Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə108/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   104   105   106   107   108   109   110   111   ...   128

301 
 
Kosmik  şəkillərdə  əks olunan dayaz banka və ada səthlərinin geoloji -
deşifrələnmə  məlumatları  şelfin qalan sahələrində ekstrapolyasiya oluna bilər 
və ya çöl geoloji tədqiqatların səmərəli planlaşdırılmasına kömək edə bilər. 
Yeni və müasir differensiasiya olunmuş tektonik hərəkətlərin öyrənilməsi 
üçün kosmik şəkillərdə  dəniz dibi təsvirinin geoloji deşifrələnməsinin xüsusi 
əhəmiyyəti vardır, çünki inkişaf edən antiklinal və ya sinklinal strukturlara,o 
cümlədən dibin dizyunktiv pozulmalarına meyl edən dəniz dibi sahələrinə 
hidrodinamik proseslərin (dalğalar, axımlar) təsiri müxtəlifdir. Məsələn, inki-
şafda olan antiklinal strukturlarda dənizin dibi gərgin hidrodinamik proseslərə 
məruz qalır (şəkil123) ki, bu da intensiv abraziyaya və qırıntı materiallarının  
       
Şəkil 123. Xəzər dənizinin cənub-şərq  sahilboyu akvatoriyasının  “Salyut-4” 
orbital  stansiyası  ilə  alınmış KŞ-nin  deşifrələnmə  sxemi.  V.V.Şarkova  görə. 
1–bulanıq su, 2–qumlu təbaşirlər, 3–buludlar, 4–palçıq vulkanları. 5–xirda və  dərinsulu  
şelflərin  sərhədləri,  6 – fərz  edilən  qırılma  pozulmaları,  7 – antiklinal  strukturlar. 
 
strukturdan xaricə daşınmasına gətirib çıxarır, nəticədə belə dəniz dibi sahələrində 
çox zaman relyefin müsbət formaları, qədim sementləşmiş süxurlardan  təşkil 
olunmuş sualtı silsilələri olur; çökməyə  məruz qalan sinklinal strukturlarda 
akkumulyasiya və dibin relyefinin düzləşməsi üstünk təşkil edir; tektonik pillə 
şəklində özünü büruzə verən dizyunktiv pozulma xətti boyu, şəkillərə bircinsli açıq 
rəngçalar verən qumlu balıqqulağı çöküntülərinin toplanması baş verir; layların 
əyilməsi və intensiv qaz çıxması  şəkillərdə fasiləli ağ zolaqlar (köpük) kimi 
görünür.  Şelfin dibi haqqında geoloji informasiyanı deşifrələmənin dolayı 
əlamətlərinə (indikator) görə də almaq mümkündür (cədvəl 9). 
 


302 
 
Cədvəl 9 
Kosmik şəkillərin məlumatlarına görə şelf dibinin dolayı indikatorları 
(V.V.Şarkov, Z.İ.Quryeva, Y.N.Kildyuşevskinin materialları əsasında tərtib 
edilmişdir) 
Rely
ef
  
Dalğaların tipləri
1.Yerüstü dalğalar
 
Dənizin dalğa uzunluğunun 1/2 -dən az olan dərinliyindəki 
dalğaların parametrlərinin dəyişməsi 
2.Daxili dalğalar
Sualtı silsilələrin üzərində əmələ gəlir
3.Dalğaların 
pozulması 
Dənizin dərinliyinin dalğa hündürlüyünün 3/4-ü qədər azalması  
zamanı müşahidə olunur 
4.Dalğaların 
refraksiyası 
 
Dalğanın dərinliyi və sürəti haqqında  məlumatlar  əsasında 
dənizin dərinliyi təyin edilir. Refraksion dalğanın  əyrisinə görə 
sualtı sahil yamajları relyefinin elementləri aşkar edilir 
 
(çökəkliklər, yüksəkliklər və s.) 
5.Sunami               
Dalğanın hündürlüyünün artmasına görə, dayaz bankalar əmələ 
gətirən sualtı yüksəkliklərin mövcudluğu təyin edilir 
Su   səthinin  vəziyyəti
1.Okean səthinin
topoqrafiyası
Dibin relyefindən asılıdır
Strukturlar 
Xətti     tektonik    pozulmalar
Qırılmalar 
 
 
 
 
 
Dib relyefində pillələr və ya asimmetrik sualtı silsilələr 
Yüksək istilik axımları, hidrotermlər və yeni vulkan püskür-
mələrinin izləri 
 Xətti qaz ayrılmları 
 Bulanıq suda uzununa şəffaf su ləkəsi Apvellinqlərin uzununa 
zonaları 
Dənizlərin buz örtüklərində çatlar 
Bulud örtüklərinin uzununa  sıx və ya seyrək hissələri 
 
Sahəvi pozulmalar tektonik
 
 
 
 
Halqavarı 
strukturlar 
 
 
Adaların dairəvi yerləşməsi
Adaların və ya  sualtı çökəkliklərin dairəvi sərhədləri 
Qaz ayrılmaların, apvellinqlərin, buludların, istilik axınlarının 
dairəvi yerdəyişmələri (ehtimal edilən) 
Prosesl
ər 
V u l k a n i z m
1.Lava 
Suyun ortik xassələrinin dəyişməsi
Dalğaların parametrlərinin lokal dəyişməsi, buxarların ayrılması, 
fəaliyyətdə olan vulkanların üzərində lava püskürməsi, su səthinə 
yaxın konusların olması 
Müvəqqəti və daimi adaların əmələ gəlməsi 
2.Palçıq 
 
 
Kül materialları və ya qaz qrifonlarının əmələ gəlməsi, karbohid-
rogen qazının yanan  məşəlləri 
Müvəqqəti və daimi fəaliyyət göstərən adaların əmələ gəlməsi 
                     Faydalı qazıntıların   əmələ  gəlməsi
1.Yeraltı suların bo-
şalması  (şirin ter-
mal, yuvenil) 
Sakit dəniz səthində qaynayan su sahələri
Dalğalanma zamanı nisbətən sakit su sahələri 
2.Neft-qaz  əmələ-
gəlmə 
Su səthində eyni yerlərdə daima neft ləkələrinin görünməsi 
Adətən suyu köpükləndirən qazın püskürməsi


303 
 
Ü ç ü n c ü   h i s s ə 
MİNERAL EHTİYATLARIN TƏDQİQİNDƏ 
 KOSMİK İNFORMASİYANIN TƏTBİQİ 
 
XIII. NEFT-QAZ-GEOLOJI TƏDQİQATLAR 
 
Distansion zondlama materialları hazırda neft axtarışının kompleks nəzəri 
tədqiqatlarının ayrılmaz hissəsidir. Əksər hallarda kosmik təsvirlər öyrəniləcək 
rayonun neft-qaz yığımının “ümumi mənzərəsini” yaratmağa imkan verir. 
Burada bir yerə toplanmış böyük miqdarda müxtəlif miqyaslı- və xüsusiy-
yətli amillərin hər biri yerüstü tədqiqatlar zamanı ayrı-ayrılıqda öy-rənilir. 
Neft-qaz geologiyasında kosmik informasiyanın tətbiqinin mühüm istiqa-
mətlərinə  aşağıdakıları aid etmək olar: neftli-qazlı hövzələr örtüyünyn geoloji 
(tektonik) quruluşunun dəqiqləşdirilməsi; onların dərinlik quruluşunun təhlili; 
potensial tələlərin və karbohidrogenlərin miqrasiya yolunun axtarışı; karbohid-
rogenlər yığımının birbaşa axtarışı; neft-geoloji və neft-proqnozu rayonlaşdırıl-
ması. 
 
13.1. Neft-qaz yığımı hövzələrinin geoloji və tektonik quruluşununn 
dəqiqləşdirilməsi 
 
Kompleks neft-qaz axtarışı işlərinin aparılması məqsədilə ərazinin mükəm-
məl geoloji öyrənilməsi (hazırlıq) tələb olunur. Distansion zondlama material-
larının deşifrələnməsi isə geoloji-geomorfoloji quruluşun dərk edilməsində 
kifayət qədər rol oynaya bilər. Bu, yerüstü planalma ilə qeydə alınmış geoloji 
obyektlərə cüzi dərəcədə aiddir, lakin bəzən bu halda da geoloji xəritələrin 
kifayət qədər dəqiqləşdirilməsi mümkündür. Bununla belə, maksimal effekti 
əsas və vahid mənbə olan kosmik şəkillərdən alınmış aşağıdakı informasiyalar 
verir: 
1) bir qayda olaraq, eynimiqyaslı geoloji xəritələrdə hamarlanmış (yox 
olmuş) geoloji strukturaların xüsusiyyətləri  (kiçik amplitudlu qırılmalar, geo-
loji kütlələrin girintili-çıxıntılı cizgiləri, deformasiya olunmuş qatlardakı  qırı-
şıqlıq formaları, çatların subparalel sistemləri və s.; 
2) relyefin erozion parçalanmasının xüsusiyyətləri və səciyyəvi şəkilləri; 
3) erozion və akkumulyativ relyef formalarının fəzafi və genetik münasi-
bətləri; 
4) dördüncü dövr çöküntüləri örtüyü ilə maskalanmış geoloji kütlə  çıxış-
larının və qırılmaların izlənilməsinin fəzavi formaları; 
5) relyefin xətti elementlərinin və geoloji strukturlarının (lineamentlərin) 
uzanma izometrik sistemlərinin yayılma dərəcəsi; 
6) radial-konsentrik quruluşlu (halqavarı strukturlar) landşaftın fəzavi izo-
metrik əmələgəlmələrinin mövcudluğu; 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə