97
salır. Xəstəliyin başlıca əlaməti cücərtilərin yoluxması,
onlarda qo-
nur ləkələrin əmələ gəlməsi, cücərmiş gövdəciklərin, kökboğazının
və torpağa yaxın hissələrin ağımtıl-boz rəngdə örtüklə örtülməsidir.
Yağmurlu havalarda torpağa yaxın yerlərdə bazidisporların əmələ
gəlməsi müşahidə edilir. Kartof yumruları üzərində qara dəmgilin
əmələ gəlməsi xəstəliyin spesifik əlamətidir. Odur ki, çox zaman bu
xəstəlik “qara dəmgil” adlandırılır.
Aqrotexniki tədbirlər sırasında növbəli əkinlərin tətbiqi çox sə-
mərəlidir. Yonca, dənli paxlalılar, taxıl bitkiləri
sələf kimi seçilə bil-
ər. Yerkökü və çuğundurun sələf kimi istifadə olunması məsləhət
deyil. Kartofun eyni sahədə bir neçə il becərilməsi torpağın Rizo-
ktoniozla tam çirklənməsinə səbəb olur. Odur ki, bu xəstəliklə yo-
luxmuş torpaqlara 3-4 ildən sonra kartof əkilə bilər. Toxumluq
kartof seçilərkən yalnız sağlam yumrulardan istifadə edilməlidir.
Xəstəliyin yayılması yumrularla baş verdiyi üçün səpindən qabaq
toxumluq material dərmanlanmalıdır.
Toxumların dərmanlanması məqsədi ilə Fludioksonil tərkibli –
Maksim, Kerbendazim tərkibli-Kolfuqo super, Tiabendazol tərkibli-
Vist, Tiram tərkibli-TMTD və başqa bu qrupa daxil olan preparat-
lardan istifadə olunmalıdır. Qeyd olunan preparatlardan hər hansı
dövlət qeydiyyatından keçməyibsə, uyğun
təsiredici maddəyə malik
olan digər dövlət qeydiyyatından keçmiş preparatlardan istifadə edi-
lə bilər (Şəkil 51).
Tozlu dəmgili Spongospora subterranea f. sp. subterranea
J.A.Toml. göbələyi törədir.
Ascomycota şöbəsi,
Dothideomycetes
sinifi,
Pleosporales sırası,
Spongospora cinsinə aiddir.
Kartof yumrularının geniş yayılmış xəstəliyidir. Xəstəliyin təsi-
rindən məhsulun keyfiyyəti pisləşir və saxlanma yerlərində tez
xarab olması ilə nəticələnir. Yumrularda yaranan müxtəlif ölçülü
yaralara ayrı-ayrı bakteriya
və göbələklər daxil olur, nəticədə çü-
rümə baş verir.
S.Subterrana virus xəstəliklərinin aralıq keçiricisi
kimi də xüsusiyyətə malik olması öyrənilmişdir. Belə ki, bitkiyə
daxil olan göbələyin hüceyrəsində müxtəlif viruslar bitki daxilinə
keçir və sürətlə çoxalır.
98
S.Subterrana kartofun yeraltı orqanlarının bütün hissələrini yo-
luxdurur. Xəstəliyə yoluxmuş bitkilərdə soluxma və qurumalar mü-
şahidə edilir. Nəticədə məhsuldarlıq kəskin azalır
və məhsulun key-
fiyyəti aşağı düşür. Kütləvi yayılma illərində kartof üzərində əmələ
gələn yaralar quruduqdan sonra partlayır və altından tozşəkilli, tez
dağılan kütlə xaricə çıxır. Bu, göbələyin sporlarıdır. Xəstəlik bu
sporlar vasitəsi ilə yayılır və bu ildən gələn ilə keçir. Xəstəliyin baş-
lıca yayılma mənbəyi xəstə yumrular, bitki qalıqları və torpaqdır.
Bu mənbələrdə qışı keçirən patogenin yatmış sporları əlverişli
şəraitə düşdükdə (optimal temperatur 10-25
o
C və rütubət 70-90%)
ilk olaraq zoosporlar şəklində sonradan isə ameboid halında müşa-
hidə olunur. Yeraltı orqanlara bu halda daxil olduqdan sonra inkişaf
edərək çoxnüvəli plazmodi halına keçir. Əmələ gəlmiş çox nüvəli
göbələk sonradan kiçik hissələrə ayrılaraq, nəslinin yayılması və
saxlanması üçün yatmış sporlara çevrilir (Şəkil 52).
99
POMİDOR BİTKİSİNİN
(Solanum lycopersicum L.) XƏSTƏLİKLƏRİ
Azərbaycanda PB-nın ayrı-ayrı xəstəlikləri
müxtəlif illərdə
V.İ.Ulyanişev, V.V.Belousova, C.H.Abdullayev, B.B.Eyyubov,
Ü.A.Rəhimov və başqa alimlər tərəfindən öyrənilmişdir. Lakin son
25 ildə pomidor bitkisinin sort tərkibinin, becərmə texnologiyasının
müxtəlifləşməsi, onun üzərində xəstəliklərin növ tərkibinin dəyiş-
məsi, yeni yarımnövlərin və rasaların respublikaya daxil olması
yerli şəraitə uyğunlaşaraq kütləvi yayılmsı ilə nəticələnmişdir.
Yaranmış şəraitdə xəstəliklərin növ tərkibinin dəqiqləşdirilməsi,
yeni öyrənilməmiş və hazırda yüksək məhsul itkisi yaradan xəstə-
liklərin öyrənilməsi və onlara qarşı inteqrir
mübarizə tədbirlərinin
hazırlanması günün tələbidir. Bu məqsədlə Azərbaycanın müxtəlif
bölgələrində pomidor bitkisinin (PB) xəstəliklərinin növ tərkibinin
dəqiqləşdirilməsi məqsədi ilə marşrut müşahidələri aparılmışdır.
Müşahidələr bölgəni əhatə edən 3 ərazidə, hər ərazini əhatə edən 3
əkin sahəsində keçirilmişdir. Müşahidələr Abşeron, Quba-Xaçmaz
və Lənkəran-Astara bölgələrində olan fermer və toxumçuluq
təsərrüfatlarında keçirilmişdir. Müşahidələr zamanı pomidorun və
digər badımcançiçəklilərin zədəli orqanları herbariləşdirilmişdir.
Zədəli orqanların analizi ilə onların göbələk,
bakteriya, virus
mənşəli olanları qruplaşdırılmışdır. İnfeksion xəstəliklərlə yanaşı
qeyri-infeksion xəstəliklərin xarici mühit şəraiti, qida rejimi və tor-
paqda olan qida elementlərinin çatışmamasından meydana gələn
xəstəliklər qeydə alınmışdır. 2000-2014-cü illərdə pomidoru sira-
yətləndirən xəstəliklərin növ tərkibi aparılmış tədqiqatlarla dəqiq-
ləşdirilmişdir. Xəstəliklər sistematik qaydalara uyğun təyin olunmuş
analizlərlə və vizual müşahidələrlə xəstəliklərin əlamətləri, zədənin
forması,
anatomik, morfoloji quruluşları əks olunmuşdur. 2000-
2012-ci illərdə aşağıda göstərilən xəstəliklər aşkar edilmişdir.
Açıq və örtülü sahədə becərilməklə müxtəlif sortlar rayonlaşdı-
rılmışdır (Şahin, Şəlalə, İlkin, Elim, Titan, Utro, Vətən-1, Leyla və
s.) Azərbaycanın malik olduğu mülayim iqlim şəraitində pomidor