Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə113/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   109   110   111   112   113   114   115   116   ...   128

314 
 
MPa təzyiq altında olur, yuxarı qalxarkən isə həcmcə genişlənir və kifayət qədər 
soyuyur. Üçüncü hiportezə görə, qaz qabarcıqları yuxarı qalxarkən zəif sirkul-
yasiya yaradır və soyuq suyu dənizin səthinə çıxarır. 
 İstilik planalması üçün ikikanallı (3-6 və 8-14 mkm) və hərarətin təyini-
nin dəqiqliyi 0,2% S olan infraqırmızı (İQ) skanerdan istifadə edilmişdir. Uçuş-
lar günortadan sonra, dalğalanmanın və küləyin zəif olduğu zaman aparılmışdır. 
Beləliklə, dəniz səthinin, mənfi istilik anomaliyalarının qeydə alınmasının daha 
etibarlı olduğu maksimal yüksək hərarəti dövründə istilik planalmasına lazım 
olan təlabatlara riayət etmək mümkün olmuşdur. 
Termoqramların təhlili zamanı, dənizin səthində hərarətin normal paylan-
masına uyğun gəlməyən istilik rejiminə malik 28 sahə aşkar edilmişdir. Aşkar 
edilmiş bütün anomaliyalar dairəvi formalı zonalarda hərarətin azalması ilə 
bağlı olmuşdur. Bəzən bunlar,  bu və ya digər dərəcədə düzgün, əksər hallarda 
isə öz aralarında kəsişən dairələr idilər. Hərarətin azalması adətən 0,2–0,3
0
S  
təşkil etdiyi üçün qaz təzahürləri hərarət fərqlərinə görə deyil, anomaliyaların 
düzgün formalarına görə identifikasiya edilirdilər. 
Termoqramların təhlilindən sonra aşkar edilmiş anomaliyaların yerlərdə yox-
lanılması işi aparılmışdır. Bu məqsədlə, əks-səda yaradan cihazlarla təchiz edilmiş 
gəmilərdən istifadə edilmişdir. Alınan nəticələrin təhlili göstərmişdir ki, ayrılmış 
28 anomaliyadan 14 - ü qaz təzahürlərinə uyğun gəlir, 4-ü onlara yaxındır, 5-i 
dənizin səthindəki neft ləkələrilə uyğundur (naməlum mənşəli) və 6-sı üçün isə 
səbəb aydın deyildir. Bütövlükdə alınmış nəticələr göstərmişdir ki, dənizin səthində 
istilik planalmasının köməyi ilə  təbii qaz təzahürlərinin axtarışınının istifadəsi 
effektlidir və uyğun şərait üçün tövsiyə edilə bilər. 
Bəzi hallarda neft və qaz tələlərinin birbaşa axtarışını çökmə sü-xurlar-
dakı  qələviləşmə sahələrinin aşkar edilməsilə  də aparmaq olar. Məsələn, belə 
sahələr Yuta (ABŞ) ştatının Uindeyt ərazisində karbohidrogen yataqları yerlə-
şən antiklinalın qanadında üzə  çıxan qumdaşlarında aşkar edilmişdir. Burada 
müəyyən edilmişdir ki, bi-tumların sızma yolunun yaxınlığında çöl şpatlarının 
gil mineralları ilə  əvəz olunduğu sahədə uran minerallarının toplanması  və 
qələvililik əlamətləri müşahidə olunur. Eksperimental məlumatlar dəyişmiş sü-
xur sahələrinin karbohidrogenlərin məlum yataqlarına aid olduğunu göstərmiş-
dir. Dəyişmiş süxur sahələrinin çoxzonallı  şəkillər vasitəsilə kifayət qədər 
effektiv ayrılması mümkün olmuşdur. Beləliklə, distansion zondlama üsulu ilə 
karbohidrogen yataqlarının birbaşa tapılma mümkünlüyü (onlar səthdəki sızma 
zonaları ilə əla-qəli olarkən baş verir) nümayiş etdirilmişdir. 
Karbohidrogen yataqlarının nəzərdən keçirilən birbaşa axtarış üsulları passiv 
ölçü cihazlarının (əsasən  İQ - skanerlərin) tətbiqini nəzərdə tutur. Hazırda bu 
məqsədlər üçün lidar spektrometrik  planalmanı həyata keçirən fəal distansion ölçü 
kompleksləri işlədilir və onların eksperimental yoxlanılması aparılır. 
Metanın lazer spektrometriya metodikasının əsasını helium-neon lazerinin 
İQ - şüalanmasının metanla rezonans udulması  təşkil edir ki,onun da şüa-
lanması generasiya dalğasının iki uzunluğunda metanla müxtəlif cür, atmosfer 


315 
 
çökuntuləri, toz və dumanla, demək olar ki, eyni cür baş verir. Bu da atmos-
ferdə bir qədər yol keçdikdən sonra lazerin şüalanma qalınlığının dəyişməsinin 
qeydiyyatı  əsasında metanın tərkib miqdarı haqqında mülahizə yürütməyə 
imkan verir. Cihazlar təkmilləşdikcə, lidar spektrometriyası, karbohidrogen ya-
taqlarının deqazasiya (qazboşalma) zonalarının distansion öyrənilməsinin daha 
etibarlı üsul olacağını və bu yataqların birbaşa aşkar edilməsinin mümkünlüyü-
nü vəd edir. 
Yuxarıdakı misallar göstərir ki, neft və qaz axtarışı üçün dis-tansion üsul-
ların inkişafı iki istiqamətdə gedir: 1) bu struktur təhlil (o cümlədən lineament-
lərin təhlili), deşifrələnmə nəticələrinin və geoloji-geofiziki materialların kom-
pleks interpretasiyası, struktur-geomorfoloji tədqiqatlar; 2) neft və qazın birbaşa 
axtarışı;bu üsulun texnoloji təminatının inkişafı  gələcəkdə bu sahədə 
tədqiqatların gözlənilən tərəqqisinə ümüd yaradır. 
 
13.6. Neft-qaz-geoloji rayonlaşdırma 
 
Distansion üsulla aparılmış neft-qaz-geoloji rayonlaşdırmaya yəqin ki, 
həm karbohidrogenlərin məkani yayılması, həm də bu yayılmanın tektonik 
(struktur) amilin nəzarətindən irəli gələn bütün informasiyaların ümumiləşməsi 
kimi baxmaq lazımdır. Bu işlərin həyata keçirilməsi zamanı  həm distansion, 
həm də yerüstü üsullarla alınmış informasiyalar nəzərə alınır. Neft-qaz-geoloji 
rayonlaşdırma xəritələri tektonik əsasa malik olub, üzərində öyrənilən sahənin 
əsas tektonik elementləri: özülün quruluşu, neftli-qazlılığa görə mühüm stratiq-
rafik komplekslər, qırılma pozulmaları, qırışıqlıq strukturları  və s. göstərilir. 
Xəritəyə neft və qazın məlum yataqları və təzahürləri, distansion materialların 
təhlili zamanı aşkar edilmiş fərz olunan lokal qalxımlar və digər axtarış obyekt-
ləri, neft-qaz-geoloji cəhətdən maraq kəsb edən deşifrələnmənin müxtəlif səviy-
yəli  əsas lineamentləri və  məkani obyektləri köçürülür. Müvafiq  məlumatlar 
mövcud olduğu halda, müxtəlif dərinlikli struktur plana uyğun xətti struk-
turların geodinamik və ya kinematik səciyyəsini, karbohidrogen flyuidlərin 
mümkün miqrasiya yolunu, geofiziki sahələrin struktur lineamentlərini və s. 
göstərmək vacibdir. Mühüm cəhətlərdən biri də odur ki, rayonlaşdırma xəritəsi 
bir-biri ilə uzlaşmayan məlumatların təsadüfi yığımı olmamalıdır: neft-qaz-
geoloji rayonlaşdırma xəritəsi sistemli olmalıdır və tərtibatçının mənbələr haq-
qındakı  təsəvvürü, tədqiqat rayonunun ümumi geodinamikası ilə bağlı karbo-
hidrogenlərin lokallaşma yeri və miqrasiya yolu adekvat əks olunmalıdır. 
 
13.7. Kosmik üsulların neft və qaz yataqlarının  
axtarışında əhəmiyyəti 
 
Hazırda neftli-qazlı hövzələrin dərinlik strukturlarının aşkar olunması üçün 
kosmik planalmanın tətbiq olunması üzrə böyük təcrübə əldə olunmuşdur. Neftli-
qazlı hövzələrin həcmi modelinin qurulması zamanı generalizasiyanın müxtəlif 
səviyyələrində kosmik şəkillərin deşifrələmə nəticələrinin tətbiq olunması mütləq 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə