Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə97/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   93   94   95   96   97   98   99   100   ...   128

271 
 
 
 
Şəkil 109. Yung modulunun diabazların xüsusi elektrik müqavimətindən 
asılılıq qrafiki. 
 
b) Nəmliyin və sıxlığın təyini  
Həcm üsulu ilə  nəmliyin və  məsaməliyin təyini süxurların dielektrik 
keçiriciliyinin (

) onlarda yerləşən suyun miqdarından asılılığına  əsaslanır. 
Aşağıdakı hallar daha çox diqqəti cəlb edir: 
1. Süxurun skeletinin dielektrik keçiriciliyi (
=3-12) suyun dielektrik 
keçiriciliyindən (
=81) çox kiçikdir. Belə  kəskin fərq süxurun skeletinin və 
onda yerləşən suyun kəmiyyətcə qiymətləndirilməsi üçün sərfəlidir; 
2. Yeraltı sularda duzların kimyəvi tərkibi və konsentrasiyası dielektrik 
keçiriciliyinə    uyğun  gəlmir.  Əksinə, elektrik keçiriciliyinə  elektrolitin  
konsentrasiyası    həlledici təsir göstərir ki, bu da nəmliyin dəqiq təyini üçün 
keçiricilikdən istifadəni çətinləşdirir; 
3. Kövrək süxurların dielektrik keçiriciliyi bərk və maye fazaların həcm 
nisbəti ilə əlaqədardır. 
Dielektrik keçiricilik, lövhələri arasında süxur yerləşən kondensatorun 
həcminə görə təyin edilir. Eksperiment aparılarkən nümunə kondensatorun iki 
lövhəsi arasında olan silindrik qabda yerləşdirilir. Təbii  şəraitdə müşahidə 
aparmaq üçün zond şəklində quraşdırılmış kondensatordan istifadə edilir. 
Həcm, biri zondun bilavasitə qurtaracağından keçən, bir – birindən izole 
olunmuş iki (1 – 2) silindir arasında ölçülür (şəkil 110). Belə kondensatorun 
sahəsində süxurun böyük həcmi yerləşir ki, bu da onların qeyri – bircinsliyinin 
təsirini azaldır. 


272 
 
 
Şəkil  110. Zond – kondensatorun sxemi: 
1- kondensatorun çərçivəsi (örtüyü); 2 – izolyasiya tıxacı; 3 – korpus (kondensatorun ikinci 
örtüyü); 4 – birləşdirici  məftil. 
 
Həcm üsulu nəmliyin dəyişməsini zaman keçdikcə  təyin etməyə imkan 
verir. Analoji  müşahidələrdə zonddan 0,5-1 m məsafədə quyu qazılır  və 
zondun yerləşdiyi dərinlikdən 2-3 kq süxur nümunəsi götürülür. Sonra 
laboratoriya kondensatoru vasitəsilə nümunənin dielektrik keçiriciliyi, nəmliyi 
süni dəyişməklə, təyin edilir. Nəticədə süxurun dielektrik keçiriciliyinin həcmi 
nəmlikdən asılılıq əyrisi 

=f(n

)  alınır  (şəkil 111).
 
 
Şəkil 111. Dielektrik keçiriciliyinin 

 həcmi nəmlikdən 
1

n
 asılılıq qrafiki. 
 
Müşahidələr zamanı dielektrometr basdırılmış zond kondensatorun lövhələ-
rindən yer səthinə  çıxarılmış birləşdirici  şəbəkəyə qoşulur. 
=f(n

) qrafikindən 
istifadə etməklə verilən zaman anında  süxur  nümunələrinin  həcm nəmliyi tapılır. 
Çəki 

e1
 və həcmi n

e1
 nəmliyinin nümunənin bilavasitə çı-xarılmasından 
sonra alınmış qiymətləri süxurun məlum xüsusi çəkisində 

 onun təbii 
məsaməliyini təyin etməyə imkan verir: 
%
100
)
1
(
1
1






e
e
e
n
n
 
Sistematik müşahidələr 
e
t
n
n




 düsturu ilə hesablanan 
  nəmliyin 
çatışmamazlığının zaman etibarilə dəyişməsini öyrənməyə imkan verir. 


273 
 
Ekzogen– geoloji proseslər. Geofiziki üsullardan bütün ekzogen – geoloji 
proses-lərdən daha çox karst, çat və sürüşmələri öyrənərkən istifadə olunur. 
Karst.  Həll ola bilən və yan süxurların fiziki xassələrinin müxtəlifliyi 
karstı öyrənməkdə geofiziki üsulların tətbiqi üçün əlverişli imkan yaradır. 
Geofiziki üsullar həll ola bilən süxurların subasma şəraitinin və  dərinliyinin 
təyini, çox karstlaşmış zonaların ayrılması, karst boşluqlarını doldurmuş 
çöküntülərin tərkibinin təyini və karst – suffoziya proseslərinin dinamikasının 
qiymətləndirilməsi üçün tətbiq edilir. 
Geofiziki üsulları karstlaşmış  ərazinin xüsusiyyətlərinə görə  təyin edilir. 
Məsələn, gil materialları ilə dolmuş  və az qalınlıqlı kövrək çöküntülərlə 
örtülmüş  səthi karst formalarını (qıflar, çökmələr, ponorlar) öyrənərkən, 
geofiziki işlər tədqıqatın dəqiqliyndən asılı olaraq, seçilmiş müşahidə  şəbəkə-
lərinə görə aparılır. Müşahidə addımları və profillərarası məsafə 5 – 10 m – dən 
50 –100 m – ə  qədər dəyişə bilər. Adətən bir – iki elektrik kəşfiyyat üsulu 
(ŞEZ, EP, TP) və yüksək dəqiqlikli maqnit kəşfiyyatı istiifadə edilir. 
Karst formaların müqavimətin aşağı qiymətlərinə  və potensiyaların TP 
anomaliyasına görə aşkar edilir. Onların işarəsi karst boşluğunun yaxınlığında 
yeraltı suların süzülməsinin istiqamətini göstərir (müsbət – boşalma, mənfi – 
axma). Maqnit anomaliyasının qiyməti (20 – dən 50 pTl -  ə  qədər) karst 
formalarının dərinliyindən və  həcmindən asılıdır. Səthi karstları, onları örtən 
süxurların qalınlığı az olarsa, istilik planalmasının məlumatlarına  əsasən və 
xüsusilə, gecə və gündüz aeroistilik müşahidələrin köməyi ilə xəritələndirirlər. 
 
Cədvəl 7 
Həll olan və həll olmayan süxurların bəzi xüsusiyyətləri 
 
Dərinlik karst formalarını öyrənmək nisbətən çətin prosesdir, ona görə də 
burada, elektrik kəşfiyyatı ilə  bərabər, seysmoakustik tədqiqatları, qravikəş-
fiyyat, nüvə – fiziki və quyu geofizikası üsullları da istifadə edilir. Yerüstü 
tədqiqatları çay və göl akvatoriyalarında, quyularda dağ – qazma işləri ilə daha 
da zənginləşdirirlər. Əlavə məlumat kimi, distansion kosmik və aeroyüksəklik 
planalmaların məlumatları da cəlb edilir. 
Süxurlar 
Xüsusi elektrik 
müqaviməti, Om.m 
Uzununa və eninə 
seysmik dalğaların 
yayılma sürəti, km/san 
Sıxlıq 
q/sm

1 2 3 

həll olan: karbonatlar  
10
2
–2
10

2-5 2,2-3,0 
anhidrid və duz  
10
4
–10
6
4-6 2,1-3,0 
həll olmayan: gillər  
1-20 
1,8-3 
2,0-2,7 
şistlər 10-10
4
2-4 2,1-2,6 
qum və qumdaşı  
70-10
3
2-4 2,1-2,7 
püskürmə süxurları 
30
10
2
-10

4,5-6 2,5-3,4 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə