Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə99/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   95   96   97   98   99   100   101   102   ...   128

278 
 
sal süxurların 70 – 80 m yatım dərinliyində elektrik profilləməsi intensiv çat 
zonalarını ayırmağa imkan verir. 
Süxurların çatlılığı elektrik anizotropiya, yəni müxtəlif istiqamətlərdə 
müxtəlif elektrik keçiriciliyi yaradır. Bu hal dairəvi zondlamadan istifadə 
etməklə, müxtəlif dərinlikdə çatların uzanmasını və intensivliyinin dəyişməsini 
təyin etməyə imkan verir. 
Dairəvi zondlama və o cümlədən, dairəvi profilləmə şaquli və iti meylli 
çat sistemlərinin uzanmasını təyin etməyə və beləliklə, geoloji quruluş haqqında 
fikir söyləməyə imkan verir. Bununla bərabər, dairəvi zondlama horizontal 
çatlılıq daxil olmamaqla, müxtəlif dərinliklərdə çatlılıq dərəcəsini aydınlaşdır-
mağa imkan verir. Anizotropiyanın olmaması ilə korroziya bazisinin yatım 
dərinliyi qeyd olunur. Dairəvi zondlamanın qoyulması imkanı relyefin  vəziyyə-
ti ilə  təyin olunur. Bütün azimutlarda paylanma təxminən eyni şəraitdə 
yerləşdirilməlidir ki, bunun üçün də müəyyən sahənin səthinin düz olması tələb 
olunur. 
EP üsulu ilə yer səthində intensiv çat zonalarının təyinində olduğu kimi, 
elektrik karotajının köməyi ilə quyu kəsilişlərində  də çatları qeydə almaq 
mümkündür. 
Sulu çatların müəyyənləşdirilməsində PS üsulu üzrə karotaj, o cümlədən, 
rezistivimetrik və termometrik müşahidələr istifadə olunur. Eyni zamanda, 
seysmoakkustik və radioaktiv karotajın bəzi növlərindən də istifadə etmək 
mümkündür. 
Bütövlükdə geofiziki və xüsusilə, geoelektrik üsullar çatlılığa qarşı çox 
həssasdır. Bu halda qarşıya çıxan çətinlik anomaliyaların üzə  çıxması deyil, 
onların birmənalı oxunmasının mümkün olmamasıdır. 
Sürüşmələr. Sürüşmələri öyrənərkən geofiziki üsullar aşağıdakı  məsələ-
ləri həll etməlidir: 
a) qrunt sularının səviyyəsini təyin etməklə sürüşmə yamaclarının 
quruluşunu, sürüşmə güzgüsünü və köklü süxurların səthini xarakterizə etmək; 
b) sürüşmə çöküntülərinin zaman ərzində  vəziyyətinin və fiziki 
xüsusiyyətinin dəyişməsini qiymətləndirmək; 
v) sürüşmənin dinamikasını öyrənmək və sürüşmə prosesini proqnozlaş-
dırmaq; 
q) sürüşməyə qarşı görülmüş tədbirlərin xüsusiyyətini aşkar etmək. 
Sürüşmələrin öyrənilməsi zamanı geofiziki üsulların tətbiqi yamaclarda 
yatan ana süxurların və sürüşmə yığımlarının fiziki xüsusiyyətlərini araşdırmaq-
dan ibarətdir. Hər şeydən əvvəl, bu onların elektrik və seysmik xüsusiyyətlərinə 
aiddir (cədvəl 8). 
 
 


279 
 
 
Cədvəl 8 
Ana süxurların və sürüşmə çöküntülərinin 
elektrik və seysmik xarakteri 
№ Süxurlar 

f
/

s
 

v
/

vs
 

s
/

ss
 

 v
 /

 vs
 

 s
 /

 s s
 

Gilli torpaq 
1,2–1,4 
1,3 –2,0 
1,1 –1,3 
0,09 –0,25  0,13 –0,27 
2 Qumlu 
torpaq 
(qumlu gil) 
1,3 –1,5 
1,2–1,5 
1,1 –1,3 
0,2 – 0,25 
0,28 –0,32 

Qumlu gil 
1,3 –1,5 
1,2–1,5 
1,2 –1,3 
0,28 – 0,3 
0,34 –0,36 

Gil 
1,5 –1,6 
1,8 –1,9 
1,1 –1,3 
0,1 – 0,2 
0,08 –0,18 
 
Sürüşmə yamacının  ən sadə fiziki – geoloji modeli iki laylıdır: sürüşmə 
yağımları – ana süxurlar. Bu model, xüsusilə yağmurlu mövsümdə sürüşmə 
kütləsində  əlavə  sərhədlərin  əmələ  gəlməsi hesabına mürəkkəbləşir. Bu da 
süzülmə axımının səthi və sürüşmə zonasını  təşkil edən ana süxurların üst 
hissəsinin öz xüsusiyyətinə görə dəyişməsi ilə əlaqədardır. 
Sürüşmə yığımlarının xəritəsini elektrik və seysmik profilləmə üsulları ilə 
tərtib edirlər (EP, TP, SDÜ). Sürüşmə yamacı  kəsilişinin dəqiq öyrənilməsini 
zondlama üsulları ilə (ŞEZ, ŞEZ – LP, CDÜ), əlverişli şəraitdə isə penetrasion 
karotajın köməyi ilə aparırlar. Sürüşmələrin sualtı davamını (dənizdə, şirin sulu 
hövzələrdə) fasiləsiz seysmik profilləmə (FSP), ox elektrik zondlaması 
(FDOZ), həmçinin, adətən birlikdə aparılan rezistivimetriya, təbii elektrik (TP) 
və istilik planalmalarının köməyi ilə öyrənirlər.  
Sürüşmələrin subasma şəraitinin öyrənilməsi onların davamlılığının 
proqnozlaşdırılmasında həlledici  əhəmiyyət kəsb edir. Qrunt sularının səviy-
yəsinin, sürüşmə kütləsinin nəmlik dərəcəsinin təyini zamanı effektiv üsullar: 
SDÜ, ŞEZ, LP, TP və sairdir. Müqavimətlər, TP potensialları və istilik xəritə-
ləri axımın qiymətləndirilməsinə, sürüşmə deformasiyası gözlənilən yerdə qrunt 
sularının boşalma sahələrının ayrılmasına imkan verir. 
Sürüşmə  yığımının vəziyyətinin və fiziki xüsusiyyətinin zaman ərzində 
dəyişməsini öyrənmək üçün yer səthində geofiziki rejim müşahidələrinin (SDÜ, 
ŞEZ,  ŞEZ – LP, TP) və quyularda nüvə üsullarının nəticələrindən  istifadə 
edirlər. Bu üsullar sürüşmə yamacının davamlığını  təyin edən sürüşmə kütlə-
sinin gərginlik vəziyyətinin və  nəmliyinin dəyişməsi haqqında informasıya 
verir. Qravimetrik və maqnit müşahidələri geofiziki ölçülərlə  əlaqədə  fəal sü-
rüşmə deformasiyası zonalarını aşkar etməyə imkan verir. 
Sürüşmə prosesinin dinamikasını sürüşmə kütləsində yerləşdirilmiş 
xüsusi reperlərlə rejim müşahidələri  əsasında öyrənirlər. Xüsusi quyularda 
müəyyən dərinlikdə yerləşdirilmiş maqnit reperləri daha effektivdir. Bu cür 
basdırılmış reperlərin üstündə vaxtaşırı aparılan mikromaqnit planalması onlar 
tərəfindən yaradılmış lokal maqnit anomaliyasının yerdəyişməsinə görə sürüş-


280 
 
mə kütləsinin hərəkətini qiymətləndirməyə imkan yaradır. Sürüşmə kütləsində 
daxili proseslərin təsiri və xarici gərginlikdən yaranmış  və çox vaxt sürüşmə 
kütləsinin yerdəyişməsini akkustik və elektromaqnit emissiyası üsullarının 
köməyi ilə aparmaq olar. Bu üsulların mahiyyəti akkustik və elektromaqnit 
səslərini daimi təyin edib izləməkdir, yəni, təbii  elastiki titrəyişləri və müxtəlif 
tezlikli elektromaqnit titrəyişlərini qeyd etməkdir. Sürüşmə kütləsinin gərginlik 
xüsusiyyəti dəyişdikdə səs impulslarının miqdarı və intevsivliyi də dəyişir. Bu 
da sürüşmənin hərəkətini diaqnostlaşdırmaq üçün çox əhəmiyyətlidir. 
Sürüşməyə qarşı tədbirlərin effektivliyini öyrənərkən sürüşmə kütləsində 
yerləşdirilmiş drenaj qurğularının işləməsini  qiymətləndirmək üçün geofiziki 
üsullardan istifadə edirlər. Bu məqsədlər üçün drenajlarda su axımının xarakte-
rini, onların sazlığını, həmçinin drenaj olunan sahələrdə suyun səviyyəsinin 
enməsinin intevsivliyini və süxurların quruma dərəcəsini aşkar etməyə imkan 
verən ən perspektivli: ŞEZ, EP, TP üsullarıdır. Dayaq divarlarının yaxınlığında 
üsulu rejim müşahidələrini, qruntun dayaq divarlarına düşən təzyiqinin dəyiş-
məsini və onun texniki vəziyyətini izləməyə imkan yaradır. 
Daimi donuşluq – qlyasioloji tədqiqatlar.  Daimi donuşluq – qlyasioloji 
tədqiqatlarda geofiziki üsullar çoxdan tətbiq edilir. Məsələn, geoloji mühitin 
aşağıdakı mürəkkəb obyektlərini və  təbiət hadisələrini öyrənərkən: qalınlığı 
vahidlə – yüz metrlər arasında dəyişən, daima mənfi temperatura malik olan 
çoxillik donmuş süxurlar və onların altında yatan, daima müsbət temperatura 
malik olan qat; qədim süxurları örtən, ilin  müsbət  və  çox hissəsində  mənfi 
temperatura malik olan, 0,3-3 m qalınlıqda fəaliyyət nəticəsində əmələ gəlmiş 
qat; müxtəlif mənşəli və quruluşlu buzlar (örtük və dağ buzlaqları, basdırılmış 
lay və damar buzlaqları). 
Buzların və çoxillik donmuş süxurların fiziki xassələri, başqa təbii amillə-
rin də (litologiya, struktur, tekstur, məsaməlik, sululuğu, yeraltı suların mineral-
laşması) onlara xeyli təsir göstərməsinə baxmayaraq, ən  əvvəl temperatur ilə 
təyin edilir. Çoxillik donmuş süxurların yayıldığı rayonlarda geoloji – geofiziki 
kəsilişlər məkan və zaman ərzində çox dəyişkənliyi ilə xarakterizə olunur. Ona 
görə də donuşluq – qlyasioloji geofizika, hətta işlərin çətin şəraitdə aparılması 
nəzərə alınmasa da, geofiziki tədqiqat üsullarının da lazımi dərəcədə effektli 
tətbiqi əsas istiqamət hesab edilir. 
Geofiziki üsulları  aşağıdakı iki əsas qrup məsələlərin həlli üçün tətbiq 
etmək olar:  
a) donmuş və donu açılmış çöküntülərin xəritəsinin tərtib edilməsi (lito-
loji sərhədlərin, tektonik qırılmaların, çatlılıq zonalarının, birbaşa və dolayı 
donu açılmış torpaqların, yeraltı buzların və su basmış zonaların aşkar edil-
məsi); 
b) dərinliyə görə donmuş və donu açılmış süxurların bölünməsi (çoxillik 
donmuş süxurların tavanının və dabanının aşkar edilməsi, donmuş  və donu 
açılmış süxurların dərinlikdə yayılmasının öyrənilməsi, yəni çoxillik donmuş 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə