Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə106/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   102   103   104   105   106   107   108   109   ...   128

297 
 
sərhədləndirilməsi; 
v) ərazinin eroziyaya məruz qalması və ya açılma dərəcəsinin qiymətlən-
dirilməsi. 
Ortamiqyaslı kosmik şəkillər yerüstü və aerovizual işlərlə birlikdə 
ortamiqyaslı sel xəritələrinin tərtibi zamanı sel hövzələrini tiplərə ayırmaq üçün 
lazımi sahələrdə istifadə edilə bilər. 
Distansion zondlamanın buzlaq əyalətlərin öyrənilməsində tətbiqi- Dis-
tansion zondlamanın materialları müasir buzlaq əyalətlərini öyrənərkən tətbiq 
edilə bilər. İri buzlaqlar və buz massivləri müxtəlif miqyaslı distansion zondla-
ma materiallarında aşkar olunur (xüsusən  əgər,  şəkillər yay fəslinin sonunda 
çəkilibsə; çünki bu vaxt dağlarda qar ərimiş olur). Bu cür şəkillərdə buzlaq 
əmələ  gətirən sahələr və ablyasiya sahələri yaxşı seçilir. Buz şəkillərinin, yan 
və son morenlərin vəziyyəti, buzlaqların morfoloji tipləri (dərə, çökəklik, karst 
və s.) təyin edilir. Ritmik hərəkət edən buzlaqların monitorinqi üçün (daimi 
müşahidə üçün) kosmik şəkillərin əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. 
Distansion materialların tətbiqi qar uçqunlarını (dağ yamaclarından qar 
kütlələrinin qəflətən yerini dəyişməsi və ya uçması) öyrənərkən qiymətli 
informasiya almağa imkan yaradır, çünki kosmik şəkillərdə qar uçqunlarının 
yaranması baş verə bilən iri qar yığımı hövzələrini (karstlar, troqlar, erozion 
dərələr, denudasion çökəklər və s.) ayırmaq və  sərhədləndirmək və  həmçinin 
onların formaları, ölçüləri dərinliyi, səthin meyilliyi, bitki örtüyünün xarakteri 
haqqıda lazımi məlumat almaq mümkün olur. 
Kosmik informasıyadan istifadə  nəticəsində, xüsusilikdən ümumiliyə 
doğru tədqiqatlarla xarakterizə olunan, yerüstü və aerogeoloji işlərə, kosmik 
şəkillərin işlənməsinə xas olan ümumilikdən xüsusiliyə doğru üsul əlavə olunur. 
Bu da müsbət nəticələrə  gətirib çıxarır və müxtəlif səhvlərin mümkünlüyünü 
azaldır. Lakin mühəndisi – geoloji tədqiqatlardan  ənənəvi kompleks  aerofo-
toplanalma, aerovizual və yerüstü çöl işlərini ayırmaq olmaz. 
Distansion zondlamanın materiallarını tətbiq etməklə, sahənin geokrioloji 
şəraitinin öyrənilməsi və xəritələnməsi landşaft üsuluna əsaslanır və şəkillərin 
xüsusi deşifrələnməsindən və deşifrələmənin nəticələrinin interpretasiyasından 
ibarətdir. Rusiyanın, Kanadanın  şimal rayonlarında və digər rayonlarda daimi 
donma hadisəsi və proseslərin tədqiqinin təcrübəsi göstərmişdir ki, geokrio-
logiyada distansion zondlama materiallarının müxtəlif növlərinin tətbiqinə 
baxmayaraq, çoxzonalı kosmik fotoşəkillər daha effektli olur. 
MKF – 6 kamerası ilə alınmış, çoxzonalı kosmik şəkillər yüksək informa-
siya imkanlarına malikdir, kiçik və ortamiqyaslı daimi donma xəritələrinin 
tərtibi üçün yaradılır. Qeyd etmək lazımdır ki, kosmik şəkillərin geokrioloji 
interpretasiyasının spesifikası deşifrələnmələrin və hesablama üsullarının birgə 
tətbiqi ilə bağlıdır. Bu zaman landşaft deşifrələnməsinin nəticəsi həm 
hesablama vaxtı ilkin məlumatların alınması üçün, həm də onun nəticələrinin 
qiymətləndirilməsi korrelyasiyası üçün istifadə edilir. 


298 
 
Hidrogeoloji tədqiqatlarda kosmik informasiyanın dəyəri ondan ibarətdir 
ki, distansion zondlamanın materialları  tədqiqatçılara yeraltı suların dinami-
kasına təsir göstərə bilən sturuktur (plikativ və dizyunktiv) formaların yerinin 
təyinində kömək edir. 
Hidrogeoloji tədqiqatlarda kosmik planalma. Hidrogeoloji tədqiqatlarda 
kosmik planalma materialları  aşağıdakı  məsələlərin həllində öz tətbiqini tapa 
bilər: - Yeraltı suların yayılmasının regional qanunauyğunluğunu öyrənərkən; 
kiçik və ortamiqyaslı hidrogeoloji xəritələmə  və rayonlaşdırma apararkən; 
yerüstü və yeraltı axımların formalaşması şəraitini tədqiq edərkən və yerüstü və 
yeraltı suların qarşılıqlı əlaqəsini qiymətləndirərkən. 
Hazırda kosmik şəkillər çay dərələrində, qumlu massivlərdə, qırılmaların və 
süxurların yüksək çatlılığının sulu zonalarında, gətirmə konuslarında və karst in-
kişaf etmiş sahələrdə yeraltı suların ümumi və dəqiq axtarışı zamanı istifadə edilir. 
Ümumi axtarışlar zamanı distansion zondlama materiallarının istifadəsi 
aşağıdakıları  tərtib etməyə imkan verir: 1) landşaft – indikasion xəritə; 2) 
hidrogeoloji-rayonlaşdırmanın xüsusi xəritələri; 3) yeraltı suların axtarışı üçün -
perspektiv olan sahələrin xəritələri; 4) yeraltı suların dəqiq axtarışı üçün tövsiyə. 
Distansion zondlama materiallarının deşifrələnməsi dəqiq axtarış  işləri 
üçün məcburi elementlərdir. Deşifrələnmə  nəticəsində alınmış informasiya 
axtarış zamanı istifadə olunan hidrogeoloji xəritələrin ümumi informativliyini 
artırır, yerüstü nöqtəvi və profil müşahidələrini  ərazidə hidrogeoloji şəraitlə 
vahid  şəkildə bağlamağa və yerüstü işlərin aparılmasını daha effektiv plan-
laşdırmağa imkan yaradır. 
Bu məsələlərin həllində, öyrənilən ərazidə əsas sahələri və regional profilləri 
səmərəli yerləşdirməyə imkan yaradan distansion zondlama materiallarının çöl 
işlərinə başlamazdan  əvvəlki deşifrələnməsi böyük əhəmiyyət kəsb edir. 
Landşaftın fizionomik komponentlərinin formalaşmasına fəal təsir 
göstərən, səthə yaxın yeraltı suların hidroindikasiyası çox vaxt kök sisteminin 
bitki hidroindikatorlarının dərinliyinə getməsi ilə  təyin edilir. Burada deşif-
rələmə nisbətən yaxşı işlənmiş geobotaniki, geomorfoloji və kompleks landşaft 
indikatorları sisteminə  əsaslanır. Kök sisteminin sərhəddindən təsir göstərmə-
yən yeraltı suların hidroindikasiyası, yeraltı suların minerallaşmasına təsir edən 
atmosfer çöküntülərinin infiltrasiyasının qiymətləndirilməsinə  əsas-lanır. Bu 
cür qiymətləndirmə infiltrasiyaya və yerüstü axımların  əhəmiyyətini artıran 
müvəqqəti su axımları  şəbəkəsinin sıxlaşmasına kömək edən relyefin mənfi 
formalarının aşkar edilməsi hesabına aparılır. Səthdən sukeçirməyən laylarla 
ayrılan təzyiqli suların hidroindikasiyası birbaşa deyil, dolayı yollarla aparılır 
(distansion zondlama materiallarında ayrılmış tektonik strukturların çöküntülə-
rinin infiltrasiyasına və yeraltı axımın süzülməsinə təsirinin nəticələrinə görə). 
Həm platforma, həm də  qırışıqlıq  əyalətlərin yeraltı sularının hərəkətinə 
xüsusi təsir göstərən geoloji strukturların dizyunktiv elementləri distansion 
zondlama materiallarında llineament və ya onların sistemləri kimi dəqiq deşifrə 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə