136
1980-cı illərin sonlarından Kitab Palatasının
fəaliyyəti xeyli
məhdudlaşdığından və 1999-cu ildə Milli Məclis tərəfindən qəbul edilən
«Kitabxana işi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə ölkə
ərazisində dərc olunan çap məhsullarının dövlət uçotunu aparmaq və
arxiv fondunu yaratmaq Milli Kitabxanaya həvalə olunduğundan bu iş
dayandırılmışdır.
2004-cü ildə M.F.Axundov adına Dövlət Kitabxanasına «Milli Kitabxana»
statusu verildikdən sonra milli biblioqrafiya vəsaitlərinin
nəşri bərpa
olundu və 1990-cu ilə aid ilk buraxılış 2005-ci ildə işıq üzü gördü.
«Birillik Azərbaycan Kitabiyyatı»nın 2003-cü ilə aid buraxılışı 2007-ci
ildə çap edilmişdir. Biblioqrafik vəsaitdə materiallar elm sahələri üzrə dövlət
biblioqrafiyası orqanlarında tətbiq edilən dövlət təsnifat sistemi əsasında
təsnifləşdirilmişdir.
Bölmələr daxilində əvvəlcə Azərbaycan dilində olan, sonra isə rus dilində
olan materiallar qruplaşdırılmışdır. Hər bir bölmə və yarım bölmə daxilində
əlifba prinsipi gözlənilmişdir.
Folklor və folklorşünaslığa dair materiallar vəsaitin «Ədəbiyyatşünaslıq» və
«Azərbaycan ədəbiyyatı» bölməsində verilmişdir.
Paşayev Q. Kərkük folklorunun janrları.- B.: Elm, 2003.- 315 s.
və ya «Azərbaycan ədəbiyyatı» bölməsində:
Azərbaycan folkloru
antologiyası: Ağbaba folkloru/ AMEA, Dədə Qorqud ad. Folklor elmi-
mədəni mərkəzi.- B.: Səda, 2003.- VII kitab.- 476 s. Biblioqrafik vəsaitin
sonunda tələbatçıların ondan istifadəsini asanlaşdırmaq məqsədilə köməkçi
aparat- həm Azərbaycan və həm də rus dillərində müəlliflərin əlifba
göstəricisi və vəsaitdə sərlövhə üzrə təsvir olunmuş əsərlərin sərlövhəsinin
əlifba göstəricisi verilmişdir (6).
Müstəqillik illərində nəşr edilmiş biblioqrafik
mənbələr içərisində
M.F.Axundov adına Milli Kitabxana tərəfindən 2006-cı ildən çap edilən
«Yeni kitablar» (11) adlı annotasiyalı biblioqrafik göstəricidir. Biblioqrafik
informasiya vəsaitini hazırlamaqda məqsəd tələbatçıları Milli Kitabxanaya
daxil olan yeni ədəbiyyatla tanış etməkdir.
Annotasiyalı biblioqrafik göstəricidə 2006-cı ildə Milli kitabxanaya daxil
olmuş 1042 adda ədəbiyyatın 37-si folklor və folklorşünaslığa aiddir.
Göstəricidə əks olunan bölmələr daxilində əvvəlcə Azərbaycan dilində,
sonra rus və xarici dillərdə materiallar əlifba sırası ilə düzülmüşdür.
Biblioqrafik göstəricidə Azərbaycan folklorşünaslığına
həsr edilmiş
nümunələrə nəzər yetirək:
Azərbaycan dastanları: 5 cilddə / tərt. ed. Ə.Axundov, M.H.Təhmasib; Red.
H.Araslı; AMEA Folklor İnstitutu.- B.: Çıraq, 2005.- 424 s.
Azərbaycan şifahi xalq ədəbiyyatının ən maraqlı və rəngarəng mövzularla
zəngin janrlarından olan dastanlarda elin həyat və mübarizəsi, xalqın duyğu
137
və düşüncələri, istək və arzuları əlvan çalarlarıyla öz tərənnümünü tapmışdır.
və ya: Azərbaycan folkloru antologiyası: İrəvan çuxuru folkloru/ Topl. tərt.
ed., ön sözün, qeyd və izahların müəl. H.İsmayılov, Ə.Ələkbərli; Red.
İ.Abbaslı; Rəy. T.Bünyadov, Q.Namazov; AMEA Folklor İnstitutu.- B.: Səda,
2004.- 471 s.
Biblioqrafik vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə Azərbaycan, rus,
türk və xarici dillərdə müəlliflərin və sərlövhələrin əlifba
göstəricisi
verilmişdir.
Müasir mərhələdə biblioqrafiya sosial-iqtisadi inkişafın ən mühüm
cəhətlərini əks etdirir və bununla da elmin, mədəniyyətin və istehsalın bütün
sahələrinin biblioqrafik informasiya ilə təminatına şərait yaradır.
Azərbaycan Milli EA Mərkəzi Elmi Kitabxanasının çap etdirdiyi cari
biblioqrafik vəsaitləri fonda daxil olan yeni ədəbiyyat haqqında məlumat
vermək məqsədi güdür. Ölkə kitablarını əks etdirən biblioqrafik siyahılarda
məzmuna görə bölgü prinsipi əsas götürülür. Bu da tələbatçıya
imkan verir
ki, istifadə etdiyi bu vəsaitdə maraqlandığı sahə üzrə ədəbiyyat haqqında
tezliklə informasiya ala bilsin.
Filologiya elmləri başlığı altında ədəbiyyatşünaslığın digər sahələri kimi
folklor və folklorşünaslığa aid olan materiallar müəlliflərin əlifba sırası ilə
qruplaşdırılmışdır. Cari biblioqrafik informasiya vermək funksiyasını yerinə
yetirən bu vəsaitdə folklorşünaslığın müxtəlif məsələlərinə həsr edilmiş
materiallar əhatə edilmişdir. Məsələn:
Aşıq Ələsgər: Şerilər, dastan-rəvayətlər, xatirələr/ tərt. ed.: İ.Ələsgər.- Bakı:
Çinar-Çap. 2003.- 496 s. və ya: Azərbaycan folkloru antologiyası. VI kitab:
Şəki folkloru. II cild/ Nizami adına Ədəbiyyat İnstitutu: Red.: Y.Qarayev.-
Bakı: Səda, 2002.- 491 s.
Biblioqrafik vəsaitdə folklorşünaslığa dair materiallar içərisində «Kitabi-
Dədə Qorqud»la bağlı ədəbiyyat üstünlük təşkil edir:
Bəhlul Abdulla «Kitabi-Dədə Qorqud»un poetikası.- Bakı: Elm, 1999.- 228 s.
Ümumilikdə bu bölmə daxilində biblioqrafik təsviri verilmiş 252
ədəbiyyatdan folklorşünaslıq məsələlərinə həsr edilən 16 ədəbiyyatın təsviri
verilmişdir (9).
Biblioqrafik informasiya bülletenində materiallar
kitabxana-biblioqrafiya
təsnifatı əsasında elmlər və daxili əlifba üzrə, Şərq dillərində isə ölkələr
üzrə qruplaşdırılmışdır.
Cari xarakterli biblioqrafik informasiya mənbələri kimi, ümumi
yekunlaşdırıcı retrospektiv biblioqrafik informasiya mənbələri silsiləsində
Azərbaycan dövrü mətbuatına dair biblioqrafik
göstəricilər də mühüm yer
tutur.
Retrospektiv elmi-köməkçi xarakterli vəsaitlərdən də dövri və ardı davam
edən nəşrlərin tərkib və məzmununu açan biblioqrafik göstəricilərdir.