Microsoft Word kitab+son doc



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə19/34
tarix07.12.2017
ölçüsü0,88 Mb.
#14330
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   34

 

75

mağı  və onu ziyarət etməyi Kəbəni və ya Haqqı ziyarət kimi 



dərk edirdilər. 

Nəsiminin: 



 

Kəbə üzündür, ey sənəm, üzündədir sücudumuz! 

 

Yaxud da: 



 

Kəlamım, Quranım, zikrim, kitabım, tövhidim, fikrim, 

Nəmazim, səcdəm, nazim, niyazım, cümlə ərkanım. – 

 

deməsi həmin ideyanın bədii ifadəsi idi ki, hürufiməslək poezi-



yada geniş  şəkildə intişar tapmışdı. Bu poeziyada insana və 

onun hüsnünə  səcdə  Kəbəyə, Qurana və xaliqə  səcdə ilə eyni 

tutulurdu. Qiblə rolunu oynamaq mənasında gözəl insan üzü 

Kəbəni  əvəz edirdi. İnsana və onun camalına səcdə etməmək 

nadanlıq, cəhl, küfr, imansızlıq və  şeytani  əməl sayılırdı 

(Madam ki, insan Haqq zatının təcəllisidir, insana səcdə elə 

Haqqa səcdədir! – Hürufilərin qənaəti belə idi). Hürufi məfku-

rəli poetik deyimlərdə birbaşa qiyas və  bənzətmələrdə gözəlin 

üzünün «surəti-Rəhman»a, «lövhi-məhfuz»a, «Müshəf»ə  və 

«Fürqan»a («Quran»a), «ərşi-həqq»ə, «rövzeyi-rizvan»a, 

dodağının isə «çeşmeyi-heyvan»a, «abi həyat»a və s.-ə  təşbeh 

edilməsi ilə tez-tez rastlaşırıq. Nəimi «təriqi-əsrar»ı, «nuri-

ilahi»ni gözəlin üzündə aşkar edirdi: 

 

Həqqin kərəmilə cün o üzdə 

Cəm oldu bütün təriqi-əsrar. 

...Həqq surətidir yarın cəmalı, 

Bu, nuri-ilahidir, nə ki var. 

 

F.Nəimidə  hüsn  və  eşq (gözəllik və  məhəbbət) bir-



birindən ayrılmazdır. Biri digərindən asılıdır və onu 

tamamlayır. Eşq varlıqdakı hər şeyi bir-birinə bağlayan qüvvə, 

 

76

hərəkət və qarşılıqlı  dəyişilmələr üçün stimuldur. Məxluqu 



Xaliqə bağlayan  ən ali hissdir. Ona görə  də insan Haqqa 

məhəbbətdən başqa bütün hissləri tərk etməlidir. Kainatda nə 

varsa, hamısı insanın gözəlliyinə vurğundur və bu gözəlliyin 

əbədi əsiridir. «Cavidannamə»də deyilir: «Afetab və səyyarat və 



əflak aşeğ camale-adəmənd ke əz xake təcəlli mikonəd və dər in 

eşğ  əz  əhde  əzəl ta əhde-əbəd sərkəşte və  sərkərdanənd». 

(«Cünəş, planetlər, göylər, fələklər torpaqdan təcəlli tapmış 

insanın gözəlliyinə aşiqdir. Hansı ki, əzəli əhddən əbədi olaraq 

sərkəştə və sərkərdandırlar»). 

Fəzlullah həmin gözəlliyi 28 və 32 hərfin yaratdığı ilahi el-

minin  əksi, zühuru hesab edirdi: «An hüsn və  cəmal elme-

kəlmeyi-ilahəst» («Bu hüsn və camal ilahi kəlmənin (hərflərin) 

elmidir. 

Hürufiliyin banisi insanın simasındakı  xətləri və gözəllik 

atributlarını da buraya əlavə edir: «Hüsn və camal və çeşm və 

əbru və xətt və xal, muye-zülf elme-kəlmeye-ilahəst» («Hüsn və 

camal, göz, qaş, xətt, xal, başın tükü ilahi kəlmənin (hərflərin) 

elmidir». 

Eşq və hüsnə münasibətdə hürufilərin baxışları, demək olar 

ki, təsəvvüfçülərin görüşləri ilə uzlaşırdı. Fərq, əsasən, hürufi-

lərin mətləbləri, son nəticədə 28 və 32 hərfə bağlamasında 

özünü göstərirdi. Hürufilərdə də ilahi eşqin və sevginin vəcd və 

nəşəsindən nəşət tapan məstlik və xumarlıq əzəli, əbədi Tanrı 

lütfü, ilahi feyz mənbəyi kimi təqdir və qəbul edilir. F.Nəiminin 

«saqiyi-vəhdət»dən mey dolu cam istəməsi və  məstlik arzusu 

da belə bir ideyanın ifadəsindən doğurdu: 

 

Gətir, ey saqiyi-vəhdət, mənə ol mey dolu cami, 

Bizə onsuz nə lazımdır həyatın işrəti, kami. 

Gətir, saqi, o camı ki, ona canım nisar etdim, 

Tapır insan nisar etmək təriqin məstlik əyyamı. 

 



 

77

Hürufilik təlimində başlıca məsələlərdən biri də 4 ünsürə 



münasibət problemidir. Bu təlimə görə, 4 ünsür (od, su, hava, 

torpaq) bütün real maddi varlığın  əsasında dayanır. Yer 

üzündəki bütün cansız və canlı aləm – mədənat, nəbatat və 

heyvanat, o cümlədən insanat həmin ünsürlərdən nəşət 

tapmışdır. Lakin başqa məsələlərdə olduğu kimi 4 ünsürün və 

ondan təşkil olunmuş maddi gerçəkliyin varlığı da 28 və 32 

hərfə, yəni sözə bağlanırdı. «Cavidannamə» müəllifi iddia 

edirdi ki: «İn 32 morəkkəb əz cəhar təbaye. Kəlmeye həqiqi ke 



ebarətəst  əz vücude-bəşəreyyəte»  (Bu 32 4 ünsürdən təşkil 

olunmuşdur. Kəlmənin (hərflərin) həqiqəti isə  bəşəriyyətin 

(vücudundan) varlığından ibarətdir». 

Nəimi göstərirdi ki, 28 hərfdən ibarət sözlərdən yazılmış 

Quran elə torpaq, hava, su və oddur. Hansı ki, həm Quran, həm 

də hürufi elmi yaranmazdan əvvəl həmin 4 ünsür mövcud idi. 

«Cavidannamə»də  və  Nəiminin başqa  əsərlərində  dəfələrlə 

qeyd edilir ki, söz (hərf) real varlığın mücərrəd ifadəsindən iba-

rətdir. 

İlahi kitab olan Quranın ayələri də 4 ünsürün kəlmə ilə ifa-

dəsindən başqa bir şey deyil: «Hər ayəti-çəhar kəlmeənd: Kəl-

meye-ab və  kəlmeye-xak və  kəlmeye-bad və  kəlmeye-atəşi». 

(«Hər ayət 4 kəlmədən (hərfdən) ibarətdir. Suyun hərfləri, 

torpağın hərfləri, havanın hərfləri, odun hərfləri»)

Nəiminin  əqidəsincə, Tanrı zatının insan bədənindəki bir 

nur parçası olan ruh da hərflə eyniyyət təşkil edir: «Məlum 

bebi ke be estelahe-xodayi ruh və  kəlmə  hər do yekənd». 

(Məlum olacaq ki, Xuda istilahına görə ruh və  hərf birdir»). 

Müəllif onu da israr edir ki, həmin ruh və  hərf eyni zamanda 

maddi varlıq və onu təşkil edən cismlərdir. 

Məkana  zamana münasibətdə də Nəimi panteizm nöq-

teyi-nəzərindən çıxış edir. Mütəfəkkirə görə, Allah 6 cəhətdir 



(«Xodavənd şeş cəhət bu») və istər bu, istərsə də o birisi aləmdə 

Xuda zamandan xaricdə deyil («İlahi dər in cəhan və ya dər an 



cəhan əz zəmani xaric nəkame bin»)

 

78



Fəzlullah belə hesab edirdi ki, Allah hərflərə aid elm və bi-

liyi yalnız ilk insan olan Adəmə öyrətmişdir. Elə buna görə də 

bəşər övladı yaradılmış bütün canlı məxluqatdan, hətta mələk-

lərdən belə üstündür. Çünki bu elmi bilməyə qadir olan yalnız 

bəşər övladıdır.  İnsanın nitqi, ağlı, idrakı, danışmaq, eşitmək, 

anlamaq qüdrəti onun üstünlüyünə dəlalət edən amillərdir. 

Hürufilər varlığı donuq və statik vəziyyətdə götürmür. On-

ların nəzərincə, varlıq və ondakı hər şey daimi dialektik inki-



şafda, hərəkətdədir. Həyatda mütəmadi dəyişmələr baş verir. 

Cism və hadisələr qarşılıqlı əlaqədədir. Biri digərinə çevrilir və 

ya biri digərini əvəz edir. Hərəkət isə varlığın öz təbiətindədir: 

«Mah və afetab və səyyare be təbiət xu dər hərəkət həsti» («Ay, 

günəş və planetlər öz təbiətinə görə hərəkətdədirlər»). Hərəkət 

isə dövridir. Yəni bir hərəkət və ya varlığın sonu onunla bağlı 

digər bir hərəkət və varlığın başlanğıcı və ya əksinə, bir hərəkət 

və varlığın başlanğıcı mütləq digər bir hərəkət və varlığın sonu 

deməkdir. 

Başqa sözlə, cism yaranır, inkişaf edir, sonra məhv olur və 

yenidən  əmələ  gəlir. Bu mənada Nəimi eşqin və imanın məs-

kəni sayılan qəlbin hərəkətini pərgarın hərəkəti ilə müqayisə 

edirdi.  İnsanın mərkəzi üzvü olan ürəkdən qan çıxır hərəkət 

edib qapalı bir dövrə ilə yenidən ürəyə qayıdır. Bir varlığın 

fənası, yəni yox olması, başqa bir varlığın aşkara çıxmasına 

səbəb olur: 



 

Ətrafa həyat saçdı zərrə, 

Tapdı nə zaman buna o imkan. 

Ol vaxt ki, özün verir fənaya 

Varlıq o zaman olur nümayan. 

 

Hürufilikdə makrokosmos və mikrokosmos arasında 



mütləq, ayrılmaz və  əbədi bir əlaqə olduğu qəbul edilirdi. 

Bütöv kainat makrokosmos, insan isə mikrokosmos kimi 

götürülürdü. F.Nəimi insan və kainatdakı varlıqlar 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə