Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə91/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   87   88   89   90   91   92   93   94   ...   128

258 
 
məlumatları  və bütün faktiki materialların analizi yolu ilə müxtəlif 
minerallaşmaya malik yeraltı suların ehtiyatının təyini (o cümlədən, rejim və 
geofiziki müşahidələr də daxil olmaqla). 
İçməli, lay və qrunt su yataqlarının axtarışı  və ilkin kəşfiyyatında  əsas 
geofiziki üsullar : ŞEZ, ŞEZ-YP, CDÜ; dərin artezian hövzələrinin tədqiqində 
isə – DZ, BUS, MTZ, CDÜ, ƏDÜ – dir. 
Çatlı subasmaya  məruz  qalmış  zonaları elektromaqnit profillə-mələri ilə 
aşkar edirlər (EP, TP, RKHUD). Aşkar edilmiş çat – karst suları zonalarını 
dəqiqləşdirmək isə dairəvi profilləmə (DPÜ) və dairəvi,  şaquli zondlama 
vasitəsilə aparılır (DEZ). 
Müşahidə  şəbəkəsinin sıxlığı hidrogeofiziki şəraitin mürəkkəbliyi və 
planalmanın miqyasından asılıdır. Müşahidə nöqtələri arasındakı məsafə xəritə 
və  kəsilişlərin miqyasına uyğun olaraq, 2-10 mm olmalıdır. Alınmış 
materialların fiziki interpretasiyası həddən artıq məsuliyyətli işdir. Ona görə də 
bu işlərə elektron hesablama maşınlarını (EHM) cəlb etmək daha 
məqsədəuyğundur. Geofiziki məlumatların geoloji – hidrogeoloji izahı ehtimal 
– statistik istiqamətin  əsasında, yəni quyularda geofizki tədqiqatlardan (QGT) 
və  təcrübi – süzülmə  işlərindən alınmış  məlumatlara, süxur massivlərinin 
süzülmə xassəsi və geofiziki parametrlərinin korrelyasiya təyininə görə həyata 
keçirilir. 
Termal suların axtarışı  və  kəşfiyyatı.  İri termal su yataqları  əsasən 
parahirotermal sistemlər və termal sularla («İstilik qazanları»)  əlaqədardır. 
Onlar aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunur: 
a) istilikkeçirmə qabiliyyəti temperatur, geotermik qradiyent və istilik 
axınının yüksəkqiymətli olmasıdır ki, bu da geotermik tədqiqatlarda 
anomaliyaların yaranmasına səbəb olur ; 
b) elektromaqnit zondlaması  əyrilərində minimumlar yaradan elektrik 
müqavimətinin aşağı olması; 
c) təbii elektrik sahəsinin potensiallarının minimumları ilə müşayiət 
olunan termoelektrik, elektrokinetik potensialların artması; 
d) polyarizasiya anomaliyaları  əmələ  gətirən sulfid minerallarının 
kəsilişdə artması; 
e) elastiki dalğaların yayılma sürətinin azalması və tədricən sönməsi; 
f) sıxlığın və maqnit həssaslığının azalması, yəni zəif qravimaqnit 
anomaliyaların olması. 
Təbii fiziki – geoloji şəraitdən asılı olaraq, təbii termal su ambarlarının 
üstündə  şəbəkənin sıxlığını artırmaqla, kiçik, orta  və  irimiqyaslı geofiziki 
geotermal planalmalar tətbiq olunur. Termal suların  əsas axtarış üsulları 
aerogeofiziki üsullar , o cümlədən, infraqırmızı planalma; şpur və quyu 
termokəşfiyyatı; elektromaqnit zondlaması- (BUS, ŞEZ-YP, MTZ) və 
profilləməsi (EP, YP, KPÜ); seysmokəşfiyyat (SDÜ və  ƏDÜ) qravimaqnit 


259 
 
planalmasıdır. Quyu geofizikasından termik üsul – əsas, EP, FM, YP, QM və s. 
isə köməkçidir. 
Mineral suların axtarışı  və  kəşfiyyatı.  Müalicə sahəsində yararlı  və 
kimyəvi xammal mənbəyi olan mineral suların axtarışı  və  kəşfiyyatı çox 
spesifik məsələdir. Bu tip yataqlarla şırin su yataqlarının axtarışı arasında  bir 
oxşarlıq vardır, kəşfiyyatı isə quyuların köməyi ilə  və quyularda geofiziki 
tədqiqatlar (QGT) üsulu ilə aparılır. Bunların da arasında  əsasları rezis-
tivimetriya, FM, QM və s.-dir. 
Yeraltı suların dinamikasının öyrənilməsi. Qrunt, lay və çat - karst sula-
rının kəşfiyyatında onların ehtiyatının, sərfinin və dinamikasının qiymətlən-
dirilməsi ən əhəmiyyətli mərhələdir. 
Bu mərhələdə quyularda elektrik üsulları perspektivli hesab olunur ki, 
bunun da köməyi ilə kəsilişlərin litoloji bölgülərini aparır və axının, süzülmənin 
sürəti (və ya süzülmə əmsalı) və həqiqi sürət kimi dinamik xüsusiyyətləri təyin 
edirlər.  
Tək quyularda həqiqi sürəti təyin etmək üçün uzun müddət tətbiq olunan 
üsullardan biri yüklənmiş kütlə üsuludur (YKÜ). 
106 saylı    şəkildə misal olaraq YKÜ-nun məlumatlarına  əsasən yeraltı 
suların sürətinin təyini göstərilmişdir. 
Sulu layın  şaquli süzülmə qeyri – bircinsliyini qiymətləndirmək və 
təzyiqsiz yeraltı sulu kəsilişlərin laylar üzrə süzülmə əmsalını təyin etmək üçün 
quyularda süni şorlaşdırılmış axınla rezistivimetrik müşahidə üsulundan istifadə 
edirlər. Bu zaman quyu lülləsində rezistivimetrin köməyi ilə, dövri olaraq, 
əvvəlcədən şorlaşdırılmış suyun xüsusi müqaviməti ölçülür. 
Müəyyən t
1
  və  t
2
 dövrləri  ərzində  şorlaşdırılmaya qədərki 

0
  və  şorlaş-
dırılmadan sonrakı 

1 
və 

2
 müqavimətlərinə görə süzülmə sürəti aşağıdakı 
düsturlarla hesablanır: 




2
0
1
1
0
2
1
2
lg
2










t
t
d
V
F
 
Burada : d -  quyunun diametridir.   
107 saylı  şəkildə  Şimali Ural boksit mədəninin bir sahəsində quyu 
müşahidələrinin nəticələri göstərilir. 
 
 
 


260 
 
 
Şəkil 106. Yüklənmiş kütlə üsulu ilə yeraltı suların hərəkət sürətinin və 
istiqamətinin təyini: a-izoxətlərin planı; b-izoxətlərin yerdəyişmə xətti; c-sürət 
qrafiki. 
 
Şəkil 107. Şimali Ural boksit mədəninin sahələrindən birində quyularda 
geofiziki 
tədqiqatların nəticələri: 
1 – fərz olunan müqavimət karotajının (FMK) grafiki; 2 – rezistivimetrik müşahidələrin 
əyriləri; 3 – yeraltı suların fəal dövretmə zonası; 4 – layların sərhədi. 
Dağ – qazıma işlərində subasma şəraitinin öyrənilməsi.  Bərk faydalı 
qazıntı yataqlarının istismarı zamanı dağ qazmalarının subasma şəraitini 
öyrənərkən, su səviyyəsini aşağı salan quyuların qazılması  və başqa qurutma 
tədbirlərinin layihələndirilməsi üçün ən  əhəmiyyətli praktiki məsələ subasma 
zonalarının aşkar edilməsidir. Xüsusilə yüksək subasma qumlu , gilli və yaxud 
qeyri – bərabər karstlaşmış  və çatlı karbonat süxurlarından təşkil olunmuş 
yataqlarda müşahidə olunur. Burada subasma zonaları lokal, qeyri – qanuna-
uyğun xarakter daşıyır və kəsilişdə qumlu kollektor layları və ya sululuğu çox 
olan karst boşluqları və çatlılıq zonası sahələrinə meyl edir. 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə