Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə104/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   100   101   102   103   104   105   106   107   ...   128

289 
 
 
Şəkil 116. Süxurların yalançı yatım elementlərinin əmələ gəlməsi:  
a – konsekvent tipli sürüşmədə; b – insekvent  tipli sürüşmədə. 
 
Baxdığımız bu tip sürüşmənin deşifrə əlamətləri əvvəlki tiplə anolojidir. 
Lakin fərq ondan ibarətdir ki, bu tipdə sürüşən kütlə, adətən yamacın dabanına 
doğru meyllənir. 
Delyaps (qırılma) sürüşmələr- Altda yatan süxurların davamsız olduğu 
şəraitdə  əmələ  gəlir: davamsız süxurlar yuyulub aparılır və asılı sal çıxışları 
əmələ  gətirir. Daha sonra bu süxurlar qravitasiya qüvvələrinin təsiri altında 
qopur və belə təsəvvür yaranır ki, onlar əks istiqamətdə yatır. Bu hal çox vaxt 
müsbət strukturların yalançı xəritələnməsinə gətirib çıxarır (şəkil119). 
Məsələn, Sal dərəsi rayonundan cənubda (Şahbuz rayonu), şimal – şərqə 
doğru maili yatan orta eosen yaşlı silisiumlu əhəngdaşları altda yatan qumlu – 
gilli süxurların yuyulması  nəticəsində  qırılıb,  daha iti bucaq altında cənub – 
qərbə düşür.  
Adətən belə yalançı strukturlar asimmetrik olur, ona görə də sürüşmələrin 
qırılma xətti, əvvəlcədən deşifrələmə məlumatlarından istifadə etmədən, səhvən 
pozulma kimi qəbul edilir. 
Delyaps tipli sürüşmələrin qeydə alınması zamanı əsas deşifrə əlamətləri 
lay üçbucaqları relyefinin son dərəcə geniş inkişafı, onun yerli xarakter 
daşıması, yəni ayrılan yalançı strukturların az uzanması, asimmetrikliyi, 
fotoşəkillərdə yarğanboyu ağ sinusiodal zolaqların ayrılması  və  nəhayət,  əgər 
sürüşmə cavandırsa, onun səthində bitki örtüyünün adi şaquli vəziyyətə malik 
olmaması hesab edilir. 


290 
 
 
 
Şəkil  117.  Konsekvent tipli sürüşmə: I, II, III – sürüşmə mərhələləri (Naxç. 
MR Sirab kəndindən şimalda). 
 
Şəkil 118.  İnsekvent tipli sürüşmə: a – sürüşmənin başlanğıc mərhələsi, b - 
psevdoterraslar (Naxçıvan MR Qahabçayın vadisi). 
 
 
 


291 
 
 
Şəkil 119.  Delyaps tipli sürüşmələr: 1 – bərk silisiumlu əhəng daşı,  
2 –qumlar və çaqılların növbələşməsi. 
 
Sürüşmənin asekvent tipi - bulaqların mənbəyində inkişaf edir və eyni-
cinsli laysız süxurlarda əmələ  gəlir. Onların  əmələ  gəlməsində qrunt suları 
böyük rol oynayır. Baxdığımız ərazidə, aero və kosmik şəkillərdə iki, nisbətən 
iri qrup sürüşmə yaxşı deşifrələnir və hüdudlanır: sirkşəkilli və qletçerşəkilli. 
Sirkşəkilli sürüşmələrdə deformasiyası  şaquli sıxılma ilə, sonra isə 
horizontal yerdəyişmə ilə baş verir (şəkil 120).  
Onların  əmələ  gəlməsində qrunt suları  əsas rol oynayır. Bu qrupun 
xarakter  əlamətləri sürüşmə sirkinin, xüsusilə, zəif bərkliyə malik kövrək 
çöküntülərdən təşkil olunmuş yamacların mövcudluğudur. Sirkin içərisində 
konsentrik cərgələr aydın müşahidə olunur. Bəzi hallarda onlar girintili – 
çıxıntılı, planda isə, çox hallarda, bir – birinə paralel olur. Beləliklə, bütün 
sürüşən yamac meydança şəklinə düşür (terraslaşır). Belə terrasların (konsentrik 
cərgələrin) sayına görə müəyyən vaxt ərzində sürüşmə prosesinin intensivliyi 
barədə fikir söyləmək mümkündür. Ayrı – ayrı sahələrdə, məsələn, Gilənçay 
hövzəsinin yuxarı axarında sürüşmənin təkrarən inkişafı həmin ra-yonda piyalə 
şəkilli və ya gərilmiş formalı geniş depressiya enməsinin  əmələ  gəlməsinə 
gətirib çıxarır ki, bu enmənin dibi hamar, yamacları sərtdir. Belə depressiyanın 
sahəsi 0,5 – 1,5 kv.km, sürüşmə amplitudu 100m – ə çatır. Bu qrup sürüş-


292 
 
mələrin fərqlənən deşifrə əlamətləri: dəyirmilənmiş sirkşəkilli
 
formaların olma-
sı və onların sürüşmə yamacı boyu düzülməsidir. 
 
Şəkil  120.  Asekvent tipli sürüşmələrin inkişaf mərhələləri. 
 
Həmin qrupda sürüşmə  səthi (a), neytral (b) və akkumulyasiya (c) 
zonaları kifayət qədər dəqiqliklə deşifrələnir
 
(şəkil 121). 
 
Şəkil 121. Sirkşəkilli sürüşmə (asekvent tip): a - sürüşmə səthi, b – neytral zona, 
c - akkumulyasiya zonası (Naxçıvan MR Gilançay vadisi). 
 
Sürüşmə səthi üçün sürüşmə yamacının ağ zolaqlarla müşahidə olunması 
xarakterdir. 
Neytral zonanın hamar, demək olar ki, horizontal sahəsi ona qonşu 
yamaclarda eyni təsvirə malikdir, onlardan yalnız tünd rəngli olması ilə 


293 
 
fərqlənir. Bu da qrunt sularının uzun müddət qalması sayəsində bitki örtüyünün 
fəal inkişafı ilə əlaqədardır. 
Qletçerşəkilli sürüşmələr (axım sürüşmələri) - süxurların intensiv 
nəmlənməsi ilə  əlaqədar olaraq əmələ  gəlir. Atmosfer çöküntüləri və qrunt 
suları süxurları axıcılıq dərəcəsinə  qədər isladır və kütlə nisbətən sürətlə 
irəliləyərək, hərdən ani qırılmalar əmələ gətirir. Sürüşən kütlənin əhatə dərinliyi 
10-15 mini aşmır. 
Aerokosmik  şəkillərdə bu tipin əsas deşifrə  əlamətləri təsvir forması 
hesab olunur, belə ki, onlar daha geniş üst hissə  və uzanmış qol şəkilli alt 
hissədə zolaqlar kimi müşahidə olunur. Sürüşmənin uzunluğu onun enindən bir 
neçə dəfə böyük olur. 
Zəngəzur silsiləsinin  şərq yamacında Qapıcıq dağında sürüşmənin aşağı 
hissəsi hərəkət istiqamətinin eninə yönəlmiş qövsşəkilli qırışıqlara və qatı axan 
kütlə şəklinə malikdir. 
Sürüşmənin gövdəsi hər iki tərəfdən, qrunt kütləsinin sürətli hərəkəti 
nəticəsində yaranmış, ensiz arxşəkilli  şırımlarla hüdudlanır. Analoji şırımlar 
sürüşmə gövdəsinin özündə də ikinci dəfə hərəkət nəticəsində əmələ gələ bilir 
(şəkil 122). 
Bu növün stabilləşən sürüşmələri ilkin formanı saxlamasına baxmayaraq, 
sonrakı eroziya nəticəsində onla-rın görünüşü nisbətən dəyişmiş olur. 
Şəkildə onların çılpaqlaşmış  səthi ağ-qara rəng  ahənglə  təsvir olunur, 
ümumi təsvirin görünüşü isə döş qəfəsinin rentgenoqramını xatırladır. 
Sürüşmələrin distansion üsullarla (istilik infraqırmızı  təsvirlər üsulu – 
İİQTÜ) proqnozlaşdırılması böyük əhəmiyyət kəsb edir. 
Məlum olduğu kimi, İİQTÜ səthə yaxın törəmələrin fiziki vəziyyəti, 
xüsusilə, bərkliyin, nəmliyin, istilik mübadiləsinin olması haqqında məlumat 
verir. 
Optik – mexaniki skaner qurğuları yer səthinin şüalandırdığı istilik enerji-
sini və onun zaman və məkan etibarilə dəyişməsini tuta bilir.  
Orbital peyklərdən, o cümlədən nisbətən az yüksəklikdə uçan cihazlar 
(təyyarə, vertalyot və s.) vasitəsilə qeydə alınmış bu dəyişmələr sahənin təbii 
obyektlərinin fiziki xassələrinin dəyişmə göstəricisi ola bilər və beləliklə  də, 
burada baş verən geoloji və geomorfoloji prosesləri izah etmiş olar. 
Qrunt sularının yer səthinə çıxması istilik əlamətlərinin açıq dəyişməsi ilə 
yanaşı, üst layın buxarlanma və ya buxartranspiransiya (məsaməli səth vasitə-
silə buxarlanma) ilə əlaqədar olan soyumasına səbəb olur. 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə