеа-
логическая  классификация  языков    /  Теоретические  основы  классифи-
кации языков мира. Проблемы родства.М.,1980, стр.286. 
2
Шарадзенидзе  Т.С.Родство  языков,  процессы  дивергенции,  конвер-
генции  и  соответствующие  им  классификации  языков / Теоретические 
основы классификации языков мира. Проблема родства. М,1980, стр. 99. 
3
 Шарадзенидзе Т.С. Морфологическая классификация языков и основ-
ные вопросы исторической типологии / Лингвистическая типология. М., 
1985, стр.34. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
114
kök və aqlütinativ quruluşların bir-birini əvəzləməsi 
ideyasının XIX əsr dilçiliyindən  əxz edildiyinə  də diqqət 
çəkmişdir) absurdluğunu vurğulamışdır
1

Maraqlıdır ki, stadial tipologiyanın  əsas istinad mən-
bəyinin A.Şleyxer təsnifatı olmasından dolayı  bəzi təd-
qiqatçılar sözügedən bölgünü – «köhnə tipoloji konsepsiya-
nı» Şleyxer – Marr təsnifatı
2
 adlandırırlar. Lakin naturalizm 
cərəyanının banisinin və «dil haqqında təlim»in 
yaradıcısının dillərin klassifikasiyasının qlottoqonik proseslə 
əlaqələndirilməsi məsələsində mövqelərinin tam eyniyyətdən 
uzaq olması stadial təsnifatın qeyd olunan tərzdə 
adlandırılmasının doğru olmadığını düşünməyə əsas verir. 
Vaxtilə linqvistik fikirdə misilsiz təlatüm yaratmış, 
sonralar isə eyni əzmkarlıqla tənqid edilmiş «stadial inkişaf 
nəzəriyyəsi»nin, daha dəqiq desək, bu nəzəriyyə aspektində 
tipoloji sapma probleminin obyektiv dəyərləndirilməsini 
aparmaq üçün N.Y.Marr və ardıcıllarının «dillərin tipoloji 
sistemi» ilə bağlı  səsləndirdikləri mülahizələri ilk 
mənbədən öyrənib münasibət bildirməyin vacibliyini nəzərə 
alıb onun (nəzəriyyənin) tədqiqat obyektimizdən dolayı 
maraq kəsb edən əsas müddəalarını araşdırmaya cəlb edək. 
«Linqvist-nəzəriyyəçi olmaq niyə  çətindir?» sualına 
cavab axtardığı  tədqiqatında Yafəs nəzəriyyəsinin banisi, 
dillərin stadial inkişafının dörd mərhələsini fərqləndirmiş 
və müvafiq stadiyalarda meydana çıxan dilləri qeyd 
etmişdir: 
                                                 
1
 Серебренников Б.А. О материалистическом подходе к явлениям языка. 
М., 1983,  стр. 154-157. 
2
  Десницкая  А.В.  Об  оценке  типологических  теорий.  Н.Я.Марра  и 
И.И.Мещанинова / Лингвистическая  типология  и  восточные  языки. 
Материалы совещания. М., 1965,  стр.277. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
115
 
1.İlkin mərhələ monosillabik 
və polisemantik (çin və 
sisteminə malik dillər orta və uzaq 
Afrikanın canlı dilləri); 
 
2.İkinci mərhələ 
sisteminə 
fin-uqor, türk, monqol dilləri malik 
olan dillər; 
 
3.Üçüncü mərhələ  
sisteminə 
1.Günümüzədək gəlib çatmış Yafəs 
malik olan dillən dilləri (yəni müasir 
terminologiyaya görə Qafqaz-İber 
dilləri – A.H.) 
 
2. Hami dilləri (Yaxın və Uzaq  
dilləri) 
 
4.Dördüncü 
mərhələ  
1.Sami dilləri sisteminə malik olan 
dillər  
 2.Prometeid 
dillər və ya «necə 
deyərlər» hind-Avropa dilləri
1
 
 
 
Ən ötəri nəzərlə  dəyərləndirildikdə belə, bu stadial 
ardıcıllığın N.Y. Marrın nailiyyətlərinə skeptik yanaşdığı 
XIX  əsr dilçilik fikirlərindən bəhrələnmə sayəsində ortaya 
çıxdığını görmək olar. Bu səbəbdən də, V.Humboldt, 
A.Şleyxer və başqalarının dil təkamülü nəzəriyyəsində 
böyük həqiqət payı olduğunu qəbul etdiyimiz kimi, kök 
(əslində, N.Y.Marr V.Humboldtun vaxtilə  səsləndirdiyi 
etirazına baxmayaraq, «amorf» istilahına üstünlük verir), 
aqlütinativ,  flektiv tiplərin paralel əsasda mövcud olmayıb 
bir-birini 
əvəzləməsi ideyasının özündə «vulqar 
materializm» kimi dəyərləndirilə biləcək məqam görməsək 
də, Yafəs nəzəriyyəsi banisini «stadial inkişaf»la bağlı 
digər açıqlamaları artıq problemin fərqli mahiyyət 
                                                 
1
 Вопросы языка в освещении яфетической теории (Избранные отрывки 
отрывки из работ акад. Н.Я.Марра). Л., 1933, стр. 343. 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə