Microsoft Word Kosmik geologiyan?n ?saslar?


Hidrogeoloji  tədqiqatlar



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə90/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   86   87   88   89   90   91   92   93   ...   128

255 
 
12.4.1.1. Hidrogeoloji  tədqiqatlar 
 
Aşağıdakı hidrogeoloji məsələlərin həllində geofiziki üsullar uzun 
müddətdir ki, müvəffəqiyyətlə istifadə edilir: müxtəlif miqyaslı hidrogeoloji 
planalma; qrunt, karst – çat və artezian sularının axtarışı və kəşfiyyatı; yeraltı 
suların dinamikasının tədqiqi; faydalı qazıntı yataqlarının subasma şəraitinin 
öyrənilməsi; hidromeliorativ və torpaq  meliorativ tədqiqatların aparılması və s. 
 
 
Hidrogeoloji  planalmada geofiziki  üsullar 
Vizual müşahidə və kiçikmiqyaslı planalma 
 
Geniş sahələrin vizual müşahidə və kiçikmiqyaslı (1:500000 – dən kiçik) 
hidrogeoloji planının alınmasının  əsas məqsədi hidrogeoloji hövzələrin, 
artezian, lay, çat, lay,çat, qrunt suları strukturlarının ayrılması və şirin, mineral 
və termal su ehtiyatlarının qiymətləndirilməsi nöqteyi - nəzərindən  ərazinin 
rayonlaşdırılmasıdır. Bu planalma zamanı xüsusi geofiziki tədqiqatlar aparılmır, 
lakin gravimetrik, elektromaqnit zondlaması, seysmokəşfiyyat və  həmçinin 
kosmik planalma üsulları ilə aparılmış geofiziki – struktur xəritələmənin 
məlumatlarından istifadə edilir. 
Bu üsulların nəticəsini susaxlayan və su keçirməyən layların ayrılmasına, 
həmçinin onların hidrogeoloji parametrlərinin qiymətləndirilməsinə istiqamət-
ləndirmək məqsədəuyğundur (məsələn, regional su keçirməyən layların hansı 
dərinlikdə yatmasının təyini (ƏDÜ, SDÜ, MTZ, BS-nin məlumatlarına görə), 
eninə müqavimət və uzununa keçiriciliyin köməyi ilə  (ŞEZ-in məlumatlarına 
görə) layın sululuq xassəsinin qiymətləndirilməsi, çox hallarda çat sularını idarə 
edən (qravimaqnit, distansion elektromaqnit planalmalarının və elektromaqnit 
profilləmənin məlumatlarına görə) tektonik qırılmaların aşkar edilməsi.  
Ortamiqyaslı planalma. Ortamiqyaslı (1:200000-1:100000) hidrogeoloji 
planalmanın məqsədi sahəni planşetlər üzrə öyrənmək və aşağıdakı hidrogeoloji 
məsələləri həll etməkdir: sudaşıyan və su saxlayan kompleksləri aşkar etməklə 
kəsilişləri hidrogeoloji stratifikasiyalamaq; aerasiya zonasını, qrunt, lay və çat 
suları qatlarını öyrənmək; şirin, mineral və termal suları aşkar etmək; sahənin 
mühəndisi – geoloji şəraitini öyrənmək və  kənd təsərrüfatı meliorasiyası, su 
təchizatı üçün hidrodinamik, hidrokimyəvi, hidrotermik, krioloji şəraiti araşdır-
maq. 
Ortamiqyaslı hidrogeoloji planalmada distansion aerokosmik (radioistilik 
və radiotelemetrik) planalma, bir neçə zondlama üsullarından (ŞEZ,  ŞEZ-YP, 
RLZ, MTZ, SDÜ) və profilləmə (EP, TP, DEMP, (DATP), RKHUD), qravi-
metriya kimi geofiziki üsullardan istifadə edirlər. Bundan əlavə, bütün quyu-
larda QGT (quyularda geofiziki tədqiqatlar) və parametrik zondlama da tədbiq 
edilir. Üsulun seçilməsi təbii  şəraitə (arid (buxarlanmanın atmosfer  çöküntü-


256 
 
lərinə    nisbətən  üstünkük təşkil etdiyi zonaların iqlimi), humid (atmosfer çö-
küntülərinin buxarlanmaya nisbətən üstünkük təşkil etdiyi zonaların iqlimi) və 
ya nival  (uzunmüddətli donmuş süxurların yayıldığı sahələrin  iqlimi)), geoloji 
quruluşa, qarşıya qoyulmuş məqsədə və tədqiqatın dərinliyinə müvafiq olur. 
Çöl işləri ya 1x1 km sıx şəbəkədə zondlama işi aparmaqla sahəvi planal-
ma ilə, ya da ayrı – ayrı yüksək informativ sahələri interpolyasiya yolu ilə 
öyrənməklə aparılır. 100-200 m addımlarla profilləmə geomorfoloji və geoloji – 
geofiziki şəraitin nisbətən kəskin dəyişməsi istiqamətində aparılır. 
Geofiziki üsulların məlumatlarının interpretasiyası  təkcə  kəsilişlərin 
həndəsi parametrlərinin alınması deyil, həm də bilavasitə nəticələrin geoloji – 
hidrogeoloji araşdırılması və ən əvvəl, geoloji – geofiziki parametrlərinə, ehti-
mal-statistik  əlaqə  əsasında süxurların süzülmə xassəsinin (süzülmə  əmsalı, 
sukeçiricilik və s.) təyininə yönəlməlidir. Məsələn, 105 saylı şəkildə Şərqi Av-
ropanın müxtəlif
 
rayonlarında sulu layların eninə elektrik müqavimətindən 
(T
s
=ph) sukeçirmənin (T
s
=K
F
h) asılılıq qrafiki
 
göstərilmişdir ki, bundan da 
ŞEZ-n məlumatlarına əsasən sukeçirməni qiymətləndirmək üçün istifadə etmək 
olar. 
 
Şəkil 105. Müxtəlif regionlar üçün süxurların sukeçiriciliyinin eninə elektrik 
müqavimətindən asılılığı (V.İ.Bobrinev, İ.M.Melkanovski, T.A.Pavlovun 
məlumatlarına görə). 
Müqayisə nöqtələri və  R

h-n Te-dən asılılıq qrafikləri: 1,6 – Şimali Çaun suvarma sistemi 
(Kuybışev vilayəti); 2,7 – Ryazan-Vasilyev sistemi (Ulyanov vilayəti); 3,8 – «Stolbsı»sahəsi 
(Belarusiya resp.); 5,10 – «Ptiç»sahəsi (Belarusiya resp.); 11 – Sırdərya artezian hövzəsi. 


257 
 
İrimiqyaslı planalma.  İrimiqyaslı (1:50000 və daha iri) hidrogeoloji 
planalma içməli su, sənaye və  kənd təsərrüfatının su təchizatı, otlaqların və 
torpaqların meliorasiyası kimi konkret məsələlərin həlli məqsədilə aparılır. 
İrimiqyaslı  dəqiq geofiziki planalmanın hidrogeoloji məqsədi ortamiqyaslı 
planalma  ilə  analojidir. Lakin onlar su təchizatı  və meliorativ tədbirlərin 
texniki lahiyələndirilməsi üçün nəzərdə tutulduğuna görə fərqlənməlidir: 
a) quyulardan müşahidə yolu ilə alınmış  məlumatların dəqiqliyi, 
müqayisəli şəkildə fiziki – mexaniki və su süzmənin miqdari təyininin yüksək 
dəqiqliyi; 
b) quyuların sayının 2-5 dəfə ixtisarı hesabına, minimum  vəsait  və vaxt 
sərfi  ilə hidrogeoloji işlərin aparılması, lakin bu zaman quyularda (və ya 
şurflarda) mütləq təcrübi – süzülmə işləri aparılmalıdır. 
İrimiqyaslı hidrogeoloji planalma zamanı bir –biri ilə  sıx  əlaqəli 
kompleks səth, quyu geofizikası üsulları  və geoloji – geofiziki müşahidələr 
tətbiq edilir. Bu kompleksin əsas çöl geofiziki üsulları aşağıdakılardır: ŞEZ və 
ya BUS (şirin su yayılan şəraitdə), ŞEZ-YP və  ya SDY (artıq və  ya yüksək 
dərəcədə minerallaşmış yeraltı sular yayılan sahələrdə). Köməkçi üsullardan isə 
elektromaqnit profilləmələrini göstərmək olar. 
Zondlama işləri apararkən müşahidə  şəbəkəsinin sıxlığı 200x500 m-ə, 
əhəmiyyətli sahələrdə isə 100x200 m-ə qədər olmalıdır. Profilləmədə müşahidə 
addımları, təxminən 50 m qəbul edilir. Hidrogeoloji məqsədlər üçün aparılmış 
irimiqyaslı geofiziki planalmanın məlumatlarının interpretasiyası kəsilişlərin və 
laylar üzrə  və ya ümumiləşdirilmiş geosüzülmə parametrlərinin qurulmasına 
yönəlməlidir. Onları geofiziki və hidrogeoloji parametrlərin korrelyasiyası 
nəticəsində almaq olar. Bu nəticələri də, öz növbəsində, geofiziki məlumatların 
miqdari intrepretasiyası və quyularda təcrübi – süzülmə müşahidələri ilə təyin 
edirlər. 
Yeraltı içməli suların axtarışı  və  kəşfiyyatı.Yeraltı su yataqlarının 
axtarışı, ilkin və  dəqiq kəşfiyyatı zamanı geofiziki üsulların  əsas vəzifələri 
aşağıdakılardır: 
a) axtarış  mərhələsində – su saxlayan yumşaq və ya çat və karstlaşmış 
bərk süxurların planda və dərinlikdə litoloji xəritəsinin tərtibi; qrunt, lay və çat 
sularının öyrənilməsi; geosüzülmə və hidrokimyəvi şəraitin qiymətləndirilməsi; 
b) ilkin kəşfiyyat mərhələsində – litoloji tərkibin öyrənilməsi, sukeçirmə 
və süzülmə  əmsalının qiymətlərinə görə yüksək dərəcədə su basmış zonaların 
ayrılması, sulu və su saxlayan layların qalınlığının və  dərinliyinin təyini, 
müxtəlif sulu horizontların əlaqəsini təmin edən «hidrogeoloji pəncərələrin»və 
lokal sulu layların aşkar edilməsi, müxtəlif minerallaşma dərəcəsinə malik 
yeraltı suların geokimyəvı xəritəsinin tərtibi; 
c) dəqiq kəşfiyyat mərhələsində – buruq quyuları qazmaqla ilkin 
kəşfiyyatın məlumatlarının yoxlanılması  və  dəqiqləşdirilməsi, quyu 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə