Microsoft Word kitab+son doc



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə20/34
tarix07.12.2017
ölçüsü0,88 Mb.
#14330
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   34

 

79

(mikrokosmos və makrokosmos) arasında ədədlərlə ifadə oluna 



biləcək paralellər və oxşarlıqlar tapırdı. Məsələn, o, insanın 

simasındakı 7 xətlə 7 planet, 7 sfera, həftənin 7 günü, Quranın 

ilk surəsinin («Həmd») 7 ayədən ibarət olması, yaxud 

dünyanın və göy cisimlərinin dairəvi hərəkətinin 360˚-də 

tamamlanması (360˚-yə bölünməsi) ilə insan bədənində 360 

damarın, 360 sümüyün, 360 oynağın mövcudluğu arasında 

əlaqə görürdü. 

Bir çox məsələlərin bu şəkildə  rəqəmlərlə izah edilməsi 

hürufiliyi pifaqorçuluğa yaxınlaşdırırdı. Səs və hərflərin ətraf 

aləmlə müəyyən ahəng və harmoniyada götürülməsi də pifaqor-

çuluğun təsiri kimi nəzərə  gəlirdi. Bəzi rəqəmlərə müəyyən 

məna verilməsi də bu cəhətdən xüsusi maraq doğururdu. Məsə-

lən: 1- Allahın təklyi; 4 – 4 ünsür; 6 – 6 cəhət; 7 – 7 planet, həf-

tənin günlərinin sayı və s.; 12 – gündüzdəki saatların miqdarı; 



24 – 1 sutkadakı saatların miqdarı; 28 – ərəb əlifbasındakı, 32 – 

fars  əlifbasındakı  hərflərin sayı;  60 – 1 saatdakı  dəqiqələrin 

sayı və s. 

Müxtəlif məsələləri şərh edərkən hər şeyi 28 və 32-yə, yəni 

ərəb və fars əlifbasındakı  hərflərin sayına uyğunlaşdırmaq 

hürufilərin platformasında başlıca məqsəd idi. Qurandakı 

ayələri, cənnət, cəhənnəm, axirət məsələlərini, bütün dini 

hökmləri də onlar 28 və 32-yə tabe tuturdular. Məsələləri şərh 

edərkən müxtəlif üsul və vasitələrlə rəqəmlərin sayını artırmaq 

və azaltmaq yolu ilə onların sayını 28 və 32-yə çatdırır, hətta bu 

zaman bir çox hallarda süni və qondarma vasitələrdən də 

istifadə edirdilər. Məsələn, hürufilərə görə insanın üzündə 7 

xətt vardır. Bu 7 xəttin sayını 4-ə (4 ünsürə) vurduqda 28 alınır. 

Bu Quranın malik olduğu ərəb dilindəki hərflərin sayıdır. Başın 

saçını 2 yerə ayırdıqda 8 xətt alınır. 8-i 4-ə vurduqda 32-yə 

bərabər olur. Bu isə «Cavidannamə»nin yazıldığı fars dilindəki 

hərflərin sayıdır. Yaxud hürufilərin fikrincə, insan anadan 

doğularkən onun surətində 7 anadangəlmə  xətt – «ana xətlər» 

(«xətti-ümiyə») olur (4 kiprik, 2 qaş, 1 baş tükü). İnsan 

 

80



böyüyüb həddi-buluğa çatdıqdan sonra onda yenidən 7 xətt də 

əmələ gəlir (2 saqqal tükləri, yanağın 2 tərəfindəki tüklər, 2 bığ, 

1 alt dodaq tükləri). Bunlar «ata xətlər» («xətti abiyə») adlanır. 

Onların cəmi 14, yerləri ilə birlikdə isə 28-ə  bərabərdir. 

Həmçinin sonradan əmələ  gələn «ata xətlər» qadınlarda yox, 

yalnız kişilərdə özünü təzahür etdirir. Quranın 7 ayədən ibarət 

ilk «Həmd» surəsini təşkil edən sözlərdə də cəmi 21 hərf iştirak 

edir. Yəni ərəb əlifbasındakı 28 hərfdən 7-si bu ayədə yoxdur. 

Necə ki, qadınların üzündə də «xətti-abiyə» olmur və bu yalnız 

kişilərə  məxsusdur. Hürufilər burada mütləq bir əlaqə  və 

uyğunluq olduğunu söyləyirdilər. 

Başqa bir misal. Kəlmeyi-şəhadətdəki «Allah» sözündə 5 

hərf vardır. Ərəb əlifbasında həmin hərflərin adlarının yazılışın-

dan 14 hərf meydana gəlir. Yenə  kəlmeyi-şəhadətdəki «Mə-

həmməd» sözü də 5 hərflə yazılır və onun imlası 14 hərfi verir. 

Bu iki 14-ün cəmi 28-ə bərabərdir. Kəlmeyi-şəhadətin əvvəlin-

dəki 4 hərfi də bura əlavə etdikdə onların sayı 32-yə çatır. 

F.Nəimi Musa peyğəmbərin odla bağlı əhvalatına bir neçə 

yerdə toxunur. Quranda da öz əksini tapan əhvalata görə od dilə 

gəlib Musaya: «Mən Allaham» - demişdi. Nəimi göstərirdi ki, 

madam ki, od nitqə  gəlib  «Mən Allaham» - deyir, deməli, o, 

Haqqın od şəklində təzahürüdür. Belə çıxır ki, Tanrı, həqiqətən 

də, başqa cism və varlıqlar şəklində də zühur edə bilər. 

Kamil və cahil insan, möminlik və kafirliknəfsə müna-

sibət  məsələlərində hürufilərin mövqeyi, təsəvvüf  şeyxlərinin 

və irfan sahiblərinin mövqeyi ilə uzlaşırdı. Hürufi təlimində pis 

və yaxşı, mömin və kafir insan yoxdur. Çünki küfr və din eyni 

mərhələdədir. İnsanlar bir-birindən dini, irqi və cinsi əlamətlə-

rinə görə üstün ola biləməzlər. Yalnız  kamil   cahil insan 

vardır. Dinindən, dilindən,  irqindən və cinsindən asılı olmaya-

raq Haqqı  və özünü dərk edən, nəfsi rəzalətlərdən tamamilə 

uzaqlaşan, dünya fikrini tərk edən və  hərflərin elminə vaqif 

olan kəs kamil insandır. Cahillik isə  həqiqətləri və özünü 

anlamamaqda və dünyaya bağlılıqdadır. Nəfs isə bəşər övladını 




 

81

cahilliyə sövq edən, onu rəzalətlərə sürükləyən, hissi aləmin 



toruna salan şeytani duyğu və istəkdir. Cəmiyyətdəki  şərin və 

rəzalətlərin səbəbi də  nəfsdir. Cahillikdən qurtuluş  və himmət 

sahibi olmağın yeganə yolu nəfsin  əsarətindən xilas olmaqdır. 

Nəsiminin dediyi kimi: 



 

Kim ki, nəfsin məhv edib ondan xilas olsa əgər, 

Quş kimi pərvaz edər, himməti bənzər şahpərə. 

 

Hürufilikdə forma və məzmunsurət və məna bir-biri ilə 



vəhdətdə götürülür. Məzmun forma ilə üzə çıxır. Surətsiz məna 

duyulub dərk olunmaz. Surət mənanı  təzahür etdirən, onu 

aşkara çıxaran maddi kateqoriyadır və bunlar hər ikisi bir-

birindən asılı və biri digərini tamamlayan amillərdir. Nəiminin 

qənaəti belə idi: 

 

Məna duyulur tapanda surət, 

Surətlə gəlir həyata məna. 

Hürufilik təlimində  bəşəri gerçəkliyin tarixinə özünəməx-

sus münasibət var idi. Onların əqidəsinə görə bəşəri gerçəkliyin 

tarixi bəşəriyyətin qurtuluş pillələrindən ibarət  3 böyük mər-



hələyə ayrılır: 1.Nübüvvət (nəbilik – peyğəmbərlik); 2.Vəlayət 

(vəlilik-ilahi himayədarlıq);  3.Üluhiyyət (ilahilik). 1-ci 

peyğəmbərlik mərhələsi ilk insan və peyğəmbər Adəmdən 

başlayıb sonuncu peyğəmbər – «xətmül-ənbya» Məhəmməddə 

(s.) başa çatır. 2-ci mərhələ  həm də imamət mərhələsidir. Bu 

mərhələ ilk imam Əli ibn Əbutaliblə başlayıb 11-ci imamla 

sona yetir. 3-cü mərhələ isə  Fəzlullah Nəimi ilə başlayır. O, 

həm 12-ci imam, həm də 3-cü mərhələnin başlanğıcıdır. Haqqın 

təzahürü və Mehdi, yəni xilaskardır. Nəimi özü də özünü 

«həyati-cavidan» tapmış İsa nəfəsli Xızr adlandırırdı: 



 

Mən ol İsa nəfəsli Xızram ki, zülmətdən kam aldım, bil, 

Həyati-cavidan tapdım, tapa bilməz onu hamı

 

82



 

Hürufilər belə hesab edirdilər ki, Quranda işlənən «fəzl» 

kəlmələrində də məqsəd Fəzlullaha işarədir. 

Sufizmdə olduğu kimi, hürufizmin də özünəməxsus termi-



nologiyası var idi. Burada da bir sıra söz və ifadələr öz həqiqi 

mənasından fərqli simvolik yozumda, «quş dili»ndə işlədilirdi. 

Onu da deyək ki, bir çox istilahların rəmzi mənası  və 

terminoloji funksiyası  hər iki təriqətdə eyniyyət və oxşarlıq 

təşkil edirdi. Belə terminlərin sayı xeyli çoxdur. Bəzi istilahlar 

isə hürufilikdə qismən və ya tamamilə  fərqli simvolik məna 

kəsb edirdi. Məsələn, təsəvvüfçülər «yar», «canan», «məhbub» 

dedikdə  rəmzi anlamda yalnız Allahı  nəzərdə tuturdular. 

Hürufilərdə isə bu istilahlar bəzən Allaha, bəzən də Fəzlullaha 

işarə idi. Yaxud «sac» sufilərdə  kəsrətə, maddi dünyanın 

qaranlığına işarə olub mənfi yük daşıyırdısa, hürufilərdə Tanrı 

hüsnünün insan vücudundakı gözəllik nişanəsi kimi müsbət 

anlamda işlədilirdi. 

Hürufilik XIV-XV əsrlər Yaxın və Orta Şərqin ictimai, 

fəlsəfi və ədəbi-bədii fikir tarixində önəmli rol oynamışdır. Bu 

ənənə nisbətən səngisə də, sonrakı əsrlərdə də öz ömrünü xeyli 

müddət davam etdirmişdir. Hürufilər zaman-zaman və məkan-

məkan gah açıq, gah da gizli fəaliyyət göstərmişlər. Təriqətin 

yayıldığı areal xeyli geniş coğrafi ərazini əhatə edir: Azərbay-

can, Türkiyə, Suriya, İraq, İran, Herat və s. Onun hətta Hindis-

tanın müəyyən bölgələrində də intişar tapdığı bəllidir. Belə ki, 

F.Hürufinin ölümündən sonra onun etiqadını  qəbul etmiş 

dərvişlərin çoxu müxtəlif ölkələrə mühacirət etməli olmuşdular. 

Bu dərvişlərin bir qismi də Hindistana getmişdilər. Onların 

başında isə hürufiliyin tanınmış  və öncül şeyxlərindən olan 

Mahmudi Mərdüd dururdu. Sonradan o, Hindistanda 

hürufilikdən bir qol kimi ayrılan nöqtəvilik təriqətini yaratdı. 

Türkiyəyə qaçan hürufilər, o cümlədən Əbülhəsən Əliyül-

Əla (bir məlumata görə  həm də  İ.Nəsimi) orada bəktaşilərin 

xanəgahlarına yol tapıb onların icmalarına daxil olmuş, özlərini 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə