294
Şəkil 122. Qletçerşəkilli sürüşmə (Zəngəzur silsiləsinin şərq yamacı,
Qapıcıq dağı sahəsi).
Belə təzahürləri aerokosmik təsvirlərdə yer səthinin açıq rəngli olması ilə
müşahidə edilir. Bu halda temperaturun tez – tez dəyişməsi çatlılığın artmasına
və süxur kütlələrinin strukturunun pozulmasına gətirib çıxarır. Məlumdur ki,
yumşaq süxurların nəmləşməsi, relyefin nisbətən kəskin olması asekvent tipli
sürüşmələr üçün əsas şərtlərdir.
Beləliklə, istilik infraqırmızı təsvirlərin nəticələrindən istifadə etməklə,
konkret sahələrdə, mümkün sürüşmələri proqnozlaşdırmaq olar.
Uzunmüddətli proqnozlaşdırma, nəinki gələcəkdə baş verəcək sürüşmənin
tipini və yerini təyin etməyə imkan verir, hətta sürüşmənin uzunmüddətli orta
təkrarlığını da öyrənə bilir.
Qısamüddətli proqnoz, sürüşmə prosesi başlayana qədər yerini, ölçülərini
və fəallaşma vaxtını, müəyyən zaman intervalında (saat, sutka, həftə, ay, il)
təyin etməyə qadirdir.
Sürüşmə proseslərinin proqnozlaşdırılmasının göstərilən növlərinin
elementləri müxtəlif miqyaslı işlərdə əks etdirilə bilər.
Uzunmüddətli ortamiqyaslı sürüşmələrin proqnozlaşdırılması zamanı
distansion planalmanın materiallarının istifadəsini, Dağlıq Dağıstanda sürüşmə
hadisələrinin öyrənilməsi misalında göstərmək olar. Burada kompleks deşifrələ-
mənin nəticələrinə görə antiqafqaz (Adiyə, Samur – Arqun, Avar – Sulak) və
subqafqaz istiqamətli lineamentlərə (əhəngdaşlı və şistli Dağıstan əyalətlərini
ayıran sərhəd lineamentinə ) meyl edən, seysmik mənşəli çoxlu miqdarda
sürüşmə qırılmaları qeydə alınmışdır.
Dəqiq sürüşmə proqnozlaşdırılmasının məqsədi konkret yamacın sürüşmə
təhlükəliyinin təyinidir. Distansion zondlama materialları daha çox proqnoz
işlərinin ilkin mərhələsində istifadə edilir ki, bu da böyük sahələrdə mühəndisi
– geoloji şəraitin xüsusiyyətləri haqqında informasiyanın vacibliyi ilə əlaqə-
295
dardır. Əgər orta və dəqiq miqyaslı sürüşmənin proqnozlaşdırılması distansion
zondlamanın köməyi ilə yaxşı işlənilmiş və təcrübədə tətbiq edilmişdirsə,
sürüşmələrin qısamüddətli proqnozlaşdırılmasının perspektivliyindən və bu
sahədə kosmik informasi-yanın tətbiqi imkanlarından danışmaq olar.
Mühəndisi – geoloji şəraiti proqnozlaşdırarkən müxtəlif miqyaslı kosmik
şəkillərin analizi zamanı təyin edilmiş struktur tektonik amillərin rolu böyük
əhəmiyyətə malikdir. Bu işlərin nəticəsində məlum pozulmaların (lineament-
lərin) və ya qırışıqların gizli davamı aşkar edilir, fəallaşmış qırılmalar təyin
edilir, yerüstü tədqiqatlarla çətin aşkar edilən eninə və ya diaqonal pozulmalar
(lineamentlər) deşifərələnir, yer qabığının qədim və müasir sıxılma və dartılma
sahələri qeydə alınır, endogen və ekzogen proseslərin əlaqəsi tam aydınlaş-
dırılır, seysmik amillərin sürüşmələr və uçqunların inkişafına təsiri dəqiqləş-
dirilir, kontinental yamacların sualtı hissəsinin relyefi və dərinliyi təyin edilir.
Alınmış nəticələr dərinlik geofizikası və seysmik tədqiqatların məlumatlarını
şərh etmək üçün əsas olur ki, bu da mühəndisi – geoloji xəritələməyə və
rayonlaşdırmaya yeni keyfiyyət verir. Bu işlərə misal – Şimali Qafqazda Ardon
çayı dərəsinin yamaclarında mühəndisi – geoloji şəraitin inkişafına struktur
tektonik amilin təsirinin öyrənilməsini göstərmək olar. Burada müxtəlif
miqyaslı distansion zondlamanın materiallarının kompleks deşifrələnməsi orto-
qonal və diaqonal sistem lineamentlərin olmasını aşkar etdi. Suben istiqaməti
üstünlük təşkil edən lineamentlər arasında disharmonik münasibət çox aydın
görünür. Onlar burada kəsişmə və ya şaxələnmə düyünləri əmələ gətirir.
Pozulmaların və lineamentlərin kəsişməsindən əmələ gəlmiş sahələrdə, Ardon
çayı dərəsinin yamaclarında, ekzogen geoloji proseslərin müxtəlif formaları
inkişaf etmişdir (Dallaqkau sürüşmə massivi, Tibb qəsəbəsi rayonunda uçurum
töküntü yığımı, Kasaykomdan sel təhlükəsi olan iri hövzənin sərhədləri).
Təyin edilmiş münasibət, yer qabığının dərinlik pozulmaları və linea-
mentlər formasında əks olunan müasir geoloji fəallığın olmasını sübut etməklə
uçqunların və sürüşmələrin Arkanzasın şimal-qərb hissəsində və Göyçəyanı
rayonu sahəsinin kosmik şəkillərində dəşifrələnmiş lineament zonalarına meyl
etməsi haqqında olan məlumatları təsdiq edir.
Yer qabığının lineament şəklinin mühəndisi – geoloji interpretasiyasının
məqsədəuyğunluğu və effektivliyini artırmaq məqsədilə, yeni geoloji istiqamət
çərçivəsində mühəndisi geodinamika və lineament tektonikası elmlərinin təma-
sında, mühəndisi – geoloji şəraitin formalaşmasında, lineamentlərin struktur
tektonik rolunu araşdırmaq məqsədilə yeni mühəndisi – lineamentologiya elmi
təklif olunmuşdur. Bu da yer qabığının evolyusiyasında lineamentlərin və
lineament sistemlərinin rolunun və əhəmiyyətliliyinin analizinin əsasında
geoloji proseslərin inkişafının sahəvi qanunauyğunluğunu öy-rənmək üçün
tətbiq olunur.
Ətraf mühitin qorunmasında kosmik informasiyanın rolu - Kosmik
informasiya ətraf mühitin qorunması (ekologiya) üçün böyük əhəmiyyət kəsb
296
edir. Bu informasiya, xüsusən, mühəndisi – mühafizə, yuyulma və duzlaşma
sahələrini öyrənərkən mənimsənilən ərazilərin təsərrüfat üçün səmərəli
istifadəsi ilə bağlı işlərdə, axımı tutulmuş göllərin, bataqlıqlaşmış sahələrin,
uçqun və sel təhlükəsi olan rayonların tədqiqatı zamanı təbii mühitin dəyiş-
məsini sənədləşdirərkən və analiz edərkən (məsələn, iri obyektlər olan Baykal –
Amur magistralı, Baş Qaraqum kanalının tikintisilə əlaqədar və yaxud çay
axımları yerini dəyişərkən, iri su anbarlarını yaradarkən, “Smoq” buludları
yerini dəyişərkən, ərazi səhralara keçərkən və s. ilə əlaqədar) istifadə olunur.
Meteohidrogeoloji şərait ekstremal olan rayonların sistematik müşahidəsi,
mühəndisi – geoloji tədqiqatlarda kosmik informasiyanın tətbiqinin üçüncü
sferasını təşkil edir. Qar yığımları və qarərimə və ya buzlaq sahələrinin qısal-
ması rayonlarında kosmik planalmanın məlumatlarının əsasında hidrometeo-
roloji amili operativ nəzərə almaq, yəni ekzogen geoloji proseslərin inkişafına
və vəziyyətinə mühəndisi – geoloji nəzarət etmək imkanı verir. Çünki
sonuncular haqqında məlumat eyni zamanda böyük ərazilər üçün alına bilər və
onlar da öz növbəsində, hidrometeroloji məlumatlarla müqayisə edilə bilər.
Geoloji mühitin qorunması və meteohidrogeoloji şəraitin izlənil-məsi
işində aktual və əsas məsələlərdən biri aerokosmik monitorinqin (AKMQS)
təşkilidir. Aerokosmik monitorinq dedikdə, geo-loji mühitin vəziyyətinin və
onun təbii və texniki amillərin təsiri altında məkan və zaman ərzində dəyişmə-
sini əks etdirən, reqlament üzrə dövrü distansion müşahidə sistemi kimi başa
düşmək lazımdır. Aerokosmik monitorinqin məqsədi geoloji mühitin vəziyyə-
tini operativ izləmək və nəzarət, lokal regional proqnoz üçün distansion infor-
masiyanın istifadəsi, onların təbii və antropogen amillərin təsiri altında dəyiş-
məsini öyrənməkdir. AKMQS-n obyekti, distansion zondlamanın materialla-
rında birbaşa və ya dolayı əks olunan geoloji mühitin dəyişən hissələridir:
süxurların fiziki mexaniki və davamlılıq xassəsi; qrunt sularının yatım dərinliyi
və minerallaşması; müasir geoloji proseslərin həm təbii sürüşmələr, uçurumlar,
sellər, karstlar, seysmiklik, vulkanizm və s.), həm də texnogen (su anbarlarının
sahil hissəsinin yuyulması, bataqlıqlaşma, çökmə və s.) inkişafının qanuna-
uyğunluğu AKMQS, istehsal qüvvələrinin və xalq təsərrüfatı istehsal sahələ-
rinin səmərəli yerləşdirilməsi sxeminin tərtibində, dövlət planının ekoloji
hissəsinin perspektiv işlənməsi zamanı və s. sahələrdə istifadə edilməlidir.
Məsələn, kosmik şəkillərin deşifrələnməsi sellərin əmələ gəlməsinin
geoloji ,geomorfoloji şəraitini düzgün qiymətləndirməyə kömək edir. O, eyni
zamanda, sel hadisəsinin kiçik və ortamiqyaslı xəritələnməsi zamanı effektiv
olur. Burada işin əsas məqsədi selin inkişaf şəraitinin analizidir.
Kiçikmiqyaslı kosmik şəkillərin deşifrələnməsi aşağıdakılara imkan
yaradır:
a) geomorfoloji rayonların və ya relyef tiplərinin sərhədlərinin dəqiqləş-
dirilməsi;
b) tektonik çatlar, qırılmalar və ya lineamentlərin sıxlaşma sahələrinin
Dostları ilə paylaş: |