Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə94/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   90   91   92   93   94   95   96   97   ...   128

265 
 
quyularda geofiziki tədqiqatlar (QGT) tətbiq olunur. Hazırda geofiziki tədqiqat-
ların nəticələrinə  əsasən, geoloji mühitin nəzarəti sistemi yaradılır (geofiziki 
monitorinq).  Mühəndisi qurğuların tikilməsi və istismarı zamanı geofiziki 
üsulların tətbiqi.  Məlum olduğu kimi, goloji xidmət, təkcə bütün geoloji 
axtarışları yerinə yetirməklə bitmir. Tikintinin ilkin və hətta son mərhələlərində 
geofiziki üsulların öz tətbiqini tapdığı geniş mühəndisi – geoloji və hidrogeoloji 
tədqiqatlara ehtiyac yaranır. Bundan əlavə, özül yeri, lağım yolu, şaxta və digər 
dağ qazmalarının keçilməsində  dəqiq geoloji sənədləşdirmə aparmaq üçün 
elektrometriya, seysmometriya və termometriya böyük əhəmiyyət kəsb edir. 
Qazma ilə yer səthi arasında yerləşən süxur massivinin radiodalğalar və ya 
elastiki dəyişmənin köməyi ilə “işıqlandırılması”,  əhatə edən qatlarda lokal 
qeyri – bircinsliyi ayırmağa imkan verir. Quyuların karotaj tədqiqatının rolu 
daha böyükdür. Bu tədqiqatlar geoloji və hidrogeoloji sənədləşdirmənin dəqiq-
liyini artırır və fasiləsiz torpaq nümunəsi götürmək zərurətini aradan qaldırır ki, 
bu da qazımanın sürətinin artmasına səbəb olur. Elektrometriya, radiometriya 
və seysmometriya süxurların mühəndisi – geoloji xüsusiyyətlərini dəqiqləş-
dirməyə imkan verir. 
Mühəndisi-geofiziki üsullar mühəndisi-geoloji proseslər üzərində nəzarət-
də də böyük praktiki effektə malikdir. 
Kütləvi partlayışların tətbiqi iri süxur kütləsinin yerini dəyişilməsi və 
oyulması kimi iri həcmli işlərin aparılmasını xeyli asanlaşdırır. Onların 
istifadəsinə mane olan fakt isə ətraf süxurlarda arzuedilməz dəyişikliyin əmələ 
gəlməsi və mövcud qurğuların zədələnməsi imkanlarının varlığıdır. Bundan 
əlavə, partlayışın qrunta təsirinin nəticəsi kifayət qədər öyrənilmədiyindən 
oyuğun layihə cizgilərinin alınması çətinləşir. Ona görə də, əvvəlcədən, nəinki 
həmin sahədən kənarlaşdırılacaq süxurların, eyni zamanda, orada qalan 
süxurların da seysmik xüsusiyyətlərini öyrənmək lazımdır.    Bu  məqsədlə, 
gələcək kütləvi partlayış sahələrində bir sıra kiçik partlayışlar keçirilir və 
oyanma mənbəyindən müxtəlif istiqamətlərdə elastiki dalğaların keçmə 
xüsusiyyətləri müəyyənləşdirilir. Bu müşahidələr gələcəkdə kütləvi partlayışlar 
zamanı ayrı – ayrı partlayıcı maddələrin daha səmərəli yerləşdirilməsinə imkan 
verir ki, bununla da ətraf süxurların pozulması imkanları xeyli azalır. Kütləvi 
partlayış bir neçə bal gücündə yerli zəlzələ kimi özünü büruzə verir. Part-
layışdan sonra, geofiziki üsullardan istifadə etməklə, partlayış yerində qalan 
süxurlar mühəndisi – geoloji cəhətdən dəqiq öyrənilməlidir. Partlayışdan əvvəl 
və sonra aparılmış geofiziki müşahidələrin müqayisəsi böyük əhəmiyyət kəsb 
edir. 
Dağ qazmalarının keçilməsi zamanı onların qorunmasının  ən geniş 
yayılmış üsullarından biri yeraltı suların dərinliyə süzülməsinin qarşısını alan 
kövrək süxurları  bərkidən buzlaq pərdəsinin yaradılmasıdır. Dondurma üsulu 
ilə belə  pərdənin yaradılması dondurulan qatın qalınlığı  və temperaturu 
haqqında dəqiq məlumat verən uzunmüddətli tədqiqatların aparılmasını  tələb 


266 
 
edir. Belə  tədqiqatlarda elektrik termometrlərinin köməyi ilə aparılan termik 
müşahidələr böyük rol oynayır. 
Su süzülməsinin qarşısını alan pərdələrin yaradılması  və süxurları 
möhkəmliyinin artırılmasının daha geniş yayılmış üsullarından sementləmə, 
qismən isə gilləşdirmə  və bitumlaşdırma hesab olunur. Bu halda tez–tez 
müxtəlif dərinliklərdə inyeksiya olunan materialın paylanması məsələsi qarşıya 
çıxır. Belə  fərz olunur ki, bu müşahidələr sınaq quyularında radioaktivliyin 
ölçülməsinin köməyi ilə yerinə yetirilə bilər ki, bunun üçün də təzyiqlə vurulan 
maddəyə bir qədər radioaktiv element əlavə etmək lazımdır. Sement məhlu-
lunun yayılma zonasının sərhədləri üzərində müşahidələr üçün də  həmçinin 
termometriya üsullarından istifadə etmək olar ki, bu halda da sementin 
tutulması kifayət qədər istiliyin ayrılması ilə müşahidə olunur. 
Tikilən mühəndisi qurğuların ətraf mühitlə qarşılıqlı təsiri həmin mühitdə 
müəyyən dəyişikliklərin  əmələ  gəlməsinə  gətirib çıxarır. Bəzi hallarda bu 
dəyişikliklər qurğular üçün arzuedilməz nəticələrə  səbəb olur. Ona görə  də, 
mühəndisi – geoloji proseslər üzərində müşahidələrə aid məsələlər böyük 
praktiki marağa malikdir. Belə müşahidələrdə mühəndisi – geofiziki üsullar da 
az rol oynamır. Belə ki. su anbarlarından və kanallardan suyun axım yerinin 
təyini üçün istifadə olunan ən effektli üsul su süzülməsi potensiallarının təbii 
elektrik sahəsinin öyrənilməsidir. Təbii hövzələrin dibi üzrə elektrik potensial-
larını ölçməklə, su süzülməsi sahələri üzərində potensialların minimum 
qiymətləri alınır. Minimumun amplitudu süzülmənin intensivliyindən asılı 
olacaqdır.  
Təbii cərəyan üsulu ilə torpağın içərisində yerləşən metalın korroziyaya 
məruz qalan hissələrini tapırlar. Bu sahələrdə, sanki yerləşdiyi yeri yer səthin-
dən müşahidələrlə təyin olunan qalvanik element yaradılır. Göstərilən üsul daha 
çox boru kəmərlərinin zədələndiyi yeri aşkar etmək üçün istifadə edilir. 
Tunellərdə dağ  təzyiqi qurğuya təsir edən  əsas amil kimi özünü büruzə 
verir. Son zamanlar seysmik üsulla dağ  təzyiqi üzərində müşahidələr üsulu 
işlənib hazırlanmışdır ki, bu üsul da müxtəlif gərginliklərdə yerləşən süxurlarda 
elastiki dəyişmənin yayılması sürətindəki müxtəlifliyə əsaslanır. 
Mühəndisi qurğuların özüllərinin öyrənilməsi. Köklü və səth çöküntü-
lərinin ayrılması. Layihələndirilən mühəndisi qurğuların (sənaye, mülki, hidro-
texniki və s.) özüllərinin öyrənilməsi, onların möhkəmliyinin və yükgötürmə 
qabiliyyətinin qiymətləndirilməsi məqsədi daşıyır. Tədqiqatlar konkret tikinti 
sahələrində aparılır və yüksək dəqiqliyi ilə  fərqlənir (tədqiqatın miqyasını 
1:10000-dən 1:1000-ə  qədər dəyişirlər). Geofiziki üsullardan kövrək çöküntü 
sahələrinin xəritələnməsi, ana süxurların yatım dərinliyinin təyini, kəsilişin üst 
hissəsinin dəqiq bölgülərinin aparılması, təbii yatımlarda süxurların fiziki–
mexaniki və su–fiziki xüsusiyyətlərinin qiymətləndirilməsi, massivin pozulma-
sının və çatlılığının öyrənilməsi, qrunt sularının səviyyəsinin təyin edilməsi 
məqsədilə istifadə edilir. Gələcək tikintilər üçün təhlükə törədən geoloji 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə