Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   25   26   27   28   29   30   31   32   ...   58

91 
Əkin sahəsi növbələşdirilməlidir. Sələf kimi yonca, dənli paxlalılar 
seçilməsi məqsədəuyğun hesab edilir. Toxum tədarük edildikdən 
sonra dərhal dərmanlanması  xəstəliyin ehtiyatını  məhv edir. Bu 
məqsədlə toxum dərmanlayıcılardan istifadə edilməlidir (Şəkil 47). 
 
Chromista aləminə aid xəstəliklər 
 
Fitoftora xəstəliyi -Phytophthora İnfenstans (Mont.) de Bary 
 
Chromalveolata aləmi, Heterokontophyta şöbəsi, Oomycota si-
nifi, Peronosporales sırası, Pythiaceae fəsiləsi, Phytophthora cinsi-
nin nümayəndəsidir. Kosmopolitdir və aşkar olunmuş 55 ixtisaslaş-
mış növü qeydə alınmışdır. 
Hər il xəstəliyin təsirindən 15%-dən 55%-ə qədər məhsul itiri-
lir. Xəstəliyin güclü (epifitotiya) yayıldığı illərdə məhsul itkisi 75-
95%-ə qədər olur. 
Fitoftora xəstəliyinin kartof sahələrində inkişafının başlıca 
səbəbləri havanın temperatur və rütubət faktorladır. Hərarətin 12
o
C-
dən  25
o
C-dək intervalında 1 gün yağışla, güclü şehlə, dumanla 
müşayiət edilərsə, xəstəliyin meydana gəlməsi labüddür. Əgər 
havanın hərarəti 30-35
o
C-dən yuxarıdırsa, xəstəliyin inkişafı daya-
nır. Fitoftoranın törədicisi torpaqda və kartof yumrularında qalaraq 
qışı keçirir. Növbəti ildə xəstə sahəyə kartof əkildikdə torpaqda olan 
kartof yumrularında və bitki qalıqlarında olan göbələk əlverişli hava 
şəraiti yaranan kimi xəstəliyin mənbəyinə çevrilir. Sağlam olmayan 
toxum materialları da xəstəliyin ilkin qışlama mənbəyidir. 
Saxlama yerlərində  xəstə toxum materialında xəstəlik mitsel 
formasında-yəni qidalanmaqda olan orqan halında fəaliyyət göstərir. 
İlkin yazda səpin zamanı yumrunun daxilində olan mitsellər artıq 
cücərtiləri sirayətləndirir. Torpaqda göbələk (törədici) qış sporları 
formasında qışlayır və sahədə  təkrar  əkin vaxtı yumruları, cücərti-
ləri və yarpaqları sirayətləndirir. 
Fitoftora xəstəliyində ilk əvvəl yarpaqlarda qonur ləkələr halın-
da müşahidə olunur. Sonradan bu ləkələrlə yarpağın sağlam yerləri-


92 
nin sərhəddində  ağımtıl örtük formalaşır. Bu örtüyü səhər sübh 
vaxtı dumanlı və yaxud şehli havalarda daha yaxşı və tez müşahidə 
etmək olur. Xəstəliyin ilkin əlaməti qeydə alınan kimi dərhal 
mübarizəyə başlanılmalıdır, çünki əlverişli hava şəraitində xəstəlik 
3 gün müddətində bütün sahəyə yayıla bilər. 
Fitoftoranın əmələ gəlməsi aran rayonlarında aprel ayının axırı, 
mayın əvvəllərinə, dağlıq rayonlarda isə mayın axırı, iyunun əvvəl-
lərinə təsadüf edir. Alimlər öz tədqiqatlarında kartof kollarının sira-
yətlənmə  dərəcəsindən asılı olaraq məhsul itkisini təyin etmişlər. 
Belə ki, sirayətlənmə yarpaqların 25%-ə  qədərolduqda 12,4%, 26-
50%-ə qədərolduqda 19,8%, 51-75% olduqda 21%, 76-100% olduq-
da 50% məhsul itirilmiş olur. Fitoftora xəstəliyinin  əmələ  gəl-
məsinin qabaqcadan xəbər verilməsi və ya proqnozlaşdırılması  ən 
vacib tədbirləndəndir. Xəstəliyə qarşı mübarizədə  qısa müddətli 
proqnozları fermerlər özləri də təyin edə bilərlər. Törədicinin bioloji 
xüsusiyyətlərinə görə havanın minimal temperaturu 10°C-dən, ha-
vanın rütubəti 80%-dən, yağmurların miqdarı 1mm-dən az olma-
dıqda və ya səhər vaxtı  şeh düşməsi ilə müşahidə edilən günlərdə 
xəstəlik törədicisi olan sahələrdə 3-5 gündən sonra artıq ilkin 
ləkələri yarpaq üzərində müşahidə etmək olar. Deməli, yağış yağan 
gündən 2 və ya 3 gün sonra mübarizəni başlamaq lazımdır, bu za-
man kartof kollanma fazasına təsadüf edə bilər. Havanın tem-
peraturu bu zaman 15-25°C arasında olarsa, seçilmiş dövr ən op-
timal mübarizə dövrü hesab edilir. 
Xəstəliyə qarşı mübarizə vaxtının (əksər vaxtlarda) yarpaqlar 
üzərində  əlamətlər müşahidə edildikdən sonra aparılmasını  təklif 
edənlərdə var. Lakin bütün kartof becərənlər bu əlamətləri dəqiq tə-
yin edə bilmədikləri üçün belə hallarda məhsul itkisi çoxalır. Fitof-
tora xəstəliyinə qarşı mübarizə məqsədi ilə ilkin olaraq toxumların 
səpinqabağı Vitovaks (2 kq/t), Dikotan M-22 (5 kq/t) preparatları ilə 
dərmanlanmasının böyük əhəmiyyəti var. Preparatlar 70 litr suda 
həll edilərək səpinqabağı yumrular isladılır və brezent örtük altında 
2-4 saat saxlanılaraq sonradan örtük götürülür, havalandırılır və qu-
rudulur. Xəstəliyin qarşısının alınmasında fitosanitar tədbirlərin bö-


93 
yük əhəmiyyəti var.  
Kartof əkilən, yığılan və ya çeşidlənən yerlərdə çıxdaş edilmiş 
kartof yumrularının (xəstə kartoflar) 1,5%-li maqnezium xlorat, 5%-
li göydaş məhlulu ilə (500 q/10 litr suya) dezinfeksiya edilməlidir. 
Saxlama kameraları, təmizləmə yerləri və köhnə istifadə edilmiş ta-
ralar dezinfeksiya edilməlidir. Əkin üçün yalnız sağlam və dərman-
lanmış toxumlar seçilməlidir. Məhsul yığımı dövründə  yığılan yu-
mrular çeşidlənən zaman xəstə yumrular dərhal seçilərək kənarlaş-
dırılmalıdır. Gec yetişən sortlarla tez yetişə nsortları qarışdırıb bir 
yerdə səpmək yol verilməzdir, çünki tez yetişən sortlar xəstəliyə da-
ha tez yoluxduğu üçün o, xəstəlik mənbəyi rolunu oynayır. Fitoftora 
xəstəliyinə davamlı sortların seçilib əkilməsi faraş kartof məhsulu 
əldə etmək üçün yetişən Oqonyok, Laymdota, Rodomişlenskiy, Uk-
rainskiy, Rozovıy sortlarının suvarılan sahələrdə  səpilməsi məslə-
hətdir. Xəstəliyin meydana gəlmə dövrü bu sortlarda məhsulun yı-
ğılması vaxtına düşdüyündən məhsul itkisi minimuma enir. 
Kimyəvi mübarizə  tədbirləri xəstəliyə qarşı  ən  səmərəli, tez 
başa gələn metodlardandır. Vegetasiya dövründə fitoftoraya qarşı 
səmərəli mübarizə aparmaq üçün funqisidlərin istifadəsi vacib şərt-
lərdəndir. Xəstəliyin meydana gəlməsi ehtimal edilən vaxt kartof 
kollarının 72% Ridomi lMZ-nin 0,1-0,2%-li (20 q/10 litr su), Tro-
pel, Poluram və Kurzatın 0,2-0,4%-li məhlulları ilə hər hektara 400 
litr işçi məhlulu hesabı ilə yerüstü çiləmələr aparılmalıdır (Şəkil 
48). 
 
Göbələklər (Fungi) aləminə aid xəstəliklər 
 
Xərçəng xəstəliyini Synchytrium endobioticum (Schilb.) Per-
cival törədir.  Fungi  aləmi,  Chytridiomycota  şöbəsi,  Chytridio-
mycetes sinifi, Chytridiales sırası, Synchytrium cinsinə mənsubdur. 
Təhlükəli, daxili karantin xəstəlikdir. Qərbi Avropa ölkələrin-
də, Rusiyanın mərkəzi və  qərb regionlarında yayılmışdır. Avropa, 
Rusiya,  İran və başqa dövlətlərdən  ərzaq və toxum məqsədi ilə 
gətirilən kartof dəqiq analizə cəlb olunmalıdır. Respublika daxilində 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə