Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə102/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   98   99   100   101   102   103   104   105   ...   128

285 
 
sərhədlərin yatım dərinliyini, buzlaqların orta temperaturunu, bəzən onların 
hərəkət sürətini təyin edirlər. Bundan əlavə, həmin üsulun vasitəsilə buzlaqlarda 
dəniz sularının infiltrasiya zonasını və gizli hissələri aşkar edirlər. Buzlaqların 
qalınlığının təyininin yüksək dəqiqliyi (h=Vt/2, burada V=300/
nis

 (m/mks) 
buzda radiodalğaların yayılma sürəti; 

nis
 – buzun nisbi dielektrik keçiriciliyi; t 
–  əks olunan impulsların gecikmə vaxtıdır) buz üçün 

nis 
daimi qiymətinin 
3,1,3,5-ə  bərabər olması ilə izah olunur. Buz kəşfiyyatı zamanı RDZ üsulu 
böyük dərinlikləri (4-5 km-ə  qədər) öyrənmək qabiliyyətinə malikdir. Bu da 
buzun yüksək müqavimətli olması və radiodalğaları az udması ilə izah olunur. 
RDZ üsulu ilə Antarktidada, Qrenlandiyada örtük buzların xeyli sahələri, 
Arktika buz günbəzləri və əksər dağ buzlaqları tədqiq edilmişdir. 
 
12.4.2.Hidrogeoloji  və  mühəndisi-geoloji tədqiqatlarda  
aerokosmik üsullar 
 
Mühəndisi-geoloji tədqiqatlarda aero və kosmik informasiyanın istifadəsi-
nin artan əhəmiyyəti bir çox rus və xarici alimlərin işlərində qeyd edilmişdir 
(V.K.Kuçaya, A.L.Revzon, A.V.Sadov, V.C.Fedorenko və b.). 
Toplanmış  məlumatların nəticələrinə, aşağıdakı mühəndisi – geoloji 
məsələlərin həlli zamanı, kosmik şəkillərin tətbiqinin labüdlüyü aydın olur: 
1) ərazinin fəal xalq təsərrüfatı istifadəsi sahələrində yaradılan ərazi  sə-
naye komplekslərinin mühəndisi – geoloji şəraitinin qiymətləndirilməsi və 
proqnozu; 
2) mühəndisi – mühafizə  və  ərazinin səmərəli istifadəsi ilə bağlı  ətraf 
mühitin qorunması;  
3) eksterimal şəraitdə sürüşmələrin, uçqunların, sellərin, sahil yuyulma-
larının və s. fəallaşmasını vaxtında proqnozlaşdırmaq məqsədi ilə rayonlarda 
metiohidrogeoloji vəziyyətin sistematik (rejim) və təcili müşahidəsi. 
Aerokosmik  şəkillərdə spesifik əksetdirmə kimi alınan mühəndisi – 
geoloji  şərait mühəndisi – geoloji xəritələmənin obyekti rolunu oynadığına 
görə, aerokosmik şəkillərin deşifrələnməsi süxurların mühəndisi – geoloji 
formasiyanın yayılması  sərhədləri və onların struktur – tektonik xüsusiyyəti, 
örtük və ana süxur litoloji – stratiqrafik formasiya komplekslərinin yayılma 
sahələrini aşkar etmək və fərqləndirmək, onların qarşılıqlı əlaqələrinin xarakte-
rini aşkar etmək, ekzogen – geoloji proseslərin inkişafında sahəvi qanuna-
uyğunluğu tapmaq və mühəndisi-geoloji  şəraitin formalaşmasında struktur – 
tektonik amilin rolunu digər üsullara nisbətən xeyli dərinlikdə qiymətləndirmək 
haqqında məlumat almağa imkan yaradır. 
 
 
 


286 
 
12.4.2.1.  Ekzogen - geoloji proseslərin 
öyrənilməsində kosmik şəkillərin tətbiqi 
 
Ekzogen – geoloji proseslərin öyrənilməsinin əsas məqsədi zonal və regional 
qanunauyğunluqların aşkarı, onların fəallığının, intensivliyinin və dinamikasının 
öyrənilməsi və həmçinin insanın mühəndisi – təsərrüfat fəaliyyəti olan obyektlərə 
təsirinin qiymətləndirilməsindən ibarətdir. Digər üsullarla həlli mümkün olmayan 
bu məsələlərin həllində müxtəlif dərəcəli dəqiqliklə  və generalizasiya ilə (lokal, 
regional və  hətta qlobal) ekzogen proseslər haqqında obyektiv və operativ 
informasiyanı təmin etdikdə distansion üsul əsas rol oynayır. 
Qlobal səviyyəli generalizasiyaya malik olan kosmik şəkillərdə əsas qrup 
ekzogen proseslərin inkişafı üstünlük təşkil edən iri əyalətlər (akkumulyativ, 
denudasion və qravitasion) və parametrik assossiasiyalar ayrılır. Burada əsas 
deşifrələmə əlaməti təsvirlərin rəng ahəngidir. 
Regional səviyyəli kosmik şəkillərdə müxtəlif dərəcəli morfostrukturlar 
(plato, dağ silsilələri, dağarası çökəkliklər, uvallar, dairəvi çökəkliklər) və 
onların elementləri (tağlar, qanadlar, əyilmə sahələri) ayrılır və onların ekzogen 
proseslərin genetik tipləri ilə  əlaqəsi təyin edilir. Bu da onların özünəməxsus 
indikatorlarıdır. Bu səviyyəli generalizasiyaya malik olan kosmik şəkillərdən 
alınmış informasiya, ekzogen prosesləri tiplərə ayırarkən və onların yayıl-
masının ümumi xəritəsini tərtib edərkən istifadə edilir. Burada əsas deşifrələmə 
əlamətləri rolunu fototəsvirlərdə ekzogen proseslərin görünüşü oynayır. Lokal 
səviyyəli aero, yüksəklik və kosmik şəkillər əsas morfoskulptur tipləri (eroziya, 
sürüşmələr, uçurum tökülmələr və s.) aşkar etməyə, ekzogen proseslərin genetik 
tiplərinin yayılma xüsusiyyətlərini öyrənmək üçün lazımi informasiyanı 
almağa, müxtəlif formaların yaş generasiyasını  təyin etməyə, geoloji süxur 
komplekslərini və onların litoloji tərkiblərini deşifrə etməyə  imkan yaradır. 
Deşifrələmənin nəticələri ekzogen proseslərin hazırki vəziyyətinin və 
şəraitinin xüsusi xəritələrinin tərtib edilməsi, miqdari göstəricilər  əsasında 
onların yaranmasının intensivliyinə görə  ərazinin rayonlaşdırılması  və digər  
məqsədlər üçün istifadə edilir. Bu səviyyəli şəkillərdə deşifrələmə əlaməti kimi 
obyektin konfiqurasiyasının rolu azalır, fototəsvirlərdə isə görünüşün rolu artır. 
Burada relyefin bir çox formaları (təpəciklər, boşqab və  qıf formalı çökəklər, 
çay yataqları  və s.) müxtəlif formalı zolaqlıq, fototəsvirlərin ləkəli və  dənəli 
görünüşlərini əmələ gətirərək, kosmik şəkillərdə inteqral ifadə formalarını alır. 
Görünüşün böyüməsi ilə əlaqədar olaraq, təsvirin rəng ahənginin rolu da artır. 
Yadda saxlamaq lazımdır ki, təsvirin  şəkli və  rəng  ahənginə görə, 
relyefin ekzogen formalarını dərk edərkən, adətən, sterioskopik şəkillərin istifa-
dəsinə nisbətən, xeyli müqdarda səhvlər ortaya çıxır. Bu səhvlərdən yayınmaq 
və geomorfoloji deşifrələmənin dəqiqliyini artırmaq məqsədilə, kompleks land-
şaft indikatorlarının daha geniş istifadəsi və onların əsasında landşaft  indikator 
sxeminin tərtibi məsləhət görülür. 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə