269
xassələrinin geofiziki üsullarla təyini böyük əhəmiyyət kəsb edir.
Xüsusilə, sal süxurların bütövlüyünün pozulması massivlərin mühəndisi –
geoloji xüsusiyyətinə böyük təsir göstərdiyinə görə dəqiqliklə öyrənilməlidir.
Bu məsələnin həlli üçün əsas geofiziki üsullardan elektrik kəşfiyyatı, o
cümlədən karotajın müxtəlif modifikasiyaları, xüsusilə, elektrik karotajı üsulları
geniş tətbiq olunur. Eyni zamanda, seysmometriya, mikromaqnit planalma
üsulları da müəyyən şəraitdə istifadə edilə bilər. Aşağıda iki məsələyə baxılır:
a) süxurların elastiklik keyfiyyətinin təyini və b) onların məsaməlik və
nəmliyinin qiymətləndirilməsi.
a) Elastiklik keyfiyyətinin təyini
Elastiklik nəzəriyyəsində mühitin elastiklik sabitinin eninə və uzununa
seysmik dalğaların yayılma sürətindən asılılıq düsturları verilir:
)
(
2
2
2
2
2
2
s
p
s
p
V
V
V
V
;
2
2
2
2
2
)
4
3
(
s
p
s
p
s
V
V
V
V
V
1
)
2
1
)(
1
(
2
p
V
burada:V
p
, V
s
– süxurlarda, uyğun olaraq uzununa və eninə seysmik dalğaların
yayılma sürəti,
- süxurların sıxlığı,
- Puasson əmsalı, E –yung modulu.
Beləliklə, əgər uzununa və eninə sürət, o cümlədən sıxlıq məlumdursa,
qruntların daşıyıcı keyfiyyətini təyin edən parametrləri hesablamaq mümkün-
dür. Qeyd etmək lazımdır ki, bu parametrlər ayrı – ayrı nümunələrə görə deyil,
qurğunun təsir zonasında yerləşən massivdə qiymətləndirilir.
Eynicinsli, xüsusilə, sal süxurlarda sıxlıq nisbətən kiçik hüdudlarda
dəyişir. Ona görə də, onu ya nümunələrə, ya da quyuların qamma – karotac
məlumatlarına görə təyin etmək olar. Elastiki dəyişmənin uzununa yayılma
sürəti seysmik kəşfiyyatın adi üsulları ilə hesablanır. Eninə seysmik dalğaların
yayılma sürəti haqqındakı məlumatların alınması bir qədər çətinlik törədir ki,
çox hallarda bu seysmik kəşfiyyatda ona əhəmiyyət verilməməsindən irəli
gəlir. Bu çətinlik bir sıra səbəblərlə, əsasən sürətin az olmaması ilə izah olunur
ki, bu səbəbdən də eninə seysmik dalğalar uzununa seysmik dalğalardan sonra
müşahidə olunur.
Eninə seysmik dalğaları qeydə almaq üçün xüsusi metodikadan istifadə
etmək daha etibarlı hesab olunur. Az dərinliklərdə eninə dalğaların intevsivli-
yinin artması horizontal səthə zərbələr endirməklə və ya partlayış enerjisini
horizontal üzrə istiqamətləndirməklə elastiki dəyişməni yaratmaq yolu ilə
mümkündür.
Eninə və uzununa dalğaların eyni zaman istifadəsi bəzi hidrogeoloji
məsələlərin həllinə imkan verir. Quru qumlu, gilli çöküntülər elastiklik
270
xüsusiyyətlərinə görə analoji tərkibli sulu çöküntülərdən fərqlənir. Qrunt suyu
səviyyəsindən aşağıda Yunq modulunun və xüsusilə, yerdəyişmə modulunun
cüzi artması ilə müqasiyədə hərtərəfli sıxılma əmsalı birdən artır. O.Q.Soroxtin
müşahidə etmişdir ki, hərtərəfli sıxılma əmsalı quru gilli qumlardan sulu
qumlara keçərkən 920kq/sm
2
–dən 45460 kq/sm
2
–ə qədər (47,4 dəfə) artmışdır,
həmin vaxta Yunq modulu 1800 kq/sm
2
– dən 5400 kq/sm
2
– ə qədər (3 dəfə),
yerdəyişmə modulu isə 760 kq/sm
2
– dən 1820 kq/sm
2
– ə qədər (2,4 dəfə)
artmışdır. Beləliklə, hərtərəfli sıxılma əmsalının digər modullarla müqayisədə
qeyri – proporsional artması suların yatım dərinliyini göstərir.
Süxurların elastik və elektrik keyfiyyətinin onların məsaməlik və
sıxlığından asılı olmasını əsas tutaraq, L.S. Polak və M.B.Rapoport belə
nəticəyə gəlmişlər ki, bu iki qrup fiziki parametrlər arasında eksperimental
əlaqə yaratmaq mümkündür. Z.Q.Yaşenko və İ.S.Yesakov (1959) böyük Sibir
çaylarından birinin bəndində bu istiqamətdə eksperiment aparmışlar. Həmin
sahədə diabazların qalınlığı 100 metrdən çox qeyd olunur. Sahil boyu onlar 1-2
m – dən 10-20 m – ə qədər qalınlığı olan dördüncü dövr gilli qum çöküntüləri
ilə örtülmüşdür. Sahədə dəqiq qazıma işi aparılmışdır. Çayın yatağı və sahilləri
boyu geoelektrik tədqiqatlara qədər uzununa və eninə seysmik dalğalar
üzərində müşahidələr aparılmışdır.
Oyanma mənbəyi kimi adi partlayışdan istifadə olunmuşdur. Eninə
seysmik dalğaları çox əlverişli seysmogeoloji şəraitlə ayırmaq mümkündür.
Sonra həmin sahədə, buzda aparılmış elektrik zondlaması və quyuda aparılmış
yan karotaj zondlaması materiallarına əsasən süxurların elektrik müqaviməti
təyin olunmuşdur.
109-cu şəkildə diabazların elektrik müqavimətinin Yunq modulundan
xətti asılılıq qrafiki göstərilmişdir.
Elektrik müqavimətinin artması ilə yunq modulu artır. Çay yatağı üçün
qurulmuş bu asılılığa əsaslanaraq yunq modulları sahillər üçün də təyin
olunmuşdur. Sağ sahildə elektrik kəşfiyyatı materiallarına görə hesablanmış
modul qiymətləri ayrı – ayrı sahələr üçün seysmik kəşfiyyat işlərinin material-
ları ilə təsdiq olunmuşdur.
Aparılmış təcrübələr sal süxurlar üçün elastiklik modulunun xüsusi
elektrik müqaviməti qiymətlərinə görə təyininin mümkünlüyünü təsdiq edir. Bu
məqsədlə, verilən süxur üçün baxılan iki kəmiyyət arasında korrelyasiya
asılılığını qurmaq lazımdır. Müqavimətlər dinamik (seysmik) və statik üsullarla
alınmış elastiklik parametrləri ilə müqayisə edilə bilər. Sonra bütün sahə
hüdudunda qruntların daşıyıcı keyfiyyətinin qiymətləndirilməsi xüsusi elektrik
müqavimətinə əsasən aparıla bilər.
Dostları ilə paylaş: |