Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə111/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   107   108   109   110   111   112   113   114   ...   128

309 
 
 
 
Şəkil  125. Pamir-Alayın struktur-geoloji  sxemi: 
1 – dəqiq deşifrələnən  geoloji  gövdələr,  2 – intensiv  cavan  qalxımların  vilayətləri (üst 
pleystosen-holosen).  3 – cavan  enmələrin  vilayətləri,  4 -  regional  lineamentlər  (A – 
Alakutan,  D - Darya),  5 – sənaye  karbohidrogen  yığımı. 
 
13.4. Potensial neft və qaz   tələlərinin axtarışı 
 
Neft-qaz geoloji tədqiqatların bu növü, distansion üsulla əlverişli şəraitdə 
neft və qaz toplaya bilən geoloji obyektlərin aşkarına yönəlmişdir. Bu obyektlər 
ya törəmə struktur formaları (antiklinal qırışıqlar, vallar və tağlar; monoklinal-
ların və s. qırılmalarla ekran-laşmış sahələri), ya da neftli və qazlı kompleks-
lərin sedimentasiya şəraiti ilə bağlı olan ilkin (çökmə) strukturlarıdır (bioherm 
əmələgəlmələri, məhsuldar qatın pazlaşma zonası  və s.). Törəmə struktur 
formalar (bunlara həm də tələ strukturları deyilir) relyefdə açılmış və basdırıl-
mış, müasir hərəkətlərə nisbətən fəal və passiv rejimdə ola bilir. Bütün bunlar 
obyektlərin axtarış üsuluna və eyniləşdirilməsinə təsir edir.  
Antiklinal qırışıqlar relyefdə daha asan aşkar edilir. Neftli strukturlar, 
adətən kifayət qədər böyük ölçülərə (ilkin kilometrlərdən çox) malik olduğuna 
görə,  əlverişli  şəraitdə, hətta kiçikmiqyaslı kosmik şəkillərdə  də  aşkar olunur. 
Neftli-qazlı hövzələrin geoloji quruluşu, adətən yaxşı öyrənilmişdir, ona görə 
də bu üsulla yeni strukturların aşkar edilməsi şansı çox da böyük deyildir; lakin 
məlum qırışıqların quruluşunun dəqiqləşdirilməsi (dəqiq səviyyəli  şəkil-lərdə) 
yeni axtarış obyektlərinin aşkar edilməsinə gətirib çıxara bilər.  
Basdırılmış passiv struktur tələlərin axtarışı üsulu lokal dərinlik struktur-
larının öyrənilməsi üsuluna uyğun gəlir və basdırılmış antiklinalların (və ya 
digər struktur formaların) landşaft-indikator formalarının məqsədəuyğun axtarı-
şına gətirib çıxarır. Çoxsaylı tədqiqatlar göstərir ki, basdırılmış passiv antikli-
nallar  ərazinin hidrogeoloji rejiminə intensiv təsir göstərir. Bununla yanaşı, 


310 
 
konkret geoloji şəraitdən asılı olaraq, antiklinalüstü qruntların sulanması ilə ya-
naşı, həm də onların quruması müşahidə olunur. Lakin bütün hallarda basdırıl-
mış struktur özünü nəmlik anomaliyasının izometrik ləkəsi kimi “göstərir”. Bu 
da ya spektral parlaqlıq xüsusiyyətlərinə görə, ya da birbaşa bitki örtüyünün 
variasiyasına görə tanınır. Bəzi işlərdə, basdırılmış  tələlərin birbaşa axtarış 
əlamətləri hesab olunan onlarla fotoanomaliyalar nəzərdən keçirilmişdir. Bu 
fotoanomaliyaların 80-90 faizinin yerüstü geoloji və buruq işləri ilə təsdiq olun-
masına bax-mayaraq, basdırılmış strukturların vahid indikatorlara görə ay-
rılmasından çəkinmək lazımdır. Çünki nəmlik anomaliyası bir çox, o cümlədən, 
qeyristruktur səbəblərdən baş verə bilər. 
Fəal lokal strukturların axtarışı aktual problemlərdən biridir. Bu halda 
axtarış obyektləri “lokal qalxımlar” adlandırılır, çünki onların konkret geoloji 
təbiətini distansion üsulla çox zaman təyin etmək mümkün olmur. Lokal qal-
xımların  əlamət-indikatorlarının yığımı,  əksər hallarda qalxmanın hansı geo-
morfoloji inkişaf fəzasında olmasından asılıdır. Konsedimentasiya inkişaf fəza-
sında olan qalxmalar passiv basdırılmış strukturlarda olan landşaft əlamətləri ilə 
indikasiya edilir, lakin burada bundan əlavə,  ərazinin, lineament sistemlərinin 
öyrənilməsilə  əlaqədar olan dərinlik və  səth blokluluğunun ümumi təhlili 
mümkün olur. 
Lokal qalxmalar çox zaman,sadəcə olaraq, bu blokluluğun elementlə-
rindən biri olur. Lineamentlərin və “halqavarı strukturların” (müxtəlif təbiətli 
landşaftın izometrik anomaliyaları) öyrənilməsi, hətta eynicinsli geoloji qurulu-
şa malik müasir çökmə  əyalətlərində  də perspektiv obyektlərin ayrılmasına 
imkan verir. 
Kondenudasion fazada və konerozion inkişaf fazasının ilkin mərhələ-
sində, lokal qalxmalar landşaftın, o cümlədən geomorfoloji xüsusiyyətlərin çox 
geniş spektri ilə indikasiya edilə bilər. Məsələn, dağarası çökəkliklər üçün lokal 
qalxmanın aşağıdakı indikator seçimi ayrılmışdır: çay dərələrinin kəskin daral-
ması; erozion şəbəkə kəsiminin lokal artması; tranzit su axımlarının çay yatağı-
nın düzlənməsi; çayların dirsəkvari əyilməsi və izometrik sahələrin çay şəbəkə-
silə əhatələnməsi; çayların anomal meandrlaşması; gətirmə konuslarının anomal 
forması və konusların, quru deltaların lateral miqrasiyası; çay yatağının lateral 
miqrasiyası; lokal quruma və ya nəmləşmənin izometrik sahələri; nəmləşmə və 
quruma zonalarının konsentrik yerləşməsi; erozion qalıqların izotermik 
qrupları; anomal mozaik parçalanma sahələri; son işlənmə əyalətlərində qədim 
səthlərin reliktləri; naməlum təbiətli qapalı xətti fotoanomaliyaların konsentrik 
yerləşməsi və onların hidroşəbəkə ilə  əhatələnməsi. Burada, relyefdə açılmış 
antiklinal strukturların birbaşa indikasiya əlamətlərinin adı  çəkilməmişdir. 
Aydındır ki, başqa geoloji quruluşlu  əyalətlərdə indikatorların siyahısı başqa 
cür ola bilər.  
126-cı  şəkildə ortamiqyaslı kosmik şəkillərin deşifrələnmə sxemi və 
Qərbi-Türkmənistan çökəkliyində yerləşən Cənubi-Moncuklu lokal qalxımının 


311 
 
relyefinin quruluş sxemi göstərilmişdir. Kiçikmiqyaslı kosmik şəkillərdə  fərz 
olunan qalxma, tünd-boz holosen çöküntülərinin arasında açıq-boz rəng-çalarlı 
düzgün, dəqiq əhatələnmiş oval formada deşifrələnir. 
 
 
Şəkil 126. KŞ deşifrələmə  məlumatlarına  görə Cənubi  Monjuklı  lokal  qalxı-
mının geoloji  sxemi  (a)  və onun  aerovizual  müşahidə  məlumatlarına  görə  
ümumi  hissəsinin  relyefinin  sxemi (b). M.L.Koppa  görə. 
1 – geoloji  sərhədlər,  2 – qırılma  pozulmaları,  3 – 4 – lokal  qalxımlar:  3 – müəyyən  edilmiş,  4 – fərz  
edilən;  5 -  müvəqqəti  su  cərəyanları,  6 – duzların  dendritşəkilli  izləri.  Qalxımlar:  I – Monjuklı,  II – 
Cənubi  Monjuklı,  III – Berkelin. 
 
Holosen çöküntülərinin  tünd foto rəng-çaları nəmləşmə ilə izah olunduğu 
halda, fərz etmək olar ki, baxılan açıq rəngli sahələr nisbətən qurudur (yəni 
nisbətən hündürdür). Lakin kosmik şəkillərin deşifrələnməsinin məlumatlarına 
görə fotoanomaliyaların landşaft təbiətli olması haqqında hər hansı bir konkret 
nəticəyə gəlmək olmaz. 
 Tədqiq olunan sahələr, ortamiqyaslı kosmik şəkillərdə həmçinin açıq foto 
rəng-çalarlı olur,lakin bu zaman onun konsentrik quruluşu görünür: nisbətən 
tünd nüvə açıq örtüklə əhatələnir, qövsvari tünd zolaqlar nəzərə çarpır (istinad 
horizontu ola bilər), ovalın çərçivəsinə paralel yerləşməsi qalxmanın xarici 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə