Microsoft Word kitab+son doc



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə21/34
tarix07.12.2017
ölçüsü0,88 Mb.
#14330
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   34

 

83

onların tərəfdarı kimi qələmə vermiş və bəktaşi təriqəti əvəzinə 



hürufilik ideyalarını təbliğ etməyə başlamışlar. «Bəktaşilər sa-

dəlövh, dərin bilik sahibi olmadıqlarına görə hürufilərin fikirlə-

rini qəbul etmişlər» (53, 247). 

Nəimi  əl-Hürufinin  əsərlərindən sonra hürufilik ideologi-

yasının təfsirinə, təbliğinə, intişarına və ifadəsinə xidmət edən 

bir sıra qaynaqlar vardır. Sayı xeyli çox olan bu qaynaqlar 

yalnız dini-fəlsəfi  əsərlərdən ibarət deyil. Onların mühüm bir 

qismini bədii  əsərlər, poetik örnəklər təşkil edir. Həm də bu 

bədii nümunələrin hürufilik təriqətinin yayılmasında, 

kütləviləşməsində  və qavranılmasında bədii-estetik təbliğat 

vasitəsi kimi mühüm rolu olmuşdur. 

Hürufiliyin dini-fəlsəfi və  bədii qaynaqları içərisində 



Əbülhəsən  Əliyül-Əlanın («Qiyamətnamə», «Kürsinamə», 

«Bəşarətnamə», «Tövhidnamə»), 



Əmir Qiyasəddinin 

(«İstivanamə»), Seyyid Əmir İshaqın («Məhrəmnamə», «Təh-

qiqnamə»), 

Rəfiinin («Bəşarətnamə», «Gəncnamə»), 

Gülbabanın («Miftahül-qeyb»), İ.Nəsiminin (lirik şeirləri), 

Əbdülməcid Firiştəzadənin (lirik şeirləri) və s. müəlliflərin 

əsərləri mühüm yer tutur. 



Əbdülməcid Firiştəoğlu  «Cavidannamə»ni müxtəsər 

şəkildə «Eşqnamə» adı ilə, «Məhəbbətnamə»ni isə «Hidayət-

namə» adı ilə türk dilinə tərcümə etmişdi. 

XIV-XV yüzilliklərdə hürufilik Azərbaycanda da geniş ya-

yılmışdı. Təbrizdə, Naxçıvanda, Bakıda, Şirvanda və s. bölgə-

lərdə bu təriqətin tərəfdarları var idi. Fəzlullahın da bir müddət 

yaşadığı Bakıda təriqətin çoxlu sayda təəssübkeşləri və mürid-

ləri mövcud idi. 

Təsadüfi deyil ki, hürufilikdən söz açan bəzi müəlliflər Ba-

kını  «hürufiliyin Kəbəsi» adlandırırlar. İ.Nəsimi Azərbaycan 

və fars dillərində bu təriqətin ideyalarını, fəlsəfi baxışlarını, 

dini-mistik mətləblərini bədii sözün ən cazibədar, zərif və 

ecazkar dili ilə ifadə  və  təbliğ etmişdir. Onu dinsiz və kafir 

adlandıranların, bidətdə günahlandıranların özləri də onun şeir-

 

84



lərinə heyranlığını gizlətməmiş, bu poetik örnəklərin gözəl-

liyini, bədii vüsət və  əzəmətini etiraf etməli olmuşlar. Qansı 

Quri,  Ş.İ.Xətai kimi hökmdarlar Nəsimiyə xüsusi rəğbət bəs-

ləmişlər. 

Hürufilər zaman-zaman təqibə  və  cəzaya məruz qalmış-

lar. Məsələn, təriqətin başçısı F.Nəimi Teymurun əmri ilə 

edam edilmişdi. 1427-ci ildə Heratda bir qrup hürufi Teymurun 

oğlu, hökmdar Şahruxa sui-qəsd təşkil etmişdilər.  Əhməd Lur 

adlı bir hürufi cümə məscidində onu qəmə ilə ağır yaralamışdı. 

Bu səbəbə oradakı xeyli sayda hürufi, o cümlədən Nəiminin qız 

nəvəsi  Əzüdüddin öldürülmüş  və ya müxtəlif tipli cəzaya 

məruz qalmışdılar. Özü müəyyən müddət hürufiliyə meyl edən, 

hətta hürufiyanə  şeirlər yazan Qaraqoyunlu hökmdarı 

M.C.Həqiqinin də dövlət üçün təhlükə yaratdıqlarını güman 

etdiyinə görə 500-ə qədər hürufini edam etdirdiyi məlumdur. 

Həmçinin Osmanlı hökmdarı Sultan Fateh Məhəmməd də 

bir müddət hürufiliyə meyl etsə də, sonradan dövlət üçün təh-

lükə yaratdıqlarını görüb hürufiləri cəzalandırmışdı. Bu səbəbə 

görə  də hürufilər bir çox hallarda gizli fəaliyyət göstərmək 

məcburiyyətində qalmışdılar. 

Hürufilərin təqib olunmasının bir səbəbi onların ideya və 

etiqadında, panteist görüşlərində, Xaliq məxluq münasibətlərin-

dəki islama zidd mövqelərində idisə, digər bir səbəb də onların 

təşkilatlanıb hakimiyyətə  təsir göstərmək, hətta hakimiyyətə 

gəlmək istəklərində idi. 

Təsadüfi deyil ki, Sultan Məhəmməd Fatehin hakimiyyəti 

zamanı hürufilər hökmdarın bu təriqətə meyl göstərməsindən 

istifadə edərək hürufiliyi rəsmi dövlət dininə çevirməyə  cəhd 

göstərmişdilər ki, bu, sonda uğursuzluqla nəticələnmişdi. 

Orta  əsrlər, xüsusilə  də XIV-XV yüzilliklər Azərbaycan 

dini-fəlsəfi və bədii fikir tarixini hürufilik təlimi və ideyalarını 

nəzərə almadan təsəvvür etmək mümkün deyil. Onun bədii ədə-

biyyatda yaratdığı əks-səda o qədər güclüdür ki, XIV-XV əsrlər 

ədəbiyyatımızın əsas ağırlıq yükü və tarazlıq mərkəzi bu təriqə-



 

85

tin ideyaları və baxışları ilə bağlı bədii-poetik təfəkkürün yarat-



dığı söz sərvətinin üzərinə düşür. Bu mənada təkcə hürufiliyin 

«bədii dili» İ.Nəsimini xatırlatmaq kifayətdir. 

XIV-XVI  əsrlər  ədəbiyyatımızda F.Nəimi,  İ.Nəsimi, 

M.C.Həqiqi, Həbibi, Süruri, Tüfeyli, Heyrəti, Mühiti və başqa-

ları hürufiliyə bağlı sənətkarlar kimi tanınır. Hürufizm ideyaları 

onların yaradıcılığında bu və ya digər dərəcədə öz əksini tapır. 

Ş.Q.Ənvar,  Ş.İ.Xətai kimi sənətkarlar da hürufiliyə  rəğbət 

bəsləmişlər. Hətta onların yaradıcılığında  bu ideya və görüşlə-

rin müəyyən bədii notlarını da görmək mümkündür. 

Ş.İ.Xətainin bağlı olduğu və onun hakimiyyətə  gəlməsində 

mühüm rol oynamış 

şiə-qızılbaş ideologiyasının 

formalaşmasında da hürufilik ideyalarının müəyyən rolu və 

təsiri olmuşdur. 

 

86



И.НЯСИМИ ЙАРАДЫЪЫЛЫЬЫНДА  

ЩЦРУФИЛИК ИДЕЙАЛАРЫ 

 

Мялум  олдуьу  кими,  щцруфилийин  мцяссиси  вя  ясас 



идеологу Ф.Няимидирся, онун ян дольун вя тясирли бядии-

фялсяфи  ифадячиси,  поетик  трибуну  И.Нясимидир. 



Щцруфилийин  мякани  вя  инсани  интишарында,  даща 

ящатяли  мигйас  алмасында  Нясиминин  ролу  вя  хид-

мятляри явязсиздир. Бу эцнкц иътимаи-тарихи вя бядии-

фялсяфи  фикирдя  щямин  мяфкуря  вя  етигадын  даща  тез-

тез  хатырланмасы  да  мящз  бу  Азярбайъан  шаириня 

эюрядир. Беля бир мювъуд мцлащизяни йеня йада салырыг 

ки,  яэяр  Нясими  олмасайды,  щцруфилик    идейалары  чох 

тез юлязийиб сюнярди. 

Сяняткарын  истяр  фарс,  истярся  дя  ана  дилли 

шеирляриндя щцруфилик идейаларынын ифадяси башлыъа 

йер тутур. Цмумиййятля, онун бядии ирсинин мцщцм бир 

гисмини  щцруфийаня  шеирляр  тяшкил  едир.  Щямин 

поетик  юрняклярин  юзцнц  дя  мцхтялиф  гисмя  айырмаг 

олар. Беля ки, шаирин бязи шеирляриндя дейилян фикрин 

ифадясиня мцяййян гядяр, йяни бядии мятнин щяр щансы 

ифадя,  мисра  вя  бейтляриндя  тохунулурса,  бязи  поезийа 

нцмуняляриндя  бядии  мятнин  мязмуну,  семантикасы, 

идейа-мяфкуряви  щядяфи  вя  мягсяди  бцтювлцкдя 

щцруфилийин  бядии-фялсяфи  шярщиня  вя  тяблиьиня 

йюнялир.  Шаирин  ана  дилиндя  гялямя  алдыьы  поетик 

юрнякляр  ичярисиндя  дя  бу  типли  хейли  нцмуня  тапмаг 

мцмкцндцр. Щям дя бу шеирлярин жанр вя бядии форма 

мяхсусиййяти  дя  фярглидир:  гязял,  ялиф-лам,  мцстязад, 

тяръибянд, туйуь, рцбаи, мясняви вя с. 

Дейилдийи 

кими, 

бцтювлцкдя 



щцруфилик 

бахышларынын  бядии-фялсяфи  ифадясиня  хидмят  едян 

нцмуняляр 

аз 


дейил. 

Мясялян, 

шаирин 

«Сюз», 

«Сыьмазам», «Ичиндядир», «Мяням,  мян»  рядифли, 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə