Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   24   25   26   27   28   29   30   31   ...   58

88 
A.gossypiiA.nasturtii), tripslər mexaniki zədə yerlərindən keçərək 
yayılır. Yumruların daxilində qışlayır. 
Zolaqlı mozaika xəstəliyini müxtəlif virulentliyi ilə seçilən Y-
viruslar törədir. Bəzən bu ştammlar arasında baş verən qarşılıqlı in-
terferensiya yeni zəif və ya güclü ştammların yaranması ilə nəticələ-
nir. Bəzi təsərrüfatlarda xəstəliyin 1-ci il yayıldığı vaxtlarda kolların 
bir hissəsindən dolğun yumrular alınır. Belə hallar aldadıcı olma-
malı və həmin sahədən toxumluq tədarük edilməməlidir (Şəkil 43). 
Yarpaq qıvrılması yaradan Potato leafroll virus (PLV) 4-cü, 
müsbət ss RNT qrupunun Luteoviridae fəsiləsinin, Poliovirus cins-
inə aiddir. Başlıca aralıq keçiricisi Myzus persicaedir. Xəstəliyin 
başlıca  əlaməti yerüstü hissədə ilkin olaraq üst yarus yarpaqların 
kənarlarının yuxarıya doğru qalxmasıdır. Bu əlamət tədricən aşağı 
yarus yarpaqlarına keçir. Yarpaq saplağı  və gövdələrin qabığının 
qalınlaşması, floema qatının sərtləşməsi müşahidə edilir. Xəstəlik 
törədicisi kartof yumruları ilə növbəti ilə keçir. Vegetasiya döv-
ründə isə  mənənələrlə yayılır. Xəstəlik yumrularla 2-ci və 3-cü ilə 
keçdikdə ixtisaslaşma patogen bitkinin yerüstü hissəsində  aşağı 
yarus yarpaqlarının qıvrılmasına və sonradan bu əlamətin yuxarıya 
doğru inkişaf etməsi ilə müşahidə olunur. 
Xəstə kartof yarpaqları sarımtıl, bənövşəyi, qırmızımtıl bəzən 
isə narıncı  rənglərə çalır. Kövrəkləşmiş yarpaqlar inkişafdan qalır. 
Yumruların əmələ gəlməsi zəifləyir. Güclü yayılma illərində karto-
fun məhsuldarlığı 25-70%-ə qədər aşağı düşür, yumrularda nişasta-
nın miqdarı kəskin azalır. Xəstə yumruların cücərməsi gecikir, cü-
cərtilər sapvari formada olur və tez bir zamanda sıradan çıxır. Xəs-
təliyin əlamətləri yüksək temperaturda və rütubətin aşağı olduğu şə-
raitdə güclənir (Şəkil 44). 
 
Bakterial xəstəliklər 
 
Bakterial həlqəvi çürümə (BHÇ) yaradan Clavibacter michi-
ganensis sub sp. Sepedonicum, Actinobacteria şöbəsinin, Actinomy-
cetales  sırasının,  Microbacteria  fəsiləsinin  Clavibacter cinsinə 


89 
aiddir. Azərbaycanda şimal və cənub  bölgələrində ocaqlar şəklində 
yayılmışdır. Xəstəlik yarpaq, budaq və yumruları sirayətləndirir. 
Xəstəliyin əlamətləri: ilkin yoluxma zamanı yarpaq damarları-
nın arası sarımtıl rəng alır. Yuxarı yarus yarpaqları müntəzəm 
olaraq saralır. Aşağı yarus yarpaqları uc hissədən başlayaraq saralır. 
Budaqlara keçən soluxma sonradan aşağı yarusu tamamilə qa-
raldaraq torpağa yatırır. Xəstəliyin inkişafı uzun müddət çəkdiyin-
dən onu bəzən vertisillioz və ya fuzarioz soluxması ilə səhv salırlar. 
Aşağı yarus yarpaqların soluxaraq qaralıb yerə yatması yerüstü 
hissədə  xəstəliyin spesifik əlamətidir. Xəstəliyin başlıca yayılma 
mənbəyi və daşıyıcısı yumrulardır. Patogen bitki qalıqlarında yaşa-
yır, lakin uzun müddət torpaqda yaşaya bilmir. Xəstəlik törədicisi 
yerüstü hissədən yoluxaraq gövdəyə keçir və oradan yumruların 
qida borularına daxil olur. 
BHÇ ilə sirayətlənmiş kartof yumrularının xarici görünüşündə 
xəstəliyin əlamətləri bəzən nəzərə çarpmır. Güclü sirayətlənmiş kar-
toflarda qabığın altında 1-2 sm ölçülərində, həlqəvi və ya dairəvi 
formada toxumaların yumşalması baş verir. Sonradan bu hissələrdə 
sarımtıl-boz rəngli seliyəbənzər pis qoxuya malik kütlə əmələ gəlir. 
Toxunduqda yumşalmış yumru partlayır və bütün məhsulu çirklən-
dirir. BHÇ xəstəliyinin inkişafı 20-25°C temperaturda və 75-95% 
də daha güclü olur. Yumrular yığıldıqdan sonra daşınma və anbar-
larda saxlama zamanı  xəstə kartoflarda bakteriya sürətlə inkişaf 
edərək sarımtıl möhtəviyyatlı  həlqəvi çürümə zonaları yaradır. 
Xəstə yumrulardan toxumluq kimi istifadə etmək olmaz. Əgər 
istifadə olunarsa, əkin materialının  əksər hissəsi torpaqda çürüyür. 
Bəzən zəif sirayətlənmiş yumrularda xəstəliyin əlaməti üzdən bilin-
mədiyi üçün onlardan toxumluq kimi istifadə edilir. Əkilmiş belə 
yumruların torpaqda xeyli hissəsi çürüyür. Cücərmiş gözlərdən 
çıxan kollarda isə xəstəliyin əlaməti dərhal meydana çıxır və aşağı 
yarus yarpaqları quruyur və yatır (Şəkil 45. 46). 
Adi dəmgil xəstəliyinin törədicisi Streptomyces scabies Lam-
bert and Loriadır. Təsnifatda yeri: Actinobacteria şöbəsi, Actinobac-
teria sinifi, Streptomycetes  fəsiləsi,  Streptomyces cinsinə  mənsub-


90 
dur.  
Azərbaycanda dəmgil xəstəliyinin bir neçə növü yayılmışdır. 
Bu xəstəliklərin törədiciləri müxtəlif olmaqla yanaşı, həm də  hər 
biri özünəməxsus  əlamətləri ilə seçilir. Kartof yumruları üzərində 
bakteriya, aktinomiset və ya göbələklərin yaratdığı müxtəlif yaralar, 
batıq ləkəliklər və ya örtükvari yaralar əksər ədəbiyyatlarda dəmgil 
adlandırılır. “Dəmgil” ümumi söz olduğundan bu əlamətləri özündə 
birləşdirən xəstəliklər də əlamətinə görə bir-birindən ayrılır. Dəmgil 
xəstəliklərinin başlıca xüsusiyyəti kartof yumrularının eybəcərliyi, 
məhsulun ümumi əmtəəlik görünüşünün itməsi və  məhsuldarlığın 
kəskin azalmasıdır. 
Adi dəmgil, adətən, qırmızımtıl və nazik qabıqlı sortları daha 
tez yoluxdurur. Neytral reaksiyalı qumsal və gillicəli torpaqlarda 
daha tez-tez rast gəlinir. Turş reaksiyalı torpaqlarda əhəng veril-
dikdə bu tədbirdən 2-3 il sonra xəstəlik daha da şiddətlənir. 
Adi dəmgil kartof yumruları üzərində ilk əvvəl zədələnmiş his-
sələrdən, təbii tənəffüs dəliklərindən daxil olur. Bir neçə gün inkişaf 
edən patogen yumrular üzərində çox da dərin olmayan qeyri-mütə-
nasib ölçülü yaralar əmələ  gətirir. Bu yaraların üstü açıldıqda tor-
paqda olan quru və ya yaş çürümə yaradan mikroorqanizmlər daxil 
olur. Yoluxma yerlərində yaralar dərinləşir, qonurlaşır və  tədricən 
bütün yumrunu müxtəlif ölçülərdə əhatə edir.  
Patogen kartofun köklərini, kök boğazını, gövdənin bütün tor-
paqaltı sahəsini yoluxdurur. Bəzən təzə çıxarılmış nəmli yumruların 
üzərində  ağ mitsel örtüyünə rast gəlinir, lakin qurudulduqda bu 
örtük tez bir zamanda çəkilir.  Streptomyces scabies yumrularda 
qalır və toxumluq kimi istifadə etdikdə başqa sahələrə  də yayılır. 
Patogen torpaqda infeksiya mənbəyi kimi yığılır və növbəti ildə 
kartof əkilərsə, kütləvi yoluxma baş verir. Torpağa yanmamış peyin 
verdikdə bitkinin çiçəkləmə dövründə yumruların  əmələ  gəlməsi 
dövründə xəstəliyin şiddəti artır. 
Xəstəliyin törədicisi kartof yumrularında və torpaqda qalma-
sına görə toxum materialı əsasən sağlam yumrulardan tədarük edil-
məlidir. Dalbadal bir neçə il bir yerə kartof əkilməsi yolverilməzdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə