283
Bir neçə on metrdən
çox dərinlikli sahələrdə TP, DEMP, ESTÖ, ilkin bir neçə
yüz metrlikdə isə –EP, YP, həmçinin qravimaqnit kəşfiyyatı və zondlama
üsulları üstünlük təşkil edir. Elektrik və elektromaqnit profilləmənin dərinliyi
qidalandırıcı və qəbuledici xətlər arasındakı köçürülmənin dəyişməsi və istifadə
olunan elektrik sahəsinin tezliyi ilə idarə olunur.
Sistem və müşahidə şəbəkəsi miqyasdan, işin məqsədli istiqa-mətləndiril-
məsindən, donuşluq geofiziki və geomorfoloji şəraitin xüsusiyyətlərindən
asılıdır. Kiçik və ortamiqyaslı donuşluq geofiziki
planalma işlərini landşaft
donuşluq planalması və aerokosmik şəkillərin deşifrələnməsi zamanı aşkar
edilmiş xüsusi sahələrdə aparırlar. İrimiqyaslı və dəqiq geofiziki planalmada
landşaft donuşluq planalması zamanı ayrılmış sahələrin sərhəd-lərinə və relyef
elementlərinin uzanmasının əksinə istiqamətləndirilmş profillərlə sahəvi
müşahidələr aparırlar. Aldığımız xəritənin müqyasında profillərarası məsafə 1-2
sm, müşahidə addımları isə yer səthində 1-10 m olur.
Geofiziki profilləmənin müxtəlif üsullarının qrafiklərinin interpretasiyası
keyfiyyətlidir və qrafiklərdə və xəritələrdə anomaliyaların müşahidə olunmuş
parametrlərinin ayrılmasına gətirib çıxarır (çox vaxt donmuş süxurları aşkar
edən maksimumlar, müxtəlif səviyyəli sahələr və s.)
Nəticələri təhlil edərkən donuşluq geoloji informasiyaya əsaslanmaq, bu
və ya digər geofiziki və donuşluq parametrləri (buzluluq, litologiya və s.)
arasında korrelyasiya əlaqəsi aşkar etmək lazımdır.
Donmuş və donu açılmış süxurların ayrılması. Çoxillik
donuşluq süxur-
larının tavan və dabanının dərinliyinin təyini, kəsilişin donuşluqüstü, donuşluq
və donuşluqaltı hissəsinin quruluşunun öyrənilməsi, qrunt, donuşluqarası və
donuşluqaltı suların aşkar edilməsi üçün quyularda geofiziki tədqiqatlardan
əlavə müxtəlif elektrik zondlamaları da istifadə edilir:
xüsusi müqaviməti və
yaradılmış polyarlaşmanı ölçməklə şaquli elektrik zondlaması (ŞEZ), (ŞEZ-
YP); tezlikli zondlama (TZ); yaxın zonada sahənin yaradılması (BUS) və radio-
dalğalar vasitəsilə zondlama. Bu məqsəd-lər üçün eyni zamanda, sınan dalğalar,
nisbətən az əks olunan dalğalar (SDÜ), (ƏDÜ) kimi seysmik kəşfiyyat üsulla-
rından da istifadə edirlər.
Adı çəkilən zondlama üsullarının bir neçəsinin seçilməsi geomorfoloji,
donuşluq geofiziki şərait və geofiziki üsulların qarşısında
qoyulmuş məsələlərlə
əlaqədar təyin edilir. Daha çox isə, cihazların və interpretasiyanın sadəliyinə
görə seçilən ŞEZ üsulu tətbiq edilir. Bu üsulları əsasən yay vaxtı tətbiq edirlər,
çünki bu zaman elektrik dövrəsini torpağa basdırmaq asan olur. ŞEZ-YP üsulu
dəqiqləşdirmə işlərində tətbiq edilir. Bu üsulları əsasən yay vaxtı tətbiq edirlər,
çünki bu zaman elektrik dövrəsini torpağa basdırmaq asan olur. ŞEZ-YP üsulu
dəqiqləşdirmə işlərində tətbiq olunduğuna görə onları az istifadə edirlər.
Dəyişkən tezliklə və ya elektrik sahəsinin yaranması üsulları ilə aparılan zond-
lamaların metodiki üstünlüklərinə baxmayaraq, bu üsullar cihazlarının mürək-
kəbliyi və interpretasiyasının çətinliyinə görə az istifadə olunur. Qış şəraitində
284
və yüksək müqavimətli səth süxurları olarsa, TZ, BUS və xüsusilə RDZ
üsullarının tətbiqi məqsədəuyğundur. Seysmik kəşfiyyat işlərinin həm yayda,
həm də qışda donuşluq tədqiqatlarında
istifadəsinə baxmayaraq, elektrik
kəşfiyyatına nisbətən az tətbiq olunur. Bu da onunla izah olunur ki, həmin
üsulun texnikası və iş texnologiyası, o cümlədən, donuşluq sahəsində seysmo-
geoloji şərait mürəkkəbdir.
Müşahidə sistemi və nöqtələrin sıxlığı təkcə miqyasdan deyil (tərtib olu-
nan kəsilişin miqyasında zondlama mərkəzləri arasındakı məsafə 1 sm-dən 5
sm-ə qədər dəyişir), həm də mikrorayonlaşdırmanın məlumatlarından və keç-
mişdə aparılan donuşluq geofiziki planalmaların nəticələrindən asılıdır.
Zondlama
nöqtələri, aşkar edilmiş mikrorayonların mərkəzi hissəsində
yerləşdirilir, çünki burada horizontal qeyri – bircinsliyin təhrifinin təsiri az
gözlənilir.
Çoxillik donuşluq süxurları yayılmış rayonlarda alınmış zondlama əyrilə-
rinin və seysmokəşfiyyat məlumatlarının interpretasiyası zamanı böyük çətin-
liklər yan təhriflərilə bağlıdır: yəni, laylarda xassələrin kəskin kontrastı (xüsu-
silə, donmuş və donu açılmış süxurlarda elektrik müqaviməti); çoxillik donuş-
luq süxur laylarının üst və alt hissələrində dərinliyə getdikcə qradiyent xassəsi-
nin dəyişkənliyi və digər amillər. Ona görə də çoxillik donuşluq süxurlar olma-
yan azmaili layların kəsilişlərinin zondlama məlumatları üçün
tərtib edilmiş
interpretasiya üsulları lazımi dərəcədə dəqiqliyi təmin etmir, alınmış geoelekt-
rik və seysmogeoloji kəsilişlər isə çox vaxt yarımmiqdarı xarakter daşıyır.
Zondlama məlumatlarının nisbətən dəqiq izahı bütün geoloji donuşluq haqqında
informasiyanı cəlb etməklə, bir çox geofiziki üsulların kompleks tətbiqi ilə
gözləmək olar. Donuşluq hadisələrinin və proseslərinin dinamikasını ilin müx-
təlif vaxtlarında, xüsusən yay və qış mövsümlərinin sonunda geofiziki planal-
maları təkrar etmək yolu ilə öyrənirlər.
Buzlaqların öyrənilməsi. Qlyasioloji tədqiqatlar üçün (dağ və örtük
buzlaqların qalınlıqlarının ölçülməsi, buzaltı süxurların morfoloji və daxili
quruluşlarının öyrənilməsi) elektrik və elektromaqnit zondlaması (ŞEZ, TZ, BS,
RDZ), seysmik kəşfiyyat (ƏDÜ, SDÜ) və qravikəşfiyyat
kimi geofiziki üsullar
tətbiq edilir. ŞEZ, TZ və BS üsulları (induktiv oyatma ilə) nisbətən perspektivli
olmağına baxmayaraq, həmçinin nadir hallarda tətbiq olunur.
Seysmik kəşfiyyatın ƏDÜ üsulunu qalın, SDÜ üsulunu isə azqalınlıqlı
buz örtüklərinin tədqiqi zamanı istifadə edirlər. Seymsik üsullarla buzlaqların
qalınlığını ölçərkən nisbi xəta 5 faizdən az olmur. Qravikəşfiyyatı da buzlaq-
ların qalınlığını ölçmək üçün istifadə edirlər, ancaq bu üsul dayaq seysmik və
buruq quyularının məlumatlarını tələb edir. Həmin üsulla buzlaqların
dərinliyini
təyin edərkən, nisbi xəta 15-20 faiz təşkil edir.
Buzlaqların tədqiqinin aparıcı və ən dəqiq üsulu radiodalğa üsulunun hava
və çöl variantlarıdır.
Bu üsulun köməyi ilə buzlaqların dərinliyini, onlarda müxtəlif əksetdirici