297
sərhədləndirilməsi;
v) ərazinin eroziyaya məruz qalması və ya açılma dərəcəsinin qiymətlən-
dirilməsi.
Ortamiqyaslı kosmik şəkillər yerüstü və aerovizual işlərlə birlikdə
ortamiqyaslı sel xəritələrinin tərtibi zamanı sel hövzələrini tiplərə ayırmaq üçün
lazımi sahələrdə istifadə edilə bilər.
Distansion zondlamanın buzlaq əyalətlərin öyrənilməsində tətbiqi- Dis-
tansion zondlamanın materialları müasir buzlaq əyalətlərini öyrənərkən tətbiq
edilə bilər. İri buzlaqlar və buz massivləri müxtəlif miqyaslı distansion zondla-
ma materiallarında aşkar olunur (xüsusən əgər, şəkillər yay fəslinin sonunda
çəkilibsə; çünki bu vaxt dağlarda qar ərimiş olur). Bu cür şəkillərdə buzlaq
əmələ gətirən sahələr və ablyasiya sahələri yaxşı seçilir. Buz şəkillərinin, yan
və son morenlərin vəziyyəti, buzlaqların morfoloji tipləri (dərə, çökəklik, karst
və s.) təyin edilir. Ritmik hərəkət edən buzlaqların monitorinqi üçün (daimi
müşahidə üçün) kosmik şəkillərin əhəmiyyətini xüsusi qeyd etmək lazımdır.
Distansion materialların tətbiqi qar uçqunlarını (dağ yamaclarından qar
kütlələrinin qəflətən yerini dəyişməsi və ya uçması) öyrənərkən qiymətli
informasiya almağa imkan yaradır, çünki kosmik şəkillərdə qar uçqunlarının
yaranması baş verə bilən iri qar yığımı hövzələrini (karstlar, troqlar, erozion
dərələr, denudasion çökəklər və s.) ayırmaq və sərhədləndirmək və həmçinin
onların formaları, ölçüləri dərinliyi, səthin meyilliyi, bitki örtüyünün xarakteri
haqqıda lazımi məlumat almaq mümkün olur.
Kosmik informasıyadan istifadə nəticəsində, xüsusilikdən ümumiliyə
doğru tədqiqatlarla xarakterizə olunan, yerüstü və aerogeoloji işlərə, kosmik
şəkillərin işlənməsinə xas olan ümumilikdən xüsusiliyə doğru üsul əlavə olunur.
Bu da müsbət nəticələrə gətirib çıxarır və müxtəlif səhvlərin mümkünlüyünü
azaldır. Lakin mühəndisi – geoloji tədqiqatlardan ənənəvi kompleks aerofo-
toplanalma, aerovizual və yerüstü çöl işlərini ayırmaq olmaz.
Distansion zondlamanın materiallarını tətbiq etməklə, sahənin geokrioloji
şəraitinin öyrənilməsi və xəritələnməsi landşaft üsuluna əsaslanır və şəkillərin
xüsusi deşifrələnməsindən və deşifrələmənin nəticələrinin interpretasiyasından
ibarətdir. Rusiyanın, Kanadanın şimal rayonlarında və digər rayonlarda daimi
donma hadisəsi və proseslərin tədqiqinin təcrübəsi göstərmişdir ki, geokrio-
logiyada distansion zondlama materiallarının müxtəlif növlərinin tətbiqinə
baxmayaraq, çoxzonalı kosmik fotoşəkillər daha effektli olur.
MKF – 6 kamerası ilə alınmış, çoxzonalı kosmik şəkillər yüksək informa-
siya imkanlarına malikdir, kiçik və ortamiqyaslı daimi donma xəritələrinin
tərtibi üçün yaradılır. Qeyd etmək lazımdır ki, kosmik şəkillərin geokrioloji
interpretasiyasının spesifikası deşifrələnmələrin və hesablama üsullarının birgə
tətbiqi ilə bağlıdır. Bu zaman landşaft deşifrələnməsinin nəticəsi həm
hesablama vaxtı ilkin məlumatların alınması üçün, həm də onun nəticələrinin
qiymətləndirilməsi korrelyasiyası üçün istifadə edilir.
298
Hidrogeoloji tədqiqatlarda kosmik informasiyanın dəyəri ondan ibarətdir
ki, distansion zondlamanın materialları tədqiqatçılara yeraltı suların dinami-
kasına təsir göstərə bilən sturuktur (plikativ və dizyunktiv) formaların yerinin
təyinində kömək edir.
Hidrogeoloji tədqiqatlarda kosmik planalma. Hidrogeoloji tədqiqatlarda
kosmik planalma materialları aşağıdakı məsələlərin həllində öz tətbiqini tapa
bilər: - Yeraltı suların yayılmasının regional qanunauyğunluğunu öyrənərkən;
kiçik və ortamiqyaslı hidrogeoloji xəritələmə və rayonlaşdırma apararkən;
yerüstü və yeraltı axımların formalaşması şəraitini tədqiq edərkən və yerüstü və
yeraltı suların qarşılıqlı əlaqəsini qiymətləndirərkən.
Hazırda kosmik şəkillər çay dərələrində, qumlu massivlərdə, qırılmaların və
süxurların yüksək çatlılığının sulu zonalarında, gətirmə konuslarında və karst in-
kişaf etmiş sahələrdə yeraltı suların ümumi və dəqiq axtarışı zamanı istifadə edilir.
Ümumi axtarışlar zamanı distansion zondlama materiallarının istifadəsi
aşağıdakıları tərtib etməyə imkan verir: 1) landşaft – indikasion xəritə; 2)
hidrogeoloji-rayonlaşdırmanın xüsusi xəritələri; 3) yeraltı suların axtarışı üçün -
perspektiv olan sahələrin xəritələri; 4) yeraltı suların dəqiq axtarışı üçün tövsiyə.
Distansion zondlama materiallarının deşifrələnməsi dəqiq axtarış işləri
üçün məcburi elementlərdir. Deşifrələnmə nəticəsində alınmış informasiya
axtarış zamanı istifadə olunan hidrogeoloji xəritələrin ümumi informativliyini
artırır, yerüstü nöqtəvi və profil müşahidələrini ərazidə hidrogeoloji şəraitlə
vahid şəkildə bağlamağa və yerüstü işlərin aparılmasını daha effektiv plan-
laşdırmağa imkan yaradır.
Bu məsələlərin həllində, öyrənilən ərazidə əsas sahələri və regional profilləri
səmərəli yerləşdirməyə imkan yaradan distansion zondlama materiallarının çöl
işlərinə başlamazdan əvvəlki deşifrələnməsi böyük əhəmiyyət kəsb edir.
Landşaftın fizionomik komponentlərinin formalaşmasına fəal təsir
göstərən, səthə yaxın yeraltı suların hidroindikasiyası çox vaxt kök sisteminin
bitki hidroindikatorlarının dərinliyinə getməsi ilə təyin edilir. Burada deşif-
rələmə nisbətən yaxşı işlənmiş geobotaniki, geomorfoloji və kompleks landşaft
indikatorları sisteminə əsaslanır. Kök sisteminin sərhəddindən təsir göstərmə-
yən yeraltı suların hidroindikasiyası, yeraltı suların minerallaşmasına təsir edən
atmosfer çöküntülərinin infiltrasiyasının qiymətləndirilməsinə əsas-lanır. Bu
cür qiymətləndirmə infiltrasiyaya və yerüstü axımların əhəmiyyətini artıran
müvəqqəti su axımları şəbəkəsinin sıxlaşmasına kömək edən relyefin mənfi
formalarının aşkar edilməsi hesabına aparılır. Səthdən sukeçirməyən laylarla
ayrılan təzyiqli suların hidroindikasiyası birbaşa deyil, dolayı yollarla aparılır
(distansion zondlama materiallarında ayrılmış tektonik strukturların çöküntülə-
rinin infiltrasiyasına və yeraltı axımın süzülməsinə təsirinin nəticələrinə görə).
Həm platforma, həm də qırışıqlıq əyalətlərin yeraltı sularının hərəkətinə
xüsusi təsir göstərən geoloji strukturların dizyunktiv elementləri distansion
zondlama materiallarında llineament və ya onların sistemləri kimi dəqiq deşifrə
Dostları ilə paylaş: |