138
Müstəqillik illərində tərtib edilən ən zəngin vəsaitlərdən biri «Azərbaycan-
80» adlı biblioqrafik göstəricidir. 80 illik bir dövrü əhatə edən (1923-2003)
bu biblioqrafik vəsait «Azərbaycan» jurnalının 80 illik
yubileyi ilə əlaqədar
olaraq tərtib olunub, 2004-cü ildə «Çinar-çap» nəşriyyatında çap
olunmuşdur (5).
«Azərbaycan-80» adlı biblioqrafik göstərici çox zəngin bir dövrü əhatə
etməklə ayrı-ayrı məqalələrin məzmununu müxtəlif istiqamətlərdən açır,
məqalələrin analitik təsvirini verməklə biblioqrafik axtarışı asanlaşdırır.
Universal məzmuna malik bu biblioqrafik göstəricinin 18 bölməsindən 5
bölməsi Azərbaycan ədəbiyyatı, folklorşünaslıq və ədəbi-tənqidi materiallara
həsr edilmişdir.
Biblioqrafik göstəricinin:
II Azərbaycan ədəbiyyatı haqqında bölməsinin-
1. Folklorşünaslıq yarımbölməsində-əvvəlcə ümumi xarakterli materiallar,
daha sonra əlifba qaydası ilə ayrı-ayrı müəlliflər və onların
əsərləri daxili
xronologiya ilə qruplaşdırılmışdır. Məsələn:
Folklor: problemlər. Mülahizələr. (Müzakirədə iştirak etdi: Vaqif Vəliyev,
Azad Nəbiyev, Arif Məmmədov) // 1990.- № 9.- s. 182-189.
və ya Ölməz abidə (Kitabi-Dədə Qorqud-1300) // 1999.- s. 3-4.
Biblioqrafik vəsaitdə ümumi xarakterli materiallardan sonra, görkəmli
folklorşünasların, ayrı-ayrı müəlliflərin folklora, şifahi xalq ədəbiyyatına,
aşıq ədəbiyyatına və aşıq yaradıcılığına dair materiallar müəlliflərin əlifba
qaydası ilə daxildə isə məqalələrin xronologiyası üzrə sistemləşdirilmişdir.
Materialları əhatə etməsinə görə universal xarakterli
olan bu biblioqrafik
göstərici bütün tədqiqatçılar üçün, xüsusilə ədəbiyyatşünaslıq materialları ilə
maraqlanan tələbatçılar üçün qiymətli bir mənbədir.
Müstəqillik illərində nəşr edilən və folklorşünaslığa dair, xüsusilə folklor
ədəbiyyat içərisində öz zənginliyi ilə fərqlənən, mənəvi sərvətimiz olan
«Kitabi-Dədə Qorqud»a həsr edilən biblioqrafik göstəricidir. Göstərici
MEA-nın Əlyazmalar İnstitutu tərəfindən 2000-ci ildə tarix elmləri namizədi
Aydın Xəlilovun tərtibi ilə işıq üzü görmüşdür (7).
Azərbaycan xalqının zəngin tarix və mədəniyyət xəzinəsi olan «Kitabi-
Dədə Qorqud»un mətninin nəşrləri və onun haqqında
mövcud materiallar
tam şəkildə təsvir edilərək biblioqrafiyaya daxil edilmişdir. Biblioqrafik
göstəriciyə daxil edilmiş mənbələr dil əlamətinə görə bölmələrə ayrılmışdır.
Hər bölmə daxilində «Kitabi-Dədə Qorqud»un nəşrləri» , «Kitabi-Dədə
Qorqud haqqında ədəbiyyat» və «Kitabi-Dədə Qorqud bədii ədəbiyyatda» adlı
yarımbölmələr əhatə edilmişdir. Hər yarımbölmə daxilində materiallar
müəlliflərin əlifbası ilə qruplaşdırılmışdır.
«Kitabi-Dədə Qorqud» dastanının 1300 illik yubileyi ilə əlaqədar olan bu
biblioqrafik göstəricidə çox zəngin materialların əks olunmasına
139
baxmayaraq hər bir mənbənin sıralanmaması və köməkçi aparatla təchiz
edilməməsi təəssüf hissi doğurur. Buna baxmayaraq Azərbaycan,
türk və
türk xalqlarının dillərində, rus dilində, digər xarici ölkə dillərində olan
materialları əhatə etdiyinə görə bu qiymətli informasiya mənbəyi dəyərli
bir vəsait kimi folklorşünaslığın informasiya təminatında mühüm əhəmiyyət
kəsb edir.
Müstəqillik dövründə Azərbaycan ədəbiyyatının
görkəmli
nümayəndələrinə, elm xadimlərinə, şair və yazıçılarına həsr edilən şəxsi
biblioqrafik informasiya mənbələrində folklorşünaslıq məsələlərinə dair
materiallar işıqlandırılmışdır. Bu qəbildən olan vəsaitlər içərisində 2004-cü
ildə Şəhla Tahirqızı tərəfindən tərtib edilmiş «Nizami Cəfərov» biblioqrafik
məlumat kitabı diqqəti cəlb edir (10). Biblioqrafik məlumat kitabında
Əməkdar elm xadimi, professor Nizami Cəfərovun Ədəbiyyatşünaslığın və
dilçiliyin məsələləri ilə əlaqədar 477 adda mənbənin
biblioqrafik təsviri
verilmişdir.
Bu mənbələr içərisində folklor və folklorşünaslıq məsələlərinə həsr edilmiş
kitabları, məqalələri, məruzələri öz əksini tapmışdır. Məsələn:
Eposdan kitaba (monoqrafiya) Ön söz: Azad Nəbiyev.- B.: Maarif, 1999.-
220 s. Kitabın içindəkilər: Giriş; I fəsil: Qədim türk eposundan qədim türk
yazılı abidələrinə; II fəsil: «Dədə Qorqud» eposundan «Kitabi-Dədə Qorqud»a;
III fəsil: «Koroğlu»dan xalq kitabına; Nəticə.
və yaxud: «Kitabi-Dədə Qoruqud»da islama keçidin poetikası. B.: Elm,
1999.- 544 s.
Azərbaycan ədəbiyyatşünaslığının mühüm bir istiqamətini təşkil edən
folklor və folklorşünaslığın biblioqrafik informasiya mənbələri müstəqil
tədqiqat obyekti olmadığından folklor ədəbiyyatını özündə əks
etdirən
sahəvi biblioqrafik vəsaitin olmaması təəssüf doğurur. Ümid edirik ki,
Azərbaycan ədəbiyyatı tarixini, şifahi xalq ədəbiyyatını, ümumilikdə
folklorşünaslıq məsələlərini işıqlandıran biblioqrafik informasiya mənbələri
yaradılacaqdır.
ƏDƏBİYYAT
1. «Kitabxana işi haqqında» Azərbaycan Respublikasının Qanunu//
Kitabxanaşünaslıq və Biblioqrafiya: elmi-nəzəri və təcrübi jurnal.- 1999.- №
1.- s. 3-16.
2. «Azərbaycan» jurnalının biblioqrafik göstəricisi. (1920-1972)/ Tərt. ed.:
R.Tağıyev. B.: Elm, 1973.- 600 s.
3. Azərbaycan kitabı: 3 cilddə. I c. (1780-1920)/ tərt. ed.: Ə.Əliyev. B.,
1963.- 219 s.