Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə95/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   91   92   93   94   95   96   97   98   ...   128

267 
 
hadisələri və prosesləri (karst, suffoziya, sürüşmələr, çökmələr və s.) aşkar 
etmək də geofiziki üsulların tətbiq sahəsinə daxildir. Bundan ötrü, nisbətən 
hakim sahələrdə və irimiqyaslı planalma zamanı istifadə olunan tərkibə anoloji 
geniş kompleks geo-fiziki üsullar tətbiq edilir. Adətən bunlar, bir –iki zondlama 
(ŞEZ,  ŞEZ - YP, BUS, SDÜ, nisbətən az ƏDÜ) üsullarıdır ki, bunlar da 
mikromaqnit, emanasion və digər profil planalmaları ilə gücləndirilir. 
Bundan əlavə, QGT, penetrasion karotaj (PK), seysmoakustik və quyular-
arası elektromaqnit şüalanması üsulları tətbiq edilir. Müşahidələr bütün öyrəni-
lən sahəni örtmüş müntəzəm profil şəbəkə-sində aparılır. Penetrasion karotac  
və quyulararası  şüalanmada, zondlama nöqtələri adətən  şahmat qaydasında 
yerləşdirilir və dəqiqləşdirilməsi lazım olan sahələrdə sıxlaşdırılır.  
Kövrək çöküntü sahələrinin xəritələnməsi və  bərk ana süxurların yatım 
dərinliyinin təyini zamanı  ən sadə fiziki – geoloji model ikilaylı modeldir: 
kövrək süxurlar bərk süxurlar. Bu model üçün dəqiq və yaxşı müqayisəli nəticə 
verən elektrik (ŞEZ) və seysmik kəşfiyyat (SDÜ) eyni dərəcədə informativdir. 
Əlavə litoloji və hidrogeoloji sərhədləri olan daha mürəkkəb kəsiliş üçün ŞEZ –
 YP üsulu kövrək çöküntülərdə kapillyar örtüyün vəziyyətini və  aşınmış ana 
süxurların səthini, seysmik kəşfiyyat isə eninə  və uzununa seysmik dalğaları 
istifadə etməklə kövrək süxurlarda qrunt sularının səthini və  aşınmamış ana 
süxurların sərhəddini təyin etməyə imkan verir (şəkil 108). 
 
Şəkil 108. ŞEZ, ŞEZ – YP məlumatlarına görə qırıntı törəmələrin altında yatan 
sal süxurların yatım şəraitinin təyini. Səviyyə: 
1 – ŞEZ – YP məlumatlarına görə kapillyar qalxma, 2–ŞEZ, ŞEZ – YP və SDÜ məlumatlarına 
görə qrunt suyu; sal süxurların səthi: 3 – ŞEZ məlumatlarına görə; 4 – SDÜ məlumatlarına 
görə; V
s
 
– sərhəd sürəti. 
 
Bu sərhədlər üçün əlavə informasiyanı penetrasion karotaj və QGT (VM, 
XP, QM) üsulları  verir.  Bu  tədqiqatların dəqiqliyini kəskin artırmağa və  təbii 
yatımda süxurların litoloji xassələri və fiziki – mexaniki xüsusiyyətləri barədə 
məlumat almağa imkan yaradır. 
Tektonik şəraitin öyrənilməsi. Tektonik qırılmaların öyrənilməsi, çatlı və 


268 
 
zəif zonaların ayrılması zamanı  aşağıdakı üsullardan minimum üçü  istifadə 
edilir: profilləmə (SEP, KPÜ, TP, DEP, SDÜ), mikromaqnit və emanasion 
planalma, dairəvi elektrik zondlama (DŞEZ), quyularda seysmik və nüvə , fiziki 
tədqiqatlar, quyulararası elektrik və seysmoakustik şüalanma. 
Alınmış materialların kompleks interpretasiyası tektonik qırılmaların 
vəziyyətini, onların amplitudunu və uzanmasını  təyin etməyə, süxurların 
çatlılığının intensivliyini və onların dərinlikdə sönməsini qiymətləndirməyə 
imkan verir. 
Əlverişli şəraitdə, çatların gətirilmiş çöküntülərlə doldurulması dərəcəsini 
və çatlılıqla əlaqədar yeraltı suların hərəkət xüsusiyyətlərini aşkar etmək, süxur 
kütləsini və boşluğun lokal qeyri – bircinsliyini öyrənmək mümkün olur. 
Süxurların fiziki – mexaniki xüsusiyyətlərinin öyrənilməsi. Layihələndi-
rilən qurğuların özülündə olan süxurların  fiziki – mexaniki  xüsusiyyətlərini 
təyin edərkən, empirik yolla hesablanan geofiziki və mühəndisi – geoloji para-
metrlər arasındakı funksional və statistik əlaqələrdən istifadə edilir (cədəl 6).  
 
Cədvəl 6. 
Geofiziki və fiziki – mexaniki parametrlər arasındakı asılılıq
 
Fiziki – mexaniki 
parametrlər,  ölçü 
vahidi 
Geofiziki parametlər Asılılıq 
1 2 

Ümumi məsaməlik 
əmsalı, R
p
, % 
 
 
 
 
 
 
 
 
Nisbi elektrik müqavimə-
ti 

p
=

pv
/

v
,burada 

pv
-su 
ilə təchiz edilmiş süxurla-
rın həcmi elektrik müqa-
viməti, 


 - suyun həcmi 
elektrik müqaviməti,
-di-
elektrik sukeçirmə,  V
p

uzununa və  V
s
 – eninə 
seysmik dalğa sürəti, m/s;  

p
 – uzununa seysmik 
dalğanın udulması əmsalı 
P
n
=a
n
/R
n
m
-empirik asılılıq, burada: 
a
n
, m–süxurun tipinə və onun islanma 
dərəcəsinə görə təyin edilən 
əmsallardır; su ilə doymuş süxurlar 
üçün xətti asılılığa yaxın asılılıq 
=f(R
n
); üç komponentli mühitdə R
n

n  azalması ilə V
p
 və V
s   
sürətləri artır;  
hər tip süxura xarakter olan 
=f(R
n
) 
asılılığı maksimum olur. 
 
Nəzərə almaq lazımdır ki, mühəndisi – geoloji  sınaqların məlumatları 
həmişə diskretdir və ayrı – ayrı nöqtələri və ya tədqiq edilən massivin məhdud 
həcmini xarakterizə edir, geofiziki para-metrlər isə daha inteqraldır və əlverişli 
şəraitdə massivin xüsu-siyyətlərini bütövlükdə qiymətləndirməyə imkan verir. 
Ayrı – ayrı nöqtələrdə ölçülərin massivin bütövlükdə öyrənilməsinə keçid 
mühəndisi qurğuların özülünün daşıyıcı xüsusiyyətlərini daha obyektiv 
qiymətləndirməyə şərait yaradır. 
Süxurların mühəndisi– geoloji xassələri. Süxurların mühəndisi – geoloji 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə