Microsoft Word kitab-son ayten ?N son variant- nadir m doc



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə36/92
tarix15.07.2018
ölçüsü1,67 Mb.
#56107
1   ...   32   33   34   35   36   37   38   39   ...   92

                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
106
fikrinin davamı olaraq, «türk dilləri üçün müştərək olan 
xüsusiyyətlər»i qeyd etmiş (həmin xüsusiyyətlər: «a) 
sözdüzəldici  şəkilçilərin hər biri bir qrammatik məna 
bildirir; b)ahəng qanunu bu dillərin hamısına xasdır; c) 
yalnız  şəxs və  kəmiyyətə görə uzlaşma vardır, cinsə görə 
uzlaşma yoxdur; d) təyin təyinlənəndən  əvvəl gəlir; e) feli 
sifət, feli bağlama və məsdər tərkibləri geniş yayılmışdır») 
və «bir sıra dillər  üçün ümumi olan başlıca  əlamətlərin 
belə sabit toplusu müvafiq dil tipini təşkil edir» (kursiv 
bizimdir – A.H.) – qənaətini səsləndirmişdir.
1
  
2.4.2. Türkologiya sahəsindəki bir sıra dəyərli tədqiqat-
lardan məlum olduğu və daha öncəki araşdırmamızda 
izlədiyimiz kimi, ilk iki xüsusiyyət, sözügedən dillər üçün 
mütləq səciyyə daşıyan özəllik mahiyyətini kəsb etmir. 
Lakin türk dillərindəki heç də bütün şəkilçilərin yalnız bir 
qrammatik məna ifadə etməməsi ilə bağlı yaranan durumu 
ahəng qanunun «türk (aqlütinasiya) tipi»nin «vizit 
vərəqəsi» statusunu itirməsi ilə eyniləşdirmək olmaz. Belə 
ki, mövcud tipoloji «norma»dan kənaraçıxmalara 
baxmayaraq, «bir şəkilçi – bir qrammatik məna» modeli 
türk aqlütinasiyasının bərqərar olmasında həlledici rol 
oynamış, daha dəqiq desək, ümumiyyətlə, bir tipoloji 
təmayülün – hansı dildə  təzahür tapmasından asılı 
olmayaraq, iltisaqiliyin özəyini təşkil edən başlıca faktorlar 
sırasında yer almışdır ki, bu da, həmin amilin arxa plana 
keçməsinin, bütövlükdə, iltisaqiliyin «süqutu» anlamına 
gəlməsi deməkdir.  
Affiksal polisemiyanın flektiv təmayülün fərqləndirici 
özəlliyi olmasının  əks vəziyyəti – şəkilçi təkmənalılığının 
tipoloji delimitasiya faktoru olmasını  şərtləndirməsindən 
dolayı, sözügedən qrup morfemlərin semantik tutumundakı 
                                                 
1
 Вердийева З., Аьайева Ф., Адилов М. Дилчилик проблемляри. I щисся, Б., 
1982, с.255. 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
107
genişlənmə tendensiyası da, öz növbəsində, tipoloji 
anomaliya halları kimi səciyyələndirilməlidir. Bundan 
fərqli olaraq, istər türk dillərində, istərsə  də iltisaqi 
quruluşlu digər dillərdə ahəng qanunun zəifləməsi və ya 
tamamilə aradan qalxmasını, birmənalı  şəkildə, tipoloji 
sapma hadisəsi qismində dəyərlənmək çətindir.  
Daha öncəki araşdırmamızda uyğur «umlautu» ilə bağlı 
təhlillərimiz çərçivəsində sinharmonizmin ikili tipoloji 
təbiətə malik olması haqqında ehtimallarımızı 
paylaşacağımızdan
1
, tədqiqatın bu məqamında sözügedən 
məsələyə daha dərindən nüfuz etmədən, sadəcə olaraq, onu 
bildirmək istərdik ki, ahəng qanunun, iltisaqiliyin bir tip 
olaraq bərqərar olmasında müstəsna rol oynamasına 
baxmayaraq, onunla həmin (tipoloji) təmayül arasında 
birbaşa qarşılıqlı  şərtləndirmə mövcud deyil. Daha dəqiq 
desək, burada bərabərlik işarəsi qoymaq olmaz. Bununla 
belə onu da inkar etmək olmaz ki, sinharmonizmin 
zəifləməsi iltisaqi dilləri səciyyələndirən başlıca 
xüsusiyyətlərdən biri sayılan kök-şəkilçi sərhəd 
toxunulmazlığı özəlliyinin aradan qalxmasını istisna 
etməyən proseslərə yol açır. 
 Lakin  yenə  də  həmin prosesin fəsadları tipoloji sapma 
hadisəsi kimi xarakterizə edilə bildiyi halda, təhrikedici 
amil (yəni, sinharmonizmin zəifləməsi və ya aradan 
qalxması) struktural anomaliya qismində  səciyyələn-
dirilmək imkanından məhrumdur. Bir sözlə, iqtibas 
gətirilən mülahizədə  səsləndirilənlərdən fərqli olaraq, biz, 
ahəng qanununu türk aqlütinasiyasının realizasiyasını 
şərtləndirən hadisə qismində  dəyərləndirmək fikrindən 
uzağıq və düşünürük ki, bu frenkventalinin – yalnız 
                                                 
1
  Щажыйева  А.Й.  Дил  системиндя  типолоъи  сапмалар  (аглцтинатив  диллярдя 
флектив  тямайцллц    елементляр).  нам.дисс.  Б. ,2006, с.38-82;  Щажыйева 
А.Й. Аглцтинатив диллярдя дахили флексийа вя фузийа. Б., 2007,  с. 55-175 


                                            
Azərbaycan Milli Kitabxanası                                         
 
 
 
108
müəyyən qrup dillərə xas olan özəlliyin struktural «norma» 
qismində  nəzərdən keçirilməsi «türk tipi» daxilində 
yarımtiplərin fərləndirilməsinə yol aça bilər.  
Yeri gəlmişkən, bir qədər haşiyəyə çıxaraq onu da qeyd 
etmək istərdik ki, dilin bütöv sistem olaraq (tam şəkildə) 
tipoloji xarakteristikasının verilməsini o qədər də 
məqsədəuyğun saymayan V.Skaliçkadan fərqli olaraq, onun 
yaxın həmkarı – Praqa funksional dilçilik məktəbinin digər 
görkəmli nümayəndəsi – N.S.Trubetskoy dil tipinin 
müəyyənləşdirilməsi zamanı yarusların qarşılıqlı 
əlaqəsindən çıxış edərək «hind-Avropa tipi» üçün ümumi 
olan altı struktur özəllik qeyd etmiş və həmin göstəricilərin 
ayrı-ayrılıqda (qeyri hind-Avropa)  başqa dillərdə  də 
təsadüf edilməsinə baxmayaraq küll halında yalnız 
sözügedən dil ailəsində yer aldığını önə sürmüşdür.
1
  
Azərbaycan dilçisinin «türk tipi» ilə bağlı mülahizələ-
rində təxminən oxşar yanaşma sərgiləndiyindən N.S.Trubets-
koyun fikirlərinin üzərində bir qədər dayanaraq onu 
bildirmək istərdik ki, «hind-Avropa problemi haqqında 
düşüncələri»ni paylaşan görkəmli alim öz araşdırması ilə 
iki məsələyə: 1) dillərin genealoji təsnifatının tipoloji bölgü 
ilə yaxın əlaqəsi; 2) və bu əlaqənin məntiqi davamı olaraq, 
müxtəlif dil ailələrinin təsbitini mexanikləşdirən və ya (əks 
mövqedən yanaşılsa) hər hansı bir dil tipinin spesifik 
növünün (yəni, daha öncə  də, söylənildiyi kimi, sami və 
hind-Avropa flektivliyi arasında bərabərlik işarəsi qoymaq 
olmaz) müəyyən qrup (qohum) dillərə aidliyi təsdiqləyən 
tipoloji özəlliklərin məcmusunun tərtib edilməsi 
problemlərinə münasibət bildirmişdir.  
Bu yanaşmanın özlüyündə tipoloji xarakterologiya 
                                                 
1
Трубецкой  Н.С.  Мысли  об  индоевропейской  проблеме // Вопросы 
языкознания, 1958. №1, стр.70-71. 
 


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə