Microsoft Word kitab+son doc



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə18/34
tarix07.12.2017
ölçüsü0,88 Mb.
#14330
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   34

 

71

cismlər insanın nitqidir»). Ümumiyyətlə, hürufi məfkurəsinə 

görə, Allah özünü 2  şəkildə  təzahür etdirmişdir:  1.Hərf,  söz-

kəlam  şəklində. Bu Qurandan ibarətdir. Başqa sözlə, Quran 

Haqq zatının söz-kəlam surətində  təcəllisidir;  2.Allahın 



özünəbənzər yaratdığı insan şəklində. Ona görə də hürufilər 

Quranı  «kitab-əl samit» («danışmayan kitab»), insanı isə 



«kitab əl-natiq» (Danışan kitab») adlandırırdılar. 

Quran və  hədislərdə bütün varlığın insana xatır və onun 

üçün yarandığı israr olunur. Hürufiliyin banisi də bu ideyanı 

eyni məntiqlə qəbul edir: 

 

Simruğ quşuyuq iki cahanın, 

Olduq səbəbi yerin səmanın. 

... Sən ki o deyilsən, əmr ediblər: 

«Səndən ötrü yarandı aləm...» 

 

İnsan və onun qüdrətini Nəimi bir tərcibəndində bu cür ifa-



də edir: 

Bizdən alır əmri cümlə aləm, 

Bizdən doğulub sevinc ilə qəm. 

Sellər yaranıbdı qətrəmizdən, 

Min məna olundu bir sözə cəm. 

Dəryayi-mühit coşub bir axşam, 

Mövcun köpüyündən olmuş adəm. 

İsa nəfəsi yarandı bizdə, 

Çünki bizə məhrəm oldu Məryəm. 

Kim doğru inamla can atarsa, 

Bir gün olacaq bizə o məhrəm. 

Ey cansıza can verən Məsih dəm 

Gəlsin nəfəsinlə canə aləm. 

Hər varlığa can verib diriltdin., 

İndi uca səslə de dəmadəm: 

Simurğ quşuyuq iki cahanın 

Olduq səbəbi yerin, səmanın. 

 

72



 

Hürufilər də Həllac Mənsurun «ənəlhəq» ideyasını bir şüar 

kimi qəbul edirlər. Onlara görə Haqq insanın özündədir və 

insan vücudu bütün mənəvi və maddi varlığı özündə əks etdirən 

bir güzgüdür. İnsan bu həqiqəti sadəcə olaraq dərk edə bilmir. 

Əgər insan Tanrını görmək istəyirsə, onu öz varğılında axtar-

malıdır. Çünki bəşər övladı hər iki aləmdə ilahiyə sərçeşmədir. 

Hərgah o, məna aləmindən xəbərdar olsa, əbədiyyəti yer üzün-

də axtarıb elə özündə tapar. Varlıqdakı ölmək və dirilmək də 

Haqqın ölmək və yenidən dirilmək xassəsinə bir sübutdur. 

Təəssüf ki, insan cəhaləti və hürufi elmini bilməməsi üzündən 

bütün bu həqiqətləri dərk edə bilmir: 



 

Kim fikr edər cahanda görə bilsin xudanı? 

Axı, heç kəs axtarmır insanda bu nişanı. 

Bizik iki aləmdə ilhiyə sərçeşmə, 

Bir sirlə vaqif etdik rindani-basəfani. 

Ey mənidən xəbərsiz, bir özünə nəzər qıl, 

Gəl bu dünya üzündə kəşf eylə sən bəqani. 

Cami-cahan-nümani soruşma bundan, ondan, 

Axtar öz varlığında sən ol cahan-nümani. 

Yalan sözdür deyirlər tanrı ölməz, dirilməz, 

Bu ölmək, bu dirilmək faş etdi o yalani. 

Yoxsulluq ilə rindlik ən ali bir məqamdır, 

Qul eyləməz təkəbbür bu məqamda olani. 

Nəimi, sən özündən keçsən məram yolunda, 

Mə'ni közülə hər dəm görəcəksən xudani. 

 

Bir sözlə, insan Haqqa məzhər və Xudanın özüdür: 



 

Bizdən soruş, ey oğul, Xudanı 

Biz məzhərik indi laməkana. 

...Həqqi arama kənarda heç vaxt

Həqq səndədi, sən özün Xudasan. 


 

73

 



Nəiminin fikrincə, bəşər övladı həqiqətləri dərk edib öz bö-

yüklüyünü və ilahi xislətini anlasa, mələklər də onun qarşısında 

baş əyər: 

 

Özünü dərk et, həqiqətlər ola aydın sənə, 

Cəbrail də baş əyib qarşında dönsün çakərə. 

 

İ.Nəsimi də Haqtəalanı adəm oğlunun özü hesab edir, 



«otuz iki həq kəlamı»nı, yəni hürufi elmini isə onun sözü, 

başqa sözlə, həqiqətlərin ifadəsi kimi dəyərləndirir: 



 

Həqtəala adəm oğlu özüdür

Otuz iki həq kəlami sözüdür. 

Cümlə aləm bil ki, Allah özüdür, 

Adəm ol candı ki, günəş üzüdür. 

 

Hürufilik kodeksində insan təkcə mənəvi keyfiyyət, qüdrət 

və əzəmətinə görə deyil, zahiri, görünüş, camal gözəlliyi, hüsn 

 surəti etibarilə də Haqqın təcəlli nuru, Tanrı vəchinin təcəl-

lisi hesab olunurdu. Belə ki, insan surətcə də çox gözəl yaradıl-

mışdı və hürufilərə görə, onun hüsnündə ilahinin camal gözəlli-

yinin nişanələri vardır. İnsanın siması xüsusilə gözəl xəlq olun-

muşdur və o, Haqqa məxsus bir sıra əlamətlərin daşıyıcısıdır. 

Başqa sözlə, Haqqa aid bəzi nişanələr bir dəlil kimi bəşər 

övladının simasında inikas etmişdir. Məsələn, insanın üzündə 

«Allah» sözü yazılmışdır. Belə ki, insanın burnu ərəb əlifbasın-

dakı «əlif» (ا), burun pərləri «lam» (ل), gözü isə «he» (ﺣ) hərf-

lərinə bənzədilir ki,  «Allah (ﷲ) kəlməsi də bu hərflərin birləş-

məsindən yaranır. Yaxud hürufilər insanın üzündə «Fəzl» sözü-

nün oxunduğunu iddia edirdilər. 

İnsanın üzündəki 7 xətt (4 kiprik, 2 qaş, 1 baş tükü) hüru-

fizmdə Tanrının insanın camalındakı atributu və sübutu kimi 

mənalandırılırdı. F.Nəimi yazırdı: 

 

74

 



Çar misra, hər do əbru, muye-sər, 

Həft xətində əz-Xodaye-dadkər. 

(4 kiprik, 2 qaş, başın tükü,  

Xuda sənin 7 xəttindədir). 

 

Eyni zamanda, insanın simasındakı bu 7 xətt Quranın ilk 



surəsi olan «Həmd» surəsi ilə müqayisə olunurdu. 7 ayədən 

ibarət olan «Həmd» Quranın ilk surəsi olmaqla, həm də bu 

müqəddəs kitaba giriş hesab olunur. Həmçinin Qurandakı əsas 

ilahi hikmətin bu surədə  cəmləndiyi qeyd olunur. Hürufilərin 

təbirincə, insanın üzü də bir növ ona girişdir və insanı tanıdan 

əsas obyektdir. Bu obyektdə  də Haqq zatının təcəllisi və 

atributu olan 7 xətt mövcuddur. 

Başqa bir misal. Məhəmməd (s.) peyğəmbərin meracı ilə 

bağlı işlənən məşhur «qabi-qövseyn» ifadəsini hürufilər fərqli 

şəkildə qəbul edir və onu «insana məxsus gözəl üzdəki qaşları 

ziyarət etmək» anlamında mənalandırırdılar.  İ.Nəsiminin «Ol-

muşam» rədifli qəzəlindən bir beytə diqqət yetirək: 

 

İrdim qaşın meracına, qabi-qövseyn oldurur

Vüslət şəbindən gör məni, sər ta qədəm nur olmuşam. 

 

Qaşlarının meracına yetişdim, qabi-qövseyn odur. Vüsal 



gecəsində  məni gör ki, başdan-ayağa nur olmuşam. Bu beyt 

islam peyğəmbərinin meracı əhvalatı ilə əlaqədardır. Meracdan 

qayıtdıqdan sonra peyğəmbərə sual verdilər ki, merac zamanı o, 

Allah-taalaya hansı  məsafədə yaxınlaşa bildi. Peyğəmbər 

«qabi-qövşeyn» (iki qövs məsafəsi, yəni kamanın iki 

yarımdairəsi qədər) cavabını verdi.  

Ümumiyyətlə, bəzi təsəvvüf ideoloqları kimi hürufilər də 

ibadəti 2 mənada qəbul edirdilər: könüllə ibadət; gözlə ibadət

Onlar gözlə ibadətə daha çox üstünlük verir və gözəl üzə bax-



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə