Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə110/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   106   107   108   109   110   111   112   113   ...   128

307 
 
(AP, RLŞ, TX) deflyasion şorlar (AP,RLŞ,TX); erozion formaların olmaması 
(AP,RLŞ,TX); fona nisbətən sahil vallarının sayının artması (AP, RLŞ, TX); 
gilli səhralarda qum massivlərinin olması (AP, KŞ, RLŞ, TX). 
Akumulyativ-prolüvial düzənliklər üçün: fona nisbətən lokal suayırıcıla-
rın mütləq yüksəkliklərinin artması (TX); müvəqqəti axınların uzununa çay ya-
taqlarının deformasiyası (TX); fona nisbətən kəsmələrin artması (AP, RLŞ, TX). 
Müvəqqəti su axımlarının yataqlarında  əlavə terraslar (AP, TX); yüksək 
dərəcəli yataqların planda qövsvarı forması (AP, RAŞ, TX); müvəqqəti su 
axımlarının “asılı” və “ölməkdə olan” çay yataqları (AP, RLŞ); müvəqqəti su 
axımları yataqlarının planda xəttiliyi (AP, KŞ, RLŞ, TX); takırların (deflyasion 
erozion qalıqları) səthinin təpəcikli relyefi (AP); gilli səhralarda qum massivləri 
(AP, KŞ, RLŞ, TX). 
Qum massivləri üçün: fona nisbətən lokal suayırıcıların mütləq yüksək-
liyinin artması (TX); qısa (5 km-ə qədər) «kor»kəskin kəsən çay yataqları (AP, 
RLŞ); iri qum təpəciyi silsilələri (çox zaman meridional) (AP, TX); fona nisbə-
tən parçalanma amplitudunun artması (TX); deflyasion şorlar  əmələ  gətirən – 
“Üfürülən” qumlar (AP, TX); fona nisbətən qumlu relyefin barxanlaşmasının 
artması (AP); müxtəlif genetik relyef formalarının istiqamətlərinin kəskin 
dəyişməsi (AP, RLŞ, TX). 
Qeyd: mötərizədə informasiya mənbəyi göstərilmişdir: AP- aerofotoplanalma, KŞ-
kosmik şəkillər, RLŞ – radiolokasion şəkillər, TX- topoqrafik xəritələr. 
 Kosmik şəkillərin deşifrələnməsinin köməyi ilə alınmış məlu-matı öyrə-
dən seçimlərin məlumatları ilə müqayisə edir və anologiyaya görə  ərazinin 
dərinlik quruluşunun səciyyəsini təyin edirlər. 
Analoq-indikasion deşifrələmə üsulu, landşaftda bütün sahə üzrə  dərinlik 
strukturları eyni işlənilən və dəqiq tədqiqat tələb edən, eynicinsli geoloji quruluşa 
malik rayonlar üçün çox əlverişlidir. Dərinlik strukturlarının (məsələn, landşaft 
obyektlərinin izometrik formaları) hər hansı bir indikasion əlamətinin ayrılması ilə 
kifayətlənmək olmaz: adətən belə sadələşdirilmiş deşifrələmə praktiki nəticə 
vermir. 
Analoq indikasion deşifrələmə statistik üsuldur. Seçilmiş öyrədənlərin 
ortalama məlumatları müxtəlif tektonik şəraitlərdə horizontların hərəkət tərzi  
ilə əlaqədar olan dərinlik struktur əmələgəlmələrinin mexanizminin bütün müx-
təlifliklərini nəzərə ala bilməz. Bu da distansion zondlama materiallarının kö-
məyi ilə dərinlik strukturlarının aşkar edilməsində istifadə edilən işlərin dəstinə 
struktur tektonik məlumatların və dərinlik struktur əmələgəlmələrin nəzəri mo-
delinin cəlb edilməsini tələb edir. 
 
3.3. Neftli-qazlı əyalətlərin geodinamik təhlili 
 
Ərazidə neftli layların əmələgəlmə dövrünün geodinamik rejimi, o cüm-
lədən, onların sonrakı deformasiyasının geodinamik xüsusiyyətləri karbohidro-
gen yataqlarının fəzavi yayılmasının əhəmiyyətli amilləridir. Yer qabığının xətti 


308 
 
deformasiyasının xarakteri neftçigeoloqlarda kosmik təsvirlərdə  aşkar edilən 
regional xətti zonalara və onların inkişafının dinamikasına qarşı böyük maraq 
doğurur. S.V.Bidjiyev və L.M.Natapova görə, neft-qazlılığın proqnoz-
laşdırılması üçün iri xətti zonaların öyrənilməsi çox vacibdir. Birincisi, mənfi 
xətti strukturlarda üzvi maddə saxlayan daha çox çökmə süxur kütləsi yığıla 
bilər; ikincisi, mobil xətti zonalada böyük istilik axımı üzvi maddələrin uçuju 
karbohidrogenlərə çevriliməsinə kömək edir; üçüncüsü,yer qabığının xətti 
zonalarda eninə dartılması çoxtutumlu kollektorların  əmələ  gəlməsinə  səbəb 
olur, onlarla təmasda olan iri müsbət deformasiyalar isə  tələ rolunu oynaya 
bilər.  Ən perspektivli sahələr regional zonaların kəsişmə hissəsi hesab olunur 
ki, burada da onların müsbət (neft-qaz yığılması mənasında) keyfiyyətləri cəm-
lənir. Mobil əyalətlərdə yerləşən neft-qaz hövzələrinin regional xətti zonaları, 
adətən fərdi kinematik xüsusiyyətlərə malikdir. Bu da həmin əyalətlərin daxili 
gərginlik sahələri ilə əlaqədardır. İri və nəhəng lineament zonalarının kinematik 
xüsusiyyəti və geodinamik şəraiti haqqında məlumat neft-qazlılığın proqnozu 
üçün əsas informasiya mənbəyidir. 
B.A. Sokolovun və bir müddət  əvvəl Abdel-Qavadın göstərdiyi kimi, 
neft-qazın toplanması üçün əlverişli deformasiya şəraiti dartılmadır. Rift və 
digər tipli regional xətti dartılma zonaları özünəməxsus kanal rolunu oynaya 
bilər. Bu kanallara kənar sahələrdən karbohidrogen flyuidləri sıxışdırılıb gətiri-
lir və onların çox asanlıqla lateral və şaquli miqrasiyası baş verir. Cavan qırışıq-
lıq zonalarda bu şərait karbohidrogen yataqlarının özünəməxsus fəzavi paylan-
masına gətirib çıxara bilər. Bu əyalətlərdə xətti dartılma zonaları əsas tek-tonik 
zonallığın eninə yerləşdiyinə görə, təbiidir ki, karbohidrogenlərin toplanması da 
zəncirvarı formada olajaq və əsasən tələ rolunu oynayan dartılma zonalarının və 
sıxılma strukturlarının kəsişmə hissələrinə meyl edəcəkdir. Pamir-Alayın 
kosmik  şəkillərinin öyrənilməsi göstərmişdir ki, (şəkil125) baxılan model bu 
regionda karbohidrogen yataqlarının fəzavi paylanmasına tamamilə uyğun gəlir. 
Cənub-qərbi Qissar və Tacikistan depressiyasının nisbətən fəal neft-qaz 
toplanan  əyalətləri qırışıqlıq strukturların eninə yerləşmiş  və nisbi dartılma 
şəraitində inkişaf edən  şimal-qərb istiqamətli iri regional lineamentlərə 
uyğunlaşmışdır. Alakutan lineamentinə doğru meyl edən zolaq daxilində 
rayonda məlum yataqların demək olar ki,yarısı yerləşir.  
Bu sistemin digər iri lineament zonalarında isə ayrı-ayrı neft və qaz 
yataqları məlumdur. 
Göstərilən bütün işlər,  şimal-qərb istiqamətli regional (və lokal) xətti 
zonalarla nəzarət olunan rayonların daha perspektivli hesab olunmasını tövsiyyə 
etməyə imkan vermişdir ki, də potensial neft-qaz tələlərinin axtarışı da məhz 
belə sahələrdə aparılmalıdır. 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə