Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə100/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   96   97   98   99   100   101   102   103   ...   128

281 
 
süxurların quruluşunun aşkar edilməsi və donmuş süxurlararası  və donmuş 
süxurlaraltı yeraltı suların axtarışı və kəşfiyyatı). 
Donma hadisələri və proseslərinin öyrənilməsi ilə bağlı xüsusi qrup 
məsələlər də vardır, o cümlədən fəsillik donmanın və  ərimənin dinamikası, 
suyun buz üzərinə  çıxıb donması prosesləri, qabarma (şişmə), termokarstlar, 
şaxtadan buzun çatlaması  və s. Bu məqsədlər üçün xüsusi geofiziki rejim 
müşahidələri tətbiq edilir. Qlyasioloji tədqiqatlarda geofiziki üsullar buzlaqların 
qalınlığının və onların dabanının morfologiyasının təyini, onların daxili 
quruluşunun öyrənilməsi, gizli çatların aşkarı, buzlaq altında yatan süxurların 
quruluşunun və digər xüsusiyyətlərinin aşkar edilməsi üçün istifadə edilir. 
Çoxillik donmuş süxurların yayıldığı şəraitdə faydalı qazıntıların axtarışı 
və  kəşfiyyatı zamanı  tətbiq edilən geofiziki üsullar və  aşağıda baxacağımız 
donma – geofiziki şəraitdə tətbiq edilən üsullar istifadə edilir. 
Donma – geofiziki kəsilişlərin quruluşu və fiziki xüsusiyyətləri. 
Çoxillik donmuş süxurların və buzların yayıldığı rayonlar üçün, mənfi 
temperaturda,  ən  əvvəl, süxurların fiziki xassələrindən asılı olan xüsusi tip 
donmuş geofiziki kəsilişlər xarakterikdir. Məsələn, buzluluğun artması ilə 
süxurların sıxlığı azalır, çünki buzun sıxlığı (0,9-0,95 q/sm
3
) nisbətən azdır. 
Süxurların donmasına baxmayaraq, maqnit keçiriciliyi və  həssaslığı  dəyişmir. 
Lakin yeraltı buzların maqnit həssaslığı yan süxurların maqnit həssaslığından 
on və yüz dəfələrlə azdır.  Şirin suyun  donması    nəticəsində    əmələ  gəlmiş 
buzun xüsusi elektrik müqaviməti çox yüksək (10
5
-10
8
 Om
m), minerallaşmış 
sulardan əmələ gələn buzların isə alçaqdır (10
2
-10
4
 Om
m). 
Ona görə  də süxurlar donarkən, onların elektrik müqaviməti adətən 
kəskin artır (-0,5 dən – 5
0
 S-ə  qədər temperatur dəyişəndə), bəzən isə  zəif 
dəyişir (-2-dən –10
0
S-ə  qədər temperatur dəyişəndə). Ana süxurların litoloji  
tərkibindən, məsaməliyindən, sulanmasından, termik rejim xüsusiyyətlərindən, 
buzluluğundan və kriogen quruluşundan asılı olaraq, donarkən onların elektrik 
müqaviməti on dəfədən çox artmır. Xırda dispers qırıntı süxurlarda (gillər, gilli 
qumlar) müqavimət 10-100 dəfə, iri dispers süxurlarda isə (qumlar, çaqıl – 
çınqıllı çöküntülərdə) 100-1000 dəfə artır. 
Donmuş və ərimiş süxurların elektrokimyəvi fəallığı (
), donuşluqaltı və 
donuşluqüstü suların iştirakı və hərəkətinin təsirindən asılı olaraq, xeyli dəyişə 
bilər. Donmuş süxurların yaradılmış polyarlaşma potensialının qiyməti donu 
açılmış süxurlara nisbətən yüksəkdir və xırda dispers süxurlarda 2-3 %-ə, buzda 
10 % və iri dispers süxurlarda 15 %-ə çatır. 
Suyun nisbi dielektrik keçiriciliyi E
nis
=80, yəni bütün süxur əmələgətirən 
minerallardakından bir tərtib çox olduğuna görə (bu qiymət buz üçün E
nis
3) 
süxurlar donduğu zaman, onlarda donmamış suyun miqdarı azaldıqca, nisbi 
dielektrik keçiriciliyi də azalır. Süxurlar donmuş  vəziyyətə keçərkən elastiki 
dalğaların sürəti (V) artır. Buz üçün uzununa dalğanın sürəti (V
p
= 3500-4000 
m/s) suya (V
p
= 1450 m/s) nisbətən çoxdur. İri dispers süxurlar donarkən V

-nin 


282 
 
qiyməti kəskin surətdə artır (2-5 dəfə). Xırda dispers süxurlarda əksinə, V

-nin 
qiyməti tədricən artır ( ümumi artım 1,5-3 dəfə). Ana süxurlar donarkən, əgər 
onlar çatlıdırsa, V
p
-nin qiyməti adətən 2 dəfədən çox artmır, çatsız süxurlarda 
isə bu sürət, demək olar ki, heç dəyişmir. Bu cür anoloji qanunauyğunluq eninə 
dalğaların  V
s
  sürətinə  də aiddir. Maraqlıdır ki, bütün donmuş süxurlar V
s
/V
p
 
üçün nisbəti təxminən dəyişməzdir və 0,4-0,6 m/san  təşkil    edir. 
Donma – geofiziki kəsilişlər aşağıdakı əsas xüsusiyyətləri ilə xarakterizə 
olunur: 
a) süxurların eyni litoloji komplekslərində temperatur, buzluluq, kriogen 
quruluş  dəyişməsinə baxmayaraq, fiziki xüsusiyyətləri planda və  dərinlikdə 
sabit olmaması; 
b) qalınlığı 0,3-3,0 m olan illik temperatur dəyişkənliyi qatında süxurların 
fiziki xassəsinin kəskin (məsələn, bir neçə  tərtib) dəyişməsi, bu da süxurların 
«yay»və «qış»fərqlərinə gətirib çıxarır; 
v) qalınlığı 10-30 m olan illik istilik mübadiləsi zonasında fiziki xüsusiy-
yətlərin sıçrayışla, bəzən isə tədriclə artması; 
q) çoxillik donuşluq çöküntülərinin orta hissəsində yüksək elektrik müqa-
viməti və sürətli elastik dalğalı zonanın (çoxillik donuşlu süxurların qalınlığın-
dan 0,1-dən 0,3-ə qədəri olan) olması; 
d) çoxillik donuşluq süxurlarının alt hissəsində və donu açılmış süxurların 
sərhədində. 
Donmuş və donu açılmış süxurların xəritəsinin tərtib edilməsi. Donuş-
luq zonanın xəritələnməsi və rayonlaşdırılması üçün, yəni təmasların, tektonik 
qırılmaların, müxtəlif geokrioloji xüsusiyyətli donmuş süxurların yayılma 
sərhədlərini və  həmçinin donu açılmış süxurların yayılma sahələrini aşkar 
etmək üçün müxtəlif geofiziki profilləmə üsulları tətbiq edilir: 
a) aerofiziki (xüsusilə, aeromaqnit) və qravimetrik planalma; b) elektrik 
və elektromaqnit profilləmələri (təbii sahə üsulu (TP)), fərz olunan müqavimət 
(FM), yaradılmış polyarlaşma (YP), elektrik sahəsinin təmassız ölçülməsi 
(ESTÖ), dipol elektromaqnit (DEMP), yüksəktezlikli fasiləsiz (YTES-PK); v) 
infraqırmızı planalma (İQP) və termometriya (şpurlarda və quyularda tempera-
turun ölçülməsi). 
Bu məqsədlər üçün  əsas informasiyanı elektromaqnit (ŞEZ, BS) və 
seysmik (SDÜ, ƏDÜ) zondlama və quru quyularda QGT-n (bu şəraitdə yura 
mayeləri ilə karotaj süxurların həqiqi fiziki xüsusiyyətləri haqda həqiqi 
məlumat vermir) köməyi ilə alırlar.  
Donuşluq zonalarının xəritələnməsi məsələsini daha dəqiq həll etmək 
üçün, iki-üç geofiziki üsul istifadə edilir (o cümlədən, termik planalma). Üsulun 
seçilməsi donuşluq – geofiziki, geomorfoloji şəraitdən və həmçinin kəşfiyyatın 
dərinliyindən asılıdır. İş aparmaq üçün ən az dərinlikli (10 m-ə yaxın), əlverişli 
qış mövsümü, əlverişsiz yerüstü şəraiti olan rayonlarda (ana süxurların çıxışı və 
s.) HUD – RK, YTES, İQP kimi geofiziki üsulların tətbiqi məqsədəuy-ğundur. 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə