Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə112/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   108   109   110   111   112   113   114   115   ...   128

312 
 
sərhəddini göstərir. Bundan əlavə, erozion şəbəkənin radial-mərkəzdənqaçma 
formasında  şaxələnməsi nəzərə çarpır; ağ-qara aerokosmik şəkillərdə bu şa-
xələnmə ovalın kənarındakı açıq rəngli zonada, spektrozonal şəkillərdə isə 
həmçinin ovalın mərkəzində  də yaxşı görünür. Ortamiqyaslı kosmik şəkillər 
tədqiqat obyektinin konfiqurasiyasını  dəqiqləşdirməyə imkan yaradır. Düzgün 
oval qapanması yalnız şimal-şərq hissədə qeyd olunur, cənub-qərb qurtaracağı 
isə müasir və ya palçıq-vulkanik çöküntülərlə örtülmüşdür. Deşifrələmə sxemi-
nin aerovizual və yerüstü yoxlanılması nəticəsində aydın olmuşdur ki, baxılan 
fotoanomaliya relyefdə hündürlüyü bir neçə metr olan azmeyilli təpəciklərdən 
təşkil olunmuşdur; təpəciyin rənginin ətraf fona nisbətən açıq olması onun quru 
olması ilə  əlaqədardır. Təpəciklər yaxşı  işlənmiş erozion şəbəkə ilə parçalan-
mışdır. Üç-  və bəzən də dördsəviyyəli erozion dərələr qeyd olunur. 
Lokal qalxmanın maraqlı xüsusiyyətlərindən biri də, burada çoxlu miq-
darda qalxan duzlu bulaqların olmasıdır; bir çox bulaqlarda yalnız parlaq ağ 
rəngi ilə seçilən, dendrit formalı duz axınlarının izləri qalmışdır. Təpənin mər-
kəz hissəsində fotoanomaliyanın tünd nüvəsinə uyğün gələn, qırmızımtıl süxur-
lar (gillər və alevrolitlər) çıxır. Bu süxurlar,ehtimal ki, holosen çöküntülərilə 
əhatə olunmuş alt- və ya orta dördüncü dövr yaşlı çöküntülərdir.  
Göstərilən amillər fotoanomaliyanın bir neçə on metrdən az olmayan am-
plitudlu kondenudasion lokal qalxmalara uyğunluğunu təsdiq edir. Bu növ də-
qiq geoloji-geomorfoloji təhlil çox lazımlıdır, lakin bu həmişə mümkün olmur, 
yeni tədqiqat aparılan sahələrdə xüsusi geoloji indikatorlar çox zaman müşahidə 
olunmur və indi-kasiya dolayı səciyyə daşıyır. 
Dnepr-Donetsk çökəkliyində  dərinlik strukturlarının indikator rolunu 
qədim buzlaq relyef formaları oynayır. Distansion zondlama materiallarının 
geomorfoloji deşifrələnməsi yüksək çatlılığa malik zonalarda əmələ gələn aralıq 
dərələrin (Dnepr buzlaqlarının ərimiş suları axan qədim dərələr) yerləşməsinin 
və morfologiyasının öryənilməsinə imkan vermişdir. Nəticədə, neft və qaz axta-
rışı üçün perspektivli dərinlik lokal qalxmaları ayırmağa imkan verən infor-
masiya alınmışdır. Qeyd edilən misallar, lokal strukturlara müəyyən dərəcədə 
uyğun gələn müxtəlif neftli-qazlı  əyalətlərdə landşaft anomaliyalarının aşkarı 
üçün distansion zondlama materiallarının böyük imkanlarının olduğunu 
göstərir. Onların bir çoxunda sənaye əhəmiyyətli yataqlar kəşf edilmişdir. Kos-
mik təsvirlərdə görünən fərz olunan lokal qalxımların axtarışı geoloji şəraitin 
müxtəlif dərketmə  səviyyəsində gedir; lokal strukturlar geoloji modellər 
çərçivəsində çox dəqiqliklə təyin olunur, lakin neftli-qazlı hövzələrin sahələri, 
adətən yaxşı öyrənildiyinə görə, yeni informasiyaların artma ehtimalı azalır. 
Landşaft modeli çərçivəsində yeni açılan obyektlərin miqdarı artır, lakin onların 
dəqiqliyi nisbətən azalır; əgər rəng-çalar-həndəsi modeli ilə kifayətlənsək, onda 
neftli-qazlı hövzələrdə açılan yeni potensial tələlərin miqdarı onlarla sayılar; 
onların təsdiqolunma ehtimalı isə adətən böyük olmur. 


313 
 
Ona görə də təsadüfi deyildir ki, bütün dünyada neft və qaz axtarışı üçün 
distansion zondlamanın  əhəmiyyətinə xüsusi diqqət yetirilir. 15 neftli-qazlı 
nəhəng yataqların kosmik təsvirlərinin araşdırılması belə  nəticəyə  gəlməyə 
imkan vermişdir ki, əgər kosmik informasiya əvvəldən məlum olsaydı, həmin 
yataqlar əvvəllər də açıla bilərdi. Bu tədqiqatlar az öyrənilmiş neftli-qazlı höv-
zələrdə  və  həmçinin düzənlik az ziddiyyətli relyefi olan əyalətlərdə xüsusən 
effektli olur. 
 
13.5. Neft və qaz yataqlarının birbaşa axtarışı 
 
Potensial neft və qaz tələlərinin aşkarı hələ onların karbohidrogen yığımlı 
olmasına təminat vermir. Ona görə  də son zamanlar neftli-qazlı yataqların 
mövcudluğu ilə birbaşa əlaqədar olan landşaft və digər əlamətlərin aşkarı üçün 
geniş  işlər aparılır. Hazırda karbohidrogenlərin birbaşa aşkar edilməsi üçün, 
əsasən təyyarədən, istilik planalmasından istifadə nəzərdə tutulur. Yatağın aşkar 
edilməsinin mümkünlüyü onunla izah edilir ki, karbohidrogenlərin oksidləşməsi 
ilə  əlaqədar olaraq, neft və qaz yığımlarından üstdə yatan laylara miqrasiya 
zamanı istilik ayrılması baş verir (burada sərbəst mübadilə  və aerasiya 
müşahidə olunur). Akvatoriyada neft və qaz axtarışı neft örtüklərinin və qaz 
təzahürlərinin identifikasiyası  (eyniləşdirilməsi) yolu ilə aparılır. 
Neft-qaz yataqlarının tapılmasında İQ (infraqırmızı) planalmanın müvəf-
fəqiyyətlə tətbiqinə misal, Ukrayna və Qərbi Qazaxstanda aparılan işləri göstər-
mək olar. Qərbi Qazaxstanda aparılan işlərin nəticəsində müəyyən edilmişdir 
ki, yüksək radiasion hərarət sahələri, neft yataqlarının tağında yerləşən  qaz 
papaqlarının sərhədlərinə uyğun gəlir. Qeyd etmək lazımdır ki, istilik anomali-
yası amplitudlarının kiçik və istilik maneələrinin yüksək səviyyədə olması ilə 
əlaqədar olaraq, quruda karbohidrogen yığımlarının axtarışında istilik planalma-
sının tətbiqi çətinləşir. Son zamanlar kənar və daxili dənizlərin şelf zonalarında 
neft-qaz axtarışı  işlərinin genişlənməsi ilə  əlaqədar olaraq, bu məqsədlərlə su 
səthlərinin planalması ilə bağlı işlər nisbətən yaxşı vəziyyətdədir. Bu da onunla 
əlaqədardır ki, su səthi eynicinsliliyinə görə fövqəltəbii mühitdir və burada 
kiçik amplitudlu istilik anomaliyalarının qeyd edilməsi mümkündür. Buna 
nümunə olaraq, Adriatik dənizinin  şimal hissəsində qaz təzahürlərinin 
axtarışında istifadə olunmuş istilik planalmasını göstərmək olar. 
Burada dəniz qaz təzahürləri çoxdan məlum idi, lakin onların istilik plan-
alması materiallarına  əsasən aşkar edilməsi xüsusi işlərin nəticəsində müəyyən 
edildi. Fərz olunurdu ki, dənizin səthində qaz təzahürlərilə əlaqədar, mənfi termal 
anomaliyalar aşkar edilməlidir. Yay fəslində suyun hərarəti dənizin dibində səthə 
nisbətən xeyli azdır.Qaz, dənizin dibindəki suyun hərarətinə yaxın hərarətlə 
ayrılaraq,  ətraf mühitdəki hərarəti udur və  səthə doğru öz hərəkəti yolunda su 
laylarını soyudur. Digər bir hipotezə görə fərz edilir ki, səthdə istilik anomaliyaları 
qazın genişlənməsində özünü göstərməlidir, çünki 40-60 m dərinlikdə qaz 0,4-0,6 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə