Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə115/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   111   112   113   114   115   116   117   118   ...   128

318 
 
XIV. FAYDALI QAZINTI YATAQLARININ AXTARIŞI VƏ 
PROQNOZLAŞDIRILMASINDA DİSTANSİON ZONDLAMA 
MATERİALLARININ İSTİFADƏSİ 
 
14.1. Filiz faydalI qazıntı yataqlarının axtarışı və proqnozlaşdırılmasında  
distansion zondlama materiallarının istifadəsi 
 
Metallogenik tədqiqatlarda (faydalı qazıntıların axtarışı və proqnozu məq-
sədilə) filizləşməyə  nəzarət edən struktur amillərin aşkar edilməsi kosmik 
məlumatların  əsas vəzifələrindən biri olmaqla, dolayı axtarış  əlaməti  əhəmiy-
yətinə  də malikdir. Birbaşa  əlamətlərə isə filizli süxurların aşkar edilməsini, 
hidrotermal dəyişmiş  və oksidləşmiş zonaları, həmçinin spektrometrik usulla 
geokimyəvi anomaliyaların təyinini aid etmək olar. 
Kosmik  şəkillərlə alınmış  və metallogenik əhəmiyyətə malik olan infor-
masiyaya xətti və halqavarı strukturları, sahəvi obyektləri (bloklu qırışıqlıq), 
litoloji-stratiqrafik kompleksləri (formasiyaları), doğranmış  və hidrotermal 
dəyişmiş süxurları aid etmək olar. Bundan əlavə, kosmik şəkillər geoloji və 
geofiziki materiallarla kompleks istifadə edildikdə, müxtəlif dərəcəli sıxılma və 
dartılma zonalarını, yerdəyişmələri də qeyd etmək olur ki, bu da mobilizm 
baxımından metallogenik quruluşun izahında çox əhəmiyyətlidir. 
Filiz faydalı qazıntılarının metallogenik tədqiqatları və axtarışında kosmik 
şəkillərlə aşağıdakı məsələlər həll olunur: 
- metallogenik rayonlaşdırmada əhəmiyyətli rol oynayan gizli və törəmə 
tip strukturların aşkar edilməsi; 
- filiz minerallaşmasının yerləşməsinə  nəzarət edən geoloji obyektlərin 
sürətli öyrənilməsi və filiz faydalı qazıntılarıın  axtarışının tərtibatı üçün ob-
yektlər kimi qiymətləndirilən açılmamış plutonların və vulkan-plutonik struk-
turların aşkarı; 
- dərinlik mənşəli filizləşməyə  nəzarət edən və filizcəmləşdirən qırılma 
zonalarının aşkarı; 
- lineament, dairəvi və s. formalı nüfuz düyünlərinin öyrənilməsi. 
Hazırda faydalı qazıntıların axtarışı işlərində aerokosmik tədqiqat üsulla-
rından geniş istifadə olunur. Aerogeofiziki tədqiqat üsullarından xüsusilə aero-
maqnit və aeroradiometriya üsulları dəmir filizi və radioaktiv elementlərin axta-
rışında müvəffəqiyətlə istifadə olunur. Başqa tədqiqat üsullarından axtarış 
işlərində aerofotomaterialların deşifrələnməsini göstərmək olar. 
Bu üsulun məqsədi faydalı qazıntıların axtarışının əsas və dolayı əlamət-
lərinin aşkar edilməsi və axtarış işlərinin optimal variantlarının işlənilib hazır-
lanmasıdır. 
Axtarış məqsədilə deşifrələmənin özünəməxsus xüsusiyyəti və əsas məq-
sədi ondan ibarətdir ki, faydalı qazıntı yataqlarının yerləşməsinə  nəzarət edən 
və ya onları yer səthində saxlayan geoloji obyektlərin ayrılmasıdır. Bu zaman 


319 
 
geoloq bu və ya digər növ faydalı qazıntılar üçün axtarış işlərini düzgün istiqa-
mətləndirən əlavə meyarlar əldə edir. 
Adi geoloji deşifrləmədə olduğu kimi, axtarış  məqsədilə  də deşifrləmə 
əlamətləri əsas və dolayı ola bilər. Faydalı qazıntı yataqları və ya təzahürləri ilə 
əlaqədar ola bilən perspektiv obyektləri, sahələri və zonaları ayırmağa imkan 
verə bilər.  Əksər hallarda geoloq köməkçi-dolayı  əlamətləri öyrənməli olur. 
Çünki aerokosmik şəkillərdə filizləşmə  əlamətləri və ya filiz kütlələri birbaşa 
əks olunmur. Odur ki, aerokosmik şəkilləri deşifrə etmək yolu ilə faydalı qazın-
tı yataqlarını birbaşa aşkar etmək, qeyri-filiz, xüsusilə tikinti-inşaat materialları 
istisna olunmaq şərtilə, kifayət qədər nadir haldır.   
Aerokosmik şəkillərin deşifrələnməsi prosesində alınan bütün nəticələrin 
yerüstü marşrutlarla yoxlanılması və faydalı qazıntıların axtarışına kömək edən 
axtarış əlamətlərinin öyrənilməsi tələb olunur. Bu da təbiidir ki, götürülmüş hər 
bir hal üçün deşifrləmə - mineral resursunun növünün xüsusiyyətini, rayonun 
fiziki-coğrafi, geoloji və struktur xüsusiyyətlərini və eləcə də onların metallo-
geniyasını  nəzərə almaq lazımdır. Məsələn: endogen yataqlar əksər hallarda 
müəyən vulkanogen süxurlarla əlaqədardır (ultraəsas tərkibli süxurlarla – xro-
mit, platin, almaz; əsas tərkibli süxurlarla – titan, maqnetit, sulfid, nikel və nə-
hayət orta və turş tərkibli süxurlarla – peqmatit, skarn, pnevmatolit, hidrotermal 
və s.). Onların yayılma sahələri müəyyən qanunauyğunluğa tabedir (təmas 
zonaları, intruziyanın tavanı, damarlar seriyası və s.). 
Çökmə yolu ilə  əmələ  gələn yataqların axtarışı zamanı başqa  əlamətləri 
nəzərə almaq lazım gəlir. Burada əsas rolu stratiqrafik, litoloji, fasial meyarlar 
oynayır. Bir çox hallarda stratiqrafik, litoloji meyarlar əsasdır: məsələn 
epigenetik (törəmə) yığılmış – qalanmış törəmə filizləşmənin axtarışında. 
Bununla belə, faydalı qazıntı yataqlarının müəyən tektonik strukturlarda 
yerləşməsini göstərən struktur meyarların öyrənilməsinin böyük əhəmiyəti 
vardır. Məsələn: antiklinal günbəzlərdə, qırışıqlıqların qanadlarında, qırılma 
pozulmalarında və xırdalanma – doğranma zonalarında. 
Axtarış əlamətlərini öyrənmək və onlardan aerokosmik şəkillərin deşifrə-
ləməsində istifadə etmək üçün ərazidə mövcud olan və ya qonşu  ərazilərdə 
yerləşmiş yataq və  təzahürlərin aerokosmik şəkillərini diqqətlə öyrənmək – 
deşifrə etmək vacibdir.  
Aerokosmik şəkillər həm axtarış, həm kəşfiyyat və hətta faydalı qazıntıla-
rın ehtiyatlarını hesablama mərhələlərində çox böyük köməklik edə bilər. 
Məsələn: işlənən – istismar olunacaq süxur kütləsi (tikinti materialı) birbaşa 
yerin səthinə çıxırsa – aerofoto-şəkillərdə onun parametrlərini dəqiq ölçmək və 
həcmini hesablamaq mümkündür. Əhəngdaşlarının, mərmərlərin, çay terrasla-
rından hasil olunacaq – çaqıl xammalı, tikinti materialı kimi istifadə olunan 
massiv intruziv süxurların həcmlərinin hesablanması halları mövcuddur. 
Kiçik   Qafqazın filiz rayonlarında aerokosmik şəkilləri dəqiq deşifrə 
etməklə müəyyən axtarış məlumatları almaq olar. Burada aerokosmik şəkillərdə 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə