Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə103/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   99   100   101   102   103   104   105   106   ...   128

287 
 
Dəqiq səviyyəli generalizasiyaya malik olan aerokosmik şəkillərdə 
relyefin və onun elementlərinin morfologiyasının və morfometriyasının 
xüsusiyyətləri aşkar edilir ki, bu da ekzogen proseslərin mənbələrini nəinki 
xəritələməyə  və  dəqiq öyrənməyə, hətta onların ayrı – ayrı geomorfoloji, 
geoloji  litoloji və hidrogeoloji şəraitləri ilə  əlaqəsini aydınlaşdırmağa imkan 
yaradır. Bu da öz növbəsində, ekzogen proseslərin inkişafı mərhələlərini təyin 
etməyə, onların inkişafının təkamül sırasını qurmağa, fəallaşma dərəcəsini 
miqdari qiymətləndirməyə imkan verir. Bu generalizasiya səviyyəli distansion 
materialların informasiyası ekzogen proseslərin (yamacda) inkişaf dinamikasını 
əks etdirən və sahəni proqnozlaş-dırmağa imkan yaradan dəqiq mühəndisi – 
geoloji xəritələrin tərtibi üçün istifadə olunur. 
Burada  əsas deşifrələmə  əlaməti kimi, stereoskopik deşifrələmə zamanı 
alınmış relyefin ekzogen formalarının konfiqurasiyası və onların ölçülərı böyük 
rol oynayır. Dərk ediləcək obyektlərin çox hissəsi differensasiya olduğuna görə 
fotoşəkillərin təsvirləri xeyli köməkçi rol oynayır. Nisbətən etibarsız  əlamət 
foto rəng – ahəngi hesab edilir. Bu da müəyyən dərəcədə fotoplanalmanın 
texniki şəraitindən, fəsillərdən asılı olub, vaxt və meteoroloji amillərlə işləyər-
kən, ekzogen – geoloji proseslərin müasir vəziyyəti haqqında alınmış informa-
siya əsas mühəndisi – geoloji məsələlərin həllində öz tətbiqini tapır. Məsələn, 
sürüşmə prosesinin proqnozlaş-dırılması müxtəlif üsullarla yerinə yetirilir. Ona 
görə də distansion zondla-manın tətbiqi yolları və üsullarının seçilməsi konkret 
tədqiqatın müddətindən və miqyasından asılıdır. 
Sürüşmə hadisəsinin öyrənilməsində aparılan distanison tədqiqatlar. 
Sürüşmə hadisəsinin distansion tədqiqatlarla həyata keçirilən operativ proqnozu 
və xəbərdarlığı son dərəcə effektli olub, böyük xalq təsərrüfatı əhəmiyyəti  kəsb 
edir. 
Naxçıvan Muxtar Respublikasının mərkəz və  şimal – qərb hissəsində, 
əsasən, dağlıq və dağətəyi sahələrdə relyefin bütün sahəsinin 10-15 faizini əhatə 
edən sürüşmə hadisəsinin xarakterini nəzərdən keçirək. 
Sürüşən material öz xarici görünüşünə görə ana süxurlardan fərqlənmir. 
Bu fakt isə yatım elementlərinin təyinində  mənfi təsir göstərə bilər. Belə ki, 
sürüşməni, kənar hissələrdə lay dəstələri pozularaq qarışdığı üçün, tektonik 
xarakterli pozulmadan fərqləndirmək, çox hallarda, mümkün olmur. Bu da 
onların səhvən qırılma kimi qeydə alınmasına gətirib çıxarır. Belə halların 
qarşısını almaq üçün sürüşmənin geniş inkişaf tapdığı rayonlarda, aero və 
kosmik  şəkillərin deşifrələnməsi prosesində, onları  sərhədləndirmək və çöl 
işlərı zamanı həmin rayonları xüsusi diqqətlə xəritələmək lazımdır. 
Qeyd olunan işlərin yerinə yetirilməsi zamanı deşifrələmə prosesində 
deşifrə  əlamətlərinin öyrənilməsi üçün 1:17000 miqyaslı aerofotoşəkillərin 
stereocütlərindən, Yerin «Salyut-4»(T=600-720 n.m., T-AS 510-630 n.m.) süni 
peykindən  alınan şəkillərdən və müəlliflərin bir neçə il ərzində çöl – müşahidə 
işlərinin mate-riallarından istifadə edilmişdir.  


288 
 
Bu işlərdə birbaşa deşifrə əlamətləri: fototon, rəng ahənglərin  müxtəlif-
liyi və dağ yamaclarının fotostrukturları hesab olunur.  
Tədqiqat zamanı toplanmış materiallar daha tez – tez təsadüf olunan sü-
rüşmə tiplərinin qabaqcadan təsnifatlaşdırılmasına (F.İ.Savarenskinin sxeminə 
görə) imkan verir. 
Həmin təsnifatın məqsədi – aerokosmik informasiya materiallarına görə, 
sürüşmənin tiplərinin təyinində vahid terminologiyanın tətbiqi və obyektlərin 
deşifrə əlamətlərinin daha tam şəkildə müəyyənləşdirilməsidir. 
Naxçıvan  ərazisində sürüşmənin 4, nisbətən iri tiplərini ayırmaq müm-
kündür: 
Konsekvent sürüşmələr. Bu tipin sürüşmə səthi litoloji tərkibinə görə iki 
müxtəlif süxur səthinə uyğun gəlir və onlar, aydındır ki, süxurların enmə 
tərəfinə doğru yönəlmiş, 20
0
 – dən böyük bucaq altında olan yamaclarda forma-
laşır (şəkil 116a). 
Sürüşmələrin belə tipi müxtəlif bərkliyə  və sukeçirmə  dərəcəsinə malik 
çöküntülərin laylandığı qat hüdudunda inkişaf edir. Öyrənilən regionda belə 
çöküntülər üst eosen yaşlıdır. 
Konsekvent sürüşmələr lay üçbucaqlarının və kuest relyefin formalaşma-
sında mühüm rol oynayır. Aero və kosmik şəkillərdə belə «struktur»sürüşmələr 
nizamsız səmtləşdirilmiş dişli  ştrixlər  şəklində görünür və onlar öz aralarında 
sərhədlənən, təzə çılpaqlaşmış süxurlarla haşiyələnir. 
Baxdığımız misalda, sürüşən kütlə    əhəngdaşı, altda yatan süxurlar isə 
argillitdir (Sal dərəsi rayonu, Sirab kəndinin şimalı). 
Bəzi yerlərdə onlar dərinliyi 10 m-ə  qədər, eni bir neçə yüz metrlərlə 
ölçülən xəndəklər şəklində rast gəlir. Əgər sürüşmə uzun müddət mövcuddursa 
və dövrü olaraq təkrar olunursa, şəkildə onların dövrülüyü dəqiqliklə deşifrə 
olunur və sürüşən kütlənin nisbətən qədim səthi çox hallarda denudasiyaya 
məruz qalır
 
(şəkil 117).
 
İnsekvent sürüşmələr – əsasən, nisbətən ensiz və  V  şəkilli dərələrdə, 
yüksək çatlı  və denudasiyaya davamsız, altda yatan süxur zonalarında forma-
laşır. 
Bu tip sürüşmələr yamacın bütün sahəsi boyu təpəlikdən çay dərəsinə 
qədər inkişaf edir ki, bunun da nəticəsində su axarlarının qarşısı sürüşən 
materiallarla kəsilir. Sürüşən kütlə, bəzi hallarda yuyulur və çay suları ilə 
aparılır ki, bu da prosesin sonrakı  fəallaşmasına gətirib çıxarır. Yuyulub 
aparılan kütlədən yuxarı hissədə yalançı terrasın qalıqları  nəzərə çarpır. Çox 
hallarda, dağ yamaclarında sürüşmədən yuxarı hissədə yaranmış çökəkliklərdə 
xırda göllər əmələ gəlir (şəkil 116b). 
Baxdığımız misalda, Qahabçayda və Qahab kəndinin  şimal–  şərqində, 
sürüşən kütlənin qalınlığı 80 m-ə, hündürlüyü 40 m-ə  və uzunluğu 600-700 
minə çatan yalançı terraslar müşahidə olunur
 
(şəkil 118). 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə